ZAUR USTAC HAQQINDA

zu d

Zaur USTAC

  Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar”  jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”,  “Şehçiçəyim”,  “Məhdud həyatın məchul düşüncələri”,  “Mum kimi yumşalanda”,  “Bayatılar”,  “Balçiçəyim”,  “Bərzəxdə”,  “Gülünün şeirləri”,  “Sevin ki, seviləsiz…”,  “Qəlbimin açıqcası”,  “Ustadnamə”,  “Nişangah”,  “Çəhrayı kitab”,  “Zimistan” (1), “Ülyahəzrət” (2),  “45”,  “Qədimliyə bürünmüş yenilik”,   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm”  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının,  “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş “Güllünün şeirləri” tədris  vəsaitinin,  üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir.

ZAUR  USTAC  HAQQINDA  PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:

Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.
Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.
Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…
Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…
Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.
Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!
Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.
Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.
Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
 
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
QurbanBayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,
“Fədakar alim” ,”Elm fədaisi”,
“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,
“SəmədVurğun mükafatı” laureatı,
1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü
28.04.2020

 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac “Qədimliyə bürünmüş yenilik” (şeirlər).

Qələndər Xaçınçaylı “Taclı şair” (Zaur Ustac haqqında).

MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:
“TƏZADLAR” qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.”HƏFTƏ  İÇİ” qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.

“ƏDALƏT” qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.

ELEKTRON  QAYDADA:

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

 


ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR
3. Gülü “ZAUR  USTAC”        Bakı – 2020. PDF:
4.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020. PDF:

 YAZARLAR.AZ    

 

“ZİYADAR”  MÜKAFATI

 

 ZİYADAR – زییادار


Yeni kitabların nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən verilən mükafat.

Award of Azerbaijan for new books. From The “Yazarlar” Magazine.

ZAUR USTAC HAQQINDA

Zaur Ustac F

ZAUR  USTAC – QƏLƏMDAR  OLMAQ  MİSSİYASI

(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını  Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.

Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir),  o, özündə elə bir  yaradıcılıq  gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki,  artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.

Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq  intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək,  yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…

Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…

Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir.  O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini  fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında  hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.

Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac  azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq  mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!

Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur:  “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.

Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək etik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.

Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

 

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün.

 

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

QB

Müəllif:  

ZAUR USTACDAN YENİ NƏŞRLƏR

zu d

ZAUR  USTAC  TƏRƏFİNDƏN  BU GÜNLƏRDƏ  ÜÇ  YENİ KİTAB NƏŞR OLUNARAQ  OXUCULARIN  İXTİYARINA VERİLİB. HƏR ÜÇ KİTAB “MÜCRÜ NƏŞRİYYATI”-NDA İŞIQ ÜZÜ GÖRÜB VƏ ŞƏHƏRİMİZİN ƏSAS KİTAB MAĞAZALARINDAN ALA BİLƏRSİNİZ. KİTABLAR:

ZUGS

Birinci kitab – Təhsil  Nazirliyi tərəfindən metodiki vəsaitə daxil olunmuş şeirlər – məktəbəhazırlıq qrupları üçün – Zaur Ustacın “Güllünün Şeirləri” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından  buyurub ala  bilərsiniz.

 

əliş və anna

İkinci kitab – Moskva Kremlini tikən məşhur şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanı haqqında  Zaur Ustacın “Əliş və Anna” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından  buyurub ala  bilərsiniz.

 

WhatsApp Image 2020-03-30 at 20.02.52

Üçüncü kitab – Zaur Ustacın “45” adlı seçmə şeirlər  kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından  buyurub ala  bilərsiniz.

