ZAUR USTACIN KİTABLARI:

meadnflag-11

 

ZAUR USTACIN KİTABLARI:

 

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)  ZU — GAC

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)  ZU — İSOHM

“GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )   ZU — G

“MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  ZU — MKY

“MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)  ZU — MHMD

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — SC

“BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — BC

“BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub) ZU — B

“NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  ZU — N

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.) ZU — OU

“GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.) ZU — GS

“SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) ZU — SKS

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.)  ZU — BAY

“QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) ZU — QA

“USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)ZU — U(KHK)

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)ZU — USUB

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)ZU — CK

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — OƏQ

 

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

 

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

 

 

MÜƏLLİFİN YUXARIDA SADALANAN ÖZ KİTABLARINDAN ƏLAVƏ ŞEİRLƏRİNİN YER ALDIĞI ANTOLOGİYA VƏ TOPLULARDA VAR:

 

 

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı yoxdur.)

 

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı yoxdur.)

 

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) HXA – M

 

 

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı yoxdur.)

 

Yazarın bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarının elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə Zaur Ustac yaradıcılığının  30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.  

 

FAYDALI  MƏLUMATLAR:

 

 

BLOQLAR:

  1. https://zauryazar.wixsite.com/zaurustac
  2. https://ustacaz.wordpress.com/

 

 

Qeyd:

“Mütailə”    zamanı  mütalibinizi  düzgün  seçin…  – hörmətlə: Zaur Ustac

 

 

YAZARLAR.AZ

Advertisements

QABİL DƏRDLİ: – NƏ DESƏN EDƏRƏM.

zaur-ustac-sheirler

 

NƏ DESƏN EDƏRƏM.
Sevgi ümmanına gələcəm sənin,
Sən qayıq olarsan, mən də yelkənin.
Uyutmaz könlümü ətri kimsənin,
Tək səni sevmişəm, ay ömrüm-günüm,
Nə desən edərəm, başına dönüm.

Bir az orda burda ləngisəm belə,
Yoxuşda, enişdə təngisəm belə,
Yanına gələcəm, yox desən belə.
Səninçün alışım, səninçün sönüm,
Nə desən edərəm, başına dönüm.

Anlayan tək sənsən, halımı mənim,
Çən tutub zirvəmi, yalımı mənim.
Qerar ver “ölüm”ü, “qalım”ı mənim,
Sən oldun sabahım, bu günüm, dünüm,
Nə desən edərəm, başına dönüm.

Yaz keçdi, yay ötdü, payızdı gələn,
Ömrün havasına ayazdı gələn.
Qarşıdan bilmirəm nə yazdı qələm,
Neylərəm gecəyə dönərsə günüm?
Nə desən edərəm, başına dönüm.

Apar həsrətimi, hicranı dağıt,
Bu daş ürəyimi bir azca ovut.
Acığı, övkəni, kədəri unut,
Bağında, bağçanda bir gülə dönüm,
Nə desən edərəm, başına dönüm.

Sanma bir çarəsiz aşina məni,
Fələk vurdu dağa, daşına məni.
Çevir xoş günlərin başına məni,
Nə edim, Dərdliyəm, dəyişib yönüm,
Nə desən edərəm, başına dönüm.
18.04.2017

Müəllif:  Qabil Nabiyev

Təvəkkül Goruslu: – İNAN şeiri.

11241617_676012729197109_2760167283180963671_n

İNAN

Boğa bilmədimsə hirsi, qəzəbi,
Dəydimsə xətrinə, məni bağışla!
Sənə olan eşqim duyğudan qəlbi, 
Sevginin ətrinə məni bağışla!

Ləpələndi yenə duyğu dənizim,
Nəhrinə bir dünya, bir aləm sığar.
Söyləmə, sıxıldı qəlbim, əzizim,
Çırpınsa o dəniz, özümü boğar!

Nəfəsim kəsildi, söyləmə mənə,
Mən özüm nəfəsi səndən alıram.
Dönmüsən ömrümə nur saçan günə,
Yaşamaq həvəsin səndən alıram.

Yaman günahkaram sənin önündə,
Xətasın anlayan qulam, elə bil.
Ən əziz yolçusun günün birində,
Qeyb etmiş, itirmiş yolam, elə bil!

Goruslu olsa da dəlinin biri,
Əhdinə sadiqdi, gülüm, hər zaman.
Səni vəsf edəcək sözü, şeiri,
Qələmi kağızda gəzdikcə, inan!

11. 03. 2018.

