ZAUR USTAC – NADANLIQ

zaurustac

NADANLIQ

(Urmu axan göz yaşımdı…)

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…
03.11.2018. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac
#sevin_ki_seviləsiz #türk #türklər
#heryeredebiyyat #həryerədəbiyyat

Advertisements

Zaur Ustacın “Həftə İçi” qəzetinə müsahibəsindən

zaurustac

 

“…Unutmayaq ki, indi klassik adlandırdığımız bəstəkar, şair və yazıçılar vaxtilə ucqar kəndlərdə müəllim işləyiblər. Hətta dahi yazıçı Lev Tolstoy ömrünün son günlərində Rusiyanın ucqar kəndlərinə – kasıb uşaqlara dərs demək üçün yola çıxıbmış. O, yazdıqlarını cəfəngiyat adlandıraraq, uşaqlara təhsil, savad verməyi daha üstün tutmuşdur. Bax, budur böyüklük. Bu cür insanlar “mənəm” kəlməsini bir dəfə də olsун dillərinə gətirməyiblər. …”

İLKİN MƏNBƏ:

http://hafta.az/index2.php?m=yazi&id=226864&fbclid=IwAR2ZnQ-27yNip0zRzYpDtCLqG7v4LYrIwXcdpyqGHv6VllRgKcUIRAGuJaA

YAZARLAR.AZ

Təranə Məmməd “ZİYADAR” Mükafatına layiq görülüb.

Xəbər verdiyimiz kimi, 08.11.2018 – ci il tarixində Atatürk Mərkəzində artıq kifayət qədər tanınmış, özünün – onu sevən, yeni yazılarını səbirsizliklə gözləyən – çoxsaylı oxucu auditoriyasına sahib, yazar Təranə Məmmədin sayca dördüncü olan eyni adlı povestinin  də yer aldığı “Tor” kitabının təqdimat mərasimi baş tutub. Tədbiri giriş sözü ilə açan tanınınmış söz adamı, naşir eyni zamanda Təranə xanımın təqdim olunan kitabının redaktoru və naşiri olan Musa Ələkbərli yazarın yaradıçılığına qısa bir baxışdan sonra ötən ilin sonlarında   işıq üzü görmüş “Etiraf – Признание”   və  daha əvvəllər  nəşr olunmuş digər kitabları  haqqında ümumi  xatırlatma edib, “Tor” barəsində ətraflı məlumat verdi. Qeyd edim ki, kompüter tərtibatçısı Gültac Ələkbərli olan “Tor”  ədəbi – bədii dəyəri ilə yanaşı texniki göstəriciləri də daxil olmaqla bütün parametrlərdə istənilən nəşr nümunəsi ilə rəqabət apara biləcək qədər nəfis bir kitabdır.

tor

Kitabda son illərin nəşr nümunələrinin çoxunda rast gəldiyimiz texniki səhvlər demək olar ki, yox səviyəsindədir. Məclis iştirakçısı olan müəllifin yaxınları və dəyərli söz adamları yeni təqdim olunan “Tor” kitabı haqqında öz fikirlərini bildirdilər. Olduqca xoş ovqatın hakim olduğu  tədbir, təqdimat mərasimindən daha çox kitabın müzakirəsini xatırladırdı. Söz alan iştirakçılar, müəllifin qələm dostları, oxucular, ən müxtəlif zümrələri təmsil edən insanlar ayrı-ayrı hekayələr və “Tor” povesti haqqında ağızdolusu danışır, öz fikirlərini bildirirdilər. Çox maraqlı keçən tədbirin sonunda sevimli yazarımız Təranə Məmmədin ənənəvi olaraq yeni nəşr olunan kitablar üçün verilən  “ZİYADAR” Mükafatına layiq görüldüyü elan olundu. Mükafatı Yazarlar adına Zaur Ustac təqdim etdi.

t ziyadar

Biz də Yazarlar.az olaraq, Təranə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli- uğurlu olsun. Yazın, yaradın. Uğurlarınız bol olsun.

YAZARLAR.AZ

MƏRZİYƏ SARVAN DƏRS ZAMANI

GÖZƏL İNSAN, TANINMIŞ  ŞAİRƏ, TƏCRÜBƏLİ  PEDAQOQ, “ZİYADAR”  MÜKAFATI  LAUREATI  MƏRZİYƏ  SARVAN DƏRS ZAMANI:

41961419_493388577793960_6777552177993875456_n

42117027_493388431127308_1258854394766557184_n

41961287_493388507793967_6438381861918998528_n

41949942_493388554460629_3598441664944799744_n

YENİ DƏRS İLİNİZ MÜBARƏK… BU MÜQƏDDƏS  İŞİNİZDƏ YARADAN YARDIMÇINIZ OLSUN… UĞURLARINIZ BOL OLSUN…

YAZARLAR.AZ

 

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir… – İldırım Əkbəroğlu.

