Aydın XAN : – Birazcana sev məni…

 

42292324_10215938374468498_1161609832604631040_n

Birazcana sev məni…

(Heç kimə yazılmayanlar silsiləsindən)

Sənə dünyalarca ehtiyacım var,
Başını qoy çiynimə, bilim ki, –
hərarətimə tamarzısan əsrlərboyu…

Sev lap dəlicəsinə məni,
Nazlansın ruhum eşqindən qoy.
İndisevgiyə necə ehtiyacım var…

Qucaqla, başını qoy ürəyimin üstünə,
Ürəyim çırpıldıqcqa, eşq laylası
Çalsın sənin o yaralı könlünə…

Dağıt bu dünyanı, cahanla savaş,
İçimdəki aləm sənindir, dəliciyim,
Eşqsiz İblis ocağına bənzər qəlbim…

Səsizcə yanımdan ötmə, gülüm,
Məzar daşı deyil ruhum səninçün.
Dinlə, nəfəsim – planeti fırladır indicə…

Bakı, 21.09.2018

Müəllif: Aydin Xan Ebilov

Advertisements

QƏLBİN SƏSİNİ QƏLƏMƏ ALANDA…

Əgər yazar qəlbinin səsini olduğu kimi dinləyib, eşitdiyi kimi vaxtında qələmə alırsa, (heç bir kənar təsirə məruz qalmadan) yazdıqları ilk əvvəl gözəl – ruhu oxşayan, yadda qalan, sonra isə səmimi, axıcı və şirin olur…. Yəqin mənimlə razılaşarsız ki, bu yuxarıda sadaladığım keyfiyyətlərin hamısı aşağıda tanış olacağınız nümunələrdə var… Uğurlarınız bol olsun Firuzə xanım. Yazın, yaradın….

41804868_527277887737375_948513342291443712_n

“…Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.”

“DƏLİDAĞ” Ədəbi Birliyi Firuzə Məmmədlinin şeirlərini təqdim edir: 

NƏ VARDI

Bu dünyanın yalanı da düz idi,
Düzüb-qoşan, özümüzdük, biz idik.
Aralıqda hər nə idi, söz idi,
Sözdən-sözə calanmağa nə vardı?!

Bir məhəbbət nəğməsiydi hər bulaq,
Ömür – nağıl, igidimiz – Nərbala.
Yolumuzun dərd satanı – dərd alan,
O vaxt dərdə qalanmağa nə vardı?!

Ürək dolu arzulara yar idik,
Abır idik, həya idik, ar idik.
Ağıl-kamal bağçasında bar idik,
Baxışlarda talamağa nə vardı?!

Ümidlərə yol kəsəydi yüz kərə,
Can-ciyərdi əyri gedən, düz gələn.
Qəlbimizdə xəzinəydi söz-kəlam,
Bircə sözlə can almağa nə vardı?!

BAHAR

Bax, indi gündüzə kim qonaq gedir,
Gecədən nə qalıb şeh yanağında.
Bir qönçə qızılgül alyanaq gedir,
Öpür incə-incə meh yanağından.

Nəfəsi kəsilən ilkindi çağı,
Gündüzü küçədən yığammır daha.
Yağsa, yağışlar da çiçəkdən yağır, –
Göylər təndirlənib, yağammır daha.

Təpələr dərəyə axır ətəkdən,
Qaratikan belə ağ gül gətirib.
Arı zümzüməsi daşır pətəkdən,
Bağlar budaq-budaq bülbül gətirib.

Baxıb təbiətin cavanlığına,
Əli qələm gəzir qoca şairin.
Yazdıqca ayağı yerdən üzülür,
Xəyalı göylərdən uca şairin.

DURNALAR QAYITDI

Baharda oyanan xatirələrin
Qoluna girib də kəndə qayıtdım.
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.

Bir dəstə bənövşə, bir qom kol dibi,
Baxırdı torpaqdan, dərim, dərməyim?!
Ruhumu oyadan yaşıl yol oldu
Kəndə qayıtmağım, kəndə gəlməyim.