Müəllif:  Təvəkkül Goruslu Məmmədov

 

Adil CƏFAKEŞ: – ŞEİR YAZIRAM…

ad

GÖZLƏRİN

Sən o Allah mənə elə baxma sən,
Məni bihuş edir xumar gözlərin.
Başımdan ayağa məni süzəndə,
Çəkir bədənimə tumar gözlərin.

Bircə zərrə qədər günah yox səndə,
O gözlər bilir ki, vurğunam mən də.
Ay əzizim, gözlərini görəndə,
Dünya gözəlləri yumar gözlərin.

Tamaşa eyləyim doyunca gəl, gəl,
Söylə sənə qoşma yazım, ya qəzəl ?
Xumar baxmaq ilə bilirəm, gözəl,
Adildən bir tərif umar gözlərin.


 

İnsan sağikən ölüm, qalım bərabər,
Ölümdü hər gecə səhərə kimi.
Dünyaya gəldisə dadacaq hər kəs,
Şərbətindən tutmuş zəhərə kimi.

Qismət qayalarda çapıqdan çıxır,
Ayağın dərisi topuqdan çıxır.
Bağ salan ilantək qabıqdan çıxır,
İlk gündən ta bara, bəhərə kimi.

Bir tərəf uçrumdu, bir tərəf koldu,
Bir tərəf kasaddı, bir tərəf boldu,
Cəfakeş, igidə bir ömür yoldu,
Qalxmaq üzəngidən yəhərə kimi.


ŞEİR YAZIRAM

Tərənnüm şairi deyiləm qağa,
Mən qəmə, qəhərə şeir yazıram.
Bir əlimdə qələm, bir əlimdə saz,
Bu gündən səhərə şeir yazıram.

Qılıncı əlində köçüb dünyadan,
Yurd sözü dildində köçüb dünyadan,
Babam at belində köçüb dünyadan,
Mən həmin yəhərə şeir yazıram.

Vətəniylə, xalqı ilə öyünüb,
Səngərlərdə dəmir libas geyinib,
Qəlbi yurd eşqiylə daim döyünüb,
Hayqıran əsgərə şeir yazıram.

Gecə də, gündüz də fikrimdəı Vətən,
Dərdimi biləmməz hər yoldan ötən.
Adiləm,ağrıyan ürəyimdə mən,
Çəkdiyim kədərə şeir yazıram.

Müəllif:  Adil Cefakes

Zaur USTAC: – BƏNÖVŞƏ şeiri.

24993637_1549296738499459_1987073738013257772_n

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…
12.12.2017. Bakı. (12:25) 12’

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

“DÖRD SUAL” – ın NOYABR QONAĞI

m

NOYABR  QONAĞIMIZ MƏMMƏD MÜƏLLİM OLDU:

 

Allah

Gözlərim qamaşır eşq atəşindən,
Nə nurdu vermisən danıma, Allah!
Həyatım qızınır od-atəşindən, 
Ruh kimi işləyib qanıma, Allah!

Hər gün ayağında ölmək rəvadı,
Acısı şəkərdi, dərdi şəfadı,
Bu necə azardı, bu nə dəvadı,
Min can calayıbdır canıma, Allah!

Özün bəxş elədin süuru mənə,
Səbiri, imanı, qüruru mənə,
Axı sən vermisən bu nuru mənə,
Nura səcdə etsəm, qınama, Allah!

Sənə diz çökməkdən dizimi çıxar,
Sıxıb ürəyimi sözümü çıxar,
Dilimi lal eylə, gözümü çıxar,
Məni ayrılıqla sınama, Allah!

Bu aşiq bəndənə kin, nifrət vermə,
Səbrinlə sınama, xəcalət vermə,
Bir də Əzrayıla əziyyət vermə,
Qoy sevgilim çıxsın sonuma, Allah!


 

 

Sarası məni

Bir nərgiz gülünün sehrinə düşdüm,
Üzdü yaşılının sarısı məni.
Həsrəti saralıb gözümdən damdı, 
Yuyub apardı kı, sarı su məni!

Hüsnünü sevməmək Tanrıya şəkdi,
Ağlımı apardı, ahıma çökdü,
Tutub ürəyimdən ruhuna çəkdı,
Gülünün cərgəsi, sırası məni.

Off, necə titrətdi o sarı simi,
Gül açdı könlümdə bahar nəsimi,
Uçuram şamına pərvanə kimi,
Yandıra od məni, sara su məni.

