ADIM ADINLA OKUNSUN – Sadi ATAY.

 

13686606_871302696336204_8614343924466654258_n (1)

ADIM ADINLA OKUNSUN

Su,
Hazin akıyor doğrusu…

Tadı tuzu yok hiç
Sen doğdun doğalı.
Çağlayacak gibi olsa da bazı bazı
Nafile!
Konuşmaya başlayınca sen,
Hepten tükenir hevesi.

Hüzünlenmesin de ne yapsın su?
Çünkü sesin suların en durusu.

***
Yakınından geçtiğin her bir çiçek,
Kahırdan ha öldü, ha ölecek…

Sensin gülün kül olmasına sebep,
Lalelere boyun büktüren yine sen
Ve yanık kokuyorsa karanfiller
İşte, bu da senin yüzünden.

Bir araya gelse bütün çiçek,
Hepsi bir sen etmeyecek.
Hiçbirinin kokusu,
Senin kokuna erişemeyecek.

***
Kelebekler,
Ufukta kaybolmanı bekler…

Çünkü sen varken,
Minik ciğerleri zehir solur.
Sen varken çünkü
O, bir günlük ömür asır olur.

Senin endamını gördükçe,
Yürecikleri sanki durur.
Sen salınıp yürüdükçe,
İpek kanatları kurşundan ağır olur.
Ve sen raksedip döndükçe
Enva renkleri işte bomboz olur.

Ah kelebekler!
Endamın kederlerine keder ekler.

***
Ama vay ki aya vay!
Mum gibi eriyor ay…

Senin gül yüzünü gördü göreli,
Ay kendi şavkından utanır.
Yok sanırdı ya ondan daha güzeli,
İşte şimdi şaşkındır.

Ve bilemez şaşkınlıktan ne yapacağını
Bir hilal olur,
Bir mehtap olur,
Son çare; kaybolur…

Bulutlara sinmekte haklıdır ay,
Çünkü yüzün aydan daha ay.

***
Karardıkça kararır gece,
Gecenin fikrinde kara düşünce…

Kara gözlerini gördüğünden beri,
Kendi karasına anlam bulamaz.
Bir bilmece olur gözlerin,
Gece cevaplayamaz.

Bir yaradır gecenin bağrında gözlerin;
Her aklına geldiğinde kanar yarası.
Bilemez, çözemez;
Hangi karadır ki gözlerinin karası?

Kara kara düşünür gece,
Kara gözlerin geceye zor bilmece.

***
Yıldızlar,
Geceleri hevessiz parlar,
Gündüzleri hep sessiz ağlar…

Sen yokken,
Yıldızlar dert nedir bilmezdi.
Sen yokken,
Yıldızlar böyle üzülmezdi…
Ama işte şimdi sen varsın
Ve işte o cennet gülüşün var.
Hele ki
Gülüşünden uçuşan şu yakamozlar?

Sen varsın ya işte
Artık yıldızların derdi var.

Haset içten içe tüketir yıldızları,
Üflesen bil ki hepsi sönecek.
Kıskançlık gün be gün çürütür yıldızları,
Dokunsan sanki hepsi dökülecek…

Kıskanmasın da ne yapsın yıldızlar?
Ki daha güzeldir, gülüşündeki yakamozlar.

***
Efkârlıdır yağmur,
Yağmurun gözleri hep mahmur…

Çisil çisil yağsa,
Senin ellerin kadar güzel olamaz.
Sağanak olsa,
Rahmeti ellerinin bereketine ulaşamaz.

Yağar durur yağmur
Ama sorar durur yağmur;
Senin ellerin varken,
Yağmurun kendisine ne gerek vardı?
Hem senin olduğun yerde
Yağmura kim bakardı?
Çaresi olsaydı ah!
Ellerinin olmadığı yere kaçardı.

Mahmurluğunda haklıdır yağmur,
Çünkü ellerin yağmura tek umur.

***
Ama işte ben;
Varlığınla mutlu tek benden.
Sen ağlarsan, ağlarım.
Gülerim, sen gülersen…

Sen tadımsın, sen tuzumsun,
Sen, benim can suyumsun.
Senden gayri çiçek istemem,
Kokun hep ciğerime dolsun.
Senden güzel kelebek bilmem,
Bedenin, bedenimin yoldaşı olsun.

Rahmetsin bana, sen yağmurumsun,
Ellerin hep elimi tutsun.
Gece sığınağım, gündüz yurdumsun,
Gözlerim hep, gözünün içinde dursun.
Aydan daha güzel, melek yüzün,
Yüzünün şavkı hep, yüzüme vursun.
Cennetlere bedel, tek gülüşün
Gülüşün kaderim olsun…

İşte ben;
Varlığınla mutlu tek benden…
Adım, adınla okunsun.

26.08.2014
Müəllif: Sadi Atay

Advertisements

BU GÜN İBRAHİM RÜSTƏMLİNİN DOĞUM GÜNÜDÜR.

20476146_1299921086784980_4850563693043070878_n

TƏQVİMDƏ  BU  GÜN :

Bu gün hamımızın sevimlisi, İbrahim Rüstəmlinin doğum günüdür. Ad günün mübarək bizim şair ürəkli komandir, tarixən belə olub, qılıncı od saçan sərkərdələr həm də iti-kəsərli qələm sahibi olublar… Şah babamız Xətainin ənənə və əmanətini uğurla davam etdirib, şərəflə gənc nəslə ötürən, İbrahim müəllim bu işdə Uca Yaradan özü Sizin yardımçınız olsun. Mundirin içində şair ürəyi saxlamaq, daşımaq asan olmadığı kimi, hər adama da nəsib olmur. Bu çox müqəddəs bir mirasdır. Siz uzun illərdir müxtəlif vəziyyət və şəraitlərdə bu misiyanın öhdəsindən layiqincə gəlirsiz. Uğurlarınız bol və davamlı olsun, MÜƏLLİM, ŞAİR, YAZAR, KOMANDİR İBRAHİM RÜSTƏMLİ…  Var olun.

01.08.2018. – Bakı.

Hörmətlə: Zaur Ustac

 

YAZARLAR.AZ  OLARAQ, BİZ DƏ TƏBRİKLƏRƏ QOŞULUR, İBRAHİM MÜƏLLİMƏ CAN SAĞLIĞI, UZUN ÖMÜR, YENİ-YENİ YARADICILIƏQ UĞURLARI ARZU EDİRİK. VAR OLUN.

İLDIRIM ƏKBƏROĞLU – BİRİ GÖZÜMÜN.

 

13709828_868281526638321_2286484615479056850_n — копия

BİRİ GÖZÜMÜN 

(Müsabiqə çərçivəsində N 3)

Görmürəm dünyanı əvvəlki kimi,
Demirəm azalıb nuru gözümün.
Neynirəm loğmanı,ya da həkimi,
Sənsən qığılcımı,qoru gözümün.

Ruhum qəlb oxşayan sözündə qalıb,
Fikrim gül ləçəyi üzündə qalıb
Neynəyim,vurulub gözündə qalıb,
Məhəbbət nurunu qoru gözümün.

Hər zaman oxşaram səni qəlbimdə,
Görməz qeyrisini gözüm bu dəmdə.
Qoy,baxım gözünə doyunca,həm də,
Silinsin həsrəti,toru gözümün.

İldırım ,istəsə ulduzu,Ayı,
Ver,ancaq,neynir o,əlçatmaz payı.
Səni görməyimə bəsdir bir tayı,
Götür,sənin olsun biri gözümün.

 

Müəllif: Ildırım Akberoğlu

MÖVLUD AĞAMMƏD “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

31400941_2122304867981812_6407462379470192640_n

Çox hörmətli pedaqoq, imazasını kifayət qədər tanıtmış, sevimli müəllimimiz, dəyərli şairimiz Mövlud Ağəmməd “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı yeni – ilk kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” – IN  YAZARI  “ZİYADAR”  MÜKAFATINA layiq görülüb. Yazarlar adına mükafatı Zaur Ustac təqdim edib.

MÖVLUD A

YAZARLAR.AZ  olaraq, bir daha Mövlud müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Var olun, Mövlud müəllim!!!

YAZARLAR.AZ

MÖVLUD AĞAMMƏD YENİ KİTABINI TƏQDİM EDİB.

 

37881318_1844716375584703_8841613039821127680_n

Bu günlərdə daha bir şairimiz yeni – ilk kitabı ilə oxucuların görüşünə gəlib. İlk kitabı olsa da Mövlud Ağamməd imzası oxuculara yaxşı tanışdır.  Şairin təqdim etdiyi “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Şair Mövlud Ağəmməd yeni kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layiq görülüb.