35082891_139802596890004_6003989324868091904_n

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir. Ona görə də şeri oxuyarkən o, oxucunun qəlbini çırpındırmalıdır, ürəyini şirin-şirin döyündürməlidir. Bununla bərabər, şerin sevilə-sevilə oxunması üçün, bu şerdə yeni fikir olmalıdır, oxucunun başqa şerlərdə oxumadığı yeni mənalar olmalalıdır. Son zamanlar oxuduğum şerlərin içərisində, yuxarıda dediyim fikirlərə, yüksək dəyərli mənalara Zaur müəllimin poeziyasında tez-tez rast gəlmək olur ki, bu da, tanınmış şairimiz Zaur Ustacı öz oxucularına sevdirir. Zaur müəllimin “Dünya” şeri onun oxucuları tərəfindən bəyənilmiş yeni fikirli şerlərindən biridir. Belə ki, dünya adına yazılmış bir çox şerlərdə günahkar kimi dünya tanınır, qınaq yeri dünyadır. Lakin, Zaur müəllimin bu şerində, haqlı olaraq günahgar dünyanın deyil, özünü apara bilməyən insanlarda olduğunu poetik şəkildə oxucunun diqqətinə çatdırır. Doğurdan da,  axı dünya neyləsin? – imkan verir ki, insan yaradıb qursun, təbii sərvət verir ki, dolansın.İnsanın da, mini yaradıb qurur biri yandan çıxıb, illərlə yaradılanları məhv edir, dağıdır. Dünya neyləsin axı, gözləri dünyanın ona verdiyi tükənməz maldan doymur,gedib özgəsinin də əlində olanını tutub alır. Ancaq, sonunda insan özü ilə heç nə aparmır və əli boş dünyadan köçüb gedir. Yenə də dünyanın malı dünyanın özünə qalır. Bütün bu dediklərim Zaur müəllimin üç bəndlik şerindən çıxan mənalardır ki, bu möhtəşəm fikirləri , bu böyük mənaları kiçik bir şerdə ifadə etmək Zaur Ustac kimi böyük şair bacarar. Bu gözəl şerə görə Zaur müəllimə oxucular adından təşəkkür edirəm və həmişə olduğu kimi, yenə də, onun gözəl şerlərini oxumaq üçün səbirsizliklə gözləyirəm!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

İldırım Əkbəroğlu Zaur Ustacın “DOSTUM” şeiri haqqında.

28577750_212270522847643_3044543277715058320_n

Mənəvi dünyamıza çağırış,saflığa, mənəvi təmizliyə çağırış… Nə gözəl olar insan bu çağrışa qoşulub yaşadığımız bu dünyada addımlarını həyat yolunda düz ata, ətrafına boylanıb yaxşını, pisi seçib, yaxşını qoruya, pisi təmizləyə, vətənini, elini , obasını ürəkdən sevə, vətəninə ürəkdən vətəndaşlıq edə… Zaur Ustacın bu şerində bütün bunlar ətrafına, dostuna, yaxın bildiyinə və canından çox sevdiyi vətəninin vətəndaşlarına töfsiyəsidir, məsləhətidir. Hər insanın əməlləri öz hərəkətinə uyğun, davranışına uyğun öz layiqli cavabını alacaq bir gün, çünki, hər insanın əməlləri görünür, bilinir, hiss olunur, pisin cəzası, yaxşının hədiyyəsi-Ulu Tanrının əlindədir. Bütün bu dediklərim Zaur müəllimin şerini oxuyub gəldiyim fikirdir və Zaur müəllim bu şeridə də öz poetik fikirləri ilə mənəvi aləmimizi oxucularına açır və öz müdrik tövsiyələri ilə, hər bir vətəndaşın, hər bir kəsin düz addımları ilə vətəninə, elinə-obasına gərəkli bir vətəndaş olmasına çağrış edir. Çox gözəl şerdir, Zaur, əzizim! Bu təbi, bu istedadı sizə verənə şükürlər olsun, Yazan əlləriniz var olsun!

