Zaur Ustac – “Bu yay da belə keçdi” -Allah bilir daha neçə belə yaylar keçəcək…

36675542_1812988142130316_59716760

“Bu yay da belə keçdi” -Allah bilir daha neçə belə yaylar keçəcək…

(Vahid Çəmənlinin “Bu yay da belə keçdi” kitabına yazılan ön söz.)
«Bu yay da belə keçdi» -yə keçməzdən əvvəl Vahid Çəmənli adının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Vahid Çəmənli — bu imzadakı Vahid elə Vahiddir bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki, qaldı Çəmənliyə bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları ilə məşhurdur. Bu gün belə oğullardan biri Vahid Çəmənlinin sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Vahid poeziyası elə zəngin və rəngarəngdir ki, onun bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapıb, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya, digərində zəmanənin çirkin insanlarının eybəcər əməllərinə için-içindən gedənə qədər acı-acı gülə, bir budağında tənhalıqdan üşüyən zaman isinə, digərində isə üz qızardan əmməlləri görməmək üçün qaçıb, gizlənmək, necə deyərlər sərinləmək olar… Söz istidən düşmüşkən gələk «Bu yay da belə keçdi» məsələsinin üstünə… Vahid qardaşım bu işə Sənin əsrin dördə birindən çox vaxt ərzində gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyün bu qollu-budaqlı söz ağacının (lap həyətimizdəki, Ağdamın dörd bir tərəfi görünən hündür qoz ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxdıqda belə görünür ki, «bu xəmir hələ çox su aparacaq…»

«Qardaşım, bu söhbəti hər gecə təkrarlanan bir yuxu ilə yekunlaşdırmaq istəyirəm. Ancaq, yuxuya keçməzdən də əvvəl onu qeyd edim ki, mən yuxu məsələləri üzrə mütəxəsisəm və bu barədə də köklü-köməcli bir yazım var. Hər bir yuxunun istər iradi, istərsə də qeyri — iradi bir əsası olmalıdır. Yəni mən yuxumun iki iradi əsasını reallıqda görmüşəm. Bunun birincisi Biçənək aşırımında Naxçıvanın dövlət sərhəddində əsas magistral asfalt yolun üzərinə tökülmüş, lap Qarqadan yığılan qrabilə oxşayan bir-neçə «samasvalt» şeben, bir də Dördyoldan üzü Ağdama tərəf gedəndə yolun üzərindəki topalar (Aqil Abbasın filmində) …
Hə indi gələk yuxuya — hər gecə yuxumda görürəm ki, reallıqda gördüyüm bu topalar kimi topanın üstündən keçib Tək Söyüdün yanından sevinə-sevinə kəndimizə tərəf gedirəm, qəflətən üzümlükdən çıxan öz əsgərlərimiz məni tutub saxlayırlar ki, bəs, sən qayda-qanunu pozmusan belə olmaz. Kor-peşiman yuxudan oyanıram. Səhərə qədər də yuxunun təsirindən çıxa bilmirəm, deyirəm, elə bu saat gəlib məni aparacaqlar. Indi mənim qardaşım, bizimki qalıb ancaq, Allaha. Uca Yaradan özü bizə kömək olsun.

Bu işlər düzəlsin, Sənin bu söz ağacın da ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşaallah…

Var ol, qardaşım, Allah uzun ömür, can sağlığı versin, yaz, yarat…

02.08.2018.

Bakı.

Hörmətlə: Zaur Ustac.

Advertisements

ZAUR İLHAMOĞLU MÜKAFATLANDIRILDI

36395679_1945108362174523_7874856501817376768_n

Şeirlərinin  səsi-sorağı çoxdan ölkəmizin hüdudlarını aşmış tanınmış şair, çox  gözəl müəllim Zaur İlhamoğlu “BU HƏYAT DEDİYİN…” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” – IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA  layiq görülüb. Yazarlar adına mükafatı Zaur Ustac təqdim edib.

37977241_1955527028071919_323681388400214016_n

zaur il

Onu qeyd edək ki, bu gün eyni zamanda sevimli şairimizin doğum günüdür. YAZARLAR.AZ olaraq, həm ad günü, həm də “ZİYADAR” mükafatına layiq görülməsi münasibəti ilə Zaur İlhamoğlunu təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!

