ZİYADAR ZİYALI – Mönsüm Ədil oğlu Alışov.

1529660341_moovvs

Pedoqoji elmlər doktoru, professor, “İdrak” liseyinin yaradıcısı və təsisçisi, tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim Mönsüm Ədil oğlu Alışov 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə elektrik montyoru kimi başlayıb.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə qəbul olunub. 1976-cı ildə institutu bitirərək təyinatla Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə göndərilib və müəllimlik fəaliyyətinə doğulub boya-başa çatdığı Çərəli kənd orta məktəbində başlayıb.
1988-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub.1990-cı ildə həmin institutun Təlimin Texniki Vasitələri şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.
1992-cu ildə onun təşəbbüsü ilə Sumqayıt Pedoqoji Seminariyası təsis edilib. Seminariya sonradan “Sumqayıt Özəl Orta İxtisas Kolleci” adlandırılıb və profili genişləndirilib.
2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda elmi işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yüksəlib. Respublikamızın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə müxtəlif illərdə 80-dən çox elmi-publisistik məqaləsi çap olunub. 2 monoqrafiyanın, 10 dərs vəsaiti və metodik tövsyənin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib. “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.
2009-2016-cı illərdə eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin İnstitutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professoru olub.
2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər doktoru adını alıb. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya-kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.
Onun təsis etdiyi “İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizmi sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014-cü il sentyabrın 15-də “İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.
Yalnız “İdrak” liseyində tətbiq olunan innovativ layihə olan “Media dərsləri”in müəllifidir. “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən məbimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrənənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. “Media dərslər” layihəsi 2016-cı ildən etibarən “İdrak” liseyində uğurla tətbiq olunur.
M.Alışov ailəlidir, 4 övladı var.

İLKİN  MƏNBƏ:

http://sumqayitfakt.az/karusel/16345-bu-gn-professor-mnsm-alovun-doum-gndr-pedaqoji-kollektivin-tbrk.html

 

 

Advertisements

“Quyruqdoğdu” – Quyruq dondu…

13872386_1165698396823309_2073438886_n

Xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü “quyruqdoğdu” adlanır. “Quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılmışdır. Təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq, müəyyən işlər görülərdi. Ancaq onu da qeyd edək ki, maldarlıq təsərrüfatında yayın ikinci dövrü “quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruqdondu” adlandırılmasının səbəbi aşağıdakı kimi izah edilir. Deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. Demək, ad da buna görə verilib. Onu da deyə bilərik ki, Naxçıvanın bəzi bölgələrində bu dövr “quyruqdoldu” adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin toplanmış materiallardan məlum olur ki, bu nə quyruğun donması, nə də quyruğun dolması ilə bağlı deyil. Çünki bu vaxtdan təsərrüfatın digər sahələrində, atmosferdə də dəyişiklik əmələ gəldiyi müşahidə edilir. Beləliklə, “quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda (avqustun 5-i) quzu qırxımına başlayırdılar.

Nənələrimiz danışırlar ki, yaxşı pendir tutmaq üçün “quyruqdoğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutular. El arasında bu cür pendirlərə “payız pendiri” deyərlər. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.
Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olardı. Əkinçilərin dediyinə görə, “quyruq doğana” qədər ot-küləş yığılmazdı. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq “quyruq doğandan” sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar.
Mövsümi müşahidələrə görə, “quyruq doğanda” sular yerin altına batar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.
Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Bu durum xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Babək rayonunun Nehrəm kəndindən toplanmış materiallara görə, “quyruqdoğdu”dan sonra əqrəblər çoxalmağa başlayar. Bu da çox güman ki, havaların sərinləşməsi ilə əlaqədardır.
İllik turpu isə xalq təqviminə görə, “quyruqdoğdu”dan sonra, arpa-buğdanın yerinə əkərlər.
Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyar.
Son olaraq qeyd edək ki, xalqın min illərlə yaddaşına hopmuş, sınaqlardan çıxmış inamlar sistemini, məişət münasibətlərini, uzun inkişaf yolu keçmiş empirik bilikləri, xalq meteorologiyasını, feneologiyasını hərtərəfli araşdırmaq, xalqın yaddaşına yenidən qaytarmaq lazımdır. Çünki bu təqvim həm də ənənəvi təsərrüfatla məşğul olan hər bir insanın iqtisadi həyatının əsasını təşkil edir.

Müəllif: Kirman Rustemli

 

SARI GƏLİN – ADİL CƏFAKEŞ

ab

SARI GƏLİN SİLSİLƏSİNDƏN

Şairini şam kimi sən,
Əritdin ay sarı gəlin,
Həsrətini qoşun kimi, 
Yeritdin ay sarı gəlin.

Dəm tuturam ahda hərdən,
Kəm taleyə, baxta hərdən.
Gah ağlatdın, gah da hərdən,
Kiritdin ay sarı gəlin.

Ac qalmışam ac arıtək,
Yoxdu sarı sən sarıtək.
Arzuları qış qarıtək,
Kürütdün ay sarı gəlin.

Külə dondü köz içimdə,
Susqun qaldı söz içimdə.
Saf eşqimi öz içimdə,
Çürütdün ay sarı gəlin.

Müəllif:  Adil Cefakes

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ – İLDIRIM ƏKBƏROĞLU.

13754220_573656716127240_6950948114086678956_n

 

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ
(Nəğmə)
Gözümü dünyaya açandan bəri,
Görmədim sevincdən pay verə biri.
Yayıb düz-dünyaya Lalə ətiri,
Tanrının şəfəqi,nuru üzündə,
Bir pəri yaşayır bu yer üzündə.

Kəlamı şirindir,çağır hay verər,
Sən ulduz istəsən o,lap Ay verər.
Qəlbi şadlandırar,sevinc pay verər,
Könlünü oxşayar adi sözun də,
Bir pəri yaşayar bu yer üzündə.

İldırım,saçları gur şəlalədi,
Üzü Günəş kimi nurdu,halədi.
Tərdi,gözəllikdə,elə,Lalədi,
Xoş arzu dilində,gülüş gözündə,
Bir pəri yaşayır bu yer üzündə.

Müəllif: Ildırım Akberoğlu

ZAUR USTAC – SƏHVLƏRİMİZ.

26838f2db0

SƏHVLƏRİMİZ

 

Adəmlə başladıq səhv eyləməyə,

Bir alma dəyişdi qədərimizi…

Sevinci bölməyə dost axtarmadıq,

Paylaşmaq istədik kədərimizi…

*     *     *

Səhv bir mi, iki mi,  sayasan bir-bir…

Səhvi səhv üstünə yığdıq hər zaman…

Zaman çox dəyişdi, dəyişdi nə var,

Ancaq, xasiyyətin dəyişmir insan…

*     *     *

Kağız bəxş eylədi, yazaq, oxuyaq,

Öpüb göz üstünə qoyurduq onu…

Ayaq uzatmağı günah bilirdik,

(Ağız, burun sildik, bəs eyləmədi…)

İndi haralara vurmuruq onu???

*     *     *

Dəyərlər aradan çıxır birbəbir,

Çörək də müqəddəs sayılmır daha…

Səhvlər qalaq-qalaq yığılır, artır,

Bədəllər ödənir ömürdən baha…

*     *     *

Bakir yox, bəkarət axtara indi,

Xeyir – bərəkət də çəkilib ərşə…

Dədədən, babadan qalma inanclar,

Ucqar bir  komada  bükülüb fərşə…

*     *     *

Ulaqla yabıdan döl tutan insan,

Heyvanı bitkiyə calaq eylədi…

Siçanla, pişiklə izdivac edib,

Gül kimi övrətin talaq eylədi…

*     *     *

Olub keçənlərin yazsaq hamısın,

Nə qələm tab eylər, nə kağız çatar…

Arif ilk kəlmədən duyar mətləbi,

Boşboğaz boşuna boğazın yırtar…

*     *     *

Yol-iriz doludu, biz tökən mıxla,

İndi addımbaşı ayağa batır…

Qazana bişməyə nə atmışıqsa,

Bişəndə özünü qaşığa atır…

*     *     *

Haqqın nizamını heçə sayanlar,

Çox dəqiq nizamın zərrəsiyik biz…

Bu  gün  qarşımıza çıxar həmişə,

Dünəndən aynaya düşən əksimiz…

 

07.08.2018. Bakı.

Müəllif: Zaur Ustac

.© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

GETDİK O YOLLARİ QOŞA,YAN-YANA – İLDIRIM ƏKBƏROĞLU.

28577750_212270522847643_3044543277715058320_n

 

GETDİK O YOLLARİ QOŞA,YAN-YANA

(Şer keçmiş illərindən yadigar bir şerdir.)

Getdik o yolları qoşa,yan-yana,
O yol ki,ardınca çox getmişəm mən
İndi sən anasan,xöşbəxt bir ana,
Tənha söyüd kimi bitən mənəm,mən.

O günlər dilində şirin xatirə,
Mənimsə qəlbimdən qara qan axır.
Bəlkə,yanımızdan ötüb-keçən də,
Bizə sevgili tək həsədlə baxır.