Eh, daha keçmişəm hasarı, çiçək,
Ruhuma eşq sızır, ha sarı, çiçək,
Ah, hardan biləydim bu sarı çiçək,
Bürüyüb ətrinə sarası məni …

Sehrində saraldım, gül tək büzüşdüm,
Dayaza üzdükcə dərinə düşdüm,
Bir dəli sevdanın nəhrinə düşdüm,
Qərq etdi sevginin Sarası məni!!!

———————————————————————————–

Bürüyüb gedər

Bir qığılcım yetər şair könlünə,
Min ilin buzları əriyib gedər.
Ağlaya-ağlaya qocalan ümid, 
Körpə uşaq kimi kiriyib gedər.

İlahi bir nurun düşər toxumu,
Cücərdər könlümü, çəkər ruhumu,
Bənövşə qoxusu tutar yuxumu,
Həsrəti qar kimi kürüyüb gedər.

Duyğular çalxanar ümman yerinə,
Tutub ürəyimdən çəkər dərinə,
Gün düşər könlümün quzeylərinə,
Duman ətəyini sürüyüb gedər.

Bilmədim röyada nə idi dərdim,
Dərdim də, yedikcə dərdimə ərdim,
Daha saqqalından utanar dərdim,
Vurub qırmancını yürüyüb gedər.

Bax, göy ulduz – ulduz, buludu lay – lay,
İlahi bir sükut, nə səs, nə haray…
Alnımda yazıya möhürlənər Ay,
Ruhumu işığa bürüyüb gedər!


Qul kimi gəlir

Əzabım içimə yağır, İlahi,
Sənsizlik ruhuma sel kimi gəlir.
Bahar ürəyimdə qış tüğyan edir, 
Fırtına qoparır, yel kimi gəlir.

Qəm aman vermir ki, bitişə canım,
Çilik-çilik olur bu şüşə canım,
Gör necə qısılıb bənövşə canım,
Xatirən ən isti kol kimi gəlir.

Nə ölüm ovutmur məni, nə röya,
Sinəmi ah dəlir, ruhumu qıyya,
Məcnun ürəyimə sığışmır dünya,
Mənə gülüstan da çöl kimi gəlir.

Neçə can qoparmış bu bircə candan,
Gündə yüz can alır canımdan hicran,
Dilənçi payı tək söylədiyin “can”,
Mənə “gorbagor ol, öl” kimi gəlir.

Həsrətə bölündüm, dərddi qalığım,
Sənsizlik zindanmış, son ümid lağım,
Bax, sənə yönəlmiş bütün varlığım,
Cığıra çevrilir, yol kimi gəlir.

Qıyma dağ çatlayıb, uçsun ahımdan,
Günahım yoxsa da keç “günahımdan”,
Aman diləyirəm eşq “Allahim”dan, –
Məmməd hüzuruna qul kimi gəlir!

YAZARLAR.AZ OLARAQ MƏMMƏD MÜƏLLİMƏ YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN, MƏMMƏD MÜƏLLİM…

YAZARLAR.AZ

Adil CƏFAKEŞ – HƏR KƏS İLƏ ÖZ DİLİNDƏ DANIŞDIM…

ad

Adil CƏFAKEŞ  – ƏSRİMİZİN  VİDADİSİNDƏN BİR NEÇƏ YARPAQ….

 

HƏR KƏS İLƏ ÖZ DİLİNDƏ DANIŞDIM

Danışdırdım hər kəsi öz dilində,
Hər bir kəslə öz dilində danışdım.
Çoban ilə etdim çoban söhbəti, 
Şair ilə söz dilində danışdım.

Şaxta dilim, kəskin qırov dilim var,
Həm ağıllı, həm dəlisov dilim var.
Ocaq dilim, mənim alov dilim var,
Üşüyənlə köz dilində danışdım.

Şirindiləm, incitmirəm heç kimi
Mən “du” – “biri” anladıram “şeş” kimi.
Cəfakeşəm, cananıma eşqimi,
Baxmaq ilə göz dilində danışdım.


BİR QURBANLIQ ŞEİRİM VAR! ! !

Mən bir sevda küləyiyəm, 
İcazə ver əsim sənə.
Qoy lap zildən oxuyum mən
Xoş gəlmirsə pəsim sənə.

Misri, cəngi verə bilməz,
Gecik, ləngi, verə bilməz.
Bu ahəngi verə bilməz,
Nə bir pərdə, nə sim sənə.

Sevgi adlı günahım ol,
Son fəryadım, son ahım ol.
Bir qəribəm, pənahım ol,
Deyim doğma kəsim sənə.