 

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

ZAUR USTAC “USTACI” LAR HAQQINDA

ingilis dili

Zaur Ustac  USTACILAR  haqqında

Salam olsun, çox dəyərli oxucum! Son bir-neçə həftə ərzində xüsusi ilə artan maraq və bunun nəticəsində yaranmış saysız-hesabsız sorğu-suallardan belə bir yazı yazmaq ehtiyacı açıq-aydın hiss olunurdu. Məncə “Ustacı”-lar  birdən-birə, necə deyərlər, havadan, göydəndüşmə yaranmayıb. Çünki, neçə vaxtdır, məsələn, “İnci qərənfil”, “Düşünürəm”, “Dünya bir pəncərədir”, nəhayət “Payızdı bu, güzdü bu” kimi şeirlərdə artıq nəsə bir fərqlilik hiss olunrdu və bu təbii proses nəticəsində  “Ustacı” – lar yarandı. “Ustacı”-da birinci əsas tələb ilk sözdən son sözə qədər bir ibrətamiz fikri anlatmaq, təbliğ etmək və ya şeirdə ümumi hansısa bir tərbiyəvi əhəmiyyətli ideya, düşüncənin olması şərtdir. Bundan əlavə hər bir qafiyəli, nəzm nümunəsi kimi “Ustacı” – nın da özünəməxsus texniki xüsusiyyətləri vardır.   “Ustacı” – lar iki bənddən ibarət olur. Birinci bənd dörd misradan, ikinci bənd isə beş misradan ibarətdir. Qafiyələnmə aşağıdakı kimidir: a a a b, c c c b b. Hər misra on dörd hecadan ibarət olur. Bütün bunlardan əlavə gizli, yəni açıq görsənməyən texniki sirr sayılacaq, bütün “Ustacı” – lar üçün xarakterik olan səciyyəvi xüsusiyyətləri var. Ayrıca  həm heca bölgüsünün, həm də bənd və misra  syları təsadüfi deyil, məqsədli olaraq belə seçilib, hamısının öz anlamı var. Bir neçə “Ustacı” nümunəsini diqqətinizə təqdim etmək istəyirəm:

HEÇ NƏ DƏYİŞƏN DEYİL

(Ustacı)

Zaman, zaman dediyin, ömürdür, axıb gedir.

Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.

Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.

Rahat yaşa özünçün , heç nə dəyişən deyil!

* * *

Uslu-uslu dünyanı, gərək arasın adam.

Sakit-sakit dövranı, gərək darasın adam.

Tələsməyib, gözləsin, gərək sonrasın adam.

Aradan çox az keçər, görərsən bu, o deyil,

Cəhd eləmə boş yerə, heç nə dəyişən deyil!

13.01.2020. Bakı ş.

CAHİLİN BƏXTİ OLMAZ

(Ustacı)

Zalımın zülmü qalar, məzlumun ahı keçər.

Ariflər bulağından, arif olan su içər.

Urvatsıza ha söylə, özü bildiyin seçər.

Rəşid olan üzərmi, incidərmi bir kəsi!?

* * *

Ustac nə söyləyirsə, yazın daşa, qayaya.

Sabahın övladları, möhtac olmasın Aya.

Taleyindən küsənlər, bəxtsiz gəlib dünyaya!?

Allah faili-muxtar, yaradıbdı hər kəsi,

Cahilin bəxti olmaz, şans da gəzər ər kəsi!

13.01.2020.  Bakı ş.

KƏLƏKBAZIN TORUNA TAMAHKAR DÜŞƏR

(Ustacı)

Zamanın xəlbirində, ələnir arzu-istək.

Amansız dedikləri, dünyamız safdı mis tək.

Uğuru, bizim uğur, uğrsuz, olur nəs tək.

Razı qalmayıb kimsə, hey zamana günahkar!

* * *

Uşaqların beynini, yuyur ata, anası.

Sabahları kor olur, sındırılır aynası.

Tale, qismət adıyla, göydə uçur sonası.

Arzu qanadlarında, gəzir xəta xətakar,

Cüvəllağı toruna, düşür sonda tamahkar!

15.01.2019.  Bakı ş.

Zaur Ustac

Şair-publisist.

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

ZAUR USTAC TƏKLİF EDİR:

 

ingilis dili

“Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə”                                                                                                   Zaur Ustac.