Sehirə düşmüşəm şirin sözündən,
Sehirə düşmüşəm,çıxa bilmirəm.
Qorxuram,alışa gözüm gözündən,
Onunçün gözünə baxa bilmirəm.

Xöşbəxtsən,mənimçün artıq nə gərək,
Daha bu yollarda göyərməz izim.
Söylə,qağayıya dönəndə ürək,
Dənizsiz yaşarmı bir gün,əzizim?!

Sözüm qırıq-qırıq,kəlməm yarımçıq,
Demə,üz verəndə sərhəddi aşdı.
Ürəyim deyəni deyirəm açıq,
Yenə səni gördüm dilim dolaşdı.

Sağ ol,ay qəlbimi duyanım,incim,
Yolların yoxuşu çətin,sərt olub.
Sənin xöşbəxtliyin mənim sevincim,
Mənim çəkdiklərim sənə dərd olub.

Gedirik yan-yana,indi nə halda,
Unudub dünənin kövrək qəmini.
İtirdim özümü dünən bu yolda,
Yenə sən qaytardın özümə məni
!4 yanvar 1985-ci il

Müəllif:  Ildırım Akberoğlu

Vahid Çəmənli -Vətən dərdi ağırdı…

36675542_1812988142130316_59716760

 

Vətən dərdi ağırdı…

(Cəfakeş İnsan, Ağdam torpağının mərd oğlu, əsil vətəndaş alim
Zaur Aliyev Qarabağıyə həsr edirəm.)

Vahid Çəmənli

Vətən dərdi ağırdı,
Əritdi bu dərd bizi,
Düşmən yumşaq tanıdı,
Heç görmədi sərt bizi…
Qınadı lağa qoyub
Nə qədər namərd bizi,
Bu ağır qınaq ilə
Böyüdük, yaşa dolduq…

Düşmənlər dost adıyla
Gəldilər, dillənmədik,
“Baran” deyib, “xər” deyib,
Güldqülər dillənmədik,
Oba-oba, kəndbəkənd
böldülər, dillənmədik,
Zalımlara baş əydik,
Qatillərə qul olduq.

Başbilənlər yaxşıca
Piylədi başımızı,
Üstümüzə uçurdu,
Olan dam-daşımızı.
Taladılar quldur tək,
Çatmadıq qaşımızı,
Sonuncu köynəyəcən
Soğan kimi soyulduq.

Axışdıq küçələrə,
“Hüriyyət” deyə-deyə
Xain kommunistlərin
Kölgəsin döyə-döyə…
Sonra tutulub qaldıq:
“Bizə kim dursun yiyə?”
Elə bildik oyandıq,
Elə bildik ayıldıq…

Sinə gərə bilmədik
Tufanlara, sellərə.
Çörək dərdi dərd oldu,
Oğullara, ərlərə…
Vətəni tərk eləyib
Üz tutduq yad ellərə,
Neçə – neçə ölkəyə
Qərib kimi yayıldıq…

Nazir, fəhlə, müəllim…
Yumruq kimi birləşək.
Bu yumruqla düşmənin,
Acgöz gözünü deşək.
Vətən üçün, yurd üçün
İgid kimi döyüşək,
Bəlkə biz də axırda,
Böyük millət sayıldıq!!!

Müəllif: Vahid Çəmənli.

VAHİD ÇƏMƏNLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

37716483_1112280032263567_4594524261120475136_n

Ağdam ədəbi mühitini nümayəndəsi, ölkəmizin hüdudlarından kənarda da öz sözünü, imzasını  kifayət qədər tanıtmağı bacarmış, gözəl insan,  sevimli  şairimiz  hal-hazırda xaricdə  yaşayıb, orada  yazıb-yaradan  Hacı  Vahid Çəmənli bu günlərdə  “BU  YAY  DA  BELƏ  KEÇDİ…”  adlı yeni kitabının işıq üzü görməsi  münasibəti ilə “YAZARLAR” – IN YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb. YAZARLAR adına mükafatı Zaur Ustac təqdim edib.

img

vahid

YAZARLAR.AZ olaraq sevimli şairimizi bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun Vahid müəllim!!!

YAZARLAR.AZ

Zaur Ustac – “Bu yay da belə keçdi” -Allah bilir daha neçə belə yaylar keçəcək…

36675542_1812988142130316_59716760

“Bu yay da belə keçdi” -Allah bilir daha neçə belə yaylar keçəcək…

(Vahid Çəmənlinin “Bu yay da belə keçdi” kitabına yazılan ön söz.)
«Bu yay da belə keçdi» -yə keçməzdən əvvəl Vahid Çəmənli adının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Vahid Çəmənli — bu imzadakı Vahid elə Vahiddir bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki, qaldı Çəmənliyə bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları ilə məşhurdur. Bu gün belə oğullardan biri Vahid Çəmənlinin sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Vahid poeziyası elə zəngin və rəngarəngdir ki, onun bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapıb, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya, digərində zəmanənin çirkin insanlarının eybəcər əməllərinə için-içindən gedənə qədər acı-acı gülə, bir budağında tənhalıqdan üşüyən zaman isinə, digərində isə üz qızardan əmməlləri görməmək üçün qaçıb, gizlənmək, necə deyərlər sərinləmək olar… Söz istidən düşmüşkən gələk «Bu yay da belə keçdi» məsələsinin üstünə… Vahid qardaşım bu işə Sənin əsrin dördə birindən çox vaxt ərzində gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyün bu qollu-budaqlı söz ağacının (lap həyətimizdəki, Ağdamın dörd bir tərəfi görünən hündür qoz ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxdıqda belə görünür ki, «bu xəmir hələ çox su aparacaq…»

«Qardaşım, bu söhbəti hər gecə təkrarlanan bir yuxu ilə yekunlaşdırmaq istəyirəm. Ancaq, yuxuya keçməzdən də əvvəl onu qeyd edim ki, mən yuxu məsələləri üzrə mütəxəsisəm və bu barədə də köklü-köməcli bir yazım var. Hər bir yuxunun istər iradi, istərsə də qeyri — iradi bir əsası olmalıdır. Yəni mən yuxumun iki iradi əsasını reallıqda görmüşəm. Bunun birincisi Biçənək aşırımında Naxçıvanın dövlət sərhəddində əsas magistral asfalt yolun üzərinə tökülmüş, lap Qarqadan yığılan qrabilə oxşayan bir-neçə «samasvalt» şeben, bir də Dördyoldan üzü Ağdama tərəf gedəndə yolun üzərindəki topalar (Aqil Abbasın filmində) …
Hə indi gələk yuxuya — hər gecə yuxumda görürəm ki, reallıqda gördüyüm bu topalar kimi topanın üstündən keçib Tək Söyüdün yanından sevinə-sevinə kəndimizə tərəf gedirəm, qəflətən üzümlükdən çıxan öz əsgərlərimiz məni tutub saxlayırlar ki, bəs, sən qayda-qanunu pozmusan belə olmaz. Kor-peşiman yuxudan oyanıram. Səhərə qədər də yuxunun təsirindən çıxa bilmirəm, deyirəm, elə bu saat gəlib məni aparacaqlar. Indi mənim qardaşım, bizimki qalıb ancaq, Allaha. Uca Yaradan özü bizə kömək olsun.

Bu işlər düzəlsin, Sənin bu söz ağacın da ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşaallah…

Var ol, qardaşım, Allah uzun ömür, can sağlığı versin, yaz, yarat…

02.08.2018.

Bakı.

Hörmətlə: Zaur Ustac.

BU GÜN İBRAHİM RÜSTƏMLİNİN DOĞUM GÜNÜDÜR.

20476146_1299921086784980_4850563693043070878_n

TƏQVİMDƏ  BU  GÜN :

Bu gün hamımızın sevimlisi, İbrahim Rüstəmlinin doğum günüdür. Ad günün mübarək bizim şair ürəkli komandir, tarixən belə olub, qılıncı od saçan sərkərdələr həm də iti-kəsərli qələm sahibi olublar… Şah babamız Xətainin ənənə və əmanətini uğurla davam etdirib, şərəflə gənc nəslə ötürən, İbrahim müəllim bu işdə Uca Yaradan özü Sizin yardımçınız olsun. Mundirin içində şair ürəyi saxlamaq, daşımaq asan olmadığı kimi, hər adama da nəsib olmur. Bu çox müqəddəs bir mirasdır. Siz uzun illərdir müxtəlif vəziyyət və şəraitlərdə bu misiyanın öhdəsindən layiqincə gəlirsiz. Uğurlarınız bol və davamlı olsun, MÜƏLLİM, ŞAİR, YAZAR, KOMANDİR İBRAHİM RÜSTƏMLİ…  Var olun.

01.08.2018. – Bakı.

Hörmətlə: Zaur Ustac

 

YAZARLAR.AZ  OLARAQ, BİZ DƏ TƏBRİKLƏRƏ QOŞULUR, İBRAHİM MÜƏLLİMƏ CAN SAĞLIĞI, UZUN ÖMÜR, YENİ-YENİ YARADICILIƏQ UĞURLARI ARZU EDİRİK. VAR OLUN.