Açılmayan bir sirrim var,
Zərərim var, xeyirim var.
Bir qurbanlıq şeirim var,
Gəl, başını kəsim sənə.


BİŞMİŞİK

Taleyimiz bir – birinə bənzəyir,
Elə bil ki, bir qazanda bişmişik.
Öz şerimiz özümüzü yandırıb, 
Həm yazanda, həm pozanda bişmişik.

Nəymiş biznən axı görən qərəzi,
Bəxt istədik, bizə verdi mərəzi.
Satıb bizi zaman adlı tərəzi,
Gah pərsəngdə, gah mizanda bişmişik.

Bu taleyə boylanıram bayaqdan,
Rənglənibdi o qapqara boyaqdan.
İçimizdə buzlamışıq soyuqdan,
Qovrulmuşuq, gün qızanda bişmişik.

Cəfakeşəm, çox ustayıq, usta biz,
Tez uyuruq təriflə biz, tosta biz.
Dinsiz sanıb özümüzü Rusda biz,
Ərəbdəsə, biz əzanda bişmişik.


MƏKTUB

Üzünü görmürəm illərdi sənin,
Ay SALAMƏLEYKÜM, elli necəsən ?
Ta mən də sən görən cavan deyiləm, 
Artıq yaş olubdu əlli, necəsən ?

Kim bağladı o eşq adlı kitabı ?
Kimə günah yazaq, kimə savabı ?
Nə tapıldı bu sualın cavabı,
Nə də bu misalın həlli, necəsən ?

Gecə – gündüz yalvarıram Allaha,
Ki, son qoysun bu naləyə, bu aha.
Qorxuram biz görüşməyəcək bir daha,
Ömür yaman gedir yelli, necəsən ?

Gah boşaldım bulud kimi, gah doldum,
Haldan saldı hicran məni, yoruldum.
O vaxt Adil idim, Cəfakeş oldum,
Olmuşam ölkədə bəlli, necəsən ?
Ay elli necəsən, elli necəsən ?

Müəllif:  Adil Cefakes

Ənvər MƏSUD – Bu sağlar, sollar tükəndi. 

 

 

12814016_955923284497847_3130675187220669133_n

 

Ənvər Məsuddan bir neçə şeir:

 

 

Olur

Bəzən şeir yazıram,
Çevrilib şahmat olur.
Bir nadan uduzaraq
Qabağımda mat olur.

Heyrətlə baxır gözlər,
Qəlbi yandırır közlər.
Təkrar yazdığım sözlər
Çoxgedişli at olur.

Bir misramdan, bəndimdən,
Kimisi kəməndimdən,
Gedişimdən, fəndimdən
Çıxa bilmir, pat olur.

Saçda dənim – qiymətim,
Gözdə çənim – qiymətim!
Niyə mənim qiymətim
Qeyri adekvat olur?!
19 oktyabr 2017 Sumqayıt

 

 

 

Qalmadı

Əksim gözündən itəcək,
Bu sevda nakam bitəcək.
Gülüzlüm, sənə yetəcək
Harayım, ünüm qalmadı.

Əl açdım, qollar tükəndi,
Bu sağlar, sollar tükəndi.
Getdiyim yollar tükəndi,
Bir səmtim, yönüm qalmadı.

Xərclədim, yenə xərclədim,
Lap dönə-dönə xərclədim.
Mən ömrü sənə xərclədim,
Özümə günüm qalmadı.
10 fevral 2017 Sumqayıt

 

Müəllif: Ənvər Məsud

А за окном гуляют Дождь с Дождихой. 

13716187_866600963473044_6709336779849909518_n

А за окном гуляют Дождь с Дождихой.
Мне жаль, что люди видят только дождь…
Она с ним по бульвару бродит тихо,
А он ей заливает… Ну и что ж…
Шуршат листвой, укутываясь в вечер,
Сегодня им не хочется спешить.
Для них ведь осень — это время встречи
— Особенное время для души…
Они негромко шлепают по лужам,
Стуча морзянкой капельной: прием…
Дождю с Дождихою совсем не скучно
Шагать по мокрой осени вдвоем….

…от меня тебе…

Zaur USTAC – ÇƏHRAYI KİTAB – seçmə şeirlər.

kitab

 

Zaur Ustacdan yeni kitab – ÇƏHRAYI  KİTAB.

Kitabla tam olaraq aşağıda göstərilən mənbələrdə tanış olmaq olar:

http://anl.az/el/Kitab/2017/uz_ck.pdf

 

 

http://kitabxana.net/files/books/file/1488868856.pdf

 

YAZARLAR.AZ