Çox şey dəyişmişdi o vaxtdan, çox şey,
Qalan nə idi bəs?.. Vallahi, heç nə.
Nə kənd həmin kənddi, nə qonum-qonşu,
Dəyişən nə imiş, İlahi? Heç nə!

Bu adlar, soyadlar tanış gəlsə də,
O vaxtkı deyildir kənd adamları.
Oğlanlar – şortikdə, qızlarsa – cinsdə,
Həm kənd başqalaşıb, həm adamları.

Uşaqlar ağlını test ilə ölçür,
Qadınlar danışır kişi səsilə.
Cavanlar üzbəüz gəlsələr belə,
Salam-kəlam edir esemes ilə.

Daban-dabanadı hər qapı hər tin,
Bu evin o evə həniri yetməz.
Mağar da qurula, toy da vurula,
Qonşudan-qonşuya səmiri yetməz.

Dəyişib… Yazdığım şeirin belə
Üzündə təbəssüm sətri qaçıb.
Təkcə çiçəklərdi öz mizanımda, –
Nə rəngi dəyişib, nə ətri qaçıb.

Bənövşə rəngini gözümdə gördü,
Çəmən yaşılını geydim əynimə.
Şəftəli budağı tərpənişilə
Çəhrayı şalını saldı çiynimə…

Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.
***
Sudur, elə şır-şır axır,
Quma, gilə qarışır, axır.
Ömrü mənə qarşı axır,
Mən hara axıb gedirəm?

Başımda-pirlik havası,
Yox ta “əl-ətək” həvəsi.
Gözümə eynək əvəzi,
Canımı taxıb gedirəm.

Səbrimdən dözümü sıxıb,
Şeirdən sözümü sıxıb,
Buluddan gözümü sıxıb,
Şimşəkdən çaxıb gedirəm.

NIYƏ

Bu ocağın odu sönmüşdü çoxdan,
Bu can bir cəsədə dönmüşdü çoxdan.
Bu ruh yaşamırdı, ölmüşdü çoxdan,
Onu bu uyğudan oyatdın niyə?

At üstündə çapan qara gün idi,
Vaxt sürüydü, çoban qaragün idi.
İtirən mən… Tapan qara gün idi,
Qara gün içindən boy atdım niyə?

Bir az sünbül idim taxıl baxtıma,
Dedilər, iməklə, yıxıl baxtına.
Allah, məni də yaz paxıl baxtına,
Ömrümə sığmasın həyatım niyə?

Eylə dərdlərinə mükafat məni,
Qəlbinin küncündə ocaq çat məni.
Cənnət də – biz bazar; apar sat məni,
Mən kimi bir səhvə qayıtdım niyə?

Çökdü vicdanına nəfsim, ağrıdı,
Dilləşdim şerimlə, səsim ağrıdı.
Oldu bu taleyə təslim, ağrıdı,
Susdu qoşmam niyə, bayatım niyə?

***
Gün asılıb yaxasından,
Göylər gündüzə çəkilib.
Batıb gül-çiçək içində –
Dərələr düzə çəkilib.

Gənclik – anın gözəlliyi,
Ömür, hanı gözəlliyin?
Düz dünyanın gözəlliyi
Bircə bu qıza çəkilib.

Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir.

Firuze Memmedli

“DƏLİDAĞ” Ədəbi Birliyi bildirir ki, şeirlər müzakirəyə açıqdır. Təhlil, tənqid, fikir və rəylər üçün söz sizindi.

İLKİN MƏNBƏ:

 

 

YAZARLAR.AZ

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında

35082891_139802596890004_6003989324868091904_n

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında:

Təzə şer oxuyanda orada yeni poetik fikir olarsa, o şer oxucu tərəfindən çox sevilir. Sizin şerilərinizdə həmişə həm yeni poetik fikir olur, həm də, axıcılığı, lirik duyğuları ilə fərqlənir. Bu şerinizdə də olan poetik fikiriniz oxucunun qəlbindən xəbər verir. Belə ki,sevdiyin kəsin əli dəyən bardaqda sevdiyinin əl izinin qalması, sevən üçün nə qədər əziz olması fikri heç bir şerdə ifadə edilməyib və bu fikri oxuyanda , doğrudan da, oxucu şerə vurulur və bu şer oxucunun yaddaşında həkk olunur. Zaur, əzizim, şeriniz çox gözəl və mənalı şeridir. Mənə , doğrudan da, çox-çox bədii ləzzət verdi. Bunun üçün sizi təbrik edirəm və sizin gözəl şerilərinizi oxumaq üçün səbirsizliklə gözləyirəm! Allah köməyiniz olsun! Sağ olun, var olun!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