YAZARLAR.AZ

ADIM ADINLA OKUNSUN – Sadi ATAY.

 

13686606_871302696336204_8614343924466654258_n (1)

ADIM ADINLA OKUNSUN

Su,
Hazin akıyor doğrusu…

Tadı tuzu yok hiç
Sen doğdun doğalı.
Çağlayacak gibi olsa da bazı bazı
Nafile!
Konuşmaya başlayınca sen,
Hepten tükenir hevesi.

Hüzünlenmesin de ne yapsın su?
Çünkü sesin suların en durusu.

***
Yakınından geçtiğin her bir çiçek,
Kahırdan ha öldü, ha ölecek…

Sensin gülün kül olmasına sebep,
Lalelere boyun büktüren yine sen
Ve yanık kokuyorsa karanfiller
İşte, bu da senin yüzünden.

Bir araya gelse bütün çiçek,
Hepsi bir sen etmeyecek.
Hiçbirinin kokusu,
Senin kokuna erişemeyecek.

***
Kelebekler,
Ufukta kaybolmanı bekler…

Çünkü sen varken,
Minik ciğerleri zehir solur.
Sen varken çünkü
O, bir günlük ömür asır olur.

Senin endamını gördükçe,
Yürecikleri sanki durur.
Sen salınıp yürüdükçe,
İpek kanatları kurşundan ağır olur.
Ve sen raksedip döndükçe
Enva renkleri işte bomboz olur.

Ah kelebekler!
Endamın kederlerine keder ekler.

***
Ama vay ki aya vay!
Mum gibi eriyor ay…

Senin gül yüzünü gördü göreli,
Ay kendi şavkından utanır.
Yok sanırdı ya ondan daha güzeli,
İşte şimdi şaşkındır.

Ve bilemez şaşkınlıktan ne yapacağını
Bir hilal olur,
Bir mehtap olur,
Son çare; kaybolur…

Bulutlara sinmekte haklıdır ay,
Çünkü yüzün aydan daha ay.

***
Karardıkça kararır gece,
Gecenin fikrinde kara düşünce…

Kara gözlerini gördüğünden beri,
Kendi karasına anlam bulamaz.
Bir bilmece olur gözlerin,
Gece cevaplayamaz.

Bir yaradır gecenin bağrında gözlerin;
Her aklına geldiğinde kanar yarası.
Bilemez, çözemez;
Hangi karadır ki gözlerinin karası?

Kara kara düşünür gece,
Kara gözlerin geceye zor bilmece.

***
Yıldızlar,
Geceleri hevessiz parlar,
Gündüzleri hep sessiz ağlar…

Sen yokken,
Yıldızlar dert nedir bilmezdi.
Sen yokken,
Yıldızlar böyle üzülmezdi…
Ama işte şimdi sen varsın
Ve işte o cennet gülüşün var.
Hele ki
Gülüşünden uçuşan şu yakamozlar?

Sen varsın ya işte
Artık yıldızların derdi var.

Haset içten içe tüketir yıldızları,
Üflesen bil ki hepsi sönecek.
Kıskançlık gün be gün çürütür yıldızları,
Dokunsan sanki hepsi dökülecek…

Kıskanmasın da ne yapsın yıldızlar?
Ki daha güzeldir, gülüşündeki yakamozlar.

***
Efkârlıdır yağmur,
Yağmurun gözleri hep mahmur…

Çisil çisil yağsa,
Senin ellerin kadar güzel olamaz.
Sağanak olsa,
Rahmeti ellerinin bereketine ulaşamaz.

Yağar durur yağmur
Ama sorar durur yağmur;
Senin ellerin varken,
Yağmurun kendisine ne gerek vardı?
Hem senin olduğun yerde
Yağmura kim bakardı?
Çaresi olsaydı ah!
Ellerinin olmadığı yere kaçardı.

Mahmurluğunda haklıdır yağmur,
Çünkü ellerin yağmura tek umur.

***
Ama işte ben;
Varlığınla mutlu tek benden.
Sen ağlarsan, ağlarım.
Gülerim, sen gülersen…

Sen tadımsın, sen tuzumsun,
Sen, benim can suyumsun.
Senden gayri çiçek istemem,
Kokun hep ciğerime dolsun.
Senden güzel kelebek bilmem,
Bedenin, bedenimin yoldaşı olsun.

Rahmetsin bana, sen yağmurumsun,
Ellerin hep elimi tutsun.
Gece sığınağım, gündüz yurdumsun,
Gözlerim hep, gözünün içinde dursun.
Aydan daha güzel, melek yüzün,
Yüzünün şavkı hep, yüzüme vursun.
Cennetlere bedel, tek gülüşün
Gülüşün kaderim olsun…

İşte ben;
Varlığınla mutlu tek benden…
Adım, adınla okunsun.

26.08.2014
Müəllif: Sadi Atay

BU GÜN İBRAHİM RÜSTƏMLİNİN DOĞUM GÜNÜDÜR.

20476146_1299921086784980_4850563693043070878_n

TƏQVİMDƏ  BU  GÜN :

Bu gün hamımızın sevimlisi, İbrahim Rüstəmlinin doğum günüdür. Ad günün mübarək bizim şair ürəkli komandir, tarixən belə olub, qılıncı od saçan sərkərdələr həm də iti-kəsərli qələm sahibi olublar… Şah babamız Xətainin ənənə və əmanətini uğurla davam etdirib, şərəflə gənc nəslə ötürən, İbrahim müəllim bu işdə Uca Yaradan özü Sizin yardımçınız olsun. Mundirin içində şair ürəyi saxlamaq, daşımaq asan olmadığı kimi, hər adama da nəsib olmur. Bu çox müqəddəs bir mirasdır. Siz uzun illərdir müxtəlif vəziyyət və şəraitlərdə bu misiyanın öhdəsindən layiqincə gəlirsiz. Uğurlarınız bol və davamlı olsun, MÜƏLLİM, ŞAİR, YAZAR, KOMANDİR İBRAHİM RÜSTƏMLİ…  Var olun.

01.08.2018. – Bakı.

Hörmətlə: Zaur Ustac

 

YAZARLAR.AZ  OLARAQ, BİZ DƏ TƏBRİKLƏRƏ QOŞULUR, İBRAHİM MÜƏLLİMƏ CAN SAĞLIĞI, UZUN ÖMÜR, YENİ-YENİ YARADICILIƏQ UĞURLARI ARZU EDİRİK. VAR OLUN.

İLDIRIM ƏKBƏROĞLU – BİRİ GÖZÜMÜN.

 

13709828_868281526638321_2286484615479056850_n — копия

BİRİ GÖZÜMÜN 

(Müsabiqə çərçivəsində N 3)

Görmürəm dünyanı əvvəlki kimi,
Demirəm azalıb nuru gözümün.
Neynirəm loğmanı,ya da həkimi,
Sənsən qığılcımı,qoru gözümün.

Ruhum qəlb oxşayan sözündə qalıb,
Fikrim gül ləçəyi üzündə qalıb
Neynəyim,vurulub gözündə qalıb,
Məhəbbət nurunu qoru gözümün.

Hər zaman oxşaram səni qəlbimdə,
Görməz qeyrisini gözüm bu dəmdə.
Qoy,baxım gözünə doyunca,həm də,
Silinsin həsrəti,toru gözümün.

İldırım ,istəsə ulduzu,Ayı,
Ver,ancaq,neynir o,əlçatmaz payı.
Səni görməyimə bəsdir bir tayı,
Götür,sənin olsun biri gözümün.

 

Müəllif: Ildırım Akberoğlu

MÖVLUD AĞAMMƏD “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ.

31400941_2122304867981812_6407462379470192640_n

Çox hörmətli pedaqoq, imazasını kifayət qədər tanıtmış, sevimli müəllimimiz, dəyərli şairimiz Mövlud Ağəmməd “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı yeni – ilk kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” – IN  YAZARI  “ZİYADAR”  MÜKAFATINA layiq görülüb. Yazarlar adına mükafatı Zaur Ustac təqdim edib.

MÖVLUD A

YAZARLAR.AZ  olaraq, bir daha Mövlud müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Var olun, Mövlud müəllim!!!

YAZARLAR.AZ

ZAUR İLHAMOĞLU – OLMADI.

13709828_868281526638321_2286484615479056850_n — копия

Olmadı

Nəyinə güvənim mən bu dövranın?
Axı istədiyim dövran olmadı.
Min rəngə bəzəmək istədim onu,
Sonda bir rəng oldu,əlvan olmadı.

Çox oldu çətində,darda qaldığım.
Bir xəbər almadı xəbər aldıgım.
Xəstə günlərində dərman olduğum
Mən xəstə düşəndə dərman olmadı.

Adın dindar qoyub mey içən gördüm.
Yaxşını yamana diz çökən gördüm.
Kimi ki vicdandan dərs keçən gördüm.
Özündə heç namus,vicdan olmadı.

Kimə yaxşı dedim,sonu oldu pis,
Düzgün gördüklərim sonunda naqis,
Mələk bildiklərim iblismiş,iblis!
İnsan sandıqlarım insan olmadı.

Müəllif: Zaur IlhamogluZaur Ilhamoglu

MÖVLUD AĞAMMƏD YENİ KİTABINI TƏQDİM EDİB.

 

37881318_1844716375584703_8841613039821127680_n

Bu günlərdə daha bir şairimiz yeni – ilk kitabı ilə oxucuların görüşünə gəlib. İlk kitabı olsa da Mövlud Ağamməd imzası oxuculara yaxşı tanışdır.  Şairin təqdim etdiyi “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Şair Mövlud Ağəmməd yeni kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layiq görülüb.

37600737_2186180478260917_2693256257678082048_n

 

Şair öz hislərini belə ifadə edib: “Anamla bölüşdüm ilk kitabımın sevincini.Evə çatar-çatmaz bağlamadan bir kitab götürüb birnəfəsə qaçdım anamgilə.Həyətdə idi anam…Əı ağacına söykənib dayanmışdı.
Yaxınlaşdım…Həyəcanlı idim.Titrəyən əllərimlə kitabı uzatdım:
-İlk kitabımın sevincini ilk olaraq səninlə bölüşürəm,ana,-dedim.
Kitabı aldı,o üzünə, bu üzünə baxdı.Kitabqarışıq bağrına basdı məni,üzümdən öpüb titrək səslə dedi:
-Heyif ki,oxuya bilmirəm,balam.
Sol əlinin arxası ilə göz yaşlarını sildi:
-Ancaq sənin taleyini əzbər biıirəm…Allah həmişə səni sevindirsin..
Bu,anamın sevinc hisləri idi,kədərqarışıq sevinc…Anam mənim üçün sevinirdi.Həmişə qüssəli görünən oğlu üçün…”

13230248_1767723440106625_6601448581445216433_n

Uğurlarınız bol olsun, Mövlud müəllim. Bir daha təbriklər, xeyirli-uğurlu olsun!!!

YAZARLAR.AZ

 

TOFİQ QƏBUL “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

13912499_103015143478878_8023942242719031226_n

Xəbər verdiyimiz kimi  Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, gözəl insan, sevimli şairimiz Tofiq Qəbulun  bu günlərdə sayca yeddinci kitabı  işıq üzü görüb.  Ədəbi camiyə bu hadisəyə biganə qalmayıb. Beləki, şair  Tofiq Qəbul ‘‘ŞEİR ÖZÜ ÇINQIDIR” adlı yeni  kitabının nəşr olunması münasibəti ilə “YZARLAR’-IN  YAZARI  “ZİYADAR” MÜKAFATINA layiq görülüb. Yazarlar adından mükafatı Zaur Ustac təqdim edib.

TOFİQ QƏBUL

YAZARLAR.AZ olaraq, bir daha Tofiq müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Tofiq müəllim!!! Var olun!!!

YAZARLAR.AZ

ADİL CƏFAKEŞ – KEÇİB.

gagcicek.jpg

KEÇİB

Od tutmuşam yanıram,
Alovum səndən keçib.
Kipriklərim şehlənib, 
Gözlərim çəndən keçib.

Yazdırmaqdan naləmi,
Bezdirmişəm qələmi.
Hər günümün ələmi,
Saçımdan dən – dən keçib.

Üzüb məni yoxların,
Hədələrin, xoxların.
Bütün hicran oxların,
Tuşlanıb məndən keçib.

Ağlım itib, huş gəlmir,
Sevinc mənə tuş gəlmir.
Xırmanıma quş gəlmir,
Mənimki dəndən keçib.

 

Müəllif:  Adil Cefakes