İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında

35082891_139802596890004_6003989324868091904_n

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında:

Təzə şer oxuyanda orada yeni poetik fikir olarsa, o şer oxucu tərəfindən çox sevilir. Sizin şerilərinizdə həmişə həm yeni poetik fikir olur, həm də, axıcılığı, lirik duyğuları ilə fərqlənir. Bu şerinizdə də olan poetik fikiriniz oxucunun qəlbindən xəbər verir. Belə ki,sevdiyin kəsin əli dəyən bardaqda sevdiyinin əl izinin qalması, sevən üçün nə qədər əziz olması fikri heç bir şerdə ifadə edilməyib və bu fikri oxuyanda , doğrudan da, oxucu şerə vurulur və bu şer oxucunun yaddaşında həkk olunur. Zaur, əzizim, şeriniz çox gözəl və mənalı şeridir. Mənə , doğrudan da, çox-çox bədii ləzzət verdi. Bunun üçün sizi təbrik edirəm və sizin gözəl şerilərinizi oxumaq üçün səbirsizliklə gözləyirəm! Allah köməyiniz olsun! Sağ olun, var olun!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Advertisements

TOFİQ QƏBUL: – “İşıqdan yoğruİlmuş kəlmələr…”

 

13912499_103015143478878_8023942242719031226_n

ŞAGİRDLƏRİMƏ. 

 

Şagirdim, bilirsən, qəlbimdə od var
Bu odu səninlə bölmək istərəm.

İşıqdan yoğruİlmuş hər bir kəlməmi

Sənin gözlərində görmək istərəm.

Unutma, bu yurdun övladısan sən.
Havası sənindir, suyu sənindir.
Üstündə gəzdiyin bu torpaq, bu yer,
Bu əsgər qayalar bil, Vətənindir.

Boylan bu dünyaya, aç gözlərini,
Millətlər yarışır Yer kürəsində.
Geriyə qalanı atlar əzəcək,
Dünya əridəcək öz kürəsində.

Öyrən keçmişini, türk oğlu türk ol.
Öyrən Atilla, kim Cavanşir kimdir.
Sən söykən hər zaman qan yaddaşına,
Dünyada gurlayan sənin səsindir.

Araza çay deyil, xəncər kimi bax.
Onu kim sıyırıb, tanı, şagirdim.
”Gülüstan” yadların sülh sazişidir,
”Türkmənçay” azəri qanı, şagirdim.

Tanı düşmənini, pusquda durub.
Adı ermənidir, şər oğlu şərdir.
O, səni uyquda görmək istəyir,
Onun nəfəsi də, bil ki, zəhərdir.

Əyil kitablara, nicatımız o.
Öyrən addım-addım, bil addım-addım.
Qoy döyüş silahın biliyin olsun,
Çalış, boş keçməsin hər bir saatın.

Milli məhəbbəti köksünə hopdur.
Sev qanı qanından olan soydaşı.
Üçrəngli bayrağı ürəyinə sıx,
Bil ki, azadlıqdır ucaldan başı.

Bir də ki, Təbrizi unutma, bala.
Min il paytaxt olub Azərbaycana.
O, bir Ərk qalası, Babək qalası,
O, sevgi duyğulu kövrək bir ana.

Şagirdim, bilirsən, qəlbimdə od var.
Bu odu səninlə bölmək istərəm.
İşıqdan yoğrulmuş hər bir kəlməmi
Sənin gözlərində görmək istərəm.

12 03.2006.

============================================================================

 

SÖZ 

 

Sözü tanrı verib, bilsən də bunu,
Onu yerli-yersiz dara çəkirsən.
Söz də dən kimidir, onu əkəndə
Gərək biləsən ki, hara əkirsən.

Söz bir gülüstandır, qoru tikandan.
Ürək sındıran söz dəyərsiz olar.
Sözü hara gəldi fırlatma, axı
Yerinə düşməsə bəhərsiz olar.