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ MƏRKƏZİ

Həftənin beş günü (I – V günlər) Fasebookda axşam saat 20:10 – da 25-30 dəqiqəlik canlı yayımda ödənişsiz konsultasiyalar: Zaur Ustac

Salam, əziz Dostalr və çox dəyərli Ziyarətçilər xoş gördük Sizləri. Sizi burada görməkdən çox məmnunuq və bizi seçdiyinizə, hal-hazırda bu sətirləri oxuduğunuza görə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

XANIMLAR – ANALAR ÜÇÜN ÖDƏNİŞSİZ KONSULTASİYALAR:

  • EV – demək olar ki, bizim bütün fəaliyyətimiz, uğurumuz, uğursuzluğumuz yaşadığımız evlə-mənzillə çox bağlıdır. Ev haqqında məsləhətlər (necə edək ki, evimiz uğurlu, düşərli olsun), tövsiyələr;
  • AİLƏ (KİŞİ-QADIN MÜNASİBƏTLƏRİ) – bu demək olar ki, ikinci əsas məsələdir və yenə də bütün gündəlik fəaliyyətimizi, uğurumuzu əsas şərtləndirən faktorlardan biridir. Bütün sizi narahat edən ər-arvad (kişi-qadın) münasibətləri barədə (vaginismus halları daxil olmaqla) məsləhətlər və tövsiyələr;
  • UŞAQLARIN CİNSİNİN ƏVVƏLCƏDƏN PLANLAŞDIRILMASI – bu məsələ də günümüzün aktual problemlərindən olub ailələrin dağılmasına səbəb olur və ya izafi xərclərə, qadın sağlamlığına zərər vuran, nəhayətdə böyük günaha rəvac verən abortlarla nəticələnir. Bütün bunlar baş verməməsi üçün gələcək övladınızın OĞLAN və ya QIZ olacağını əvvəlcədən planlaşdıra, yuxarıda göstərilən hallardan yan keçə, ailənizi qoruya bilərsiz. Necə edək ki, gələcək uşağın oğlan və ya qız olacağını planlaşdıraq? Bu barədə məsləhət və tövsiyələr;
  • UŞAQLARA AD SEÇİLMƏSİ – əziz valideynlər, xüsusi ilə analar, bilmənizi istəyirəm ki, sözün əsl mənasında övladlarınıza verdiyiniz adlar onların gələcək həyatına çox böyük ölçüdə təsir edir və demək olar ki, təyin edir. Odur ki, uşaqlara ad seçimi, onların gələcəkdə hansı sahədə daha uğurlu mütəxəssis ola biləcəyi barədə məsləhət və tövsiyələr;

XİDMƏTLƏR :

  • Əgər yaxın zamanda ev-mənzil alıb – satmaq istəyirsinizsə, yenə bizim xidmətdən yararlana bilərsiz. Biz Sizə iki cür kömək edə bilərik:
  • birinci halda, müəyyən məbləğ miqdarında satmaq istədiyiniz evi-mənzili internetdə və sosial şəbəkələrdə reklam edib sizin ev-mənzil üçün konkret müştərilər cəlb edə bilərik (gün ərzində təxmini 7 – 14 müştəri),
  • ikinci halda isə reklam xərclərini Sizin ev-mənzil satılana qədər biz çəkirik. Ev-mənzil satıldqda isə real satış qiym’tinin (ümumi məbləğin) 1% faizi həcmində komissiya haqqı (qonorar) götürürük. Bu halada əvvəlcədən ev-mənzilə baxış keçirili və müqavilə imzalanır. Biz müştərilərdən komisiyya haqqı almırıq. Yəni, ev-mənzil almaq istəyən müştərilərə xidmət pulsuzdur.
  • ELAN VER:  EV ELANLARI

TƏDRİS-TƏHSİL:

  • İbtidai sinif şagirdləri üçün ingilis dili və ev tapşırıqlarının yerinə yetrilməsinə köməklik (ingilis – dili və rus – dili daxil), hazırlıq (39 həftəlik 15 sentyabr- 15 iyun). Yer: Bakı şəhəri, metro İnşaatçıların yanı. Həftənin beş günü (I – V günlər) Bir həftə yoxlama dərsləri pulsuz. İngilis dilinə aid bütün dərs ləvazımatları bizim tərəfimizdən təmin olunur və ev tapşırıqları yoxdur. Gündəlik proqram dərs vaxtı müəllimin iştirakı ilə mənimsənilir.
  • ikinci dərs ala biləcəyiniz istiqamət “Fasebok və instaqramda reklam mütəxəssisi”-dir (8 saat – təxmini 1 ay və ya vaxt bölgüsünə əsasən daha tez – ilk tanışlıq yoxlama dərsi ödənişsiz). Bu ixtisasa yiyələnməklə Sizin iş və pul qazanmaq barədə köhnə sovetdən qalma bütün fikirləriniz alt-üst olacaq və evdən və ya ofisdən çıxmamaqla, əsas işinizdən ayrılmamaqla, evinizdə, ailə-uşağa daha çox vaxt sərf edə-edə asan pul qazanmağın yollarını öyrənəcəksiz.
  • hər iki halada, həm Möhkəmləndirilmiş başlanğıc səviyyə İngilis dili, həm də “Fasebok və instaqramda reklam mütəxəssisi” kurslarının sonunda diplom, sertifikat verilir.

