توحید – زائور اوستاج

 

20622015_1809233162721390_1413670792984101892_n

 

توحید

 

اوجا یارالدانین تک اولدوغونا؛

نه باده قه ل بینده شوبهه اویانا

چون اگر اولسایدی خیلاف قئیریسی؛

بونو آنلایاردی موطله ق بیریسی.

گونه شین ساعتی آیین ساعتی؛

چوخ دقیق دؤنده ریر؛توم کایناتی.

ائله قورولوب کی؛نیظام محوری

گئجه ی له ؛ گوندوزون سهو دوشمه ز یئری.

ذرره ده ن ان بؤیوک اولدوزا قه ده ر؛

بیر؛؛اول؛؛-آ باغلیسا؛اوندا نه که ده ر…

حمد اولسون آللاها تانیریق اونو؛

هر کلمه باشیندا آنیریق اونو.

تک دیر احتیاج سیز؛بیز اونا ؛ باغلی؛

بونجا درک ائیله یه ر اینسانین عاغلی

 

Müəllif: Zaur Ustac

 

 

 

Advertisements

شوکرانلیق – زائور اوستاج

20622060_1952754228343398_4916404573323735877_n

شوکرانلیق

سلام اولسون سه نه ای گؤزه ل اینسان؛

مین شوکور حاققاکی؛حاققا چاتمیسان

حه له گؤرونمه ییب؛اولسون بئله حال؛

بیر کیتاب اوخویان گؤره قئیل وقال.

بوتون عورفان اهلی بو رای ده یئک دیل؛

کیتاب سایه سینده؛زه ن گین له شیر دیل.

شوکور یارالدانا قیلیبدیر ایمکان؛

بئله بیر گؤروشو ائدیپ آرماغان

هر یئنی فورصه تی مه نه وئره ن ده

ایلکین شوکرو ثنابیتیر دیلیمده

لینده ن توتدوغون بیر ییغین کاغیذ؛

کیتاب اولاجاقدیر دیندیکجه آغیز

قوتلو یارانیشین اشرفی اینسان؛

عالی اولدوغونو خاطیرلا هر آن

آند گه ل دی قه له مه؛قه له م توتانا؛

قه فیل له ر اویانا بلکه اوتانا.

وخوماق اؤیره تدی ؛یازماق اؤیره تدی؛

قوروجا تاختادان بیر دیل اوره تدی

کاغیذی موقه دده س بیلمیشیک هر واخت.

اوستونده جانلی سؤزیاشاییر حیات

شوکور بو نعمه ته شوکورقیسمه ته.

ایسده ره م بوپایدان هامییا یئته

شوکوریارالدانا نئچه کی ساغام؛

اونون ساراییندا سیزه قوناغام

مه ن یازیم بولاقلارسوزولسون گؤله

میرواری کلمه له ر دوزولسون دیله

مین شوکورحاققا کی دیل وئریب بیزه؛

سیزین له گؤروشه یول وئریب بیزه

Müəllif: Zaur UstacZaur Ustac

 

 

 

TALELƏRİN RƏNGİNİ ÇƏK – Həqiqət Həqiqi.

 

20622060_1952754228343398_4916404573323735877_n

TALELƏRİN RƏNGİNİ ÇƏK

Nə gəzirsən səmalarda,
Uzaq düşür xəyallar da.
Yağış ilə süzülərək,
Buludlar da bu yollarda.

Bir yerə bax,bir göyə bax,
Şimşək kimi göylərdə çax.
Əlvan rənglər dola qəlbə,
Qaranı tək gecəyə tax.

Çək rəngini talelərin,
Bəxtin o qara yerlərin,
Sən ağ eylə,tək bir dəfə,
Ürəkləri sən et sərin.

Fırçanı al rənglə boya,
Talelər çək doya-doya.
Elə bəzə,naxışlara,
Qara vurma,qəlbi oya!

09.06.2018

Müəllif: Həqiqət Həqiqi

HÜRRİYYƏT – ZAUR USTAC

hurriyyet

 

HÜRRİYYƏT

==poemadan bir parça==

Min şükür hürriyyət ocağımız var,
Kölgəlik bir fidan ağacımız var…
Ey uca Yaradan Sən qoru bizi,
Daim, qaim eylə hürr elimizi.
Binə çadırları daş otaq eylə,
Özün bu ulusu min budaq eylə…
Nə qədər xalqlar var yox bir mətəsi,
Çoxunun dili yox kəlmə ötəsi…
Bizim söykənəcək dayağımız var,
Hələ yol alacaq oylağımız var…

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

MÜNACAT – ZAUR USTAC

 

yaz

 

MÜNACAT

== poemadan bir parça==

Şükürdən güc alıb sözüm, söhbətim,
Səndən gizli deyil, şəksiz niyyətim.
Qəlblərdə olanı görüb, bilənsən,
Kimə nə lazımdı onu verənsən.
Yazar, ancaq yazar demişəm hər dəm,
Əgər söz sahibi eyləsə hərdəm.
Qələmə and içən uca Yaradan,
Münacata çıxıb bu qələmtutan…
Əllərim göydədir, dilim duada,
Dua eyləyirəm qohuma, yada…
Şamaxı torpağı qədimdən qədim,
Xaqnisi mənim, Nəsimi mənim…
Başqa bir dühanı gəzirəm burda,
Tarixin kələfin çözürəm burda…
Üstündə durduğum bu köhnə körpü,
Yüz illər əvvələ atacaq törpü…

Yazda da gəlmişəm, qışda da bura,
İçimdə bir ocaq möhtacdır qora.
Hər şey çin-çin durub ruhun rəfində,
Kəlmələr sıraya durub dilimdə…
Bir türlü “Bismillah” edə bilmirəm,
Yeddi yüz əqdəmə gedə bilmirəm…
Ruhuma qanad ver Adil Allahım,
Bir kərə o günə gedim qayıdım…
Bu köhnə körpünün daşı danışsın,
Otların qurusu, yaşı danışsın.
Düz yeddi əsrdir şahidlik edən,
Bu körpü bir namə versin himindən…
Ey bütün gizlindən agah Allahım,
Dağları, daşları yandırıb ahım.
Xeyirə yozulu nişan ver mənə,
Şübhəsiz bəllidir hamısı Sənə…
Nə, harda, kimindir tək bilən Sənsən…
Kimə nə lazımdır onu verənsən…

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

HƏLƏ MƏN VƏ HƏLƏ SƏN – ZAUR USTAC

 

 

KB

 

HƏLƏ  MƏN

 

Dedilər, eşitdim sevmirsən məni,

Dedilər ki, unut məhəbbətini,

Demək tapdamısan eşq çəmənini,

Bizi qınamazmı o gül, o çəmən

O, çəməndən doymamışdım hələ mən.

=   =   =

Çox da ki, desinlər, sevməyirsən sən,

Mənim saf eşqimi rədd eləyirsən,

Bu ilk məhəbbəti unutmaram mən.

Bəs bizə nə deyər, eşidən, bilən

İstəmirəm, dilə düşüm, hələ mən.

=   =   =

Sən məni sevmirsən, mən ki, sevirəm,

Sən həsrət çəkmirsən, mən ki, çəkirəm,

Sənin həsrətini nəzmə çəkirəm,

Ürəyimi boşaldıram qələmnən,

İstəməzdim, şair olum hələ mən…

 

06 noyabr 1990 Yusifcanlı

 

 

============================================================================

 

 

 

HƏLƏ  SƏN

 

Bəs mənə nə deyər, dostlar, tanışlar?

Söylə görüm, bu işi kim bağışlar?

Dost qəmlənər, düşmən bunu alqışlar,

Məhəbbətin nə olduğun get öyrən,

Nabələdsən, böyük yolda hələ sən!

=   =    =

Həvəs nədi, məhəbbət nə get öyrən,

Səadət nə, hərislik nə get öyrən,

Səxavət nə, xəbislik nə get öyrən,

Bütün bunlar lazımdıki biləsən,

Nabələdsən, böyük yolda hələ sən!

=   =   =

Gözəl sima, heç gözəllik deyildir.

İncə bədən, heç incəlik deyildir.

Zərif tellər, heç zəriflik deyildir.

Gözəl insan, sən daxilən gözəlsən,

Nabələdsən, böyük yolda hələ sən!

 

06 noyabr 1990 Yusifcanlı

 

 

 

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN” kitabından.

AĞ ÇİÇƏYİM – ZAUR USTAC.

 

KA

 

AĞ ÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!

06 may 2010

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“GÜNAYDIN” (AĞÇİÇƏYİM) kitabından.

Şairlər, içində yaşayır qardaş… – Mehman GÖYTƏPƏLİ.

13187895_209168449468957_190028440_n (1)

Şairlər, içində yaşayır qardaş..

Kiimi daş daşıyır, kimi zər-ziba.
Şairlər;- Söz yükü daşıyır qardaş…
Kimisi qəsrdə, kimi sarayda;-
-Şair öz, içində yaşayır qardaş…

Göz açıb, çiynində “şələ”görmüşük,
Bəxtinə yazılan, tələ görmüşük,
Əzəldən, Şairi belə görmüşük;-
-Şairlər ürəkdə üşüyür qardaş…

İnan, söyleməyə dilim də ğəlmir;-
-Hər şeir yazana şair deyilmir.
Şairlər heç zaman sinmır, eyilmir,
Sairlər, tək sözə baş əyir qardaş…

Müəllif:  Mehman Göytepeli

XƏYALIMDA -Həqiqət Həqiqi

yaz

XƏYALIMDA

Qarabağın bu vaxtları gözəldi
Hər guşəsi indi cənnət qoxuyur.
Mən xəyalən gedib gəzib gəlirəm
Bülbülləri yuva qurub toxuyur.

Ürəyimdə hiss edərək bu yerin,
Səsli-küylü hay-harayın,üzüldüm.
O dağ-dərə,orman yolu yad izə,
Alışdıqca,özlüyümdə büzüldüm.

Bəlkə torpaq alışmayib yad dilə,
Bəlkə o da bizi duyub,qınayır.
Bəlkə o da dolanmayır yad ilə,
Düşündükcə bağrım başı qanayır.

02.06.2018

Müəllif: Həqiqət Həqiqi

Elburus Qəmgin – Deyiləm.

13187895_209168449468957_190028440_n (1)

Deyiləm

Ağızlarda çeynənib
Deyiləsi deyiləm.
Ac da qalsam namərdə
Əyiləsi deyiləm.

Ağ bezlərdən biçimdən
Qorxum yoxdur köçümdən
Yaltaqlanıb içimdən
Yeyiləsi deyiləm.

Safdır ömrümün himi
Zildir sazımın simi.
Bəzi məmurlar kimi
Söyüləsi deyiləm.

Müəllif: Elburus Qemgin