Söz bəzən fırtına qoparmalıdır.
Döyüşən əsgərin nərəsi sözdür.
Qarabağ ! Zəngəzur ! Təbriz ! Həmədan !
Hər biri qəlb çarpan kəsərli sözdür.

Hər söz xalı üstə açan butadır,
Hər buta mənadır, sirli dənizdir.
Gəl sözü heç zaman ucuz tutmayaq.
Söz də kimliyimiz, mənliyimizdir.
15.04.2006.

===========================================================================

 

‘HARALISAN?”-SÖYLƏMƏ 

 

Gözündə alov görüm, ürəyində məhəbbət.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım.
Milli qürur, milli eşq səadətdir, səadət.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım !

Qüzeydə yaşasan da, Güneydədir gözlərin,
Kəpəzdə od-ocağın, Savalanda izlərin,
Arazın o tayında dost-doğma əzizlərin.
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Dədə Qorqud babamız, hər öyüdü andımız,
Coşsun türkün adı tək damarlarda qanımız..
Dilimiz bal-şəkərdir, dinimiz- imanımız..
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

İstərəm, danışanda ağzından dürr tökülsün,
İstərəm, biliyinlə düşmən beli bükülsün,
İstərəm, baxışların zirvələrə dikilsin.
”-Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Zəfərini bölüşdür doğmaca soydaşınla,
Kədərini bölüşdür bacınla, qardaşınla.
Bağlan Azərbaycana ulu qan yaddaşınla.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım !

Daim bütövlük istə, Qarabağı tələb et !
Dön yumruğa, dön kürzə, silahını sipər et !.
Şuşada keyf edənə bu dünyanı zəhər et !
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Bizim uca taxtımız Üçrəngli bayrağımız,
Arazla Kür qolumuz, yurdumuz ocağımız
Vətənin qucağına sığınsın qucağımız.
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !
20.05.2006.

============================================================================

DINDIRIR ƏSR BİZİ… 

 

Bu daş nədir axı, atıblar yola?
Yanından keçirik dərdlə, məlalla.
Bu daş başımıza olubdur bəla.
Nədən tapammırıq buna çarə biz?
”Dindirir əsr bizi, dinməyiriz”.

Əyilib bu daşı götürəmmirik,
Atıb girdablarda itirəmmirik,
Yoxsa başqa xalqdan kəsirik, kəmik?
İlişdik bu daşa neçə kərə biz
”Dindirir əsr bizi, dinməyiriz”

Gözümüz yanmadı atəşlə, odla.
Yaxınlıq elədik düşmənlə, yadla.
Biz hara uçurduq bu qol-qanadla?
İnandıq hər saxta sevgilərə biz.
”Dindirir əsr bizi, dinməyiriz”

Verdik Qarabağı bu daşa qurban,
Çökdü Xankəndimin başına duman,
Deyirəm, dünyada əlli milyonam.
Bu boyda milyonlar qalıb çarəsiz.
”Dindirir əsr bizi, dinməyiriz”.

Qondarma daş bitib torpağımızda,
Yallanır, şellənir ocağımızda.
Kütdür, kəsə bilmir bıçağımız da.
Düşmənin gözündə ən biçarə biz.
”Dindirir əsr bizi dinməyiriz”.

Bu daşı üyüdən dəyirman hanı?
Nədən qovammırıq yağı duşmanı?
Heyrətdə qoymuşuq bütün dünyanı.
Tikə-parça yurd tək təkik hələ biz
”Dindirir əsr bizi dinməyiriz”.

Ölkəm aşıb -daşır sərvətlə, pulla,
Ölkəm cilvələnir zərlə, qızılla.
Bu cah-cəlal ilə dönəkmi qula?
Bu yolla gedirik axı hara biz?
”Dindirir əsr bizi, dinməyiriz”.

Vaxtdır, ey millətim, döyüşə atıl,
Söykən öz kökünə, ocaq tək çatıl.
Sənin damarında türk nəbzi atır.
Zəfər bayrağına gərək dönək biz.
Dindirir əsr bizi, gərək dinək biz.
12.01.2008.

