AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK – İLDIRIM ƏKBƏROĞLU

35332504_1306899926109810_2671989005557432320_n

 

AĞDAMA GEDƏNDƏ YOLDAŞLI GEDƏK
(Zaur Ustaca) Müsabiqə çərçivəsində N 2

Taparam o yeri,gəzib,lap,şamla
Sel olar gözümdən düşən hər damla.
İzim də göyərər göz yaşlarımla,
Ayrılıq uzundur,ömür-gün gödək
Ağdama gedəndə yoldaşlı gedək.

“Gələrəm!” dediyim neçə il çəkib,
Hənrimi duyacaq,avaz-dil çəkib.
Düşmənin gözünə isti mil çəkib,
Qartal tək qəlbini,bağrını didək,
Ağdama gedəndə yoldaşlı gedək.

Qaçqında gün ağır,köçkündə qara,
Dönüb ürəkləri kül altda qora.
Tay yerdən havadan yol çəkək ora
Xəyal yollarımız qabar,döyənək
Ağdama gedəndə yoldaşlı gedək

İldırım sülh belə olmaz ərzi gəz,
Yumuruq görməsə yağı baş əyməz!
Quduzdan dərrakə ummağa dəyməz,
Qələbə günündə əllərdə çiçək
Ağdama gedəndə yoldaşlı gedək.

 

Müəllif: Ildırım Akberoğlu

 

 

 

Advertisements

QARABAĞ,O GÜNÜ,KAŞ Kİ,TEZ GÖRƏM – İLDIRIM ƏKBƏROĞLU

10405611_520858741380603_2832956189186008079_n — копия

QARABAĞ,O GÜNÜ,KAŞ Kİ,TEZ GÖRƏM

(Müsabiqə çərçivəsində yayımlanan şeir N 1)

Daşın qu tüküdür,rahatdır ondan,
Əzəldən halıdır Yer bu oyundan.
Öpüb torpağından,içib suyundan,
Enib bulaq üstə bir süfrə sərəm,
Qarabağ,o günü,kaş ki,tez görəm!.

Üzümə mehinin ətiri dəysin,
Gözümə quşların sətiri dəysin.
Başıma ağacın çətiri dəysin,
Əl atıb ağacdan meyvə də dərəm,
Qarabağ,o günü,kaş ki,tez görəm!.

Meh vursun,yarpaqlar nəğmə oxusun,
Bahar gül-çiçəkdən xalı toxusun.
Getsin hərb qoxusu,çiçək qoxusun,
Canlansın gözlərdə Gülüstan-İrəm
Qarabağ,o günü,kaş ki,tez görəm!.

Görən oyanıbmı Xarıbülbülüm?
Düşmən tapdağında yaşamaq zülüm.
Yananım yoxdur ki,dərdimi bölüm,
Gərək,zülmə özüm sinəmi gərəm
Qarabağ ,o günü,kaş ki,tez görəm!.

İldırım,nadana söz demək hədər,
Yağı qudurmazdı,yoxsa bu qədər.
Qalxsa qartal ordum düşməni didər,
Açılar keçilməz bağlı bənd-bərəm,
Qarabağ ,o günü,kaş ki,tez görəm!

Müəllif: Ildırım Akberoğlu

 

 

SADİQ QARAYEV RUSİYA YAZIÇILAR İTTİFAQINA ÜZV QƏBUL OLUNDU.

TANINMIŞ YAZIÇI, ALİM SADİQ QARAYEV RUSİYA YAZIÇILAR İTTİFAQINA ÜZV QƏBUL OLUNUB. BU MÜNASİBƏTLƏ YAZARIMIZI TƏBRİK EDİR, UĞURLARININ BOL OLMASINI DİLƏYİRİK. GÜN O GÜN OLSUN Kİ, “AZƏRBAYCANLI  ALİM  SADİQ QARAYEV  NOBEL  MÜKAFATI  ALDI”  – XƏBƏRİNİ  YAYIMLAYAQ. UĞURUNUZ UĞURUMUZDUR…32350142_121024032101235_488715987785351168_n

YAZARLAR.AZ

Mənbə:Sadıq Qarayev

 

 

 

MİQ – 2018 BARƏDƏ TAM MƏLUMAT

 

76724 — копия

 

MİQ imtahanın qeydiyyat mərhələsi iyul ayının 2-dən 8-nə qədər həyata keçiriləcəkdir. Yaranacaq problemləri nəzərə alaraq vaxtında qeydiyyatdan keçməyiniz məsləhətdir. Qeydiyyatı son günlərə və saatlara saxlamaq məsləhət deyil. DQ balı ilə qeydiyyat keçmək olmur yalnız keçən il MiQ imtahanında topladığınız balla imtahanda iştirak edə bilərsiniz. Müəllimlərin işə qəbulu imtahanında ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisas üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi diplom almış şəxslər iştirak edə bilər. Pedaqoji təhsilin son pilləsində olan tələbələr isə oxuduğu təhsil müəssisəsindən diplomu əvəz edən arayış almalıdır. Həmçinin müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırki iş yerindən çıxmadan imtahanda iştirak edə bilərlər. Onlar imtahanda uğur qazanmadıqları təqdirdə yenə də əvvəlki iş yerlərində pedaqoji fəaliyyətlərini davam etdirirlər. Müddətsiz müqaviləlilər üçün imtahanda iştirak etməyin heç bir mənfi cəhəti yoxdur. Qeydiyyatdan keçmək üçün miq.edu.az saytına daxil olub, şəxsi məlumatlarınızı təsdiqləyin. Bu məlumatları təsdiqləmək üçün sizə şəxsiyyət vəsiqəsi və diplom lazım olacaq. Qeydiyyatı uğurla tamamlayan hər bir namizədin şəxsi səhifəsi yaranır. Şəxsi səhifəyə daxil olmaq üçün sizə təqdim edilən iş nömrəsi və fin kodu unutmayın. Fin kod şəxsiyyət vəsiqəsinin aşağı sağ küncündə olan 7 rəqəm və hərf qarışığıdır. Qeydiyyatın 1ci mərhələsində göstərilən bəndlərdən ilk dəfə imtahanda iştirak etmək istəyənlər İmtahan mərhələsi üçün qeydiyyat, 2017-ci ilin MİQ balı ilə iştirak etmək istəyən isə həmin bölməni seçir. Hər bir müəllim diplomunda yazılan ixtisası qeyd etməlidir. Namizədin şəxsi səhifəsində göstərilən balın görünməsi təbiidir. Yəni ki, əgər keçən il MİQ imtahanında iştirak etmisinizsə, bu balla seçim etməsəniz belə səhifənin aşağı hissəsində bu bal yenə də görünəcək. Ərizədə qeydiyyata başlayan kimi imtahan mərhələsi üçün qeydiyyatı seçdiyiniz üçün heç bir problem olmayacaq. Yanlız MİQ 2017-ci ilin balı ilə qeydiyyatdan keçənlərin balının qarşısındakı seçim yazılan dairə qaralanmış olacaq. Qeydiyyat zamanı hər hansı bir səhv etməmək üçün ən son mərhələdə bütün məlumatlarınız yığılmış formada sizə təqdim olunur. Təsdiqləmədən öncə doğruluğuna əmin olmadığınız bir hissə varsa, əvvəlki səhifəyə qayıdaraq dəyişə bilərsiniz. Təsdiqlənmiş ərizədə təəssüf ki, düzəliş etmək olmur. Əvvəlcə ərizəniz baxılma mərhələsindədir yazılır və daha sonra təsdiq olunub sözü ilə əvəz olunur. Diplomun seriya nömrəsini yazarkən yanlız rəqəmləri yazmaq kifayətdir. Faktiki yaşadığınız ünvan sizin hal-hazırda yaşadığınız ünvan hesab olunur. Əgər şəxsiyyət vəsiqənizdəki qeyd olunmuş ünvanda yaşayırsınızsa, həmin ünvanı yaza bilərsiniz. O ünvan deyilsə, yaşadığınız kənd, rayon şəhər olmaqla qeyd edirsiniz. Qeydiyyat bitdikdən sonra şəxsi səhifəyə imtahanın keçirilmə yeri, saatı və tarixi göndəriləcək. Göstərilən tarixdə və saatda imtahan yerində olmaq vacibdir. İmtahana gedərkən şəxsiyyət vəsiqənizi aparmaq mütləqdir. Kompüterə vəsiqənin seriya nömrəsini yazmaqla suallarla tanış olacaqsınız. İmtahan 90 dəq müddətində keçirilir və namizədlərə 60 sual təqdim olunur. 60 sualdan 40-ı ixtisas, 10 təlim strategiyaları və metodika, 10 sual isə məntiqə aiddir. Səhv cavablar doğru cavabların sayına təsir etmir. Kompüterdə istədiyiniz sualdan başlaya bilərsiniz. İmtahanda bütün sualları cavablandırdıqdan sonra yenə şəxsiyyət vəsiqəsinun seriya nömrəsini daxil etməklə imtahanı bitirirsiniz. Keçid balı müsabiqə iştirakçılarının ümumi orta statistik göstəricilərinə görə müəyyən olunur. Vakant yer seçimi mərhələsində Bakı şəhəri və rayonlar üzrə təqdim olunan vakant yerlərdən 8 yer seçmək hüququnuz var. Balınıza uyğun yer seçərkən həmin vakant yerin qarşısında bu yeri seçmiş digər namizədlərin də balını görəcəksiniz. Vakant yeri tutmaq hüququ qazanmış şəxslər müsahibəyə dəvət olunur və bu mərhələdə sizin psixoloji hazırlıq, dünyagörüş səviyyəniz yoxlanılır. Müsahibə mərhələsinə hamının getməyi vacibdir. Müddətsiz müqavilə ilə işləyib, imtahandan yerdəyişmə kimi istifadə edən müəllimlər də müsahibəyə dəvət olunur. Çünki sənədləri dəqiqləşdirmək və həmin yerə gedib-getməyəcəyi haqqında məlumat alınır. Bu suallara müsbət cavab verən şəxslərin şəxsi səhifələrinə məlumat göndərilir. Məlumatda qəbul olduqları məktəbdə qeydiyyatdan keçəcəkləri tarix göstərilir. Uğurlar!

Mənbə:Aynura Baghirova

Qəşəm Nəcəfzadə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Без названия

Bu gün Cənab Ali Baş Komandan, Möhtərəm Prezidentimiz  İlham Əliyevin imzaladığı sərəncamla “Əldə qələm, müsəlləh əsgər”-lərimizdən biri tanınmış şair, sözündən yurd ətri gələn, Vətənpərvər söz adamı  Qəşəm Nəcəfzadə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. YAZARLAR.AZ  olaraq,  belə  gözəl  gün ərəfəsində qələm əhlini sevindirdiyinə görə Prezidentimizə təşəkkür edir, Dövlətimizə neçə belə yüz illiklər arzu edirik. Uğurlarımız bol olsun… Sevinək, sevindirək…. Sevək, sevilək… Var olun…

YAZARLAR.AZ

Mənbə: Qəşəm Nəcəfzadə

İLİN ƏN ÇOX OXUNAN KİTABI

ZUGS

 

“İLİN ƏN ÇOX OXUNAN KİTABI” ADINI İKİ TƏDRİSİ İLİ ARDICIL OLARAQ ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI ÖZÜNDƏ SAXLAYIR. BELƏKİ, 2016-2017 – Cİ TƏDİS İLİNDƏ OLDUĞU KİMİ BU İLİN DƏ SONUNA YAXINLAŞDIQCA MƏLUM OLUR Kİ, 2017-2018 TƏDRİS İLİNDƏ DƏ ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI  İNTERNET ÜZƏRİNDƏN ƏN ÇOX OXUNAN KİTAB OLUB. ADI ÇƏKİLƏN KİTAB ƏSASƏN BİRİNCİ SİNİFLƏR ÜÇÜN SİNİFDƏNXARİC OXU VƏSAİTİ KİMİ NƏZƏRDƏ TUTULSA DA UŞAQ BAĞÇA TƏRBİYƏÇİLƏRİ DƏ KİTABDAN GENİŞ İSTİFADƏ EDİRLƏR. VƏSAİTİN UNİKALLIĞI ONUN ƏLİFBAMIZDAKI BÜTÜN HƏRİFLƏRİ  VƏ EYNİ ZAMANDA RƏQƏMLƏRİ PROQRAM ARDICILLIĞI İLƏ İZLƏMƏSİNDƏN İBARƏTDİR. HƏM DƏ KİTABDAKI ŞEİR VƏ TAPMACALAR OLDUQCA AXICI VƏ YADDAQALAN OLDUĞUNDAN BALACALAR TEZ MƏNİMSƏMƏYİ BACARIRLAR. ZAUR USTACIN “GÜLÜNÜN ŞEİRLƏRİ” KİTABI  ƏSASƏN AŞAĞIDAKI SAYITLAR ÜZƏRİNDƏN TAM TƏHLÜKƏSİZ VƏ PULSUZ İSTİFADƏ OLUNUR:

 

http://kitabxana.net/?oper=readBook&id=2551

 

http://anl.az/el/Kitab/2016/uz_gsh.pdf

 

https://zaurustacinkitablari.files.wordpress.com/2018/04/zu-e28094-gs.pdf

 

https://www.twirpx.com/file/2136319/

 

ANCAQ, ARAŞDIRMALAR GÖSTƏRİR Kİ, KİTAB ƏN ÇOX

 

https://oxuzal.wordpress.com/zaur-ustac-gulunun-seirl%C9%99ri/

BLOQ-SAYITDAN OXUNMUŞDUR. DAHA BİR STATİSTİKA DA SİZİN ÜÇÜN MARAQLI OLACAQ. MƏLUM OLMUŞDUR Kİ, BÜTÜN DİGƏR MÜXTƏLİF SAYITLARDA OLAN PDF FORMATDAN ÇOX  TƏK  BU SAYITDAKI PDF OLMAYAN AÇIQ FORMALI MƏTNDƏN DAHA ÇOX İSTİFADƏ OLUNMUŞDUR. SON DÖRD İLİN MƏLUMATLARI ARAŞDIRILARKƏN O DA MƏLUM OLUB Kİ, ƏSASƏN OKTYABR-NOYABR VƏ APREL -MAY AYLARINDA İSTƏR KİTABA, İSTƏRSƏ DƏ AYRI – AYRI ŞEİRLƏRƏ MÜRACİƏT DAHA ÇOX OLUR. PİK VAXTLARDA – HƏFTƏDƏ – ORTALAMA 250-300 MÜRACİƏT QEYDƏ ALINMIŞDIR.

SONDA KİTABDAKI ŞEİRLƏRDƏN BİR NÜMUNƏ :

 

 

YAZARLAR.AZ

Zaur USTAC “YAZARLAR”-IN YAZARI “ZİYADAR” diplomunu təqdim edərkən.

Zaur USTAC “YAZARLAR”-IN YAZARI “ZİYADAR” ödülünü yazarlara təqdim edib:

b

YENİ NƏŞRLƏRİN İŞIQ ÜZÜ GÖRMƏSİ MÜNASİBƏTİ İLƏ TƏQDİM OLUNAN DİPLOMUN NÜMUNƏSİ:

DIPLOM

Zaur USTAC “YAZARLAR”-IN YAZARI “ZİYADAR” diplomunu  təqdim edərkən: “CƏHALƏTİ ARADAN QALDIRMAQ UĞRUNDA ATILAN HƏR BİR ADDIMI DƏSTƏKLƏYİR VƏ EYNI ZAMANDA ÇEVRƏMİZİ SARMIŞ QARANLIĞI AYDINLADAN ƏN ZƏİF İŞIĞIN BELƏ YANINDA OLDUĞUMUZU BİLDİRİRİK”deyib.

a

YAZARLAR.AZ

“KARABAĞ’DAN KERKÜK’TEN ÇANAKKALE’YE” təqdimatı Ədalət Bədirxanlının obyektivində:

“KARABAĞ’DAN KERKÜK’TEN ÇANAKKALE’YE” təqdimatı Ədalət Bədirxanlının obyektivində: – TƏDBİRDƏN FOTOLAR – hər kadr tarixin bir anıdır. 

 

31890822_1005645332920354_2480755264580485120_n

31879723_1005644612920426_4046430689770340352_n

31815492_1005644852920402_8580291784830091264_n

31823847_1005645572920330_6628646550899785728_n

31880824_1005770816241139_1639486525525721088_n

31899676_1005771659574388_1371174077389078528_n

 

31900318_1005644562920431_2816286557944676352_n

31913705_1005644086253812_5867266879315247104_n

31901510_1005735202911367_1883293367740137472_n

31933172_1005645366253684_2795892403955826688_n

31945819_1005644696253751_3036451301706694656_n

31947980_1005771842907703_6116500807845150720_n

31948185_1005644172920470_6881412518799998976_n

31948574_1005906019560952_8597644054001352704_n

31958264_1005645069587047_5240046919312474112_n

31960603_1005645629586991_6533570569265217536_n

31886536_1005770886241132_1401472155379564544_n

 

Müəllif: Ədalət Bədirxanov

Şair Zaur Ustac haqqında: – Əjdər Əlizadə

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  ikinci  yazı:

otuzfscild

Şair Zaur Ustac haqqında:

Zaur Ustac öz dəsti-xəti ilə, şeir yazmaq üslubu ilə, özünəməxsus şairlik istedadı ilə müasir Azərbaycan ədəbiyyatına artıq püxtələşmiş bir şair kimi daxil olacaq şairlərdəndir. Zaur Ustac yaradıcılığı çox maraqlı, çox zəngin və oxucunun ürəyinə yol tapandır. Şairin vətənpərvər, hərbi vətənpərvər və müqəddəs anaları vəsf edən şeirlərini xüsusi qeyd etmək istərdim. Zaur Ustacın bu qəbildən olan dərslik kitablarına daxil edilə biləcək çoxlu sayda əsərləri mövcuddur. Qarabağımız, şəhidlərimiz və şəhid analarına həsr olunmuş şeirləri daha önəmlidir.
Şairin təbiəti vəsf edən şeirlərini oxuduqca insan qeyri-ixtiyari xəyal qanadlarına yüklənərək həmin dağlara, yamaclara, mənzərəli yerlərə səyahət edir.
Şairin sevgi şeirləri də çoxdur. Onun lirik şeirlərini oxuduqda keçmişdə sinədəftər, bədahətən deyişmələr edən şair və aşıqları, hətta Dədə Ələsgəri xatırlamamaq olmur.
Biz də istedadlı şair Zaur Ustaca bu gözəl və nəcib yaradıcılıq yollarında sonsuz nailiyyətlər arzulayırıq.

Müəllif: Əjdər Əlizadə

QISA ARAYIŞ:

Əjdər Əlizadə, keçmiş SSRİ jurnalistlər ittifaqının və indiki Azərbaycan jurnalistlər birliyinin üzvü, “Qızıl Qələm”- Fəxri Media Mükafatı laureatı (1983 və 2003), Həsənbəy Zərdabi adına Diplom (2003) laureatı.
Üç kitab müəllifi (“Sevgi də bir dünyadır”, “Qəzəllər”, “Vətənimi sevə-sevə yaşadım”)

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

 

 

 

“Zaur Ustac  ruhunun həsrət çiçəyi” – Bədirə  Həsənqızı

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən birinci yazı:

otuzfscild

– Bu gözəl  layihə  üçün  minnətdrlığımı  bildirirəm.

Söz  Tanrıdan  bir  hikmət, insanlığa nəsihətdir. Nəzmə çəkilən söz-ruhun qönçəsidir. Oxunduqca, anlaşıldıqca,  xoş  niyyət  çalarında  əmələ  köçdükcə,  daha da müqəddəsləşir,  zərif  ətrində  min-min  ruhu  təzələyir, qovuşdurur… Cox  sevilən, eyni  zamanda  seçilən  Zaur Ustacın  yaradıcılığı – ruhundan  qopan, qələmindən  süzülən  hikmət  çeşməsidir  desəm,  yanılmaram. Əlbəttə,  əgər  şairin yaradıcılığından  “Bilirsinizmi”?-deyə  aforizmlər  toplamalı  olsaydım,  gənc  nəslin  tərbiyəsində  önəmli  əhəmiyyəti  olan gözəl  bir  vəsait  yaratmış  olardım… Bu  mübaliğəsiz  belədir. Zaur  Ustacın söz  çeşməsi  bizi  axarında  həm keçmişə, həm  gələcəyə  aparmaqla,  bu  yollarda  ən  incə  məqamları  düşünməyi  tövsiyə  edir. Mən bu seçimimdən  bir  neçəsini  qeyd  etməklə  hörmətli  şairimizin  niyyət  gözəlliyini  bir  daha  nəzərə  çatdırmaq  istərdim.  Şairin insanlığa  nəsihəti, ruhumuzu dilləndirən,  əməldə  yaşatmalı  olduğumuz  düşüncələrindən  bir  neçə  yarpaq: 

 

–  “Ey  Qoca  Qurd,  mənzilini düz  seçmisən – duruş  gətir….”,

 

–  “Nəsimidən  alaq  örnək, Ustac desə, az olacaq…”,

 

– “Soy, o soydur, kök, o kökdür, qan, o qan…”

 

– “Sual  həmin, onda  nədir  çatmayan???

Cavab netdir: –  “Atatürkün  öfkəsi !!!”

 

-“Telinin əksikdi,  şana, fatası,

Namusdu, iffətdi, Qarabağ Atı!!!!”


– “Yaralı bir qəlbdə bitdin,

Hardan gəldin, hara getdin…

Ustacı sərfnəzər etdin,

Cücərtmişəm ah, çiçəyim,”

 

-“Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən  bizim  dünyaya  qırımımızsan…”

 

-“Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən  də  unutmur haqq tapan  oğlu….”

 

-“Əldə  çıraq  gəzəcəksən,
Ruhun  haçan  gəzsə  məni…”


-“Gör,  sənin  ağzına  baxır  neçə göz,…”

 

-“Ustac bulud kimi  dolub, ağlamır,

Köksünün  yarası  qaysaq  bağlamır,…” və s.

 

 Hörmətli  şairimiz  Zaur Ustaca  ruhunun həsrət çiçəyi olan  əsir ellərimizə gedən yolda zəfər  nəğməsi yazması diləyilə…can sağlığı, yaradıcılıq uğurları, ailəsilə birlikdə  xoş  günlər arzu edirəm.

12 Aprel-2018-il.

Bədirə  Həsənqızı  Niftaliyeva  (Neftçala-şair,  publisist)

Müəllif:   Bədirə Niftaliyeva