TƏQVİMDƏ BU GÜN – 27 MART DƏMİR GƏDƏBƏYLİNİN DOĞUM GÜNÜDÜR.

 

Dəmir_Gədəbəyli

TƏQVİMDƏ BU GÜN – 27 MART DƏMİR GƏDƏBƏYLİNİN DOĞUM GÜNÜDÜR. BUGÜN MÜNASİBƏTİ İLƏ GÖRKƏMLİ ŞAİRİMİZİ TƏBRİK EDİR. UCA YARADANDAN SAĞLIQLI BİR ÖMÜR ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN, DƏMİR MÜƏLLİM….

 

QISA  ARAYIŞ:

Dəmir Gədəbəyli 27 mart 1939-cu ildə  Gədəbəyin Ataxal  kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə “20 yanvar” qəzetinin baş redaktoru olub.

İLKİN MƏNBƏ:

https://az.wikipedia.org/wiki/D%C9%99mir_G%C9%99d%C9%99b%C9%99yli

YAZARLAR.AZ

Advertisements

BAKI ŞƏHƏRİ, ARİF HÜSEYNZADƏ ADINA 20 NÖMRƏLİ MƏKTƏBDƏ XEYRİYYƏ AKSİYASI KEÇRİLİB.

BU GÜN – 13 MART 2018- Cİ İL TARİXİNDƏ BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU ,ARİF HÜSEYNZADƏ ADINA 20 NÖMRƏLİ MƏKTƏBDƏ XEYRİYYƏ AKSİYASI KEÇRİLİB.29136031_1654918507937281_7049873651123783071_n

Məktəblilər müəllimlərinin və valdideynlərinin köməkliyi ilə öz əl işlərindən ibarət “NOVRUZ YARMARKASI” adlı  xeyriyyə aksiyası təşkil etmişlər. Əldə olunacaq gəliri isə uşaq evlərində yaşayıb, təhsil almağa məcbur olmuş həmyaşıdları üçün xərcləmək niyyətindədirlər. Tədbirdən fotolar:

29186705_1654914917937640_7751975479584300751_n

29103338_1654915684604230_2976317192241155589_n

29132962_1654915904604208_4980372935139609912_n

29135994_1654915397937592_9195977888784919061_n

29179060_1654916071270858_1227308449041303939_n

BELƏ NÜMUNƏVİ TƏDBİRLƏRİN TƏŞKİLİNDƏ BALACALARA GÖSTƏRDİKLƏRİ KÖMƏKLİYƏ GÖRƏ MƏKTƏB RƏHBƏRLİYİNƏ, MÜƏLLİMLƏRƏ VƏ VALİDEYNLƏRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK… 

YAZARLAR.AZ

TƏQVİMDƏ BU GÜN: – ZEYNAL ƏHMƏDOVUN AD GÜNÜDÜR.

391720_105927396235682_735810927_n

BU GÜN: – 10 MART – TANINMIŞ, İSTEDADLI, XÜSUSİ-ÖZÜNƏMƏXSUS SƏS SAHİBİ OLAN  XALQA BİR PƏRDƏ DAHA YAXIN,  HAMIMIZIN SEVİMLİSİ  ZEYNAL ƏHMƏDOVUN  AD GÜNÜDÜR. UCA YARADANDAN GÖZƏL İNSAN, PEŞƏKAR SƏNƏTKARIMIZ  ÜÇÜN CAN SAĞLIĞI, UZUN ÖMÜR DİLƏYİR, UĞURLARININ BOL OLMASINI ARZU EDİRİK… VAR OLUN….  SƏNƏTKAR HAQQINDA PEŞƏKAR  QƏLƏMİNDƏN  BİR-NEÇƏ KƏLMƏ:

Ziyadxan müəllim Zeynal haqqında:

Uşaq vaxtı kənd toylarında məclisdəkiləri öz şirin oxuları ilə ovsunlayan aşıq və xanəndələrə həsədlə qulaq asan balaca Zeynal hərdən özünü onların yerində təsəvvür edərdi. Şirin səsi, avazı ilə artıq kənddə tanınırdı. Yəqin ki, bu səs elə Şamaxının Quşçu kəndindən kənara çıxmayacaqdı, əgər xoş bir təsadüf olmasaydı… 

1999-cu ildə təcrübəli tarzən, gənc istedadların üzə çıxarılmasında böyük əməyi olan Mehman Mikayılov Quşçuda toy apararkən kənd adamlarının təkidilə onun səsinə qulaq asdı. Bu, onun sənət gələcəyini müəyyənləşdirən taleyüklü bir an idi. Tarzən Zeynalın oxuduğu “Bəstənigar təsnifi”ndə təcrübəsizlikdən irəli gələn müəyyən çatışmazlıqlar görsə də, səsindəki ovsun və məlahət onu valeh etmişdi. Odur ki, o, fikirləşmədən Zeynal Əhmədovu Şamaxı şəhərinə – sənətlə ciddi məşğul olmağa dəvət edir. Bu yerdə bir qədər irəli gedib əlavə edək ki, Mehman Mikayılovun o vaxt artıq 27 yaşı vardı, ailə qurmuşdu. Odur ki, tarzən M.Mikayılovun bu yaşda Zeynalı “sənət karvanı”na qovuşdurmaq istəyi çoxlarına ümidsiz bir cəhd kimi görünürdü. Amma o, nə etdiyini yaxşı bilirdi və bu gün Quşçu kəndinin sakinləri teleekranda Zeynalın çıxışlarını seyr edəndə qürurlandıqlarını dilə gətirərək təcrübəli musiqiçiyə “Sağ ol!” deyirlər.
Rayon mərkəzində muğam dərsləri almağa başlayan Z.Əhmədov həm də Şamaxı Mədəni-Maarif Kollecinə daxil olur. Onun istedadına başqalarında inam yaratmaq üçün M.Mikayılov Zeynalı 2000-ci ildə “Muğam” assosiasiyasının keçirdiyi müsabiqədə iştirak etmək üçün Bakıya aparır. İfa təcrübəsinin azlığı bu yarışmada ona yüksək yer tutmağa imkan verməsə də, o, burada münsiflər heyətinin sədri, Xalq artisti İslam Rzayevdən bu gün də unudulmayan, həm də əsl həqiqəti ifadə edən ustad dəyərləndirməsi eşidir. Zeynalın gələcəyinə böyük ümidlər bəslədiyini dilə gətirən görkəmli sənətkar onun səsinin çox bənzərsiz olduğunu, “qumru səsi”nə oxşadığını dedi. Qeyd edək ki, gənc xanəndənin çalışqanlığı tezliklə nəticəsini verdi və o, 2002-ci ildə həmin müsabiqədə oxuduğu “Mənsuriyyə” ritmik muğamına görə III mükafata layiq görüldü.
Elə həmin il Şamaxıdakı təhsilini (kollecin kitabxanaçılıq şöbəsini) başa vuran Zeynal Əhmədov muğam sahəsində ciddi təhsil almağa qərar verir. Sənət idealı olan Xalq artisti Alim Qasımovdan dərs almaq niyyətilə A.Zeynallı adına Bakı Musiqi Kollecinə üz tutur. Buradakı sınaqdan uğurla çıxan Z.Əhmədov iki il görkəmli muğam ustası Alim Qasımovun tələbəsi olur. 2004-cü ildə Ə.Məmmədov, C.Əkbərov, G.Məmmədova və başqa sənətkarların qarşısında oxuduğu “Şur” dəstgahı ilə qazandığı muğam ustalığını nümayiş etdirən gənc xanəndə təhsilini “əla” qiymətlə bitirir. Bir müddət sonra AzTV-nin “Muğam saatı”nda oxuduğu “Bayatı-şiraz” dəstgahı ilə tamaşaçı rəğbəti qazanır…
İndi o vaxtdan yeddi il keçib. Təbii ki, bu müddət hər hansı bir sənətçinin dəst-xəttinin formalaşması üçün bir o qədər yetərli deyil. Odur ki, Zeynal Əmədov üçün də ötən illər daha çox axtarışlarla zəngin olub. Elə onunla söhbətimizdə də gənc xanəndənin öz səs və ifa idealına qovuşmaq yolunda ciddi axtarışlarla baş-başa qaldığına əmin olduq. Bunu onun geniş tamaşaçı və dinləyiciyə hələ tanış olmayan lent yazıları da təsdiqləyir.
Muğama vurğunluğunun Qədir Rüstəmov və Alim Qasımov kimi səs və icra möcüzəsi sahiblərindən qaynaqlandığını deyən Zeynal Əhmədov klassik ifaçıları dinləməkdən usanmır. Yəqin buna görədir ki, onun ifasında təqdim olunan musiqilərdə zamanlar arasında ruhi-mənəvi əlaqə duyulmaqdadır. Onun ifasında “Orta mahur”, “Şur”, “Bayatı-Şiraz”, “Çahargah” muğamları, “Sarənc təsnifi”, “Gül açdı”, “Segah təsnifi” və digər xalq mahnıları bu cür estetik yüklüdürlər. Onun səs potensialı istənilən xalq mahnısına yeni ovqat vermək gücündədir. Muğamlarda az oxunan qəzəllərə üstünlük verən xanəndə onların təqdimatına, məna-məzmun yükünə, musiqinin ruhuna uyğunluğuna xüsusi əhəmiyyət verir. İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir və Ə.Vahidin qəzəlləri onun repertuarında əsas yer tutur.
“Muğam-radio”nun internet vasitəsilə yayılan repertuarında onun ifasında bir neçə təsnifin yer alması da onun ifasının özünəməxsusluğuna tanınmış muğam mütəxəssislərinin inamının, bu çətin seçimdə yüksək sənətkarlıq nümayiş etdirməsinin nəticəsidir.
Zeynal Əhmədovun səsini ölkəmizlə yanaşı, Türkiyə və İranın muğamsevərləri də dinləyib dəyərləndiriblər. Dinləyicilər onun “qumru səsi”nə, duyğulandırıcı avazına heyran kəsiliblər. Elə biz də inanırıq ki, bu səsin böyük konsert salonlarından səslənəcəyi, milli irsimizi dəyərləndirənlərin qürurla dilə gətirəcəyi gün uzaq deyil…

   Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi

 

İLKİN MƏNBƏ:

http://medeniyyet.az/page/news/13703/Qumru-sesinin-dasiyicisi.html?lang=ru

 

 

 

 

“KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasının  təqdimatı oldu.

7-si  mart  2018-ci il də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB və ASKEF-in birgə hazırladığı çox maraqlı  tədbir keçirildi. Türk cümhuriyyətlərindən 40  nəfərdən artıq alim, yazıçı, şair, rəssam və incəsənətin müxtəlif sahələri ilə məşğul olan sənətkarların iştirak etdiyi tədbirdə  ASKEF Genel Başkanı Savaş ÜNAL  bəy  türkdilli  yazar və şairlərin vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət “KARABAĞ’DAN KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyasını  təqdim  etdi. Toplantıda tanınmış Azərbaycan və eyni zamanda digər Türk ellərindən olan söz adamları iştirak edib. 

28661175_974410502710504_6969834154258712144_n.jpg

İraqın  Erbil  şəhərindən Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin  Sədri  Esat Erbil ilə birlikdə Kərküklü qardaşlarımz da  tədbir iştirakçıları arasında olub. ASKEF Başqan yardımçısı və Azərbaycan sorumlusu Yahya AZƏROĞLUNUN,  AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri və eyni zamanda ASKEF-in Azərbaycan  Bölməsinin Başqanı Sayman ARUZ bəyin,  ASKEF-in Azərbaycan Başqan  Müşaviri  Sona xanım İsmayılovanın və adını qeyd etmədiyimiz  digər çox dəyərli şair və yazarlarımızın əməyi nəticəsində  gözəl   bir  DOSTLUQ – QARDAŞLIQ  MƏCLİSİ oldu. Tədbirdən fotolar:

 

28685908_974410452710509_7107414025826875388_n.jpg

28661028_974410836043804_465738819235011306_n

28951390_974410759377145_119484969660700497_n

YAZARLAR.AZ olaraq bu işdə əməyi keçənlərin hamısına təşəkkür edir, bir daha  xeyirli -uğurlu olsun deyirik.  Sözün əsl mənasında – “NƏ MUTLU TÜRKÜM DEYƏNƏ….”