Müəllif:  Tofiq Qəbul

TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ HAZIRLANIYOR.

41327568_1925652634157661_375514982168657920_n

 

TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ HAZIRLANIYOR.
”SİZ BİRBİRİNİZDEN AYRILIRSANIZ, HEPİNİZİ OK GİBİ BİRER BİRER KIRIP PARÇALARLAR.OYSA BİRLİK OLURSANIZ, HİÇBİR KUVVET SİZİ KIRAMAZ.” (OĞUZ KAĞAN)
“DİLDE , FİKİRDE, İŞDE BİRLİK “ (GASPARALI)

2013 YILINDA 1-2 CİLT OLARAK ÇIKARDIĞIMIZ, TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ 3-4. SAYISINI ÇIKIYORUZ. HER YIL GELENEKSEL OLARAK ÇIKACAK ANTOLOJİMİZE 20 ÜLKEDEN 500 ŞAİR KATILIMCI OLARAK YER ALACAK.
TÜRK DÜNYASINDA BİRLİK VE BERABERLİK SEMBOLU OLAN TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİ ANTOLOJİ DİL BİRLİĞİ, GÖNÜL BİRLİĞİ ÇALIŞMALARIMIZA ÇOK FAYDALI OLACAKTIR.
KATILIM KOŞULLARI;
KONU: VATAN,MEMLEKET,KAHRAMANLIK BAŞTA OLMAK ÜZERE, HER ALANDA OLABİLİR.
LİRİK,EPİK,DİDAKTİK,PASTORAL,SATİRİK, DRAMATİK .
TÜRÜ: HECE,ARUZ, SERBEST
TÜRK DÜNYASI ŞAİRLERİ ANTOLOJİSİNE GÖNDERİLEN ŞİİRLERDEN “SEÇİCİ KURUL” TARAFINDAN YAYINLANMASINA DEĞER GÖRÜLEN ŞİİRLER YAYINLANACAKTIR. YAYINLANMAYAN ŞİİRLER VE GÖNDERİLEN ÜCRET HAVALE VEYA HERHANGİ BİR MASRAF BEDELİ VARSA MAKBUZ KARŞILIĞI BELİRTİLEREK KİŞİYE İADE EDİLECEKTİR.

HER KATILIMCIYA 3 SAYFA AYRILACAK.
KATILIMCILAR 5 ADET ŞİİR,KISA BİR ÖZ GEÇMİŞ VE FOTOĞRAF,
ADRES VE TELEFON BİLGİLERİNİ EKSİKSİZ GÖNDERECEKLER.
KATILIMCILARA 2 CİLT KİTAP VERİLECEK
KİTABIMIZ BÜYÜK BOY OLACAK
KARGO ÜCRETİ KATILIMCILARA AİT OLACAK.
KATILIM ÜCRETİ;
TÜRKİYE: 100 TL
AZERBAYCAN: 30 MANAT
AVRUPA: 15 EURO
ASYA: 20 DOLAR
KİTAP ÖZELLİKLERİ;
ÖLÇÜSÜ 16 X 24 EBATINDA
2 CİLT, YAKLAŞIK 1400 SAYFA
PARLAK SELEFON
ENZO 70 GR KAĞIT
BASKI: 2000 TAKIM (1000 TAKIM KİTAP OKULLARA ÜCRETSİZ DAĞITILACAK.)
BAŞLAMA TARİHİ: 10 EYLÜL 2018
SON KATILIM TARİHİ: 10 ARALIK 2018
BASKI TARİHİ: 10 OCAK 2019
ETKİNLİKLERİ-ANTALYA-İSTANBUL-ADANA- ANKARA-ERZURUM- İZMİR İLLERİ İLE, AZERBAYCAN, BOSNA HERSEK-BULGARİSTAN, ÖZBEKİSTAN VE KAZAKİSTAN’DA YAPILACAK.
ESERLERİN GÖNDERİLECEĞİ E.POSTA: askefturk@hotmail.com
KATILIM ÜCRETLERİ;
TÜRKİYE:
AVRASYA SANAT KÜLTÜR EDEBİYAT VE BİLİM FEDERASYONU İŞ BANKASI ANTALYA ŞUBESİ
HESAP NO : 6200- 4233684- IBAN: TR 250006400000162004233684
AZERAYCAN: BAŞKAN MÜŞAVİRİ SONA İSMAYILOVA
ÖZBEKİSTAN: ASKEF TEMSİLCİSİ MUAZZAM İBROHİMOVA
BULGARİSTAN: ASKEF TEMSİLCİSİ RÜSTEM AZİZ
ALMANYA: ASKEF TEMSİLCİSİ AYDIN TAZEGÜL
KIBRIS: ASKEF TEMSİLCİSİ HASAN ÇAKMAK
ERBİL:ASKEF TEMSİLCİSİ ESAT ERBİL
KERKÜK: ASKEF TEMSİCİSİ ABDULHALİK HÜRMÜZLÜ.

