Tofiq QƏBUL – SƏNİ SEVƏCƏYƏM ŞƏRQLİ SAYAĞI. 

10405611_520858741380603_2832956189186008079_n — копия

SƏNİ SEVƏCƏYƏM ŞƏRQLİ SAYAĞI. 
Mən diz çökməyəcəm qarşında sənin,
Səni sevəcəyəm şərqli sayağı.
Mən gül səpməyəcəm başına sənin,
Səni sevəcəyəm şərqli sayağı.

Yalan vədlər İlə aldatmayacam,
Özümü qarşında alçaltmayacam,
Sənə tərif deyib ucaltmayacam,
Səni sevəcəyəm şərqli sayağı.

Sevirəm sözünü gözüm deyəcək,
Ailə ocağını közüm deyəcək,
Bu xoşbəxt birliyi dözüm deyicək,
Səni sevəcəyəm şərqli sayağı.

Toyumuz keçəcək el şənliyi tək,
Nə lazım, səpilsin pul ətək-ətək,
Axı toy edirik məhəbbət dərək.
Səni sevəcəyəm şərqli sayağı.

Ananın, atanın yeri olacaq,
Nənənin, babanın yeri olacaq,
Bir də bu Vətənin yeri olacaq,
Səni sevəcəyəm şərqli sayağı.

Bu sevgi nə saxta röyalar kimi,
Bu sevgi nə saxta boyalar kimi,
Səni sevməyəcəm boyarlar kimi.
Səni sevəcəyəm şərqli sayağı.

Sevgi qəlbimizdə yaşıyacaqdır,
Sonra övladlara daşınacaqdır,
Ailə sevgisi başlıyacaqdır,
Səni sevəcəyəm şərqli sayağı

20.05.2018.

Müəllif: Tofiq Qəbul 

Advertisements

Elburus QƏMGİN – Diş qıcayanlar.

26838f2db0

Diş qıcayanlar
(Sallama təcnis)
Yurdum tarımardır torpağım viran
Diş qıc ey zamanlar diş qıc ay anlar
Hiylə qarşısında vicdanlar yatıb
Diş qıc ey duyanlar diş qıc ayanlar

Kğnlüm tarımar
Yadın tarı mar
Zar-zar inildə
Etmə tarım ar

Nifrətim silahlan hayı qıracam
Kəsəcəm harayı hayı qıqacam
Bir qisas acıyam hayı qır acam
Dişin qırıldıqca diş qıca yanlar

A yağı dayan
Ay ağı dayan
Ey rusun əli
Ayağı dayan

Haqq tələb edir ki həqiqət dərim
Sifətim bircədir həqiqət dərim
Qəmgin duyulmasa həqiqətdərim
Haqlıdır haqsıza diş qıcayanlar

Yatma dur, oyan
Virandır o yan.
Daha itirmə
Saniyə oy… an

Müəllif: Elburus Qemgin

ZAUR USTAC “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” YENİ KİTABLAR SƏRGİSİNDƏ – AZƏRBAYCAN MİLLİ KİTABXANASI.

 

ZAUR USTACIN  “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” ADLI KİTABI  YENİ KİTABLAR SƏRGİSİNDƏ. YER:  – AZƏRBAYCAN MİLLİ KİTABXANASI:

 

31870883_2007877016140310_3906934034646695936_n

 

KİTAB HAQQIMDA MƏLUMAT:

Ustac Zaur. Otuz ildir, əldə qələm…

[Mətn] : (1988-2018) Bakı: 2018. 73 s

 

 

İSTİNAD:

book

 

 

 

İLKİN MƏNBƏ:Azərbaycan Milli Kitabxanası

 

İLİN ƏN ÇOX OXUNAN KİTABI

ZUGS

 

“İLİN ƏN ÇOX OXUNAN KİTABI” ADINI İKİ TƏDRİSİ İLİ ARDICIL OLARAQ ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI ÖZÜNDƏ SAXLAYIR. BELƏKİ, 2016-2017 – Cİ TƏDİS İLİNDƏ OLDUĞU KİMİ BU İLİN DƏ SONUNA YAXINLAŞDIQCA MƏLUM OLUR Kİ, 2017-2018 TƏDRİS İLİNDƏ DƏ ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI  İNTERNET ÜZƏRİNDƏN ƏN ÇOX OXUNAN KİTAB OLUB. ADI ÇƏKİLƏN KİTAB ƏSASƏN BİRİNCİ SİNİFLƏR ÜÇÜN SİNİFDƏNXARİC OXU VƏSAİTİ KİMİ NƏZƏRDƏ TUTULSA DA UŞAQ BAĞÇA TƏRBİYƏÇİLƏRİ DƏ KİTABDAN GENİŞ İSTİFADƏ EDİRLƏR. VƏSAİTİN UNİKALLIĞI ONUN ƏLİFBAMIZDAKI BÜTÜN HƏRİFLƏRİ  VƏ EYNİ ZAMANDA RƏQƏMLƏRİ PROQRAM ARDICILLIĞI İLƏ İZLƏMƏSİNDƏN İBARƏTDİR. HƏM DƏ KİTABDAKI ŞEİR VƏ TAPMACALAR OLDUQCA AXICI VƏ YADDAQALAN OLDUĞUNDAN BALACALAR TEZ MƏNİMSƏMƏYİ BACARIRLAR. ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI  ƏSASƏN AŞAĞIDAKI SAYITLAR ÜZƏRİNDƏN TAM TƏHLÜKƏSİZ VƏ PULSUZ İSTİFADƏ OLUNUR:

 

http://kitabxana.net/?oper=readBook&id=2551

 

http://anl.az/el/Kitab/2016/uz_gsh.pdf

 

https://zaurustacinkitablari.files.wordpress.com/2018/04/zu-e28094-gs.pdf

 

https://www.twirpx.com/file/2136319/

 

ANCAQ, ARAŞDIRMALAR GÖSTƏRİR Kİ, KİTAB ƏN ÇOX

 

https://oxuzal.wordpress.com/zaur-ustac-gulunun-seirl%C9%99ri/

BLOQ-SAYITDAN OXUNMUŞDUR. DAHA BİR STATİSTİKA DA SİZİN ÜÇÜN MARAQLI OLACAQ. MƏLUM OLMUŞDUR Kİ, BÜTÜN DİGƏR MÜXTƏLİF SAYITLARDA OLAN PDF FORMATDAN ÇOX  TƏK  BU SAYITDAKI PDF OLMAYAN AÇIQ FORMALI MƏTNDƏN DAHA ÇOX İSTİFADƏ OLUNMUŞDUR. SON DÖRD İLİN MƏLUMATLARI ARAŞDIRILARKƏN O DA MƏLUM OLUB Kİ, ƏSASƏN OKTYABR-NOYABR VƏ APREL -MAY AYLARINDA İSTƏR KİTABA, İSTƏRSƏ DƏ AYRI – AYRI ŞEİRLƏRƏ MÜRACİƏT DAHA ÇOX OLUR. PİK VAXTLARDA – HƏFTƏDƏ – ORTALAMA 250-300 MÜRACİƏT QEYDƏ ALINMIŞDIR.

SONDA KİTABDAKI ŞEİRLƏRDƏN BİR NÜMUNƏ :

 

 

YAZARLAR.AZ

“ƏDALƏT” QƏZETİNDƏ MARAQLI YAZI

isaac-asimov-6

“ƏDALƏT” QƏZETİNİN 17 MAY 2018- Cİ İL 87-Cİ (5317) NÖMRƏSİNDƏ  OĞUZ AYVAZIN “DAYANMADAN YAZMAQ ÜÇÜN NƏ ETMƏLİ” ADLI MARAQLI YAZISİ GEDİB. İSAAK ASİMOV -Ayzek Azimov (Isaac Asimov – Исаáк Юдович Азимов) HAQQINDA OLAN YAZININ MARAQLI CƏHƏTLƏRİ ÇOXDUR. OXUYANLARIN ƏKSƏRİYYƏTİ BU QƏNAƏTƏ GƏLİB. KİM ÜÇÜN MARAQLI OLSA, (TAM TƏHLÜKƏSİZ VƏ REKLAMSIZ ) BURADAN OXUYA BİLƏR:

http://www.adalet.az/pdf/1705.pdf

 

İSAAK ASİMOV – Ayzek Azimov (Isaac Asimov – Исаáк Юдович Азимов) HAQQINDA VİKİ MƏLUMATLAR:

https://az.wikipedia.org/wiki/Ayzek_Azimov

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B8%D0%BC%D0%BE%D0%B2,_%D0%90%D0%B9%D0%B7%D0%B5%D0%BA

https://en.wikipedia.org/wiki/Isaac_Asimov

 

YAZARLAR.AZ

Qat məni gecələr yuxularına – Təranə MƏMMƏD.

32155810_572480423151413_7092800990813880320_n

 

Qat məni gecələr yuxularına

Əlvan boyaların al rəngi olum,
Süzülüm fırçadan rəsminə dolum,
Həzin röyalarda qonağın olum, 
Qat məni gecələr yuxularına.

Zülmət gecələrin Ayına dönüm,
Göydə ulduz olub hey yanıb sönüm,
Uçan pərvanətək başına dönüm,
Qat məni geçələr yuxularına.

Sədləri adlayıb yollar açaram,
Qaranlıq dünyana işıq saçaram,
Sübhə gözlərimi sənlə açaram,
Qat məni gecələr yuxularına.

Oda alışmışam, bir gün sönərəm,
Ayrılıb bədəndən ruha dönərəm,
Onda istəsən də bir də demərəm,
Qat məni gecələr yuxularına.

Müəllif: Terane Memmed

ETİBAR VƏLİYEVDƏN YENİ KİTABLAR

32452360_1825545687749066_327451691081269248_n

 

14.05.2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda tanınmış söz adamı Etibar VƏLİYEVİN  “ANALI DÜNYAM” adlı şeirlər kitabının və AMEA Əlyazmalar İnsitutunun doktorantı Samid Quliyevlə birgə həmmüəllifi olduğu “AZƏRBAYCANDA MULTİKULTURALİZM VƏ ONUN LƏNKƏRAN QAYNAQLARI” kitabının tədimatı keçirildi. Təqdimatı giriş sözü ilə açan AYB-nin şöbə müdiri, şair Qəşəm Nəcəfzadə kitablar haqqında geniş məlumat verdi. AYB-nin Birinci katibi, xalq şairi Fikrət Qoca və sədrin müşaviri Rauf Aslanov kitablar haqqında fikirlərini bildirib müəllifləri təbrik etdilər.

32558644_1825544561082512_4489072763780202496_n

32557352_1825543994415902_1784950445001670656_n

Təqdimatda Ədəbiyyat İnsitutunun muasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmlər doktoru Vaqif Yusifli, fəlsəfə elmləri doktoru- professor Şahrza Ağayev, DQİDK-nin şöbə müdiri Nahid Məmmədov, QMİ -nin əməkdaşı Ağasəid Yaqubov, bölgə qazisi, Sumqayıt şəhər cümə məscidinin axundu Hacı Rauf Sərdarov, tanınmış jurnalist Elçin Əlibəyli, şairlərdən Balayar Sadiq, Dayandur Sevgin, Fərqanə Mehtiyeva, Nuranə Nur, Adilə Nəzər, İlham Qazaxlı, Fəxrəddin Teyyub, Məmməd Məcidoğlu, Nazir Rüstəmov, Damət Salmanoğlu, jurnalist Aysel Əliyeva və başqaları çıxış etdilər.
YAZARLAR.AZ olaraq müəlliflərə yeni-yeni yaradıcılıq uğurları arzu edir və bir daha xeyirli-uğurlu olsun deyirik. UĞURLARINIZ BOL OLSUN!!!

İlkin mənbə: Etibar Veliyev

YAZARLAR.AZ

DƏDƏ – ADİL CƏGAKEŞ

26838f2db0

 

DƏDƏ

Dizlərimiz girdən düşüb,
Yükümüz ağırdı dədə.
Dərd şələsin daşıyırıq,
Çiynimiz yağırdı dədə.

Kim bizi bu hala saldı,
Yıxıb daldan – dala saldı.
Gör kim kimi yola saldı,
Kim kimi çağırdı dədə ?

Yağmalanıb, hey talanıb,
Ürəyində od qalanıb.
Daim haqqı tapdalanıb,
Xalqımız fağırdı dədə.

Cəfakeşəm, yana – yana,
Qardaş, bacı, ata, ana,
Gedirik hansı ünvana,
Bu hansı cığırdı dədə.

Müəllif:  Adil Cefakes

ZAUR USTAC – ORİYENTİR ULDUZU.

ZUOU

 

ZAUR USTAC – “ORİYENTİR  ULDUZU”  KİTABI MÜXTƏLİF ELEKTRON KİTABXANALARDA:

http://www.ebooks.az/book_Q46EB1Uk.html

 

http://ebook.yap.az/book/az/qT1Kasz80X

 

http://anl.az/el/Kitab/2016/uz_ou.pdf

 

http://www.kitabxana.net/files/books/file/1430716832.pdf

 

http://gobustan.cls.az/front/files/libraries/1665/books/153008362.pdf

 

https://yazyarat.com/yazi/oriyentir-ulduzu

 

https://oxuzal.wordpress.com/zaur-ustac-oriyentir-ulduzu/

 

https://zaurustacinkitablari.files.wordpress.com/2018/04/zu-e28094-ou.pdf

 

https://yazarlarsite.wordpress.com/2016/06/18/zaur-ustac-oriyentir-ulduzu/

 

http://pulsuzkitablar.blogspot.com/2016/11/oriyentir-ulduzu.html

 

 

ELEKTRON  MƏTBUATDA:

http://www.tezadlar.az/avto/14913-oriyentir-ulduzu.html

http://www.tezadlar.az/avto/14951-oriyentir-ulduzu.html

http://www.tezadlar.az/avto/15023-oriyentir-ulduzu.html

http://www.tezadlar.az/avto/15117-oriyentir-ulduzu.html

 

YAZARLAR.AZ

 

 

MƏRZİYƏ SARVAN “YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

MƏRZİYƏ SARVAN “YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ:

32105562_1734121700016961_5389807012970233856_n

YENİ NƏŞRLƏRİN İŞIQ ÜZÜ GÖRMƏSİ MÜNASİBƏTİ İLƏ VERİLƏN “YAZARLAR”-IN YAZARI “ZİYADAR” MÜKAFATI “AYRI QALMIŞAM” KİTABINA GÖRƏ İSTEDADLI ŞAİRƏ MƏRZİYƏ SARVANA TƏQDİM OLUNUB. MÜKAFATI “YAZARLAR” ADINA ZAUR USTAC KİTABEVİM.AZ – DA KİTABIN TƏQDİMATI MƏRASİMİNDƏ TƏQDİM EDİB. YAZARLAR.AZ OLARAQ MÜƏLLİFƏ YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK!!! UĞURLARINIZ BOL OLSUN!!! TƏQDİMAT MƏRASİMİNDƏN  FOTOLAR:32086767_1734121930016938_3949166164600422400_n

32089638_1734121506683647_1109863718730072064_n

31957917_1660366484078368_506667568103161856_n

YAZARLAR.AZ