EKSTRA XİDMƏT:

  • Bütün yaradıcı şəxslər üçün üç sayıtda yayımlanmaq imkanı,
  • Kitab çapında köməklik.
  • Bir çox işlərdə vasitəçilik.

Sona qədər həmsöhbət olub, faydalana biləcəyiniz məlumatları əldə etdiyinizə görə təşəkkürümüzü bildirir və ZƏNGLƏRİNİZİ GÖZLƏYİRİK:

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                            cropped-elan.jpg

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏT MƏDƏTOĞLU – SÖZ

Ebulfat_Memedoglu_yazar

ƏBÜLFƏT MƏDƏTOĞLUNUN SÖZ DÜNYASINA SƏYAHƏT

SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN…

Elə anım yoxdu ki,

O anda olmayasan…

İşıq kimi, nur kimi –

Ruhuma dolmayasan!..

Ürək axşam və səhər

Gözləyir hər gün xəbər…

Bəlkə ömrə bərabər –

Bir ümid yollayasan?!

Unut özgə fitnəsin

Vaxt ortada itməsin…

Mənim ömrüm bitməsin –

Sən isə solmayasan!..

***

Mən ömür içində ömür əridib

Mən günün içində gün kiridirəm…

Sevginin əlindən tutub, yeridib –

Ölməyə qoymayıb qəm dirildirəm…

Siz də yaxınlaşın təsəlli üçün

Məni hər çəkdiyim gün “ah”a bükün…

Sevməkdi günahım, vallah, büsbütün-

Siz məni elə bu günaha bükün…

Həyat zərbələri qılıncdan da sərt

Urəyin tüstüsü ərşə ucalır…

Deyəsən tamamdı kəsilən o şərt –

Qocalır Əbülfət, yaman qocalır…

***

Ay Məcnun, ay Kərəm, ay insafsızlar,

Mənə bu qapını siz göstərdiniz…

Məni açıq-aşkar oda salanlar –

İndi də “döz!” deyib gözlədirsiniz…

Yuxum göyə uçub, xəyalım ərşə,

Cismimi tərk edən ruhum da köçüb…

Durmadan tələsdim hər gün görüşə –

Hər gün də vaxt məndən arxaya keçib…

Özümü nə qədər kökləsəm belə

Damarı düşmədi dərdin əlimə…

Görünür sevgidə naşıyam hələ –

Təzədən cəlb edir məni təlimə!

Ay Məcnun, ay Kərəm, a bəxətəvərlər,

Sizi sevən də var, siz sevən də var!

Sevgini bir az da bəxtdə görənlər –

Dərddən başqa kimsə olmur mənə yar!..

***

Dərdimi yuata götür,

Məni mərasim evinə…

Bəlkə də şəklimə baxıb –

Ruhum bir az da sevinə…

Özün sifariş etmişdin

Yataq odana qoymağa…

Məqam tapmıram, demişdin –

Gözünə baxıb doymağa!..

İndi əlçatan bir yerdən

Asmısan, hamı da baxır…

Şəkli ortaya çıxardın –

Dillən, adımı da çağır!..

***

Gör necə axır bulud

Dağdan dərəyə tərəf!

Elə bil çəhlim açır –

Sürür dərəyə tərəf…

Zaman qovur, ələyir

Ruhumu “ah” bələyir!

Bir gilə şeh çiləyir –

Tale hərəyə tərəf!..

Dərd ürəkdə zəlimi?!

Zəli sevən dəlimi?!

Uzadıram əlimi –

Təzə tərəyə tərəf!..

***

İçimdə həyat donub

Solmuş ümidlər kimi…

Qonçəsi göz yaşıyla –

Dolmuş ümidlər kimi…

Kimdi solmuş gül dərən

Dərib, gülü güldürən?!

Sonra da pərən-pərən –

Olmuş ümidlər kimi…

Gözlədiyim gəldi bəd

Özün doğrultmadı vəd…

Uzaqda bir qırıq xətt –

Yolmuş, ümidlər kimi…

***

Gecəni gözlətdim qapı dalında

Sönmədi işığım səhərə qədər…

Ömür vərəqlədim mən xəyalımda –

O kənddən gəldiyim şəhərə qədər!..

Nidalar daha çox, nöqtələr də var

Qəddim də bükülüb bəzən vergül tək…

Alnıma sıxılan səssiz suallar –

Səni dəlib keçib ay qoca ürək!..

Xərclənən ömürdə qazancım kədər

Kölgəm iynə boyda, səsimsə pəstə…

Kimsə ucaltmayıb məni sən qədər –

Sən qədər kimsə də durmayıb qəsdə!..

Qapı arxasında qalan gecəmi

Özünü yetirən səhər kiridər…

Gedim salamlayım sizin küçəni –

Bəlkə məni orda kədər kiridər!..

***

Bir az gecikdim mən bu etirafda

Amma gec olsa da, pıçıldayacam…

Mənə yer olmadı, heç bu ətrafda –

Torpağın altında puçurlayacam…

Sevgim artıq oldu aşdı ölçünü

O da ləçək-ləçək saraldı, qopdu…

Saxlaya bilmədim xəyal köçünü –

Onun da ruhuna “əlvida” hopdu.

Atdığım addım da, dediyim söz də

Döndü göz yaşına, döndü tənəyə…

Mənim içimdəki dözüm də, döz də –

Adımtək yük oldu dilə, çənəyə…

Gerçək olanları susub dinləmək

Nə qədər çətindi çəkənlər bilir…

Nədir öz içini didib inləmək?

Bunu da içindən çökənlər bilir…

Bir az geçikdim mən bu etirafda

Batan gəmi kimi izim yuyulur…

Durub su axtarma heç bu ətrafda –

Kirpiyimdən damır – üzüm yuyulur…

***

İlahi, yaşatdığın

Ömrün gizli baxtıdı…

Yorulmuş ürəyimi –

Dincə qoymaq vaxtıdı!..

Oxlanandan kürəyim

Əyilib söz dirəyim…

Nəsimidi ürəyim –

Diri soymaq vaxtıdı!..

Qarşımdadı, bax, kağız

Bir qələm, bir ağ kağız…

Məni ağla bir ağız –

Məndən doymaq vaxtıdı!..

***

Heç kim ola bilmədim

Sənin üçün, bağışla…

Öz içimdə lilləndim –

Ürək sıxan naxışla –

Bağışla!..

Sevgi yolu gələndim

Hey xəyala bələndim…

Nə dolu tək ələndim

Nə də yağdım yağışla –

Bağışla!..

Ruhun ipin yığacam

Ovcumda bərk sıxacam…

Tay qarşına çıxacam

Kölgəli bir baxışla –

Bağışla!..

***

Yenə qaçıb gəlmişəm

Xatirələr bağına…

Şehli bir sükut çöküb –

Çiçəklərin tağına…

Hər ləçəkdə göz yeri

Pıçıltılı söz yeri…

Ürəyimdə köz yeri –

Toxunmuram dağıla…

Dərvişəm mən həyatda…

Dərd üstdədi mən altda!

Aman Allah, mən adda –

Qar yağıbdı dağına…

Demirəm sən də dön, gəl,

Nə yol dəyiş, nə döndər…

İki qərənfil göndər –

Ömrümün bu çağına…

***

Düşünürdüm şəklini

Sözlə çəkməyim daha…

Çəkdiyim hər şəkillə –

Batdığımçün günaha!..

Ruhumu oda salıb

Ağlımı başdan alıb…

Göz qırpımı yol qalıb –

Gülüm, artıq sabaha!..

Yumruq tək sıxılıram

İçimdən yıxılıram…

Bir sənə sığınıram –

İnan, bir də Allaha!..

***

Hər bir ada yazılıb

Əl boyda – para kağız…

O da həm son məktubdu –

Həm də ki, Qara kağız!..

Orda vida notları,

Orda ayrılıq yatır…

Qəribədir, son məktub –

Qara kağız tez çatır?!

Təlaşlanma, deyəsən

Qapı döyür poçtalyon…

İstəmirəm döyəsən –

Dizlərinə… bu da son…

***

Tumurcuğu çırtlamış

Təzə dərdim, tər dərdim…

Mən səni şehli-şehli –

Təzə dərdim, tər dərdim!..

Sarıldın sən də mənə

Eşq vardı səndə mənə…

Titrəmə, səndələmə –

Sən də məni dər, dərdim!..

Qarışaq sirdaş olaq

Bir divar, bir daş olaq!..

Dərdlərə bir qaş olaq –

Sən üstündə zər, dərdim!..

***

Bir təklifim var, ömrüm,

Gəl səssizcə dayanaq…

Ruhumuz nəfəs alsın –

Biz nəfəsə boyanaq…

Gözlərimiz dincəlsin

Kirpiklərimiz dinsin…

Bu qəribə söhbətdən –

Ürəyimiz isinsin…

Bir də bizdən xəbərsiz

Toxunsun bir-birinə…

Əlimiz ülfət qatsın –

Söhbətin bu yerinə…

Təklif könlüncədisə,

Kirpikləri öpüşdür…

Ürəyində nə varsa –

Ürəyimlə bölüşdür…

İLKİN MƏNBƏ: Şeirlər – Əbülfət Mədətoğlu | Edebiyyatqazeti.az

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Mədinə Gülgün – Sən gəlməz oldun…

medine

DURNALAR QAYITDI

Deyirdin baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi sındı əhdimiz,
Aylar gəldi, getdi sən gəlməz oldun.

Dedin, durnalarla gələrəm mən də,
Durnalar qayıtdı sən gəlməz oldun.
Saraldı yarpaqlar çöldə, çəməndə,
Payız fəsli çatdı sən gəlməz oldun.

Deyirdin qapına qonaram quş tək,
Quşlar cəh-cəh vurdu,sən gəlməz oldun,
Yaşamaq eşqiylə vəcdə gələrək
Quşlar yuva qurdu sən gəlməz oldun.

Dedin nəğmələrlə dönərəm geri,
Min nəğmə ucaldı, sən gəlməz oldun.
Tükəndi ömrümün bahar günləri,
Könlüm sənsiz qaldı sən gəlməz oldun.

Sənsiz dönə-dönə yollara baxdım;
Gözlərim qaraldı,sən gəlməz oldun.
Ay mənim taleyim,ay mənim baxtım,
Söylə,bu nə haldı sən gəlməz oldun.

Dərdimi ahəstə çaldım, sevgilim,
Susdular çaylar da sən gəlməz oldun.
Axı necə deyim, heç gəlmir dilim,
De bəs qaldın harda sən gəlməz oldun?

Sən dönük deyildin,dönük deyilsən,
Yəqin…eh nə deyim, sən gəlməz oldun.
Dözümlü olsam da, darıxır hərdən,
Ovunmur ürəyim-sən gəlməz oldun.

Fəqət inanıram, bir gün olacaq
Mən deməyəcəm sən gəlməz oldun,
Qəmim o həsrətli gündə qalacaq.
Kim deyir sən xəyal, ya bir səs oldun.
Gün gələr demərəm sən gəlməz oldun…

Müəllif: Mədinə Gülgün

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Niftalı Göyçəli -“Qədim Turan eposu”

NİFTALİ

Bədii yaradıcılıq tarixində məlum olan 7 minillik “Bilqamıs” eposu, 3 minillik tarixə malik Homerin “İliada”, 2 minillik, bəlkə, də çox tarixə malik “Dədə Qorqud” eposu və s. bəşəriyyətin bədii təfəkkür zirvəsində duran əsərlərdir. Müasir dövrdə belə bir əsər də Azərbaycan ədəbiyyatına məxsus “Qədim Turan eposu”dur: əsərin müəllifi müasirimiz olan şair Niftalı Göyçəlidir.

