Gövhər Rüstəmova – “HƏSƏD” romandan bir parça:

41513699_309756086275035_4358665371851423744_n

HƏSƏD.
roman (68)
************************
Mətbəxdəki qab – qacaq səsinə yuxudan oyanan Çingiz saata baxdı.” Bu gün istirahət günüdür, anam nə tezdən oyanıb?!” , – düşündü.
Yerindən qalxıb, dəhlizə keçdi. Mətbəxə tərəf boylandı. Kamilə yır – yığışla məşğul idi.
-Ana, – Zaur astadan dilləndi, – niyə dincəlmirsən?
-Səni oyatdımmı?, – Kamilə gülümsədi, – vərdişdr. Bu vaxtlar yata bilmirəm. Özümdən biixtiyar oyanıram. Ürəyimdə o qədər götür – qoy edirəm ki, yuxum qaçır.
-Maraqlıdır, – Zaur da gülümsədi, – nəyi götür – qoy edirsən?
-Hm…, – Kamilə cavab verməyə tələsmədi, – əl – üzünü yu gəl hələ.
-Yaxşı, – Zaur razılaşdı.
Oğlu yuyunana qədər ana ona gözəl bir süfrə hazırladı, təzədəm çay süzdü:
-Hə, – dedi, – gəl bir söhbət edək.
-Edək, – Zaur məhrəbanı yerinə asıb, masa arxasına əyləşdi.Çaydan bir qurtum içdi, – sözlü adama oxşayırsan.
-Qardaşından məktub gəlib, – deyib Kamilə süfrənin altındakı zərfi çıxartdı, – sonuncu imtahanını da uğurla verib.
-Nə yaxşı, – Zaurun gözləri güldü, – Afərin!
-Hə…, – Kamilə də gülümsəməyə çalışdı.
-Bəs …niyə fikirlisən?, – Zaur anasına zəndlə baxdı, – sevinsənə!
-Əlbəttə , sevinirəm…amma…
-Ana, – Zaurun səbri tükəndi, – nə amma? Səni narahat edən nəsə varsa, açıq söylə.
-Narahat deyəndə ki…, – Kamilə söhbətə başladı, – deyirdim oxuyub gələr. Yaxşı bir iş tapar.
-Aha, – Zauru maraq aldı.
-Evləndirərik, – Kamilə davam etdi.Hətta…qız da gözaltı eləmişdim.
-Lap yaxşı, – Zaur iştahla yeməyə başladı, – burda nə var ki?
-Nə olacaq? Yaxşı deyirlər ki, “ sən saydığını say…”
-İndi keçək fələyin saydığına, – Zaur güldü.
-Yazıb ki, göstəricilərim yüksək olduğuna görə, məni burada saxlamaq istəyirlər, – ananın səsi titrədi.
-Əla! , – Zaur sevincək cavab verdi, – bu ki əla oldu! Elə bir nüfuzlu universitetdə oxuyub işləmək hər adama nəsib olmur.
-Orası elədir, – Kamilə köks ötürdü, – amma…mən anayam. Övladımı gözümün qarşısında görmək istəyirəm. Arzu – kamla toy edib, gəlin gətirmək istəyirəm.
-Nə olar, məzuniyyətə gələndə bu barədə onunla danışarsan.
-Ehh…vəziyyət başqa cürdü.
-Nə cür?
-Yazıb ki, bəyəndiyim qız var. Özü də…xarici…
-Doğru sözüdür?, – Zaur tikəsini uddu, – sağ ol, qaqa!
-Sən nəyə sevinirsən?, – Kamilə qayğılı görkəm aldı, – xaricidən adama gəlin olar?, – sözünə ara verdi, – düz deyirlər ki, uşağı gərək gözündən kənara qoymayasan. Böyük olsaq da , hərdənbir özümüzdən böyüklərin məsləhətini dinləyək gərək.
-Ana, – Zaur anasına təsəlli verməyə çalışdı, – burda narahat olası bir şey yoxdur.Könül sevən göyçək olar. Yəqin ki, ürəyinə o yatıb.Bir də ki, – gülümsədi, – o sənə gəlin yox, özünə həyat yoldaşı seçib.Öz həyatını kiminlə bağlamaq istəyirsə, qoy bağlasın.Sənin gözaltınsa, – gülümsədi, – sənin seçimindir, onun yox.
-Düz deyirsən, amma…hər halda öz millətimizdən olsaydı, yaxşı olardı.