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

15 SENTYABR – ZƏFƏR GÜNÜMÜZ QUTLU OLSUN !!!!

29214882_349674608877576_4922587190472474624_n

BAYARMIMIZ MÜBARƏK – ZƏFƏR GÜNÜMÜZ QUTLU OLSUN !!!! GÜN, O GÜN OLSUN Kİ, QARABAĞIMIZI AZD EDƏK…. BUNUN BAŞQA YOLU YOXDUR : GEC-TEZ İKİ QARDAŞ OrDU LAÇIN DƏHLİZİNDƏ GÖRÜŞƏCƏK…

10615521_609036789229464_6259883448738916348_n

YERİ GƏLMİŞKƏN, 90-CI İLLƏRİN ƏVVƏLLƏRİNDƏ DƏ BİZİM YANIMIZDA OLUB, ORDU QURUCULUĞUNDA DƏSTƏKLƏYƏN TC ZABİTLƏRİNİ (1993 – Yüzbaşı Serdar BİLGE, Minbaşı Levent bey timsalında) SALAMLAYIRAM…(dünyasın dəyişənlərə Allahdan rəhmət diləyirəm…)

41755243_1170685179748796_3224470659094544384_n

MÖHTƏŞƏM YÜZ İL – BAKI O GÜNLƏRİ BELƏ XATIRLADI….

Müəllif:   Zaur Ustac

Zaur Ustac: Bir budaqdan üç yarpaq…

zaur ustac dostum

DOSTUM

 

Dostum, haqq yoluna qayıt indidən,

Sonra əməlindən olma peşiman.

Gördüyün işlərə, dediyin sözə

Bir gün, sorğu-sual olacaq inan!

* * *

Yaşama, dünyanı hədər yerə, sən!

Sabahkı gün üçün yaşa bu gündən,

Nəfsin güdazına vermə ömrünü,

Sabahkı yaşayış doğur bu gündən!

* * *

Xülyalar yolunda olma canfəşan,

Arzu, istəyini inam üstə qur!

Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “sur”!

 

06.10.1996. Bakı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HƏQİQƏT

Nə qədər Günəş var, yaşayar insan,
İnsan öz ömrünü son edə bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
* * *
Heçdən heç yaranmır, hrç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!
* * *
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!
* * *
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!

* * *
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstü də,
Heçdən yaranmayıb, heç ola bilməz!

* * *

Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!!!

18.10.1996. Bakı.

 

 

 

 

DÜŞÜNCƏLƏR

 

Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan…
* * *
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu yaradan,
Mayanı tutmuşdu, “sabit” torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!
* * *
Şükür bəzək olsun şirin dillərə,
Ağıl çəpər olsun əsən yellərə,
Düzlük mayak olsun, tüm əməllərə,
Bir gün, bu işlərə hesabatçısan!
* * *
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
“Həsədi”, “həvəsi” qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
* * *
İnam et həmişə axirətinə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!

20.10.1996. Bakı.

 

 Müəllif:  Zaur Ustac

 

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında

35082891_139802596890004_6003989324868091904_n

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında:

Təzə şer oxuyanda orada yeni poetik fikir olarsa, o şer oxucu tərəfindən çox sevilir. Sizin şerilərinizdə həmişə həm yeni poetik fikir olur, həm də, axıcılığı, lirik duyğuları ilə fərqlənir. Bu şerinizdə də olan poetik fikiriniz oxucunun qəlbindən xəbər verir. Belə ki,sevdiyin kəsin əli dəyən bardaqda sevdiyinin əl izinin qalması, sevən üçün nə qədər əziz olması fikri heç bir şerdə ifadə edilməyib və bu fikri oxuyanda , doğrudan da, oxucu şerə vurulur və bu şer oxucunun yaddaşında həkk olunur. Zaur, əzizim, şeriniz çox gözəl və mənalı şeridir. Mənə , doğrudan da, çox-çox bədii ləzzət verdi. Bunun üçün sizi təbrik edirəm və sizin gözəl şerilərinizi oxumaq üçün səbirsizliklə gözləyirəm! Allah köməyiniz olsun! Sağ olun, var olun!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Bu gün İldırım Əkbəroğlunun ad günüdür.

35082891_139802596890004_6003989324868091904_n

Təqvimin bu gözəl – məhsuldar günü dünyadakı saysız – hesabsız hadisələrlə yanaşı bizim üçün xüsui olaraq əlamətdardır. Bu gün hamımızın sevimlisi, söz adamı İldırım Əkbəroğlunun ad günüdür. Uca Yaradan Sizə can sağlığı, uzun ömür versin, İldırım müəllim. Var olun. Yazın, yaradın… Uğurlarınız bol olsun…

YAZARLAR.AZ