”YAZARLAR.AZ”- DAN REKORD GÖSTƏRİCİ – 10 İLLİK YUBİLEY

2019-04-02 at 10-19-38

“YAZARLAR.AZ” ( WWW.YAZARLAR.AZ ) ÖZ REKORDUNU YENİLƏYİB – BİR GÜNDƏ 4000-Ə YAXIN BAXIŞ – NƏZƏRİNİZƏ ÇATDIRIRAM Kİ, “YAZARLAR” JURNALININ VEB SƏHİFƏSİ OLAN BU ELEKTRON ORQAN 24 MAY 2019- CU İLDƏ DÜZ 10 İL OLACAQ Kİ, HEÇ BİR QALMAQAL TÖRƏTMƏDƏN REKLAMSIZ -FİLANSIZ, FASİLƏSİZ FƏALİYYƏT GÖSTƏRİR. BU 10 İL ƏRZİNDƏ SADƏCƏ OLARAQ BİR DƏFƏ FORMATIMIZI DƏYİŞMİŞİK. SEVİNDİRİCİ HALDIR Kİ, “YAZARLAR.AZ” ARXADA QOYDUĞUMUZ MART AYINDA BU GÜNƏ QƏDƏR SAHİB OLDUĞU BÜTÜN REKORDLARI ALT-ÜST EDİB. BELƏKİ, 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI GÜNÜ ƏRƏFƏSİNDƏ TƏKCƏ “ANA” SÖZÜ VƏ “ANA ŞEİRİ” AÇAR KƏLMƏLƏRİNİN MÜXTƏLİF AXTARIŞ SİSTEMLƏRİNDƏN SAYTIMIZA KEÇİD ALIB DAXİL OLMASI NƏTİCƏSİNDƏ 06.03.2019 – CU İL TARİXİNDƏ BAXIŞLARIN SAYI İLK DƏFƏ OLARAQ 4000 MİN HƏDDİNƏ YAXINLAŞMIŞDIR. DƏQİQ STATİSTİKANI SAYITIN STATİSTİKA BÖLÜMÜNDƏN ALINMIŞ FOTO SURƏTLƏRLƏ NƏZƏRİNİZƏ ŞATDIRIRIQ:

2019-04-02 at 10-21-05

2019-04-02 at 10-24-16

Foto-surətlərdən də göründüyü kimi ziyarərçilər siyahısına 3661 sayla Azərbaycan başçılıq edir. Ardıcıl olaraq ilk onluq aşağıdakı kimi formalaşmışdır: ABŞ, Filippin, Birləşmiş Krallıq, Rusiya, Gürcüstan, Türkiyə, Malaziya, Ukrayna, Cənub Afrika. YUXARIDA DA QEYD OLUNDUĞU KİMİ BİZ BU NƏTİCƏYƏ HEÇ BİR ÇİRKİNLİYƏ YOL VERMƏDƏN SADƏCƏ YARADICILIQ NÜMUNƏLƏRİ, ƏDƏBİYYAT VƏ İDMAN XƏBƏRLƏRİ PAYLAŞMAQLA NAİL OLMUŞUQ. BU BİZİM SİZƏ HÖRMƏTİN, SİZİN BİZƏ DƏSTƏK VƏ QİYMƏTİN ÜMUMİ NƏTİCƏSİDİR. SAĞ OLUN, VAR OLUN. BİZİ İZLƏMƏKDƏ DAVAM EDİN. SAYITIMIZIN 10 İLLİK YUBİLEY TƏDBİRLƏRİ OLACAQ.