YAZARLAR.AZ

BİR DAHA XATIRLADIRIQ Kİ, TORPAQLARIMIZIN İŞĞALI DAVAM ETDİKCƏ VƏ XOCALI LƏKƏSİ TƏMİZLƏNƏNƏ QƏDƏR FEVRAL AYINDA YAZARLAR.AZ SUSACAQ…. ZAUR USTACIN “ORİYENTİR ULDUZU” – dan BİR PARÇA PAYLAŞARAQ, HƏM MÜBARİZ İBRAHİMOVU FEVRAL AYINDA ANIR, HƏM DƏ MÜƏLLİFİN DİLİ İLƏ NƏ ETMƏLİ OLDUĞUMUZU NİŞAN VERİRİK…

1-d0bad0bed0bfd0b8d18f

BİR DAHA XATIRLADIRIQ Kİ, TORPAQLARIMIZIN İŞĞALI DAVAM ETDİKCƏ VƏ XOCALI LƏKƏSİ TƏMİZLƏNƏNƏ QƏDƏR FEVRAL AYINDA YAZARLAR.AZ SUSACAQ…. ZAUR USTACIN “ORİYENTİR ULDUZU” – dan BİR PARÇA PAYLAŞARAQ, HƏM MÜBARİZ İBRAHİMOVU FEVRAL AYINDA ANIR, HƏM DƏ MÜƏLLİFİN DİLİ İLƏ NƏ ETMƏLİ OLDUĞUMUZU NİŞAN VERİRİK…

 

 

…..O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox, çox dovşan ovlamaq lazımdı, yol azuqəsi üçün- o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahında arı sancdı sanki, əlini başına apardı, deyəsən başına nəsə dəymişdi. Yəqin, “AQS” qəlpəsidi, gör a, bir belə ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, indi əgər başımda olsa idi, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdı, döyüşə “kaska”-sız gedən elə bil, bir başla gedir, ona da bir şey olanda, bax belə olur – dedi öz-özünə Seyid, ancaq hər şey qaydasında idi, Seyid axırıncı əl qumbarasın yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir yandan uğultu, bir yandan yaralı dovşanların cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki, yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda GÜNƏŞ doğurdu. O, başını silkələdi- əstəğfirullah, bu nədi o, Gündoğana baxdı dan yeri al qana boyanmışdı, ancaq Günəş dağların arxasında doğmaqda idi, Günbatanda. Seyid ani olaraq nəsə düşünüb, tüstü şaşkasının birini çəkib, atdı. İkincisini də onunun bir az qabağına atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid mövqeyindən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi. İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda çıp, çıp iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki, iki arı eyni anda sancdı. Bu, it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürüşdürdü. Solda, aşağıda baş barmaq girən yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, Allahım, bu mərtəbəni mənə çox görmə, yaralı bu şərəfsizlərə əsir etməginən- dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi ora çatıb, torpağın üstünə uzanıb, dincəlsin. Səkiyə üç-dörd addım var idi, hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir istədi atsın, ancaq  komandirlərinin sözü qulağında cingildədi:-  “Əsgərin silahı arvadından irəlidir!”- atmadı, avtomat özü sürüşüb düşdü əlindən. Bir, iki addımladı, səkiyə çatdı, indi beş-altı santılıq səki onun qabağını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan bir “barduru” keçə bilməyəsən- düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, nəsə,  nə vaxtsa murdar dığaların əli ilə tökülmüş asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq  göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü,  gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi,   bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl   bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…

İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…

07-21 fevral 2011. BAKI.

   TAM TƏHLÜKƏSİZ  BU LİNGLƏRDƏN OXUMAQ OLAR:

https://oxuzal.wordpress.com/zaur-ustac-oriyentir-ulduzu/

http://www.kitabxana.net/files/books/file/1430716832.pdf

http://anl.az/el/Kitab/2016/uz_ou.pdf

http://www.ebooks.az/book_Q46EB1Uk.html

Zaur USTAC : – İNCİ  QƏRƏNFİL şeiri.

azar

İNCİ  QƏRƏNFİL

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

 

20.01.2018.  Bakı. (15:00)

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

TƏQVİMDƏ BU GÜN : – 19- YANVAR ŞƏHİDİMİZ – AZƏRBAYCAN ORDUSUNUN GƏNC ZABİTİ FƏRİD ƏHMƏDOVUN DOĞUM GÜNÜDÜR….

aaaaaaaaaaaaaaaaaaffffffff

DÜNYA BİR PƏNCƏRƏDİR….

TƏQVİMDƏ BU GÜN – Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Prezidentin sərəncamı:
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb

Xatirəsi Əbədiləşdirilib:
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimat mərasimi keçirilib.

ALLAH ŞƏHİDİMİZƏ  RƏHMƏT ELƏSİN…. DOĞMALARINA SƏBR VERSİN…. RUHUNU  ŞAD  EDƏ  BİLMƏMİŞİK  HƏLƏ   QARDAŞIM….  NUR İÇİNDƏ  YAT…….

YAZARLAR.AZ

#yazarlaraz#poet #pottery #writer #writers
#army #star #stars #azerbaycan #azerbaijan #baku #photography#photographer #bayraq #şəhid #political #cəlilabad #vatan

Zaur USTAC və Mehman GÖYTƏPƏLİ “HAQQIN SƏDASI” qəzetinin redaksiyasında.

26907216_1985129095032140_3579920900555931358_n

BU  GÜN  TANINMIŞ  ŞAİR – PUBLİSİST  MEHMAN  GÖYTƏPƏLİNİN   AD GÜNÜDÜR.

ZAUR  USTAC  MEHMAN  GÖYTƏPƏLİNİ  “HAQQIN SƏDASI”  QƏZETİNİN  REDAKSİYASINDA  TƏBRİK  EDƏRKƏN. BİZ DƏ YAZARLAR.AZ OLARAQ TƏBRİKLƏRƏ QOŞULUR, MEHMAN MÜƏLLİMƏ UZUN ÖMÜR, CAN SAĞLIĞI,  BÜTÜN İŞLƏRİNDƏ UĞURLARININ BOL OLMASINI ARZU EDİRİK…

YAZARLAR.AZ

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR.

550094_476687989065693_572478975_n

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR. – BU GÜN MÜNASİBƏTİ İLƏ SƏMƏD MÜƏLLİMİ TƏBRİK EDİR, İCTİMAİ – SİYASİ İŞLƏRİNDƏ VƏ YARADICILIQDA  UĞURLAR ARZU EDİRİK… VAR OLUN…  UĞURLARINIZ BOL OLSUN….

QISA  ARAYIŞ:

17 Yanvar 1963 – də Ağdam rayonu,  Yusifcanlı kəndində anadan olub.   1980 – ci ildə, Yusifcanlı kənd orta məktəbindən , 1984 – cü ildə isə    Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetindən – Dram və Kino Aktyoru – məzun olan, Səməd müəllim hal-hazırda Ümid Partiyası sədrinin müavini vəzifəsində çalışır. Səməd müəllim eyni zamanda olduqca müxtəlif mövzulu sənədli  filimlərin səsləndirilməsi sahəsində fəaliyyət göstərir.  Beləki, bu qəbildən olan flimlərin sonuda oxuduğumuz və ya eşitdiyimiz – səsləndirdi : Səməd Yusifcanlı  imzası, məhz Səməd müəllimə məxsusdur.  Səməd  Hətəmov evlidir.  Üç övladı, iki nəvəsi var. Bakı şəhərində yaşaır.

YAZARLAR.AZ olaraq, bugünkü təbriklərə qoşuluruq, bir daha  Ad gününüz mübarək, Səməd müəllim… Uğurlarınız bol olsun… Var olasız…

YAZARLAR.AZ