“Qədim Turan eposu” yüz nüsxə ilə çap olunmuş, Azərbaycan Respublikası Prezident Kitabxanası fonduna (bir nüsxə olmaqla) maddi və elektron variantı daxil edilmişdir. Bu əsərlə Azərbaycan bədii söz sənəti fəxr etməlidir, məktəb dərslikləri proqramına yerləşdirilməklə şərəfli tarix kimi təbliğ olunmalıdır… Əfsuslar olsun ki, Azərbaycan məkanında hələ bu dahiyanə əsər layiqincə qiymətləndirilmir.

Əsər başqa xalqların dilində olsaydı, indi bütün dünyaya car çəkərdilər ki, belə bir bədii zirvədə olan sənət nümunəsi vardır. Neyləmək, paxıllıq, nadanlıq ədəbi mühitimizi çulğalayıbsa, nə qədər haqq-ədalətdən, hikmətdən desək də, faydası yoxdur. Ola bilsin ki, 30-40 ildən sonra – “Qədim Turan eposu” bizim bədii ədəbiyyatımızın qiymətsiz sənət xəzinəsinə aiddir, – deyə hansısa ziyalı gənc aydınlardan biri münasibət bildirəcək, bu hökmən olacaq.

Eposda Şumer sivilizasiyasından başlayıb Uruk, Ur mədəniyyəti əsasında bəşəriyyətin Yer kürəsinə yayılma prosesi: Hindistan ərazisində qədim dövlətlərin təşəkkülü, Hindistandan Çin ərazisinə keçid, Çindən Sibir, Sibirdən Amerika qitəsinə keçid və qədim tayfa, qəbilə dövlətlərinin yaranması, onlar arasında gedən müharibələr bədii lövhələrdə əks olunur. Eləcə də, Qafqaz, Qıpçaq düzündə, indiki Tatarıstan Ural, Yunanıstan ərazilərindəki ictimai proseslərin müharibələr əsasında təsviri və dövlət başçılarının, sərkərdələrin qədim dövrlərə aid adları, mərkəzi şəhərlərin qədim adları indiki coğrafi toponim, etnonimlə əlaqəli təsvir olunur.

“Qədim Turan eposu” 14 dastandan ibarətdir: “Şumer dastanı” , “Tatar dastanı”, “Hun dastanı”, “Çində hun tərəqqisi və xan dövlətləri”, “Hunların şimal-şərqə axını”, “Tapqaç xanın Çin səddini tikdirməsi”, “Başqır-Çuvaş dastanı”, “Kazax dastanı”, “Yuran xan dastanı”, “Peçenq Temir və Az Alpər dastanı”, “Türkmən dastanı”, “Özbək xan və Sallur dastanı”, “Qırğız dastanı”, Amerikanın yerli xalqına aid “Hundu dastanı”…

Eposun “Ön söz”ündə Yer kürəsi coğrafiyasında “ur” morfemli toponimlər, hidronimlər, etnonimlərdən linqvistik dəlillər gətirilməklə göstərilir ki, insan törəməsi Dəclə və Fərat çayı sahillərindən həndəsi silsilə ilə artıb dünya ərazilərinə səpələnmişdir. İnsanın ilkin məskən-məkan adı “ur” morfemi bəşəriyyətin nitqindən-nitqinə irsi ötürmə ilə dünya coğrafiyasına yayılmışdır…

“Qədim Turan” eposunu Prezident kitabxanasının virtual bölməsində oxuyub dediklərimin doğru olduğunu təsdiqləmək olar. Əsas məsələ ondan ibarətdir ki, kitabın müəllifinə mədəniyyət sahəsi rəhbərlərinin (dövlət tərəfindən) 5 il keçən zaman ərzində heç bir münasibəti yoxdur. Lakin elə ictimai məfkurəsi zəif və ya olmayan əsərlər var ki, tanışlığa, vəzifəli qohumluğa görə mukafatlara, təqaüdlərə layiq görülmüşdür.

Niftalı Göyçəli Homer, Xəqani, Nizami, Füzuli, Şerkspir kimi dahilər sırasında bədii söz sənətinin zirvəsində duran şairdir. Ustada can sağlığı, uzun ömür arzulayəram! İndiki zaman olmasa da, gələcək zaman şairə layiqli qiymətini verəcək. Bu bir gerçəklikdir…

Müəllif: Mahmud Əyyublu

İlkin mənbə: Analoq.az

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru