ADİL CƏFAKEŞLƏ GÖRÜŞ – ZAUR USTAC

 

ACZU.

Zaur Ustac “ZİYADAR”-ı  Adil Cefakes -ə təqdim edərkən. 18.06.2018. Badamdar.

Bu gün tanınmış söz adamı, ustad Adil Cəfakeşin qonağı oldum. Görüşümün iki məqsədi var idi. Birinci şairlə görüşüb arxayın söhbət etmək. İkinci “Ağam Alıdı” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə layiq görüldüyü “YAZARLAR”-IN YAZARI  “ZİYADAR” MÜKAFATINI təqdim etmək. Hər iki arzum düşümndüyümdən də yaxşı gerçəkləşdi. Bir neçə saat davam edən çox maraqlı söhbətimiz alındı. Sonda mükafatı təqdim edib, xatirə üçün bir foto çəkdirib ayrıldıq. Adil müəllim, uca Yaradan Sizə uzun ömür, can sağlığı  versin. Yazın, yaradın. Uğurlarınız bol olsun.

Müəllif: Zaur Ustac

Advertisements

ZAUR USTAC – “BAYATILAR – بایاتیلار ” kitabından.

KE

 

Mən aşiq beləsinə,
Can qurban beləsinə,
Xalı, Haqq qələmindən
Kimdə var belə sinə???
* * *
Mən aşiqəm bu vaxta,
Bu zamana, bu vaxta,
İnan, ruhum gəlməyir
Cismim olduğu taxta.
* * *
Mən aşiq, sübh çağına,
Enəydim yar bağına,
Alma cavan saxlayır
Nar daddı damağına.

===============================================
مه ن عاشیق بئـلـه سینـه
جان قوربان بئـله سینـه
خالی حاق قه له مینده ن
کیمده وار بئـله سینه؟؟؟

* * *

مـه ن عاشیقـه م بو واختا
بو زامانا بو واختا
اینان روحوم گه ل مه ییــر
جیسمیم اولدوغو تاختا.

* * *

مه ن عاشیق صوبح چاغینا
ائنه ی دیم یار باغینا
آلمـا جاوان ساخلاییر
نار داددی داماغینا.

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“BAYATILAR – بایاتیلار ” kitabından.

 

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK (Zaur Ustaca) – İLDIRIM ƏKBƏROĞLU

 

ev

 

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK
(Zaur Ustaca)

Taparam o yeri,gəzib,lap,şamla
Sel olar gözümdən düşən hər damla.
İzim də göyərər göz yaşlarımla,
Ayrılıq uzundur,ömür-gün gödək
Ağdama gedəndə yoldaşlı gedək.

“Gələrəm!” dediyim neçə il çəkib,
Hənrimi duyacaq,avaz-dil çəkib.
Düşmənin gözünə isti mil çəkib,
Qartal tək qəlbini,bağrını didək,
Ağdama gedəndə yoldaşlı gedək.

Qaçqında gün ağır,köçkündə qara,
Dönüb ürəkləri kül altda qora.
Tay yerdən havadan yol çəkək ora
Xəyal yollarımız qabar,döyənək
Ağdama gedəndə yoldaşlı gedək

İldırım sülh belə olmaz ərzi gəz,
Yumuruq görməsə yağı baş əyməz!
Quduzdan dərrakə ummağa dəyməz,
Qələbə günündə əllərdə çiçək
Ağdama gedəndə yoldaşlı gedək.

 

Müəllif: Ildırım Akberoğlu

“ZİYADAR” HAQQINDA YAZIRLAR

 

 

DIPLOM

 

“Zaur Ustac İntiqam Yaşara “Evdə yoxam” adlı kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” adlı diplomu təqdim etmişdir.”

 

İLKİN MƏNBƏ:

http://www.mct.gov.az/az/region-xeberleri/genc-sair-ntiqam-yasarin-yeni-isiq-uzu-gormus-evde-yoxam-adli-seirler-kitabinin-teqdimat-merasimi-kecirilib

 

YAZARLAR.AZ

GƏRƏK – ZAUR USTAC.

gerek

GƏRƏK
Gədadan bəy olmaz, geysə zər-xara,
Nəcabət adamın kökündə gərək.
Soysuzda ar olmaz, qanmazda həya,
Əzəmət insanın görkündə gərək.
* * *
Arif olan ağzı yelə dolanmaz,
Çeşmə suyu ha lillənə bulanmaz,
“Suzuz quyu su tökməklə sulanmaz”,
Kəramət quyunun təkində gərək.
* * *
Ustac önəm verər söhbətdə süsə,
Düşməsin bir kimsə qəflətdə sisə,
Heç zaman söyməyin əvcəddə nəsə,
Məharət hesabın təkində gərək…

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR

 

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

 

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN

2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

 

YAZARLAR.AZ

ZAUR USTAC HAQQINDA İKİNCİ KİTAB

QTFS

Redaktor və rəssam: Şəhin Senayi Fərd.

رئداکتـــور و رســـام :  شهین ثنایی فرد

 

Hacıxanım AİDA

“OTUZ ŞEİR, OTUZ FİKİR(Zaur Ustac və şeirləri haqqında)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-004-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının   30   illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-04-ZU) – Şairin   tərtibçilər  tərəfindən  əsasən “OTUZ  İLDİR, ƏLDƏ QƏLƏM” adlı  kitabından təsadüfi  qaydada  simvolik  olaraq  seçilmiş  otuz  şeiri  və tanınmış  ziyalılarımızın; şairlərin, yazıçıların, müəllimlərin, filoloqların, psixoloqların,  həkimlərin, daimi  oxucuların  fikirləri  yer almışdır.

KİTAB PDF FORMATDA BURADA:  HXA-OTUZFİKİR

 

Hacıxanım AİDA

13 -Ü NƏS GÜNDÜR, YA SADƏCƏ 12-SİNİN ERTƏSİ GÜNÜDÜR???

13 -Ü NƏS GÜNDÜR, YA SADƏCƏ 12-SİNİN ERTƏSİ GÜNÜDÜR??? – BU SUALA 25 ILDIR CAVAB TAPA BİLMİRƏM. ÇOXLARINA BU MƏTLƏB BOĞAZDAN YUXARI VƏ YA HƏTTA PAFOSLU KİMİ DƏ GÖRÜNƏ BİLƏR. ANCAQ, AND OLSUN UCA YARADANA Kİ, BU BELƏ DEYİL… SADƏCƏ BU SUALA CAVAB VERMƏK ÜÇÜN 25 İL BƏS ELƏMƏDİ… HƏLƏLİK SİZƏ BİR İP UCU VERƏ BİLƏRƏM. MƏNİMİ EVİMİ, BAĞ-BAĞATIMI YÜZ İLLƏRDƏN BƏRİ ATA-BABALARIN QURUB – YARADIB BİZƏ ƏMANƏT  ETDİKLƏRİ HANSISA AXMAĞIN (İFADƏMƏ GÖRƏ ÜZR İSTƏYİRƏM BUNUN BAŞQA ADI YOXDUR HADİSƏLƏRİN BİRBAŞA İŞTİRAKÇISI VƏ ZƏRƏRÇƏKƏNİ KİMİ BUNU TAM MƏSULİYYƏTİ İLƏ VURĞULAYARAQ QEYD EDİRƏM) SƏBATSIZLIĞI UCBATINDAN 2 SAATIN İÇİNDƏ YANIB KÜL OLDUĞU ZAMAN MƏN ƏLİ SİLAHLI (TAM TƏHCİZAT)

13254464_839432916189849_425391914529022743_n

GƏNCƏ – BAKI ARASI GORANIN ÇÖLLƏRİNDƏ (İYUNUN 3 -DƏN, 13 -DƏK 1993-CÜ İL) SƏRGƏRDAN GƏZİRDİM… VƏ HƏMİN GÜNLƏRDƏ NƏYƏSƏ GÖRƏ MƏNİM YURD-YUVAM XARABAZARA ÇEVRİLİRDİ – İNDİKİ VƏZİYYƏT VİDEODA:

13 -Ü NƏS GÜNDÜR, YA SADƏCƏ 12-SİNİN ERTƏSİ GÜNÜDÜR???

Müəllif: Zaur Ustac