İldırım Əkbəroğlu Zaur Ustacın “DOSTUM” şeiri haqqında.

28577750_212270522847643_3044543277715058320_n

Mənəvi dünyamıza çağırış,saflığa, mənəvi təmizliyə çağırış… Nə gözəl olar insan bu çağrışa qoşulub yaşadığımız bu dünyada addımlarını həyat yolunda düz ata, ətrafına boylanıb yaxşını, pisi seçib, yaxşını qoruya, pisi təmizləyə, vətənini, elini , obasını ürəkdən sevə, vətəninə ürəkdən vətəndaşlıq edə… Zaur Ustacın bu şerində bütün bunlar ətrafına, dostuna, yaxın bildiyinə və canından çox sevdiyi vətəninin vətəndaşlarına töfsiyəsidir, məsləhətidir. Hər insanın əməlləri öz hərəkətinə uyğun, davranışına uyğun öz layiqli cavabını alacaq bir gün, çünki, hər insanın əməlləri görünür, bilinir, hiss olunur, pisin cəzası, yaxşının hədiyyəsi-Ulu Tanrının əlindədir. Bütün bu dediklərim Zaur müəllimin şerini oxuyub gəldiyim fikirdir və Zaur müəllim bu şeridə də öz poetik fikirləri ilə mənəvi aləmimizi oxucularına açır və öz müdrik tövsiyələri ilə, hər bir vətəndaşın, hər bir kəsin düz addımları ilə vətəninə, elinə-obasına gərəkli bir vətəndaş olmasına çağrış edir. Çox gözəl şerdir, Zaur, əzizim! Bu təbi, bu istedadı sizə verənə şükürlər olsun, Yazan əlləriniz var olsun!

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

Advertisements

Zaur Ustac: Bir budaqdan üç yarpaq…

zaur ustac dostum

DOSTUM

 

Dostum, haqq yoluna qayıt indidən,

Sonra əməlindən olma peşiman.

Gördüyün işlərə, dediyin sözə

Bir gün, sorğu-sual olacaq inan!

* * *

Yaşama, dünyanı hədər yerə, sən!

Sabahkı gün üçün yaşa bu gündən,

Nəfsin güdazına vermə ömrünü,

Sabahkı yaşayış doğur bu gündən!

* * *

Xülyalar yolunda olma canfəşan,

Arzu, istəyini inam üstə qur!

Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “sur”!

 

06.10.1996. Bakı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HƏQİQƏT

Nə qədər Günəş var, yaşayar insan,
İnsan öz ömrünü son edə bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
* * *
Heçdən heç yaranmır, hrç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!
* * *
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!
* * *
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!

* * *
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstü də,
Heçdən yaranmayıb, heç ola bilməz!

* * *

Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!!!

18.10.1996. Bakı.

 

 

 

 

DÜŞÜNCƏLƏR

 

Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan…
* * *
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu yaradan,
Mayanı tutmuşdu, “sabit” torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!
* * *
Şükür bəzək olsun şirin dillərə,
Ağıl çəpər olsun əsən yellərə,
Düzlük mayak olsun, tüm əməllərə,
Bir gün, bu işlərə hesabatçısan!
* * *
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
“Həsədi”, “həvəsi” qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
* * *
İnam et həmişə axirətinə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!

20.10.1996. Bakı.

 

 Müəllif:  Zaur Ustac