MƏNİ – ADİL CƏFAKEŞ

13754220_573656716127240_6950948114086678956_n

 

MƏNİ

Araya soyuqluq düşür deyəsən,
Ayrılıq buz kimi soyudur məni.
Yerlərə baxıram, səbrim tükənir,
Göylərə baxıram, göy udur məni.

Qəm salıb alnıma lək, ağlayıram,
Eyləmə heç şübhə, şəkk ağlayıram.
Çəkilib bir küncə tək ağlayıram,
Sonra da tənhalıq ovudur məni.

Adiləm, Cəfakeş qoşdun adıma,
Tək qalmışam, yetən yoxdur dadıma.
Sənli xatirələr düşür yadıma,
Həsrətin keyidib, uyudur məni.

Müəllif: Adil Cefakes

Xanım İsmayılqızı : Sən içimə dolmusan nəhəng bir ölkə kimi…

az

Sən içimə dolmusan nəhəng bir ölkə kimi,
Dolaşıram orada adamsız kölgə kimi.

Bu ölkənin hakimi, məhkumu da qəlbimiz,
Gör nə boydayıq, Allah, nə böyükmüş sevgimiz.

Qərar vermirik orda, qərarlar da almırıq,
Nə yollara düşmürük, nə də yuva salmırıq.

Birlikdə unuduruq günahı və savabı,
Bu gündə axtarmırıq suallara cavabı.

Aləm dağılsa belə, heç nə toxunmur bizə,
Mən sənə sığınıram, sən isə ikimizə.

Müəllif: Xanim Ismayilqizi

· 

Gəzdirib, göz-gözə gətirən gözəl… -Zaur Ustac.

ac

 

Gəzdirib, göz-gözə gətirən gözəl…

(Bu gün – 03.09.2018.- 20:00)

 

Bu gün  gördüm onu, otuz il sonra,

Gəzdirib, göz-gözə gətirən gözəl…

Neçə milyon gözün, qaşın içində,

Sezdirib, üz-üzə götürən gözəl…

*        *        *

Qəfil qarşılaşdı baxışlarımız,

Qəbulmu görmüşdü alqışlarımız,

Damla-damla yağdı yağışlarımız,

Süzdürüb, iz-izə itirən gözəl…

*        *        *

Bir xeyli mən baxdım, o sa baxmadı,

Nə Billah eylədim kirpik qalxmadı:

-Allahım, pünhan ox, həmin oxmudu???

Azdırıb, biz-bizə bitirən gözəl…

*        *        *

Qəfil bir baxış da oldu ərmağan,

Gördüm, gözü dolmuş, bağrım oldu qan,

Köksümdə ürəyim qopardı fəğan,

Sızdırıb, döz-dözə ötürən gözəl…

*        *        *

Baxış o baxışdı, qaçış o qaçış,

İllər gözlərindən heç nə almamış,

Giryan görünürdü, bir az təntimiş,

Sazlayıb, naz-naza yetirən gözəl…

*        *        *

Ustac mükafatın alıb həmişə,

Bir daha mat qaldım, bu gün gərdişə:

-Deməli, yol verməz boşa səyrişə,

Gəzdirib, göz-gözə gətirən gözəl…

04.09.2018. (08:00 – 19’) Bakı.

 

 

Müəllif:  Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

 

ƏBÜLFƏZ ÜLVİ : – BİR ŞEİR DÜŞÜR…

13754220_573656716127240_6950948114086678956_n

(Bir nəfərin məhəbbət haqqında yazısı
çox xoşuma gəldi.)

 

Həvəslə oxudum yazdıqlarını,
Bu gözəl yazıya bir şeir düşür.
Verdi bu gözəllik öz ilk barını,
Bu gözəl yazıya bir şeir düşür.

Belə yazılsaydı alın yazısı,
Nə gözəl olardı halın yazısı…
Bu deyil adi bir falın yazısı,
Bu gözəl yazıya bir şeir düşür.

Ürək sözlərimdi, deyildir yozu,
Sanki eşq suyuydu yatıran tozu,
Rəbb də bu yazıya eyləməz pozu,
Bu gözəl yazıya bir şeir düşür.

Bir sözün deyildi kəm, xəzinədən,
Vallah xoşlanmıram mən xəzinədən,
Bir şeir böyükdür min xəzinədən,
Bu gözəl yazıya bir şeir düşür.

Doldu ürəyimə sehri gör necə,
Məni qoymayıbdı yatam bu gecə,
Yazını yazana bilmirəm neçə,
Bu gözəl yazıya bir şeir düşür.

Ay Ülvi, dinc dayan, küyə salma çox,
İçində nahaqdan bircə damla yox,
Nağılın sonunda düşən alma yox,
Bu gözəl yazıya bir şeir düşür.
03.08.2018.

Müəllif: Ebulfez Eliev

Təranə Məmməd: – Əgər sevirsənsə…

 

40211723_662998120766309_4445678338366767104_n

Əgər sevirsənsə…

Bir gün mənsizliklə barışa bilsən,
Məndən üz döndərib ayrıla bilsən,
Ömrümü ömrünə peşkaş edərəm,
Ömründən sakitcə çıxıb gedərəm.

Gedərəm həyatın sonuna qədər,
Gedərəm məhəbbət solana gədər,
Gedərəm gözlərim dolana gədər,
Ömründən sakitcə çıxıb gedərəm.

Əgər sevirsənsə buraxma gedim,
Bu addım yalnışsa, goyma səhv edim.
Ömrümdən, günümdən artıq bildiyim!
Qaytar, bu hicrana əlvida deyim.

Özüm sənsizlikdə, sən mənsizlikdə,
Qoyma ayrılığa bizi qərq edim,
Qoyma həyatından sakitcə gedim,
Ömrümü ömrünə qoyma pay edim.
Əgər sevirsənsə…

 

Müəllif: Terane Memmed

ZAUR USTAC: – “MƏN”-Ə GƏL ŞEİRİ.

13187895_209168449468957_190028440_n (1)

“MƏN”-Ə GƏL

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,
Diri-diri tən üzülmüş, Sultanadır biətim,
Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,
Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Təkər dönər,  mil  tutanı, döndərəni dən-dənə,
Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,
“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,
“Mən” axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Ustac tutub söz mayasaın, Tanrı verən payından,
Taylı gərək, əzəl gündən, yarımalı tayından,
“Toydan sonra nağara” tək, fayda görməz hayından,
Yön axtaran, yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…

24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

Zaur Ustacdan yeni kitab -“Əliş və Anna” əski əlifba ilə -” زائور اوستاج “علیش و آننا

cild

بیلدییینیز کیمی ایکی مین ایرمی ایکی(2022)جی ایلده,علیش به ی؛که ره م لی نین(اونو اروپا دا آلیس کیمی تانیانلار)آنادان اولماسی نین یئئدی یوز(700)ایلی تامام اولور. پوئما گؤرکه م لی معمار شاماخی لی علیش به ی سوبحان اوغلو؛که ره م لی- شیروانی نین؛آنادان اولماسی نین 700 ایل لی یی موناسیبه تیله قه له مه آلینمیشدیر. عومومیلیک ده,بو کیتاب علیش به یین عزیزخاطیره سینه ایتحاف اولونور. روحو شاد اولسون… الکترون کیتاب  (Y-30-EK-22-ZU) زائور اوستاج یارالدیجیغی نین اوتوز(30) ایل لیک یوبی لئی تدبیرله ری ,چه رچیوه سینده نشر اولونور.

ISBN:  978-9952-8298-9-1 ö                        @Zaur USTAC;2018.

 

 

زائور اوستاج , “علیش و آننا”  (پوئما),    الکترون کیتاب (پی دی اف) ; علیش و آننا

 

“ƏLİŞ  və  ANNA” Bakı – 2018. – باکی   ALİSVEANNA (علیش و آننا”  (پوئما”