Nayibə Qafanlı: – Zaur Ustac haqqında:

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on səkkizinci  yazı:

 

otuzfscild

Zaur Ustac o qədər təbii istedada malik olan şairdi ki, mən onun haqqında söz deməyə acizəm. Zaur qafiyə xatrinə şer yazmır. O, məntiqli, dərinmənalı, düşündürücü, fəlsəfi şerlər müəllifidir. Zaur Ustacın söz xəzinəsi o qədər tükənməzdir ki, uca zirvələrdən təbii bulaq kimi qaynayır, oxuduqca ürəkləri sakitləşdirir. Mən ona zəmanəmizin dahi şairi deyirəm. Ona uğurlar arzulayıram.

Müəllif:Nayibe Qafanlı

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Advertisements

ZAUR USTAC: – DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

meadnflag-11

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”, qapaq qoyum üstünə,

Bütün aləm mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

ZAUR USTAC: – YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM.

BQU

YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM

On il get-gəldən sonra, axır ki, kənd məktəbindən güc-bəla canımı qurtardım. Bir xeyli avaralandıqdan sonra bu qənaətə gəldim ki, gərək mən də yekə məktəb oxuyam. Bu fikir-xəyal ilə gəldim Bakiyə… Aradım, axtardım sonda lap o yekə məktəbi tapdım. Məktəb, nə məktəb… Dağ boyda… Başı buludlara dəyir… Bu mənim lap xoşuma gəldi, məni yaman sevindirdi, əlqərəz çox xoşhal oldum… Elə doqqazdan içəri keçmək istəyirdim ki, gözüm sataşdı, sol tərəfdəki divarda olan rəsmə… Bu rəsm də çox xoşuma gəldi… Şəklə az baxmışam, çox baxmışam onu deyə bilmərəm… Şəkil də nə şəkil… Gördüm şəkildə şikil kimi bir oğlandı durub. Əli də cibində. Deməli, tam olaraq mənzərə belədir, bir əlində kitab tutub, o biri əlini də qoyub cibinə. Cib də ki, az qalır partlasın… Buradan məndə belə bir yəqinlik hasil oldu ki, yəni əgər oxumaq istəyirsənsə, vacibdir ki, əlin mütləq cibində ola… Necə deyərlər, “arifə bir işarə bəs eylər…” Mən də ki, arif adam. Çar-naçar qayıtdım geri, mən də ciblərimi hörüb təzədən gəldim məktəbə…(öldü var, döndü yoxdu – oxuyajam) Əlimi də qoymuşam cibimə – biliyim tökülməsin… Elə, içəri girmək istəyirdim ki, keçərətdəcə məni yekə qarın, yekə burun, başının ortası yox, burnunun altında güvə yemiş, sapsarı naftalin iyi verən cıqqılıca bığı, boynunda nazik, uzun qarnının üstünə Yer kürəsin ikiyə bölən yaşıl zolaq kimi aşırdığı xaltası olan bir “kişi” saxladı:

– A bala, hələ bir dur görək, belə qaranəfəs hara gedirsən, May da ha döyülü deyəm gilasın sezonudu – iyuldu deməli, hələm gilasın sezonuna da çox var… Görürəm, diribaş uşağa oxşuyursan, amma bir əması var. O gördüyün şikil çoxdan köhnəlib. Daha cib zəmanəsi döylü, bala… Vallahi də döylü, Billahi də… Tay cibişdan zəmanəsi çoxdan ötüb… İndi oxumaq istəyənin yedəyində gərək diplom atı olsun, diplom atı…

Matım-qutum qurudu qaldım belə… İndi məni dərd götürüb, mən yazıq, borc-xərc bu diplom atın aldım, bəs onun yükünü necə tutacam???

29.07.1991. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

Vidadi Məmmədli Zaur Ustac haqqında:

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on beşinci yazı:

otuzfscild

Sizi salamlayıram! Mənə görə Zaur Ustac sözü, qələmi, Vətəni müqəddəs bilən, zamanı, məkanı, insanları qiymətləndirməyi bacaran söz ustası, gənc nəsil şairlərin önündə gedənlərdəndir. Ona hər zaman beləcə öndə, zirvədə olmaqla yaradıcılıq uğurları arzulayıram!

 

Müəllif: Vidadi Məmmədli

Zaur USTAC – Zaur Ustac – Zaur Ustaj – زائور اوستاج

img-20140812-wa0001

Zaur USTAC, 1975-ci il ocak ayının 8`in de Bakü`de doğdu. Okul hayatına Ağdam`ın Yusifcanlı köy orta okulunda başlamış, ardından Bakü Dövlet Üniversitesinde, Bakü Ali Birleşmiş Kumandanlık okulunda, “Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu”da ve “Şamahı Humanitar Kolleci”nde tahsil hayatını devam ettirmişdir. Zaur USTAC, “Yazarlar” dergisinin kurucusu ve baş editörüdür.

Zaur USTAC – Zaur Ustac – Zaur Ustaj – زائور اوستاج – Заур Устадж.

Sevinc Arzulu, Zaur Ustac barədə.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on dördüncü  yazı:

otuzfscild

Zaur Ustacın şeirlərini maraqla oxuyuram və bəyənirəm.Hərdən də fikrimi bildirirəm. Onun şeirlərində Dədə Ələsgərin ruhu duyulur.İnsani hisslər,duyğular səmimiyyətlə qələmə alınmışdır. Ana Vətənin azadlığı uğrunda qurban gedən şəhidlərimizə yazdğı “Qucağını geniş aç” şerinə duyğulu anların şahidi oluruq. Aprel şəhidlərinin qəhrəmanlığına həsr olunmuş bu misralar bizi də kövrəldir:

“Göylər də hönkürüb ağladı bu gün,

Buludlar göz yaşı saxlaya bilmir.

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir.”

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrı bizə tezliklə Qələbə şeri yazmağı nəsib etsin. Amin. Zaur Ustaca yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

Bakı.13.04.2018.

Müəllif: Sevinc Arzulu

QISA ARAYIŞ:

AYB-nin üzvü, şairə Sevinc Arzulu.

 

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Zaur Ustac – Zaur Ustaj

meadnflag-11

Zaur Ustac was born on January 08, 1975, in Baku of Azerbaijan Republic. He studied at Baku State University and then continued his education at Higher Military School named after Heydar Aliyev , International Institute of Invention & Business and Shamakhi Humanitas College. He is Chef Editor in The Yazarlar Magazine.

YAZARLAR.AZ

زائور اوستاج

11992670_541549615996054_127419619_n — копия

 زائوراوستاج هشتم ژانویه 1975میلادی درشهرباکومتولدشد.تحصیلات ابتدائی ومتوسطه رادرروستای یوسفجانلی ازتوابع شهرستان آغدام؛به اتمام رسانیده وبه دنبال آن تحصیلات عالی اش را؛دردانشگاه دولتی و انستیتوبین المللی اختراعات وکسب وکاروکالج بشردوستانهء شهرشاماخی ادامه داده وازسال1988میلادی نیز؛اجرای سخنرانی دوره ای مطبوعات رابرعهده داشته است.وی مؤسس وسردبیرمجلهء «یازارلار»نیزمی باشد. زائوراوستاج صاحب آثاری چون*گونآیدین,آغ چیچه ییم,ایسته مه زدیم شاعیراولوم حه له مه ن,گولزار,شئح چیچه ییم,محدود حه ی دتین مجهول دوشونجه له ری,برزخ ده,موم کیمی یومشالاردا,بایاتیلار,بال چیچه ییم, گولونون شعرله ری,سئوین کی سئویله سیز…,قه ل بیمین آچیقجاسی, اوستادنامه,نیشانگاه,چه ه رایی کیتاب,اوتوزایلدیر الده قه له م, ونیز گرد آورندهء مقالات اوسوبجان افسانه سی ومؤلف کتاب اوری یئنتیر اولدوزو (ستارهء استقامت)به یاد؛داشت ابراهیم اف,قهرمان ملی ومبارز شجاع جمهوری آذربایجان نیز می باشد. به هرحال نویسندگان راجع به اوستاج می نویسند؛یعنی بی شک وشبهه؛ سخن وحکمت؛مخصوص خداوند بلندمرتبه است.مافقط بندگان قلم بدستی هستیم که دیکته شده ها را می نویسیم صاحب قلم نیز اوست. زائور اوستاج:اهل اوستاجم دستم رو بسوی عرش اعلاست؛؛این چه ستم وچه بلایی ست که ملتم گرفتارش شده است؟؟؟

YAZARLAR.AZ

Zaur Ustac “ÇƏHRAYI KİTAB”

kitab

Zaur USTAC “ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)ZU — CK

USTAC.AZ nəşrləri.

زائور اوستاج

zaur (1)

 

 زائور اوستاج

 

زائوراوستاج 8 یانوار1975-جی ایلده؛باکی شه هه رینده؛آنادان اولموش.ایلک تحصیلی نی؛آغدام رایونونون یوسیفجانلی که ن د؛اورتا مه ک ته بینده آلمیش؛آردیجیل اولاراق باکی دوله ت اونیوئرسیتئدینده عالی تحصیلاتین بئین الخالق ایختیراچیلیق وبیزنئس اینستیتوتونـدا و شاماخی هومانیتار کوللئجینده داوام ائتدیرمیشدیر.زائوراوستاج1988-جی ایلده ن؛اعتیباره ن دؤوری مطبوعاتدا؛چیخیش ائدیر. او«یازارلار»ژورنالینین تأسیس چی سی وباش ریداکتورودور. زائوراوستاج*گونآیدین,آغ چیچه ییم,ایسته مه زدیم شاعیراولوم حه له من, گولزار,شئح چیچه ییم,محدود حه ی دتین مجهول دوشونجه له ری, برزخ ده, موم کیمی یومشالاردا,بایاتیلار,بال چیچه ییم,گولونون شعرله ری, سئوینکی سئویله سیز..,قه ل بیمین آچیقجاسی,اوستادنامه,نیشانگاه, چه ه رایی کیتاب,اوتوزایلدیرالده قه له م,کیمی شعرله ر اوسوبجان افسانه سی آدلی مقاله له ر توپلوسونون و آذربایجان رئسپوبلیکاسینین میللی قهرمانی گیزیر موباریز,,ایبراهیمووون عزیزخاطیره سینه حسر اولونموش,,اوری یئنتیر اولدوزو,,کیتابینین موعه ل لیفیدیر. اوستاجا گؤره یازارلار؛آنجاق یازارلار… یعنی شوبهه سیز کی؛حیکمه ت و سؤز؛اوجا تانرییا مخصوصدور بیز ساده جه؛دیکته اولونانلاری قه له مه آلان؛قه له م توتان قوللاریق. قه له مین صاحیبیده اودور                          

 ! اوستاجلییام الیم عرشی اعلادا…   بو نه سیته م میلله تیم نه بلادا؟