ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR

 

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

 

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN

2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

 

YAZARLAR.AZ

Advertisements

ZAUR USTAC HAQQINDA İKİNCİ KİTAB

QTFS

Redaktor və rəssam: Şəhin Senayi Fərd.

رئداکتـــور و رســـام :  شهین ثنایی فرد

 

Hacıxanım AİDA

“OTUZ ŞEİR, OTUZ FİKİR(Zaur Ustac və şeirləri haqqında)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-004-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının   30   illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-04-ZU) – Şairin   tərtibçilər  tərəfindən  əsasən “OTUZ  İLDİR, ƏLDƏ QƏLƏM” adlı  kitabından təsadüfi  qaydada  simvolik  olaraq  seçilmiş  otuz  şeiri  və tanınmış  ziyalılarımızın; şairlərin, yazıçıların, müəllimlərin, filoloqların, psixoloqların,  həkimlərin, daimi  oxucuların  fikirləri  yer almışdır.

KİTAB PDF FORMATDA BURADA:  HXA-OTUZFİKİR

 

Hacıxanım AİDA

HƏLƏ MƏN VƏ HƏLƏ SƏN – ZAUR USTAC

 

 

KB

 

HƏLƏ  MƏN

 

Dedilər, eşitdim sevmirsən məni,

Dedilər ki, unut məhəbbətini,

Demək tapdamısan eşq çəmənini,

Bizi qınamazmı o gül, o çəmən

O, çəməndən doymamışdım hələ mən.

=   =   =

Çox da ki, desinlər, sevməyirsən sən,

Mənim saf eşqimi rədd eləyirsən,

Bu ilk məhəbbəti unutmaram mən.

Bəs bizə nə deyər, eşidən, bilən

İstəmirəm, dilə düşüm, hələ mən.

=   =   =

Sən məni sevmirsən, mən ki, sevirəm,

Sən həsrət çəkmirsən, mən ki, çəkirəm,

Sənin həsrətini nəzmə çəkirəm,

Ürəyimi boşaldıram qələmnən,

İstəməzdim, şair olum hələ mən…

 

06 noyabr 1990 Yusifcanlı

 

 

============================================================================

 

 

 

HƏLƏ  SƏN

 

Bəs mənə nə deyər, dostlar, tanışlar?

Söylə görüm, bu işi kim bağışlar?

Dost qəmlənər, düşmən bunu alqışlar,

Məhəbbətin nə olduğun get öyrən,

Nabələdsən, böyük yolda hələ sən!

=   =    =

Həvəs nədi, məhəbbət nə get öyrən,

Səadət nə, hərislik nə get öyrən,

Səxavət nə, xəbislik nə get öyrən,

Bütün bunlar lazımdıki biləsən,

Nabələdsən, böyük yolda hələ sən!

=   =   =

Gözəl sima, heç gözəllik deyildir.

İncə bədən, heç incəlik deyildir.

Zərif tellər, heç zəriflik deyildir.

Gözəl insan, sən daxilən gözəlsən,

Nabələdsən, böyük yolda hələ sən!

 

06 noyabr 1990 Yusifcanlı

 

 

 

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN” kitabından.

AĞ ÇİÇƏYİM – ZAUR USTAC.

 

KA

 

AĞ ÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!

06 may 2010

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“GÜNAYDIN” (AĞÇİÇƏYİM) kitabından.

ZAUR USTAC HAQQINDA KİTAB

omuran k

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-20-ZU) – Şairin  icazəsi  ilə   tərtibçilər  tərəfindən  ümumi  istifadədə  olan,  əsasən  müxtəlif internet  mənbələrindən  toplanaraq  seçilmiş  fotolarından istifadə olunmuşdur. Bundan  əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir.  PDF: HXA-OMURAN

Hacıxanım AİDA

 

Zaur Ustac – YUBİLEY TƏDBİRLƏRİ.

Zaur Ustacın ədəbi yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində xaqtirə markası buraxılıb. İki nümunədə olan poçt markaları Zaur Ustacın portiret təsviri və “Otuz ildir əldə qələm” adlı kitabının cildindən istifadə olunmaqla hazırlanıb:

marka h.jpg

Birinci nümumnə: marka zu

İkinci nümunə:   marka k

QISA ARAYIŞ:

24 May 1988 – ci il  Zaur ustacın “Əməyə məhəbbət” adlı  ilk məqaləsi  Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) YAZI OLAN ORİJİNAL SƏHİFƏNİN FOTO SURƏTİ :

a

YAZARLAR.AZ

 

Zaur Ustac – Poçt Markası.

Zaur Ustacın ədəbi yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində xatirə markası:

marka zu

YAZARLAR.AZ

 

SONA ABBASƏLİQIZI: – “BECAN QASIMOV – 75” – İnsan ömrü xatirələrin qoynunda.

 

31895173_581166195588855_4522661714432360448_n

Haqqında danışdığımız BECAN müəllim insanlığın fövqündə elə insanlığın özünün durduğunu yəqin edir. 75-il bir ömür yaşamış Becan müəllimə Allahdan ən ali nemət olan can sağlığı arzulayıram. BECAN QASIMOV 75 İnsan ömrü xatirələrin qoynunda həmişə ilıq çöhrəsi ilə diqqət çəkir. Şəxsiyyət tarixi də bir insan ömrünün ictimai səciyyəsidir. Öz varlığı ilə hər kəsin dərin hörmət və rəğbətini qazanmış Becan Qasımov da öz örnək şəxsiyyəti ilə cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu təsdiqləyib. Onun 75 illik ömür işığı çoxlarının həyat yoluna nur səpib. Mən də həmyerlim,eloğu kimi yüksək rəğbət bəslədiyim Becan Qasımovun insan münasibətlərini cəmiyyətimizin ümdə vəzifələri kimi xarakterizə edirəm. 75 il bir insan üçün o qədər də böyük həyat yolu deyil.Lakin Becan Qasımov kimi şəxsiyyətlər elə bir ömür yaşayıblar ki,cəmiyyət bundan çox şey götürə bilib. Hörmətli BECAN müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, müvəfəqiyyətlər arzulayıram.

Çox hörmətli Niftalı Göyçeli də  tədbirdə iştirak edib. Bayramın bayrama qarışdığı  tədbirdən fotolar:

31791624_581166042255537_4267201839964880896_n

31727721_581166105588864_1108372553329541120_n

31743484_581166045588870_2188009847008526336_n

 

Hörmətlə: SONA ABBASƏLİQIZI.

Müəllif – ilkin mənbə: Sona İsmayılova

Nayibə Qafanlı: – Zaur Ustac haqqında:

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on səkkizinci  yazı:

 

otuzfscild

Zaur Ustac o qədər təbii istedada malik olan şairdi ki, mən onun haqqında söz deməyə acizəm. Zaur qafiyə xatrinə şer yazmır. O, məntiqli, dərinmənalı, düşündürücü, fəlsəfi şerlər müəllifidir. Zaur Ustacın söz xəzinəsi o qədər tükənməzdir ki, uca zirvələrdən təbii bulaq kimi qaynayır, oxuduqca ürəkləri sakitləşdirir. Mən ona zəmanəmizin dahi şairi deyirəm. Ona uğurlar arzulayıram.

Müəllif:Nayibe Qafanlı

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

ZAUR USTAC: – DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

meadnflag-11

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”, qapaq qoyum üstünə,

Bütün aləm mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye