QOY GEDİM, QAYTARMA  MƏNİ DÜNYAYA – Vidadi AĞDAMLI.

VİDADİ AGDAMLI

QOY GEDİM, QAYTARMA 
MƏNİ DÜNYAYA
Gəlişi dəhşətdi, gedişi yaman,
Qoy gedim, qaytarma məni dünyaya.
Hərəyə bir taleh yazıb yaradan, 
Bulud tənə edir, artıq durnaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Tülkü toyuqlara çobanlıq edir,
Dovşan şir önündə darğalıq edir,
Siçan pişik üçün yorğalıq edir.
Qarğa rişxənd edir,göldə sonaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Ayı nərə çəkmir, aslanlar susub,
Pələng qarşısında çaqqallar durub,
Sərçələr oxuyur,bülbüllər susub.
Açılmır ürəyim baxsam haraya,
Qoy gedim, qaytarma məni dünyaya.

Cənnət guşəmizdə dığalar gəzir,
Şairi bu dərdlər tapdayır,əzir
Toyuq qarşısında xoruzlar əsir.
Həsrətli qalmışıq cənnət-qalaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Sazan lal qalıbdı kilki önündə,
Bir məna qalmayıb qeyrət sözündə,
Alçaqlar tük gəzir mərdin gözündə.
Siçan yaman dolub, bizim tarlaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Vidadini yaman sıxdı bu dövran,
Xəcalət çəkirəm, Dubay yolundan,
Keçi xərc istəyir, bu gün qoyundan.
Baş əyir begamont,hərdən tulaya
Qoy gedim, qaytarma məni dünyaya.

 

Advertisements

9 NOYABR BAYRAQ GÜNÜDÜR.

meadnflag-11

 

Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2- ci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək  onu Dövlət bayrağı elan edib.

2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev  Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi  haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını,

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini,

Yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Bayrağımız qürur mənbəyimizdir! Ulu öndər bayrağımız haqqında demişdir:  – “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”

Ölkəmizdə bayrağa yüksək qiymət verilir. 2007 – ci il noyabrın 17 – də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Meydanın təntənəli açılışı  2010 -cu il sentyabrın 1 – də Azərbaycan Respublikasının Prezidenti cəab İlham Əliyev tərəfindən keçirilmişdir.

Ginnes Dünya Rekordları Təşkilatı 2010 -cu il mayın 29 -u Azərbaycanın Dövlət bayrağı dirəyini ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

YAZARLAR.AZ

#9noyabr

Rahim Üçoğlanlı mükafatlandırıldı.

23031646_573211903079176_4516818401513874878_n

Rahim Üçoğlanlı mükafatlandırıldı. O, “Qızıl Qələm” mükafatına layiq görülüb.

 

Ağdamda yaşayan və yazıb-yaradan Rzayev Rahimin (Rahim Üçoğlanlı) yaradıcılığı Kütləvi İnformasiya İşçılərinin Həmkarlar Komitəsi tərəfindən yüksək qiymətləndirib. Beləki, Kütləvi İnformasiya İşçılərinin Həmkarlar Komitəsi Rəyasət Heyyətinin 29 oktiyabr 2017-ci il tarixli qərarı ilə poeziya sahəsində yazıb-yaradan Rahim Üçoğlanlı “Qızıl Qələm” mukafatına layiq görülüb.

 

“YAZARLAR.AZ” olaraq, şairi bu ali mükafata layiq görülməsi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurlar arzu edirik.

“DÖRD SUAL” -ın   oktyabr  qonağı Süleyman ABDULLA oldu.

21432836_488129588201664_6656655482114342893_n

“DÖRD SUAL” -ın   oktyabr  qonağı  dəyərli  şairimiz,  jurnalist – yazarımız,   Süleyman ABDULLA  oldu: 

QISA  ARAYIŞ:

Süleyman Abdulla 1965-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olub.1988-ci ildən şeirləri dövri mətbuatda çap olunur.2001-ci ildən AYB-nin üzvüdür.2 şeir,4 nəsr kitabının müəllifidi.

TƏQDİMAT:

 

 

– Saalam, Süleyman müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– İlk oxuduğum kitab:-1-ci sinifdə oxuduğum nağıl kitabı olub,kiçik həcmli kitab idi,təəssüf ki,adı yadımdan çıxıb…

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– V.Babanlının “Vicdan susanda” romanı…6-cı sinifdə oxuyurdum və buna görə müəllim tərəfindən möhkəm döyülmüşəm..

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

-M.Şoloxovun “Sakit Don” əsəri,8 çilddən ibarət idi. .

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– V.Hüqonu “Səfillər” əsəri…bu əsəri indi də 5-6 ildən bir təkrar oxuyuram!

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik.  Yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Sağ olun!

– Sağ olun!

 

YAZARLAR.AZ

 

Təqvimdə bu gün – 23 oktyabr – Səxavət Məmmədovun doğum günüdür.

maxresdefault

23 oktyabr – bu gün  Səxavət Məmmədovun doğum günüdür.

QISA ARAYIŞ:

Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də  Ağdam rayonunun Abdal – Gülablı  kəndində anadan olmuşdur. Səxavətin də səsi “Segah”a yatımlı idi, ruhu “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır. “Ay Bəri Bax”, “Uca Dağlar”, “Yar Bizə Qonaq Gələcək”, “Ay Çiçək”, “Sarı Bülbül” “Külək” və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı  QARABAĞ İNSTRUMENTAL ANSAMBILI isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

QARABAĞ İNSTRUMENTAL ANSAMBILI Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

ƏZİZ DOST:

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı. Ruhu şad olsun.

YAZARLAR.AZ

Mənbə:

https://az.wikipedia.org/wiki/S%C9%99xav%C9%99t_M%C9%99mm%C9%99dov

 

Ənvər MƏSUD – Bu sağlar, sollar tükəndi. 

 

 

12814016_955923284497847_3130675187220669133_n

 

Ənvər Məsuddan bir neçə şeir:

 

 

Olur

Bəzən şeir yazıram,
Çevrilib şahmat olur.
Bir nadan uduzaraq
Qabağımda mat olur.

Heyrətlə baxır gözlər,
Qəlbi yandırır közlər.
Təkrar yazdığım sözlər
Çoxgedişli at olur.

Bir misramdan, bəndimdən,
Kimisi kəməndimdən,
Gedişimdən, fəndimdən
Çıxa bilmir, pat olur.

Saçda dənim – qiymətim,
Gözdə çənim – qiymətim!
Niyə mənim qiymətim
Qeyri adekvat olur?!
19 oktyabr 2017 Sumqayıt

 

 

 

Qalmadı

Əksim gözündən itəcək,
Bu sevda nakam bitəcək.
Gülüzlüm, sənə yetəcək
Harayım, ünüm qalmadı.

Əl açdım, qollar tükəndi,
Bu sağlar, sollar tükəndi.
Getdiyim yollar tükəndi,
Bir səmtim, yönüm qalmadı.

Xərclədim, yenə xərclədim,
Lap dönə-dönə xərclədim.
Mən ömrü sənə xərclədim,
Özümə günüm qalmadı.
10 fevral 2017 Sumqayıt

 

Müəllif: Ənvər Məsud

А за окном гуляют Дождь с Дождихой. 

13716187_866600963473044_6709336779849909518_n

А за окном гуляют Дождь с Дождихой.
Мне жаль, что люди видят только дождь…
Она с ним по бульвару бродит тихо,
А он ей заливает… Ну и что ж…
Шуршат листвой, укутываясь в вечер,
Сегодня им не хочется спешить.
Для них ведь осень — это время встречи
— Особенное время для души…
Они негромко шлепают по лужам,
Стуча морзянкой капельной: прием…
Дождю с Дождихою совсем не скучно
Шагать по мокрой осени вдвоем….

…от меня тебе…

Zaur USTAC – ÇƏHRAYI KİTAB – seçmə şeirlər.

kitab

 

Zaur Ustacdan yeni kitab – ÇƏHRAYI  KİTAB.

Kitabla tam olaraq aşağıda göstərilən mənbələrdə tanış olmaq olar:

http://anl.az/el/Kitab/2017/uz_ck.pdf

 

 

http://kitabxana.net/files/books/file/1488868856.pdf

 

YAZARLAR.AZ

Zaur USTAC – Sənin yoxluğunu heç nə ovutmur….

22406483_184675242100052_6174135427830474775_n

SƏN OLMAYANDA

Bir məclis qurulub, Gəncə qaşında,

Mey-məzə yerində, adı, aşında,

Yalnız sən yox idin süfrə başında,

Sənin yoxluğunu heç nə ovutmur….

* * *

Sözlərin şirindi, şəkər şərbətdən,

Gülüşün şəfalı, ən pir türbətdən,

Ruhum gəlişinlə dönər qürbətdən,

Sənin yoxluğunu heç nə ovutmur….

* * *

Sən yoxsan hər şeyin qaçıb ləzzəti,

Çoxu unumsamaz ülfət-izzəti,

Ustac çəkə bilməz bil bu zilləti,

Sənin yoxluğunu heç nə ovutmur….

22.09.2016. 08:38. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2016. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

Счастье — это … 

ag

Счастье — это внимание друг к другу… 
Это минутки маленьких удовольствий от поцелуя, улыбки, доброго взгляда, сердечного комплимента, добрых мыслей и искренних чувств…

…от меня тебе…