-Seçimi öz öhdəsinə burax.Hər bir kəsin həyatını öz istədiyi şəkildə yaşamaq haqqı var.
-Hə…gələn ay məzuniyyətə gələcək. Yerli – yataqlı söhbət edərik, – fikrə getdi, – Orxanın da əsgəri xidmətini bitirməsinə az qalıb. Sağ – salamat qayıtsın bircə…Amma gözaltımı əldən vermək fikrində deyiləm, – xəfif gülümsədi, – məqam tapıb, Orxana göstərəcəyəm. Qız ürəyimə elə yatıb ki…Kaş bu evdə elə bir gəlinim olaydı.Ağıllı , kamallı, gözəl – göyçək, yerini bilən.Hələ ailəsini demirəm! Necə yüksək mədəniyyət sahibidirlər! Əsl özümüzə, ailəmizə uyğun!
-Ana, – Zaur dilləndi, – sən hansı zamanədə yaşayırsan? Çadranı başına salıb, qız bəyənmək dövrü arxada qalıb.
-Məsləhətli don gen olar.
-Razıyam. Böyük məsləhəti faydalı olur, amma ana, inan mənə seçim insanın öz ürəyicə olmalıdır.
-Olsun da. Bəlkə elə görən kimi bir könüldən – min könülə aşiq olacaq? O qızı bəyənməmək olar?, – Kamilə gözucu oğluna baxdı, – huri – mələkdir. Kimliyi sənə maraqlı deyil?
-Tanıdığımız adamdır?, – Zaur maraqla anasına baxdı.
-Əlbəttə. Tanımadığımızı bu qədər tərifləyərəmmi?
-Kimdir?
-Yaxşı düşün. Gör ağlına kim gəlir?
-M…m…, – Zaur fikrə getdi, – nə bilim…elə bir adam fikrimə gəlmir, – gülümsədi, – mənim camaatın qızı ilə nə işim var axı?
-Həə, – Kamilə oturacağa söykəndi, – ipucu verirəm. Sən onu hər gün görürsən. Xətrini çox istəyirsən. Ad günündə də bizdə olub, – nə fikirləşdisə, üstündən tez ötməyi qərara aldı, – bir sözlə, yaxşı qızdır.
“Aman Allah!, – Zaurun boğazı qurudu, – yoxsa…yoxsa anam…Nübarı nəzərdə tutur?”.
Anasının gözlərinə baxdı. “ Həə, deyəsən elədir!”.
-Yaxşı, – Kamilə oğlunu çox gözlətmədi, – onu da qoy deyim, siz bir yerdə oxuyursunuz.
-Ana!, – Zaur sanki diksindi, – sən nə danışırsan?, – özü də hiss etmədən səsini qaldırdı.
-Nə oldu?, – Kamilə çaş – baş qaldı, – pis qızdır ki? Kaş hər evə o cür gəlin nəsib olaydı. Siz otaqda şənlənəndə burda, mətbəxdə mənə o qədər kömək etdi ki….Necə səliqə – sahmanlı qızdır. Heç deməzsən ki, o cür kübar ailənin yeganə övladıdır. Əziz – giramisidir. Halal olsun o cür qız böyüdən anaya! Rəfiqə xanım özü də bir başqa aləmdir. Yox, bu cür ailəni, o cür qızı əldən vermək olmaz.
-Demək…Nübar da , ailəsi də ürəyinə çox yatıb, – Zaur gülümsədi.
-Hə, çox! Özü də lap çox! , – Kamilə qətiyyətlə dilləndi, – Onu əldən verən deyiləm!
-Olsun. Vermə!, – Zaur ucadan güldü.
-Nəyə gülürsən?, – ana təəccübləndi, – Orxanıma da yaraşar!
-Sənin Orxanının öz gözaltısı var, – Zaur yenidən güldü, – məlumun olsun.
-A…necə yəni?, – Kamilə çaşqınlıqla oğluna baxdı, – necə yəni…sən…nə…
-Ana, özü gələndə sənə hər şeyi izah edəcək. Onlar məktəb illərindən bir – birinə söz veriblər. Hələlik bu qədər, – deyib Zaur yerindən qalxdı.
-Dayan görüm a bala, – Kamilə oğlunu əylədi, – kimdir? nəçidir?
-Artıq heç bir şey söyləməyəcəyəm, – Zaur ciddi görkəm aldı, – qardaşımın mənə etdiyi etibarı itirmək fikrində deyiləm.
-Yaxşı bəs…, – Kamilə oğluna baxdı, – bəs…Nübar? Mən o qızı balam kimi sevdim. Xəyalən onu bu evdə gəlin gördüm,ailəsini özümə doğma bildim, – gözləri doldu, – niyə belə oldu axı?
-Nə oldu ki?, – Zaur anasını qucaqladı, – məncə…elə ciddi bir şey olmayıb.
-Olub, – Kamilə köks ötürdü, – mən onu çox bəyənirəm.
-Lap yaxşı edirsən, – Kamilənin üzündən öpdü, – elə də davam et.
-Eh…xeyri nədir…, – ana məyus – məyus oğluna baxdı, – xəyallarım puç oldu.
-Olmayıb, narahat olma.
-Olub, olub, – əlindəki çay dəsmalını yüngülcə oğlunun kürəyinə vurdu, – böyümüsünüz, ana sözünə baxmırsız.
-Mən baxıram, – Zaur gülümsədi, – nə desən, razıyam.
-Ehh…vaxtı çatanda sən də qulaq asmayacaqsan.
-Asacağam. Söz verirəm, – Zaur güldü, – hərçənd ki, vaxtı deyil…amma…
-Nə demək istəyirsən?, – Kamilə sanki yuxudan ayıldı.
-Demək istəyirəm ki…
-Hə….
-Demək istəyirəm ki.., – rəngi alındı, – sənin…hələ bir oğlun da var.
-Nə…harda…, – Kamilə özünü itirdi.
-Ehtiyatda, – Zaur ucadan güldü, – yoxsa məni hesaba almırsan?
-Sən…sən…a bala…
-Bir söz idi dedim, – anasının yanağından öpdü, – səni məyus edə bilmərəm.Arzuna çatmağın üçün əlimdən gələni edəcəyəm.
-Bıy…, – Kamilə nə deyəcəyini bilmədi, – sən..Nübar…dayan görüm.
-Gedim imtahan suallarına baxım, – Zaur dəhlizə çıxdı, – dönüb mat qalmış anasına baxdı, – istəyin nə vaxtsa gerçəkləşə bilər.
Kamilə bir söz deməyib, yenidən oturacağa əylşdi. “ Zaman nə tez ötdü, – düşündü, – Zaurum da böyüyüb sən demə…Qız bəyənib, – gülümsədi, – özü də…Nübarı! “.
-Hə , yaxşı yadıma düşdü, – Zaur yenidən mətbəxdə göründü, – o da səni çox istəyir. Bax, görürsənmi, – dodağı qaçdı, – hər şey qarşılıqlıdır.
-Belə görürəm ki, torbada pişik var, – ananın gözləri güldü, – deyəsən sən hamıdan qabağa düşəcəksən.
-Yox ana, – Zaur mehribanlıqla anasına baxdı, – mənim təhsilimi başa vurmağım, əsgəri xidmətə getməyim üçün zaman lazımdır. O vaxta qədər qardaşlarım da evlənər. Mən sənin sonbeşiyinəm, önə keçmək fikrim yoxdur.
-Bəs…Nübar…istəyəni olsa, o zaman…necə olacaq?
-Ürəyindəyəmsə…gözləyər.
-Özü ilə bu barədə danışmısanmı?
-Hələ ki…yox.
-Danış…mütləq danış.
-Məncə…o da eyni fikirdədir.
-Bu gündən sabaha etibar yoxdur, – ana qayğılı görkəm aldı, – həm də bir yerdə oxuyursunuz. Gec – tez məsələ üzə çıxacaq. Qızı evlərinə ötürmək, gəzintiyə dəvət etmək istəyəcəksən.
Zaur dillənmədi.
-Qızın adına söz gələ bilər axı…Ailəsi də narahat olar.
-Olmaz. Biz heç bir qəbahətə yol vermirik. Sadəcə tələbə yoldaşıyıq, vəssalam.
-Xeyirli olsun, bala, – Kamilənin gözü yol çəkdi, – təki hər şey könlümüzcə olsun.Qardaşların da gələr, bir yerə toplaşıb, qərar qəbul edərik.
-Nə qərar?, – Zaur güldü, – qərar qətidir.
-Onu demirəm…, – Kamilə də güldü, – deyirəm bəlkə…Rəfiqə xanımla danışım…bir üzük də olsa…
-O sonranın işidir. Mən sənin narahatlığına son qoymaq üçün bunları söylədim.Sonrasını isə…zaman göstərər.
Ardı var.

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Advertisements

TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ HAZIRLANIYOR.

41327568_1925652634157661_375514982168657920_n

 

TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ HAZIRLANIYOR.
”SİZ BİRBİRİNİZDEN AYRILIRSANIZ, HEPİNİZİ OK GİBİ BİRER BİRER KIRIP PARÇALARLAR.OYSA BİRLİK OLURSANIZ, HİÇBİR KUVVET SİZİ KIRAMAZ.” (OĞUZ KAĞAN)
“DİLDE , FİKİRDE, İŞDE BİRLİK “ (GASPARALI)

2013 YILINDA 1-2 CİLT OLARAK ÇIKARDIĞIMIZ, TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ 3-4. SAYISINI ÇIKIYORUZ. HER YIL GELENEKSEL OLARAK ÇIKACAK ANTOLOJİMİZE 20 ÜLKEDEN 500 ŞAİR KATILIMCI OLARAK YER ALACAK.
TÜRK DÜNYASINDA BİRLİK VE BERABERLİK SEMBOLU OLAN TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ ANTOLOJİ DİL BİRLİĞİ, GÖNÜL BİRLİĞİ ÇALIŞMALARIMIZA ÇOK FAYDALI OLACAKTIR.
KATILIM KOŞULLARI;
KONU: VATAN,MEMLEKET,KAHRAMANLIK BAŞTA OLMAK ÜZERE, HER ALANDA OLABİLİR.
LİRİK,EPİK,DİDAKTİK,PASTORAL,SATİRİK, DRAMATİK .
TÜRÜ: HECE,ARUZ, SERBEST
TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİNE GÖNDERİLEN ŞİİRLERDEN “SEÇİCİ KURUL” TARAFINDAN YAYINLANMASINA DEĞER GÖRÜLEN ŞİİRLER YAYINLANACAKTIR. YAYINLANMAYAN ŞİİRLER VE GÖNDERİLEN ÜCRET HAVALE VEYA HERHANGİ BİR MASRAF BEDELİ VARSA MAKBUZ KARŞILIĞI BELİRTİLEREK KİŞİYE İADE EDİLECEKTİR.

HER KATILIMCIYA 3 SAYFA AYRILACAK.
KATILIMCILAR 5 ADET ŞİİR,KISA BİR ÖZ GEÇMİŞ VE FOTOĞRAF,
ADRES VE TELEFON BİLGİLERİNİ EKSİKSİZ GÖNDERECEKLER.
KATILIMCILARA 2 CİLT KİTAP VERİLECEK
KİTABIMIZ BÜYÜK BOY OLACAK
KARGO ÜCRETİ KATILIMCILARA AİT OLACAK.
KATILIM ÜCRETİ;
TÜRKİYE: 100 TL
AZERBAYCAN: 30 MANAT
AVRUPA: 15 EURO
ASYA: 20 DOLAR
KİTAP ÖZELLİKLERİ;
ÖLÇÜSÜ 16 X 24 EBATINDA
2 CİLT, YAKLAŞIK 1400 SAYFA
PARLAK SELEFON
ENZO 70 GR KAĞIT
BASKI: 2000 TAKIM (1000 TAKIM KİTAP OKULLARA ÜCRETSİZ DAĞITILACAK.)
BAŞLAMA TARİHİ: 10 EYLÜL 2018
SON KATILIM TARİHİ: 10 ARALIK 2018
BASKI TARİHİ: 10 OCAK 2019
ETKİNLİKLERİ-ANTALYA-İSTANBUL-ADANA- ANKARA-ERZURUM- İZMİR İLLERİ İLE, AZERBAYCAN, BOSNA HERSEK-BULGARİSTAN, ÖZBEKİSTAN VE KAZAKİSTAN’DA YAPILACAK.
ESERLERİN GÖNDERİLECEĞİ E.POSTA: askefturk@hotmail.com
KATILIM ÜCRETLERİ;
TÜRKİYE:
AVRASYA SANAT KÜLTÜR EDEBİYAT VE BİLİM FEDERASYONU İŞ BANKASI ANTALYA ŞUBESİ
HESAP NO : 6200- 4233684- IBAN: TR 250006400000162004233684
AZERAYCAN: BAŞKAN MÜŞAVİRİ SONA İSMAYILOVA
ÖZBEKİSTAN: ASKEF TEMSİLCİSİ MUAZZAM İBROHİMOVA
BULGARİSTAN: ASKEF TEMSİLCİSİ RÜSTEM AZİZ
ALMANYA: ASKEF TEMSİLCİSİ AYDIN TAZEGÜL
KIBRIS: ASKEF TEMSİLCİSİ HASAN ÇAKMAK
ERBİL:ASKEF TEMSİLCİSİ ESAT ERBİL
KERKÜK: ASKEF TEMSİCİSİ ABDULHALİK HÜRMÜZLÜ.

İLKİN MƏNBƏ: 

 

YAZARLAR.AZ

Sentabrın 7-də  “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ədəbi –bədii tədbir təşkil edib.

600_01O1KuT85EBS
Sentabrın 7-də  “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ədəbi –bədii tədbir təşkil edib.
Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə təşkil oluna tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan “Müharibə və əmək əlilləri üçün pansionat”ın direktoru Qətibə Əsədova isə vurğulayıb ki, dövlət başçısının tapşırığı və qayğısı ilə Pansionat hər cür təminatla qarşılanıb.
Hazırda pansionatda  ahıl, müharibə və əmək veteranı yaşayır. Bu insanlar tam dövlət qayğısı ilə əhatə olunub.
Pansionatın direktoru Qətibə Əsədova bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirib  ki, pansionat sakinlərinin  istirahətinin səmərəli keçirilməsi onlarının əhval ruhiyyəsinə müsbət təsir göstərir.
Xüsusən bu tədbirlərin müxtəlif qurumlar tərəfindən təşkil olunması yeni ünsiyyətlərin və əlaqələrin meydana gəlməsinə səbəb olur.
Daha sonra çıxış edən “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova çıxış edərək,  layihə haqqında məlumat verib. Təşkilat sədri bildirib ki, layihənin məqsədi  yaşlı nəslin nümayəndələrinin yaradıcılıq bacarıqlarının təqdim edilməsi, cəmiyyətə yaşlı insanlara qayğının vacibliyinin aşılanması, yaşlı insanların asudə vaxtının təşkil olunmasından ibarətdir.
Musiqili- əyləncəli proqramla davam edən tədbirdəpPansionatın sakinləri öz bacarıqlarını göstərərək, müxtəlif musiqi nömrələri təqdim ediblər. Onların ifasında muğam, xalq mahnıları, rəqslər  və poeziya nümunələri nümayiş olunub.
İLKİN  MƏNBƏ: 
YAZARLAR.AZ

Müəllimlərin peşəkarlığının inkişaf etdirilməsi məqsədilə Xəzər Universitetinin Dünya Məktəbində təlimlər keçirilib.

 

 

5,6,7 sentyabr 2018-ci il tarixlərində Müəllimlərin peşəkarlığının inkişaf etdirilməsi məqsədilə Xəzər Universitetinin Dünya Məktəbində təlimlər keçirilib:

41099636_1853853198017793_3490040646058639360_n
_________________________________________________
✅ Təlim 1 – Azərbaycan və Rus bölmələri
1. Planlaşdırma və dərsə hazırlıq
🔹Effektiv dərs planlarının əsasları
🔹Təlim nəticələrini yüksəltməyə xidmət edən sinifdaxili qiymətləndirmənin təşkil olunması ( qiymətləndirmə meyarlarının hazırlanması)
🔹Təlim üçün qiymətləndirməni tətbiq etmək üçün əsas strategiyalar (formativ qiymətləndirmə, şagirdlərlə effektiv əks-əlaqə yaratmaq)
🔹 Şagirdləri təlim prosesinə cəlb etmək üçün təlim nəticələri ilə uzlaşan fəaliyyətlərin planlaşdırılması
🔹Təlimçi müəllimin köməyi ilə dərs planının hazırlanması (praktik məşğələ)

  1. Effektiv ev tapşırığının hazırlanması
    🔹Ev tapşırığının növləri
    🔹Ev tapşırığının xüsusiyyətləri
    🔹Ev tapşırığının tərtibatı
  2. İş yerlərində stresslə başaçıxma və emosiyaların idarə edilməsi.
    _________________________________________________
    ✅Təlim 2 – İngilis bölməsi
  3. Səmərəli təlim mühiti
    🔹Sinfin idarə edilmə prosedurları
    🔹Şagird davranışının idarə olunması
  4. Effektiv tədris
    🔹Ailələrlə əməkdaşlıq
    🔹Səriştəli müəllim köməkçiləri
  5. İş yerlərində stresslə başa çıxma və emosiyaların idarə edilməsi.

41215881_1855162644553515_2487961579753046016_n (1)

41314343_1855162434553536_3878077841601986560_n

 

41399484_1855162277886885_2140862513531584512_n

Yuxarıda qeyd olunan bölmələr üzrə vacib məsələlərin həllini tapdığı təlimlərdən iştirakçılar razı qalıblar. Qarşıda yeni toplantı və tədbirlər planlaşdırılır. Yeniliklərdən  Xəzər Universiteti DÜNYA Məktəbi səhifəsini izləməklə xəbərdar olmaq olar.

İLKİN  MƏNBƏ: Xəzər Universiteti DÜNYA Məktəbi

YAZARLAR.AZ

 

5 sentyabr 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birgə tədbir keçirib. 

40952026_322153121678617_2353630550515777536_n

5 sentyabr 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birgə tədbir keçirib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibov iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında diskussiya aparılıb.
Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Azərbaycan dövlətinin gənc nəslin sağlam ruhda böyüməsi, savadlı və bilikli yetişməsinə xüsusi önəm verdiyini bildirən diskussiya iştirakçıları dünyəviliyi, modernləşməni qəbul etmiş ölkəmizdə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu qeyd ediblər. Müzakirədə bildirilib ki, Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda, dini radikalizmin izlərinə demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmənin nə qədər zəruri olduğu ortaya çıxır. Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr yaranır. Bu səbəbdən, dünyanın inkişaf etmiş aparıcı ölkələrində olduğu kimi orta məktəblərimizdə din haqqında ümumi məlumatların verilməsi, İslam dininin olduğu kimi sağlam təməllər üzərindən tədris edilməsi zəruri tələbə çevrilib. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biridir.
Məlumat üçün bildirək ki, Aİİ Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-nin əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

 

İLKİN MƏNBƏ: 

Azərbaycan İlahiyyat İnstitutu

ARZU GÖYTÜRKÜN “GÜNAH PƏRİSİ” ADLI İLK KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

40995564_444596086048967_8253042339463823360_n.jpg

Bu günlərdə dəyərli yazar, çox hörmətli pedaqoq  Arzu Göytürk ün “Günah pərisi” adlı  ilk kitabı işıq üzü görüb. YAZARLAR.AZ  bu  hadisəyə biganə qalmamış və ənənəyə uyğun olaraq Arzu Göytürk ü yeni kitabların nəşri münasibəti ilə təqdim olunan “YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATINA layıq görmüşdür.

arzu

YAZARLAR.AZ olaraq, Arzu  xanımı həm ilk kitabı, həm də “ZİYADAR” MÜKAFATINA layiq görülməsi münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun. Yazın, yaradın…

YAZARLAR.AZ

MİQ 2018 -də (I TUR) BÜTÜN İXTİSASLAR ÜZRƏ İŞƏ QƏBUL OLUNMUŞ MÜƏLLİMLƏRİN SİYAHISI:

qqqqqqqqqqqq

MİQ 2018 -də (I TUR) BÜTÜN İXTİSASLAR ÜZRƏ İŞƏ QƏBUL OLUNMUŞ MÜƏLLİMLƏRİN SİYAHISI:

 

https://www.miq.edu.az/musabiqe_neticeleri

 

YAZARLAR.AZ

 

Müddətli müqavilə əsasında işə qəbul prosesinin I turu ilə bağlı məlumatlandırma :

qqqqqqqqqqqq
Müddətli müqavilə əsasında işə qəbul prosesinin I turu ilə bağlı məlumatlandırma:

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu necə həyata keçiriləcək?

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda iştirak etmək üçün namizədlər nə etməlidirlər?

Cari ilin 8-9 sentyabr tarixlərində müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna elektron sənəd qəbulu keçiriləcək. Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş namizədlər cari elektron ərizələrində, ötənilki müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlər isə miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçərək vakant yer seçdikdən sonra elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda kimlər iştirak edə bilər?

Müddətli müqavilə ilə müəlllimlərin işə qəbulu prosesində bu il və ötən il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə qatılmış namizədlər müvafiq imtahan balı ilə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb 28 avqust (I tur) və 4 sentyabr (II tur) tarixinədək tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə hansı vakant yerlər veriləcək?

Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə vakant yer kimi verilmiş, lakin boş qalmış yerlər, yeni yaranan vakant yerlər, sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərə müddətli müqavilə ilə müəllimlər işə qəbul ediləcək. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif vakansiyalarına müddətli müqavilə ilə müəllimlərin işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilərlər?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçə biləcəklər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı keçid bal nə qədərdir?

Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilmişdir.

Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi həyata keçiriləcək?

Hər il müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədilə müddətli müqavilə ilə işləyən müəlllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsahibələri keçirilir. Müddətli müqavilə ilə işləyən müəllimlər sözügedən müsahibələrdə uğur qazanaraq daimiləşə bilərlər.
İLKİN MƏNBƏ:

Gəzdirib, göz-gözə gətirən gözəl… -Zaur Ustac.

ac

 

Gəzdirib, göz-gözə gətirən gözəl…

(Bu gün – 03.09.2018.- 20:00)

 

Bu gün  gördüm onu, otuz il sonra,

Gəzdirib, göz-gözə gətirən gözəl…

Neçə milyon gözün, qaşın içində,

Sezdirib, üz-üzə götürən gözəl…

*        *        *

Qəfil qarşılaşdı baxışlarımız,

Qəbulmu görmüşdü alqışlarımız,

Damla-damla yağdı yağışlarımız,

Süzdürüb, iz-izə itirən gözəl…

*        *        *

Bir xeyli mən baxdım, o sa baxmadı,

Nə Billah eylədim kirpik qalxmadı:

-Allahım, pünhan ox, həmin oxmudu???

Azdırıb, biz-bizə bitirən gözəl…

*        *        *

Qəfil bir baxış da oldu ərmağan,

Gördüm, gözü dolmuş, bağrım oldu qan,

Köksümdə ürəyim qopardı fəğan,

Sızdırıb, döz-dözə ötürən gözəl…

*        *        *

Baxış o baxışdı, qaçış o qaçış,

İllər gözlərindən heç nə almamış,

Giryan görünürdü, bir az təntimiş,

Sazlayıb, naz-naza yetirən gözəl…

*        *        *

Ustac mükafatın alıb həmişə,

Bir daha mat qaldım, bu gün gərdişə:

-Deməli, yol verməz boşa səyrişə,

Gəzdirib, göz-gözə gətirən gözəl…

04.09.2018. (08:00 – 19’) Bakı.

 

 

Müəllif:  Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

 

SAYĞACLAR NİYƏ İKİQAT ARTIQ YAZIR ???- ARTIQ ÖDƏDİYİMİZ PULLARI KİM QAYTARTACAQ ???

SAYĞACLAR NİYƏ İKİQAT ARTIQ YAZIR ???- ARTIQ ÖDƏDİYİMİZ PULLARI KİM QAYTARTACAQ ???   və   yaxud  da “YEMƏ  MƏZLUMUN  AHINI  ÇIXAR AHƏTƏ -AHƏSTƏ….”

saygac

► Sarsıntıdan iki dəfə sürətli işləyir

Təsadüfən aşkar edilib ki, ev elektrik sayğacı öz elektron rəqəmlərinin impulslarını səhv hesablamasına görə iki qat artıq yazır. Fotoda — adi elektrik sayğacının nümunəsi. “A=3200imp/ (kw*h)” rəqəmləri yaşıl çərçivəylə dairələnib.
Bu o mənanı verir ki, sayğacda «A=3200imp/(kw*h)» hansı ki, fotoda qırmızı oxla qeyd edilmişdir (qeyd-:”A” müxtəlif sayğaclarda müxtəlif olur).
Məhz bu elektron impulslar sayğacın mexaniki təkərləriylə hesablanırlar. Başqa sözlə, hər 3200 impuls bir kilovatt*saat hesablayır.
Lakin əvvəlcədən qeyri-düzgün quraşdırılma nəticəsində impulsların sayı azalar və nəticədə artıq hesablanma qeydə alınar.
Mütəxəssislərin fikrincə, həmin sayğacları laboratoriya şəraiti olmadan belə, peşəkar mütəxəssis tərəfindən ikiqat yazmaya ayarlamaq olur.

İLKİN  MƏNBƏ:

http://deryaz.az/?p=4879