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Advertisements

20 N-li Məktəb-liseyin IV sinif şagirdi Tuncay Mustafayev I YER qazanıb.

tuncay salyan

Bakı şəhəri, Yasamal rayonunda yerləşən A. Hüseynzadə adına 20 N-li məltəb-Liseyin IV sinif şagirdi Mustafayev Tuncay (Tuncay Sensey) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Salyan rayon Gənclər və İdman İdarəsinin 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yeniyetmələr və azyaşlı yeniyetmələr arasında keçirilən cüdo idman növü üzrə açıq rayon birinciliyində 21 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək kürsünün ən yüksək mərtəbəsinə yüksəlmiş, BİRİNCİ YER qazanmışdır. Tuncayın son uğurları da nəzərə alınaraq Novruz bayramı ərəfəsində qardaş Türkiyə Respublikasında təşkil olunacaq azyaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə açıq birincilikdə ölkəmizi təmsil edəcək balaca pəhləvanların sırasına daxil edilib. Qarşıdakı yarışlarda Tuncaya yeni-yeni uğurlar arzu edir, səfərdən qələbə ilə dönməsini istəyirik. Uğurların bol olsun, Tuncay!!! Üç rəngli şanlı bayrağımız daim başının üstündə dalğalansın!!! Kövrəldiyin anlar ancaq müqəddəs Himnimizi dinləyəndə olsun…

 

47225171_1380326725437230_3373890724486447104_n.jpg

YAZARLAR.AZ

Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutmuşdur.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış tənqidçi Əsəd Cahangirin moderatorluğunda öz sözü, öz üslubu ilə seçilən sevimli şairimiz Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutmuşdur. Tanınmış söz adamlarından Qəşəm Nəcəfzadə, İlqar Türkoğlu, Mehman Göytəpəli, Balayar Sadiq, Dayandur sevgin, Abdulla Qurbani, İltimas Səmimi və başqaları tədbirdə iştirak etmişlər. Yazarlar adından Zaur Ustac “Ziyadar” mükafatını Kəmaləddin Qədimə təqdim etmişdir.

Tədbirdən fotolar:

53723701_1241394776017064_461229047494475776_n

54279229_10216312403796859_6242426878141923328_n

53211737_2248333595378354_7864085299364626432_n

53407620_10216312394876636_4749568813819756544_n

53063661_2248333475378366_3760748401751228416_n

20190306_140238

53376293_1294352037382109_110064979410944000_n

20190306_151045

YAZARLAR.AZ

 

Kəmaləddin Qədim “ZİYADAR” mükafatına layıq görülüb.

20190306_140238

Tanınmış şair, hamımızın sevimlisi Kəmaləddin Qədim “Yolu ürəyimin üstdə gedirəm” kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layıq görülüb. Yazarlar.az olaraq müəllifi bu münasibətlə təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Kəmalədin müəllim. Sözünüz uca və qaim-qədim olsun…

YAZARLAR.AZ

 

YAZARLAR.AZ – DA BİR GÜN – STATİSTİKA

20190305_134245

“Ustac.az” “yazarlar.az”-ın statistika bölməsindən götürülmüş real foto-surətlərə əsasən http://www.YAZARLAR.az – ın bir gününün aktivlik dərəcəsin izləyicilərinə çatdırır. Beləki, foto-surətdən də aydın göründüyü kimi 04.03.2019-cu il tarixdə izləyici sayı 1.020 nəfər , baxış sayı isə 1.419 olmuşdur. Ən çox ziyarətci təbii ki, həmişə olduğu kimi ölkəmizin vətəndaşları 1.375 baxış – əsasən ibtidai sinif müəllimləri və ibtidai sinif şagirdlərinin valideyinləridir. Ən çox axtarılan kəlmə Zaur Ustac hərf şeirləri, hər hərfə bir şeir və ana şeirləridir. Foto – surətləri təqdim edirik:

20190305_134114

04.03.2019-cu il tarixdə izləyici sayı 1.020 nəfər , baxış sayı isə 1.419 olmuşdur.

20190305_134142

Ən çox ziyarətci təbii ki, həmişə olduğu kimi ölkəmizin vətəndaşları 1.375 baxış 

20190305_134206Ən çox axtarılan kəlmə Zaur Ustac hərf şeirləri, hər hərfə bir şeir və ana şeirləridir.

Qeyd:

Biz bu nəticəyə heç bir reklamsız, heç bir sosial şəbəkədə paylaşmadan, yalnız və yalnız müxtəlif axtarış sistemləri üzərindən əsasən yuxarıdakı açar sözlər vasitəsi ilə Sizin sayənizdə nail olmuşuq. Təşəkkürlər. Var olasız. Ən vacibləri Sizə çatdırmaqda davam edəcəyik.

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZİYADAR – زییادار

ziyadar b

ZİYADAR – زییادار

Yeni kitabların nəşrinə görə Yazarlar jurnalı tərəfindən verilən mükafat.

Award of Azerbaijan for new books. From The Yazarlar Magazine.

© Zaur USTAC

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Zaur Ustacın başlatdığı “Mübariz-31” tədbirləri uğurla davam edir.

Zaur Ustacın başlatdığı “Mübariz-31” Milli qəhrəman Mübariz İbrahimovun anım-tanıtım tədbirləri uğurla davam edir.  Beləki, cari fevral ayının ilk günlərindən Ağdam rayon Quzanlı – 1 tam orta məktəbindən başlamış tədbirlər son olaraq Arif Hüseynzadə adına Bakı şəhəri, Yasamal rayonu 20 nömrəli tam orta məktəb-liseydə keçirilmiş tədbirlə davam etmişdir. Tədbirlərin xronologiyasın diqqətinizə çatdırırıq:

IMG_20190207_163753_312

Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində

4 fevral 2019-cu il tarixində Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində Şükürova Zəminə müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda görkəmli memar Əliş bəy Kərəmlinin 700 illiyi münasibəti ilə yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

IMG_20190207_170417_104

Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə

Son dövrlərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salmaq istəyənlərin anlaşılmaz hərəkətləri fonunda olduqca vacib və zamanlaması uğurlu hesab edilən, Zaur Ustacın başlatdığı “Mübariz – 31” layihəsi çərçivəsində anım-tanıtım tədbirləri uğurla davam edir.

Belə ki, Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində keçirilmiş tədbirlərin ardınca bu dəfə də Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə anım-tanıtım tədbirləri müvəffəqiyyətlə həyata keçirilib. “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalının təşəbbüsü və Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatından, döyüş yolundan geniş söhbət açılmış, şagirdlər bu barədə məlumatlandırılmışdır. Fəal diskussiya şəraitində keçən tədbirdə fərqlənən şagirdlərə Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən, istər hərbi, istəsə də bədii baxımdan olduqca böyük ustalıqla qələmə alınmış, məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulan Zaur Ustacın “Oriyentir ulduzu” kitabı hədiyyə olunmuşdur.

20190205_095527

Bundan əlavə, tədbirlər proqramına uyğun olaraq, Zaur Ustacın “Oriyentir ulduzu” və yeni nəşr olunmuş “Əliş və Anna” kitablarından müəyyən edilmiş sayda nüsxələr məktəbin kitabxanasına bağışlanıb. Onu da qeyd etmək istəyirəm ki, 201 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, eyni zamanda, Əməkdar müəllim Afət Xəlilovanın rəhbərliyi ilə “Kərəmli – 700” yubiley tədbirləri çərçivəsində məktəblilər arasında keçirilən “Zaur Ustacın “Əliş və Anna” poemasında tarixi həqiqətlər” mövzusunda inşa nüsabiqəsinin iştirakçılarıdır. Adıçəkilən müsabiqənin görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmlinin aprel ayında doğum günü ərəfəsində yekunlaşdırılacağı gözlənilir. Əvvəlcədən xəbər verildiyi kimi, müvafiq olaraq, növbəti tədbirlərin Şamaxı şəhər, M. Hadi adına 9 nömrəli tam orta məktəbdə və daha sonra respublikanın tanınmış məktəblərindən olan Bakı şəhəri, A. Hüseynzadə adına 20 saylı məktəb-liseydə təşkil olunacağı nəzərdə tutulur. Bu qəbildən olan tədbirlərin keçirilməsini yalnız və yalnız bir məqsədi var – Vətən elə onun mərd oğulları, ziyalıları deməkdir. Vətənin təəssübünü çəkən Vətən oğullarını unutmamaq elə Vətəni sevmək deməkdir. Azərbaycan yeniyetməsi, gənci Vətənini tanımalı və sevməlidir.

Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

IMG_20190208_093144_609

M. Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində

7 fevral 2019-cu il tarixində – Mübarizin doğum günündə – M. Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində Şirəliyeva Sevda müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Məktəblilər Zaur Ustacın “Oriyentir Ulduzu” kitabı ilə tanış olmuş, kitabın çalışmalar bölümündəki tövsiyələrə uyğun olaraq, “Mən də mübariz kimi qəhrəman olacam”, “Azərbaycanı sevirəm”, “Biz o torpaqlara qayıdacağıq” mövzularında qısa inşalar yazmışlar. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda müəllifin yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

azq

Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb – liseydə

19 fevral 2019-cu il tarixində Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb – liseydə Quliyeva Gözəl müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Zaur Ustacın “Oriyentir Ulduzu” kitabının müzakirəsi təşkil olunmuş, məktəblilər kitabın çalışmalar bölümündə tövsiyə olunan inşa adlarına uyğun olaraq, “Vətəni sevmək imandandır”, “Xocalı”, “Mənim sevimli qəhrəmanım” mövzularında qısa inşalar yazmışlar. Fərqlənən şagirdlərə və məktəbin kitabxanasına tədbir çərçivəsində nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu” kitabı hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

2018 -Cİ İLDƏ “ZİYADAR” MÜKAFATININ LAUREATLARI

kitab

2018 -Cİ İLDƏ “ZİYADAR” MÜKAFATININ LAUREATLARI:

  1. SAYMAN ARUZ                              N 001 – 04.05.2018 – BAKI.
  2. SONA ABBASƏLİQIZI                   N 002 – 04.05.2018 – BAKI.
  3. GÜNEL HÜSEYNLİ                        N 003 – 04.05.2018 – BAKI.
  4. MƏRZİYƏ SARVAN                        N 004 – 05.05.2018 – BAKI.
  5. ELÇİN ƏFƏNDİYEV                       N 005 – 01.06.2018 – BAKI.
  6. İNTİQAM YAŞAR                           N 006 – 09.06.2018 – BAKI.
  7. ADİL  CƏFAKEŞ                             N 007 – 15.06.2018 – BAKI.
  8. RİZVAN  FİKRƏTOĞLU                 N 008 -23 .06.2018 – BAKI.
  9. ETİBAR  HƏSƏNZADƏ                  N 009 -14.07.2018 – BAKI.
  10. TOFİQ  QƏBUL                              N 010 – 31.07.2018 -BAKI -NAXÇIVAN.(E).
  11. MÖVLUD  AĞAMMƏD                 N  011 – 31.07.2018- BAKI – QUBA. (E).
  12. VAHİD   ÇƏMƏNLİ                        N  012 – 02.08.2018- BAKI – AĞDAM.(E).
  13. ZAUR  İLHAMOĞLU                     N  013-  03.08.2018 – BAKI – ŞƏKİ. (E).
  14. VÜSAL  ŞABİZADƏ                       N  014 –  14.08.2018 – BAKI.
  15. MAFİLA  MÜNTEZİR                   N  015 –   15.08.2018 – BAKI – TÜRKİYƏ.(E).
  16. ŞƏHİN  SENAYİ  FƏRD                N  016 –  24.08.2018 – BAKI – TƏBRİZ. (E).
  17. ARZU  GÖYTÜRK                         N  017 –  07.09.2018 – BAKI – SUMQAYIT. (E).
  18. QƏLƏNDƏR  XAÇINÇAYLI         N  018 –   07.11.2018 – BAKI.
  19. TƏRANƏ  MƏMMƏD                  N  019 –   08.11.2018 – BAKI.
  20. QƏRİB HƏSƏNOV                      N  020 –   12.12.2018 – BAKI.
  21. XAQANİ ƏHMƏDOV N 021 – 25.12.218 – BAKI.

YAZARLAR.AZ

 

 

ZAUR USTAC – BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR VƏ YA TƏRANƏ MƏMMƏDİN “TOR”–U

Terane Memmed

 

 

                      ON ALTINCI YAZI

 

Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza…

Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan…

Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram.

“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram.

Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…

Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.

Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

tor

Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:

– Kitabın dili,

– Struktur – quru luşu,

– Mövzu aktuallığı,

– Əhatəliliyi.

Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.

Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.

Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir.
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.

“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.

Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

Müəllif: Zaur Ustac.

21.11.2018 – Bakı.

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac
#sevin_ki_seviləsiz #türk #türklər
#heryeredebiyyat #həryerədəbiyyat