37600737_2186180478260917_2693256257678082048_n

 

Şair öz hislərini belə ifadə edib: “Anamla bölüşdüm ilk kitabımın sevincini.Evə çatar-çatmaz bağlamadan bir kitab götürüb birnəfəsə qaçdım anamgilə.Həyətdə idi anam…Əı ağacına söykənib dayanmışdı.
Yaxınlaşdım…Həyəcanlı idim.Titrəyən əllərimlə kitabı uzatdım:
-İlk kitabımın sevincini ilk olaraq səninlə bölüşürəm,ana,-dedim.
Kitabı aldı,o üzünə, bu üzünə baxdı.Kitabqarışıq bağrına basdı məni,üzümdən öpüb titrək səslə dedi:
-Heyif ki,oxuya bilmirəm,balam.
Sol əlinin arxası ilə göz yaşlarını sildi:
-Ancaq sənin taleyini əzbər biıirəm…Allah həmişə səni sevindirsin..
Bu,anamın sevinc hisləri idi,kədərqarışıq sevinc…Anam mənim üçün sevinirdi.Həmişə qüssəli görünən oğlu üçün…”

13230248_1767723440106625_6601448581445216433_n

Uğurlarınız bol olsun, Mövlud müəllim. Bir daha təbriklər, xeyirli-uğurlu olsun!!!

YAZARLAR.AZ

 

TOFİQ QƏBUL “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

13912499_103015143478878_8023942242719031226_n

Xəbər verdiyimiz kimi  Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, gözəl insan, sevimli şairimiz Tofiq Qəbulun  bu günlərdə sayca yeddinci kitabı  işıq üzü görüb.  Ədəbi camiyə bu hadisəyə biganə qalmayıb. Beləki, şair  Tofiq Qəbul ‘‘ŞEİR ÖZÜ ÇINQIDIR” adlı yeni  kitabının nəşr olunması münasibəti ilə “YZARLAR’-IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb. Yazarlar adından mükafatı Zaur Ustac təqdim edib.

TOFİQ QƏBUL

YAZARLAR.AZ olaraq, bir daha Tofiq müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Tofiq müəllim!!! Var olun!!!

YAZARLAR.AZ

ADİL CƏFAKEŞ – KEÇİB.

gagcicek.jpg

KEÇİB

Od tutmuşam yanıram,
Alovum səndən keçib.
Kipriklərim şehlənib, 
Gözlərim çəndən keçib.

Yazdırmaqdan naləmi,
Bezdirmişəm qələmi.
Hər günümün ələmi,
Saçımdan dən – dən keçib.

Üzüb məni yoxların,
Hədələrin, xoxların.
Bütün hicran oxların,
Tuşlanıb məndən keçib.

Ağlım itib, huş gəlmir,
Sevinc mənə tuş gəlmir.
Xırmanıma quş gəlmir,
Mənimki dəndən keçib.

 

Müəllif:  Adil Cefakes

TOFİQ QƏBULDAN YENİ KİTAB

Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, gözəl insan, sevimli şairimiz Tofiq Qəbulun sayca yeddinci kitabı bu günlərdə işıq üzü görüb. ‘‘ŞEİR ÖZÜ ÇINQIDIR” ADLANAN  KİTAB 7 ÇAP VƏRƏQİNDƏDİR. KİTAB NAXÇIVANIN ”ƏCƏMİ” DÖVLƏT NƏŞRİYYATINDA NƏŞR  OLUNUB.  Tofiq Qəbul  bu  yeni kitabının nəşr olunması münasibəti ilə “YZARLAR’-IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb.

 

37946310_495715320875523_2799364425453142016_n

 

 

Tofiq Qəbulun söz çələngindən nümunələr:

 

S E V G İ.

 

Sevgi ucalıqdır, ucalıq sevgi,
Sevgidir qəlbləri asiman edən.
Bu odu, bu suyu, torpağı sev ki,
Onlardır cahanı gülüstan edən.

Ağ paltar bir ləkə götürərmi, de?
Ülvi məhəbbət də belə bəmbəyaz.
Saxta eşq ucalıq gətirərmi, de?
Əgər qış bitməsə, qayıdarmı yaz?

Qulaq ver sevgiyə, sevgi ümmandır,
Yumub gözlərini səmaya yüksəl.
Qəlbi sevgi dolu insan cahandır,
Sevgi köz kimidir, yox ondan gözəl.

Xəyalım oyanmış xatirələrdə,
Gənclik yaddaşımın sadiq əksidir.
Dünyaya göz açan bu al səhər də
Sevgi havasıdır, eşq nəfəsidir
TOFİQ QƏBUL.
20.07.2018

 

============================================================================

 

 

SEVGİ ƏKİLSƏ.

 

Şər demə, şər özü düşmən işidir.
Sən mələk kimisən, uzaq dur şərdən.
İnsan var, bir sözü dartır, şişirdir.
İnsan var, saxtanı ayırır zərdən.

Böhtan sınıq sazdır, dınqıldayacaq,
Yalan gülməşəkər iblis kimidir.
Qazan boşsa əgər, danqıldayacaq
Süfrəsi açıq ev uşaq kiridir.

Açılar dünyanın qaşı-qabağı,
Yalan, hiylə, böhtan göyə çəkilsə.
İnsanın hər zaman qaçar dodağı,
Çarpan ürəklərə sevgi əkilsə.
TOFİQ QƏBUL.
12.07.2018.

TOFİQ QƏBUL

YAZARLAR.AZ olaraq, bir daha Tofiq müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Tofiq müəllim!!!

YAZARLAR.AZ

29 İYUL – Təqvimdə bu gün “Təhminə və Zaur” günü kimi qeyd  olunur

tahminazaurvmeste

 

29 İYUL – Təqvimdə bu gün “Təhminə və Zaur” günü kimi qeyd  olunur29 İyul günü Təhminə  və  Zaur nəhayət ki,  görüşdülər, bu günü SEVGİ, VÜSAL Günü kimi qeyd etdilər…. Bu gün Təhminə və  Zaurun  həsrətinin son bulduğu gündür…. Onlar ilk görüşdəcə elə görüşdülər ki, elə bil, yüz il idi bir-birilərini  tanıyırdılar… İlk görüşdəcə Zaur Təhminəni Kərəm yanğısı ilə bağrına basıb, ehtiraslı səslə qulağına pıçıldadı: – “Təhminəm sən bu vaxta qədər harada idin? – Niyə bu qədər gec gəldin, Təhminəm? – Düz qırx il çəkdi sənin gəlməyin, Təhminəm….”  ardı  burada:  https://yazarlarsite.wordpress.com/2016/07/31/29-iyul-t%C9%99hmin%C9%99-v%C9%99-zaurgunu/

İLKİN  MƏNBƏ:

29 İYUL “TƏHMİNƏ VƏ ZAUR”günü

 

 

 

ETİBAR HƏSƏNZADƏNİN ŞEİRLƏRİ KÖNÜLLƏRİ FƏTH EDİR, SƏRHƏDLƏRİ AŞIR…

 

25507916_1238464646253393_4331347164814641892_n

Sivas Yazarlar və Şairlar Dərnəyinin 671 səhifədən ibarət, 110 şairi əhatə edən “ŞAİRLER SEÇKİSİ / 10 ” şeir antolojisi işıq üzü gördü. Antolojidə Türkiyədən, Azərbaycandan və İrakdan olan şairlərin şeirləri yer almışdır. Kitabda əsərləri yer alan yazarlardan biri də gənc yazar hamımızın sevimlisi Etibar Həsənzadədir.

37824309_2181124525487227_426614961163206656_n

Bu barədə Etibar Həsənzadə qısa olaraq belə məlumat verdi: 

“Mənim də şeirlərimin yer aldığı Sivas Yazarlar və Şairlar Dərnəyinin 671 səhifədən ibarət, 110 şairi əhatə edən “ŞAİRLER SEÇKİSİ / 10 ” şeir antolojisi işıq üzü gördü. Antolojidə Türkiyədən, Azərbaycandan və İrakdan olan şairlərin şeirləri yer almışdır. Kitabda əsərləri yer alan bütün şairləri təbrik edirəm. Kitabda mənim də şeirlərimə yer verdikləri üçün dərnəyin rəhbəri Bekir Alim bəyə və dərnəyin Azərbaycan təmsilçisi Aygün Hüseyn xanıma təşəkkürümü bildirirəm.”

YAZARLAR.AZ