İLKİN MƏNBƏ: 

 

YAZARLAR.AZ

İLDIRIM ƏKBƏROĞLU ZAUR USTACIN “GƏL” ŞEİRİ HAQQINDA

28577750_212270522847643_3044543277715058320_n

İLDIRIM ƏKBƏROĞLU ZAUR USTACIN “GƏL” ŞEİRİ HAQQINDA:

Həmişəki kimi, öz gözəl, heyranedici, qəlbləri duyğulandıran şerinizlə oxucu qəlbini fəth etmisiniz, Zaur, əzizim! Bu şerinizin könülləri oxşamasının bir səbəbi , məhəbbətin tərənnümündə arxaik sözlərimizizdən istifadə etməyinizdir. Taxça, boxça, axça… və bu kimi sözlər oxucu qəlbində, zəngin olan dilimizin zəngin ifadələri ilə məhəbbəti, sevgini daha da ülviləşdirir, daha da müqəddəsləşdirir. Məhəbbət haqqında o qədər eyni ifadələrlə, eyni işlədilmiş sözlərlə şerlər oxuyuruq ki, nə sevgini sevgi kimi görə bilirik,görsək də, qəlbimizi onun misraları duyğulandıra bilmir. Siz isə, geniş yaradıcılıq sferasında, hər gələn şerinizdə bir yeni fikirlə, bir yeni qəlbi duyğulandıran mənalarla gəlirsiniz ki, bu da sizi oxucuya sevdirir. Zaur, əzizim, sizi bu gözəl məhəbbət şerinizə görə ürəkdən təbrik edirəm və həmişə olduğu kimi, yenə də sizin yeni-yeni, qəlbləri duyğulandıran şerilərinizi gözləyirəm. Azərbaycan poeziyası öz gözəl şeriləri ilə zəngindir və bu gözəl şerləri, gözəl təbi , gözəl istedadı olan şairlərimiz var ki, onların biri də sizsiniz. Azərbaycan şairləri içərisində , artıq, tanınmış, oxucu məhəbbəti qazanmış bir şairsiniz. Var olun, sağ olun!

İLKİN MƏNBƏ:

 

YAZARLAR.AZ

NƏ VAR Kİ… – İLDIRIM ƏKBƏROĞLU.

 

15027787_943084145824725_6516646943584642547_n

NƏ  VAR  Kİ…
Dərd olar çəkilən tənha sevinc də,
Ürəkdə dərdləri bölsəm nə var ki…
Min tülkü əlində girinc olunca,
Bir şirə yem olub ölsəm nə var ki…

Gözlər yol çəkibdir, ürəklər dərdi,
Arxadan vurulmuş görmüşəm mərdi.
Bilinər düşmənin mərdi, namərdi,
Dostun ürəyini bilsəm nə var ki…

İl keçər yaxşı-pis, ömür yarıdı,
Qəlbim çaylarımın nəm daşlarıdı.
Saçları ağardan göz yaşlarıdı
Gözlərdən göz yaşı silsəm nə var ki…

Əsrlər qövr edər hələ yaramda,
Çay var göz yaşımdır, axar aramda.
Dərdə bax, ağlaram, ağlamaram da,
Bir ürək dolusu gülsəm nə var ki…

İldırım Məmmədəm, eşit, ay vətən,
Tükənməz eşqindir qəlbimdən ötən.
Olmadım bu ömrü çiçəkcən də mən,
Bir də bu dünyaya gəlsəm nə var ki…

Müəllif: Ildırım Akberoğlu

 

ƏJDƏR ƏLİZADƏ – Həyat fani, ömür qısa…

 

15027787_943084145824725_6516646943584642547_n

 

Həyat fani, ömür qısa…

Öz yeri var samanın da,
Yaxşının da, yamanın da.
İnsanlara zamanında
Dəyər verək, verə bilsək.

Rəzilliyə diz çökülər,
Qədd əyilər, bel bükülər.
Tanıyanlar bizə gülər,
Düşmənlərə biz əyilsək.

Nadan olan kama çatmaz,
Namərd bizə çamur atmaz.
Dost, tanışlar qəmə batmaz
Gözlərinin nəmin silsək.

Həyat fani, ömür qısa,
Rast gəlməyək insafsıza.
Daş atarsa qarşımıza,
«Günahkarıq», həm əzilsək.

07.09.2018 .

Müəllif :  Əjdər Əlizadə

MƏNİ – ADİL CƏFAKEŞ

13754220_573656716127240_6950948114086678956_n

 

MƏNİ

Araya soyuqluq düşür deyəsən,
Ayrılıq buz kimi soyudur məni.
Yerlərə baxıram, səbrim tükənir,
Göylərə baxıram, göy udur məni.

Qəm salıb alnıma lək, ağlayıram,
Eyləmə heç şübhə, şəkk ağlayıram.
Çəkilib bir küncə tək ağlayıram,
Sonra da tənhalıq ovudur məni.

Adiləm, Cəfakeş qoşdun adıma,
Tək qalmışam, yetən yoxdur dadıma.
Sənli xatirələr düşür yadıma,
Həsrətin keyidib, uyudur məni.

Müəllif: Adil Cefakes

İDRİS – ZEMFİRA

images (2)

 

…BACI QARDAŞ VƏ
………….KÜSÜB GETMİŞ
…………………………..GƏLİN.

( Zemfira Salmanova Idris Babayevlə birlikdə )

İDRİS.
Mən bir qara gözə vurğun
Sevgi adlı sözə vurğun
Mən ki gülər üzə vurğun
Niyə məndən küsdün axı.?

ZEMFİRA.
Sorağın çatıbdır bizə
Giley-güzar çıxıb dizə
Yuxu girmir gözümüzə
Bəlkə elə küdürmüsən?

IDRİS.
Yerə göyə sığmır ahım
Vallah olmayıb günahım
Şahiddir göydə allahım
Niyə məndən küssün axı?

ZEMFİRA.
Səbəbsiz yarpaq da düşməz
Ah-vayla həyat ötüşməz
Ürək də səbəbsiz küsməz
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Mən dəvəsi ölmüş ərəb
Yerindədir ərkan-ədəb
Küsməyinə yoxdu səbəb
Niyə məndən küssün axı?

ZEMFİRA.
Xanım qəlbi olur kövrək
Incidərsən ağlar ney tək
Tutulubsa bir bulud tək
Bəlkə elə küsdürmüsüz?

IDRİS.
Vəlvələ saldı canıma
Soğan doğradı qanıma
Bir söz demədim xanıma
Niyə məndən küssün axı?

ZEMFİRA.
Yaradırsız həyəcanı
Ürək sıxıb boğur qanı
Gözdən salıb o cananı
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Yox-yox elə düşünmə sən
Ürəyimi gəl üzmə sən
Küsdürsən sən küsdürmüsən
Niyə məndən küssün axı?

ZEMFİRA.
Məni çəkmə işinizə
“Çop*yığmaram ipinizə
Iş qalıbdır ikinizə
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Nolar məni sən çaşdırma
Düz işimi qarışdıma
Bacarmırsan barışdırma
Niyə məndən küssün axı?

ZEMFİRA.
Mən olum allahın qulu
Gəl göstərim doğru yolu
Incitməyin sağı-solu
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Yaxşı tanımırsan məni
İncitmərəm bir kimsəni
Heç sevmədim bu kəlməni
Niyə məndən küssün axı?

ZEMFİRA.
Gur çıxar yalanın səsi
Üzdən bir allah bəndəsi
Tanımaq olmur heç kəsi
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Bu işdə yox mənim çaş”ım
Əsəbdən şişibdir başım
Sən də mənim qız qardaşım
Niyə məndən küssün axı?

ZEMFİRA.
Heç sağalmaz dil yarası
Deyildir nağıl sırası
Ay bir allahın bəlası
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Mən fəqir kamil imanım
Yalvardım baxmadı xanım
Döönməyinə yox gümanım
Niyə məndən küssün axı?

ZEMFİRA.
BÜrünmüsüz “toz dumana”
Eşidən düşür gümüna
Şeytan göz dikib imana
Bəlkə elə küsdürmüsən?

IDRİS.
Həmdəmim olubdur kədər
Dərd çəkəcəm mən nə qədər
Idrisəm əzabım hədər
Niyə məndən küssün axı.

ZEMFİRA.
Gərək ağrıdım başımı
Soyudum isti aşımı
Barışdırım qardaşımı
UDUM deyər küstürmüsən.
6.9.2018

İlkin mənbə:Idris Babayev

 

İqbal Nehmət: Aramızda etibarı itirdik…

meadnflag-15

Aramızda etibarı itirdik…

Ya atasız, ya anasız doğulduq,
Özgə deyil,dost evindən qovulduq,
Namus dedik,qeyrət dedik yorulduq,
Həya getdi,sonra arı itirdik.
..
Vicdanımız susan yerdə durdu dik,
Həqiqəti quru ada dəyişdik,
Düşmən qaldı,özümüzlə döyüşdük,
Vətən kimi gözəl yarı itirdik.
..
Yad suyunda tənha üzən sonam cox,
Söndürməyin istəyirəm yanam cox,
Şübhə qaldı,güman qaldı,inam yox,
Aramızda etibarı itirdik.

 

Müəllif:  Iqbal Nehmet

Müddətli müqavilə əsasında işə qəbul prosesinin I turu ilə bağlı məlumatlandırma :

qqqqqqqqqqqq
Müddətli müqavilə əsasında işə qəbul prosesinin I turu ilə bağlı məlumatlandırma:

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu necə həyata keçiriləcək?

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda iştirak etmək üçün namizədlər nə etməlidirlər?

Cari ilin 8-9 sentyabr tarixlərində müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna elektron sənəd qəbulu keçiriləcək. Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş namizədlər cari elektron ərizələrində, ötənilki müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlər isə miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçərək vakant yer seçdikdən sonra elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda kimlər iştirak edə bilər?

Müddətli müqavilə ilə müəlllimlərin işə qəbulu prosesində bu il və ötən il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə qatılmış namizədlər müvafiq imtahan balı ilə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb 28 avqust (I tur) və 4 sentyabr (II tur) tarixinədək tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə hansı vakant yerlər veriləcək?

Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə vakant yer kimi verilmiş, lakin boş qalmış yerlər, yeni yaranan vakant yerlər, sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərə müddətli müqavilə ilə müəllimlər işə qəbul ediləcək. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif vakansiyalarına müddətli müqavilə ilə müəllimlərin işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilərlər?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçə biləcəklər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı keçid bal nə qədərdir?

Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilmişdir.

Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi həyata keçiriləcək?

Hər il müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədilə müddətli müqavilə ilə işləyən müəlllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsahibələri keçirilir. Müddətli müqavilə ilə işləyən müəllimlər sözügedən müsahibələrdə uğur qazanaraq daimiləşə bilərlər.
İLKİN MƏNBƏ: