RİZVAN FİKRƏTOĞLU AKTUAL MƏSƏLƏ BARƏSİNDƏ

 

e1-копия

Dinşünaslıq və bu yöndə təhsil verən universitetlər…

Azedu.az saytında ilahiyyat və bu yöndə təhsil verən universitetlər (institut) barəsində reportaj oxudum. İlahiyyat üzrə fəlsəfə doktoru, hörmətli Əkrəm Həsənov vurğulayıb ki, 100 balla tələbə qəbulu aparan Bakı İslam Universiteti (BİU) savadlı kadr, dinşünas yetişdirə bilməz. İlahiyyatçı çıxış yolu kimi keçid balının qaldırılmasını göstərir. Bal qalxmaqla savadın artacağını, BİU-ya savadlı gənclərin üz tutacağını deyir. Üstəlik bu universitetə marağın az olmasını diqqətə çatdırır.

Dəyərlimiz Əkrəm bəy Həsənov:

1. Keçid balını keyfiyyət göstəricisi kimi təqdim edir. Bu, az hallarda düzdür. Ümumiyyətlə keyfiyyəti keçid balı ilə ölçmək, fikrimcə, düzgün yanaşma metodu deyil. Keyfiyyət abituriyentin alacağı təhsilin mahiyyətindədir. İstər 700 balla qəbul olsun, keyfiyyətli tədris yoxdursa bu balın əhəmiyyəti yoxdur! Orta məktəb kitablarını DİM-in qəbul proqramına uyğun əzbərləmək savadlı olmaq yox, məlumatlı olmaq anlamına gəlir. BİU-da güvəniləsi, savadlı kadrlar yetərincədir.

2. İxtisasa keçid balının 100 olması o demək deyil ki, 100-dən çox abituritentin hamısı 100 bal toplayıb. Bu, sadəcə ən sonuncu abituriyentin göstəricisidir.

3. Təqdim olunan mətndən hiss elədim ki, Əkrəm bəyin BİU haqqında məlumatı azdır, ordan-burdan eşidib. Elə olmasaydı deməzdi ki, keçid balı qalxmaqla BİU-ya üz tutacaq savadlı gənclər artacaq. Nəzərinizə çatdırım ki, BİU yaranan gündən buraya savadlı gənclər axış edir. Hətta bu il “dini-psixoloji komissiya”ya üz tutanların sayı 250-yə yaxın olub. Ayrılmış 125 yerin hamısı birinci mərhələdə dolub. Bu, 100% nəticə deməkdir. Hansı universitetdə plan yeri birinci mərhələdə 100% dolub?! Yeri gəlmişkən, bu gənclərin sırasında 300-ü keçənlər də az deyil.

4. Əkrəm bəyi nədənsə BİU üzərində əməliyyat keçirir. Sanki Azərbaycan İlahiyyat İnstitutunu, Naxçıvan Universitetində bu il açılan və 100 balla qəbul aparılan “Dinşünaslıq” ixtisasını deyəsən unudur. İLAHİYYATÇInın təkcə BİU üzərində dayanması bəlkə də şəxsi qərəzdir, ya yox, deyə bilmərəm.

Ümumiyyətlə Bakı İslam Universiteti ölkədə islam təhsili verən ilk təhsil ocağı olmaqla yanaşı, zəngin tarixə malikdir. Buradakı kadrlar dini və dünyəvi baxımdan böyük biliklər sahibidir.

Müəllif: Rizvan Fikretoglu

Advertisements

ZİYADAR ZİYALI – Mönsüm Ədil oğlu Alışov.

1529660341_moovvs

Pedoqoji elmlər doktoru, professor, “İdrak” liseyinin yaradıcısı və təsisçisi, tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim Mönsüm Ədil oğlu Alışov 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə elektrik montyoru kimi başlayıb.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə qəbul olunub. 1976-cı ildə institutu bitirərək təyinatla Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə göndərilib və müəllimlik fəaliyyətinə doğulub boya-başa çatdığı Çərəli kənd orta məktəbində başlayıb.
1988-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub.1990-cı ildə həmin institutun Təlimin Texniki Vasitələri şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.
1992-cu ildə onun təşəbbüsü ilə Sumqayıt Pedoqoji Seminariyası təsis edilib. Seminariya sonradan “Sumqayıt Özəl Orta İxtisas Kolleci” adlandırılıb və profili genişləndirilib.
2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda elmi işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yüksəlib. Respublikamızın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə müxtəlif illərdə 80-dən çox elmi-publisistik məqaləsi çap olunub. 2 monoqrafiyanın, 10 dərs vəsaiti və metodik tövsyənin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib. “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.
2009-2016-cı illərdə eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin İnstitutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professoru olub.
2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər doktoru adını alıb. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya-kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.
Onun təsis etdiyi “İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizmi sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014-cü il sentyabrın 15-də “İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.
Yalnız “İdrak” liseyində tətbiq olunan innovativ layihə olan “Media dərsləri”in müəllifidir. “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən məbimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrənənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. “Media dərslər” layihəsi 2016-cı ildən etibarən “İdrak” liseyində uğurla tətbiq olunur.
M.Alışov ailəlidir, 4 övladı var.

İLKİN  MƏNBƏ:

http://sumqayitfakt.az/karusel/16345-bu-gn-professor-mnsm-alovun-doum-gndr-pedaqoji-kollektivin-tbrk.html

 

 

AZERBAYCANLI YAZARDAN FETHİYEDE İMZA GÜNÜ

 

39090067_1837231626357357_6563569369639550976_n

Azerbaycan’lı şair Dr. Mafila Müntezir in  “Kalbimde Bir Dünya Var” adlı şiir kitabı  Türkçe’ye çevirip yayımlandı.

Azerbaycan’da doktorluk yapan Mafila Müntezir, in yeni şiir kitabını SahilKitap Yayınları  imtiyaz sahibi  ve editörü Gonca Aydemir çevirdi, yayınladı ve şairimizin ailesinin ikâmet ettiği Fethiye’de imza gününe  katıldı.

Fethiye’de yapılan imza gününün organizasyonunu şair ve ressam Fethiyeli sanatçı Mine Sarmış Çaylak yaptı.

Fethiye halkının yoğun ilgi gösterdiği imza gününde şair, hayranlarına bol bol kitabını imzaladı.

İmza gününü organize eden Mine Sarmış Çaylak  “Mafila Hanım gibi bir değerle tanışmaktan mutluluk duydum. Şirin ilçemiz Fethiye’de Azerbaycan’lı bir şairimizi ağırlamak bizim için zevkti, büyük bir onurdu. Kitabın kısmeti ve okuru bol olur inşallah” dedi.

“Kalbimde bir dünya var” şiir kitabını Azerbaycan Türkçesinden, Türkiye Türkçesine çeviren, Sahilkitap Yayınevi sahibi, şair, editör Gonca Aydemir ise; ” Mafila Müntezir gibi değerli bir insanın şiirlerini çevirmek benim için zevk oldu. Şairimiz, şiirlerinde, vatan sevgisi, insan sevgisi,  Allah sevgisini ve ahlaki değerleri çok güzel işlemiş. Ben de bilgi ve birikimimle bu güzel ve anlamlı şiirleri Türkiye Türkçesine aktarmaktan  ve Türk Dünyasının ortak paydası olan yazın dünyasına kazandırmış olmaktan son derece mutluyum. Mafila Hanım’ın Azerbaycan’lı olması çalışmama ayrı bir tat verdi. Bu kitap, Azerbaycan Türkçesinden  çeviri olarak dördüncü çalışmamdır. Azerbaycan ve Türkiye kardeşliği benim için çok değerlidir. Bizler, iki devlet bir milletiz” diye konuştu.

39122557_284860358970058_7436248896747077632_n.jpg

Kitabın yazarı Mafila Muntezir ise ”  Kitabımın ilk baskısı geçen ay Azerbaycan’da yapıldı. Türkiye’yi çok seviyorum.  Kültür  ve Turizm Bakanlığında çalışan Ali Saydere Bey’den teklif gelince tereddüt etmeden Türkiye’de de kitabın basılmasını uygun gördüm. Yakınlarımın  Muğla-Fethiye’de yaşıyor olmasından dolayı,  imza günümü burada yapmak, değerli çevirmenim Gonca Aydemir in  fikriydi. Kitabımın bu aşamaya gelmesinde büyük emeği olan, ASKEF Genel Başkanı Savaş Ünal Bey’e, Gonca Aydemir Hanım’a, vesile olan Narıngül Nadir Hanım’a ve Ali Saydere Bey’e, gönüllü olarak, güzel bir organizasyon gerçekleştiren Mine Sarmış Çaylak Hanım’a, kardeşlerime, benim bu özel günümde yalnız bırakmayan değerli okurlarıma ve şiir sever dostlarıma çok teşekkür ederim.

Yaşasın Türkiye Azerbaycan kardeşliği.

dip maf

YAZARLAR.AZ olaraq, sevimli şairəmiz xanım Dr. Mafila Müntezir in  bu uğuruna sevinir və onu  “Kalbimde Bir Dünya Var” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR”- IN YAZARI “ZİYADAR”  diplomu ilə mükafatlandırırıq. Var olun!!! Uğurlarınız bol olsun!!!

 YAZARLAR.AZ

“Quyruqdoğdu” – Quyruq dondu…

13872386_1165698396823309_2073438886_n

Xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü “quyruqdoğdu” adlanır. “Quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılmışdır. Təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq, müəyyən işlər görülərdi. Ancaq onu da qeyd edək ki, maldarlıq təsərrüfatında yayın ikinci dövrü “quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruqdondu” adlandırılmasının səbəbi aşağıdakı kimi izah edilir. Deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. Demək, ad da buna görə verilib. Onu da deyə bilərik ki, Naxçıvanın bəzi bölgələrində bu dövr “quyruqdoldu” adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin toplanmış materiallardan məlum olur ki, bu nə quyruğun donması, nə də quyruğun dolması ilə bağlı deyil. Çünki bu vaxtdan təsərrüfatın digər sahələrində, atmosferdə də dəyişiklik əmələ gəldiyi müşahidə edilir. Beləliklə, “quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda (avqustun 5-i) quzu qırxımına başlayırdılar.

Nənələrimiz danışırlar ki, yaxşı pendir tutmaq üçün “quyruqdoğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutular. El arasında bu cür pendirlərə “payız pendiri” deyərlər. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.
Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olardı. Əkinçilərin dediyinə görə, “quyruq doğana” qədər ot-küləş yığılmazdı. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq “quyruq doğandan” sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar.
Mövsümi müşahidələrə görə, “quyruq doğanda” sular yerin altına batar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.
Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Bu durum xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Babək rayonunun Nehrəm kəndindən toplanmış materiallara görə, “quyruqdoğdu”dan sonra əqrəblər çoxalmağa başlayar. Bu da çox güman ki, havaların sərinləşməsi ilə əlaqədardır.
İllik turpu isə xalq təqviminə görə, “quyruqdoğdu”dan sonra, arpa-buğdanın yerinə əkərlər.
Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyar.
Son olaraq qeyd edək ki, xalqın min illərlə yaddaşına hopmuş, sınaqlardan çıxmış inamlar sistemini, məişət münasibətlərini, uzun inkişaf yolu keçmiş empirik bilikləri, xalq meteorologiyasını, feneologiyasını hərtərəfli araşdırmaq, xalqın yaddaşına yenidən qaytarmaq lazımdır. Çünki bu təqvim həm də ənənəvi təsərrüfatla məşğul olan hər bir insanın iqtisadi həyatının əsasını təşkil edir.

Müəllif: Kirman Rustemli

 

QALSIN – SÜLEYMAN ABDULLA.

38254868_653782074969747_7178205492076871680_n

QALSIN

Yumub gözlərini atıl boşluğa,
Nə olar,- nə olmaz fələyə qalsın.
Savabı-günahı yazda yazırsa,
Payızda sayılan mələyə qalsın.

Baxma, kim nə verir, səninki candır,
Səxavət dediyin elə imandır.
Əzrayıl gələndə acıqca yandır,
Simurğun alovu lələyə qalsın.

Halalca məstlikdir haram mey sənə,
Biçilib libasın dərddən, geysənə!
Düşər-düşməzi var, olmaz ey, sənə,
Kiminsə ümidi kələyə qalsın.

Adamı kürəkdən usta vuran var,
Vaxtsız uyuyan var, vaxtlı duran var.
Hər tikə ruziyə duzaq quran var,
Mildəki tikələr tələyə qalsın.

Bir ömür ağrıdır ruh canda elə,
Gəzdiyin tapılmaz hər yanda elə.
Ölən də ümiddir, qalan da elə,
Qoy, körpə özünü bələyə qalsın.

Yaxın sandığımız mənzil uzaqdır,
Nə vaxt yola çıxsan, elə o vaxtdır.
Sənin əlin yetən olmayan Haqdır,
Olarmı, “sonra”ya, “hələ”yə qalsın?!

Boşa verdiyimiz gün yelə təndir,
Qorxu “nə belədən, nə elədən”dir.
Bu belə dəyirman, bu belə dəndir,
Kəpəyin töhməti ələyə qalsın.
14.08.2018

Müəllif: Süleyman Abdulla

Cavid QƏDİR -Toğrul Nərimanbəyov.

Bugünlərdə SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü, mərhum Toğrul Nərimanbəyovun doğum günüydü.

Nakam rəssamın 88 yaşı tamam olurdu. Əslində, fitri istedada malik bütün insanlar nakamdırlar. Çünki həyata keçməyən nə qədər ideya, arzu, proyekt, dünyanı daha da yaxşı yerə çevirmək üçün atılacaq addım yarımçıq qalır. Yəqin bütün ixtiraçılar, alimlər, sənətkarlar, bəşəriyyət kiçicik də olsa işə yarar nəsə etmək istəyən adamlar aya ilk qədəm basan Nil Armstronq kimi yeriyirlər  – özləri üçün kiçik, bəşəriyyət üçün böyük addımlarla…

7 avqust 1930-cu ildə, Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı asan keçməyib. Atası Fərman Nərimanbəyov Fransanın Tuluza Universitetinin Mühəndis-elektrik fakültəsində oxuyub. Bu müddətdə fransız dilini mükəmməl öyrənib, Avropa mədəni dəyərlərini mənimsəyib. Daha sonra İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynləri Toğrulun tərbiyəsində, erkən yaşlarından hərtərəfli formalaşmasında böyük rol oynayıblar.

Repressiya illərində gələcək rəssamın atası Avropada təhsil almış əksər azərbaycanlı kimi həbs edilir. Ardınca Sibirə sürgünə göndərilir. 1941-ci ildə Toğrulun anası Fransa vətəndaşı olsa da Bakıda həbs olunub Səmərqəndə sürgün edilir. 1961-ci ilədək sürgündə yaşayır. Amma heç bir ağrı-acı, çətinlik, qınaq Toğrul Nərimanbəyovu məqsədə gedən yoldan sapdırmır. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Paralel olaraq Vilnüs Konservatoriyasında klassik vokal öyrənir. Anasıyla yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Müxtəlif orqanlara çoxsaylı müraciəti, uzun sürən mübarizəsi sayəsində anasına bəraət verilir, İrma Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra daha bir şad xəbər Nərimanbəyovların qapısını döyür. Əfv edilən atası vətənə dönür.

XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayan rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubuyla səciyyələnir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası, müasir dünya incəsənətinin yeni istiqamətlərilə sıx bağlıdır. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvir edən portretləri bu janrda yaradılmış əsərlər içərisində orijinallığı, bədii forma kamilliyi, novatorluğuyla seçilir.

Rəssam təzad və şərtilik, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq, divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri kimi dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında, incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

Toğrul Nərimanbəyov həm də istedadlı opera ifaçısıydı. Bariton səslə klassik operalardan, xüsusilə, İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

T.Nərimanbəyovun zəhməti, sənəti hər zaman yüksək qiymətləndirilib. 30 yaşında Əməkdar rəssam, 33 yaşında Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda “İstiqlal”, 2010-cu ilin avqustunda “Şərəf” ordenilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi sənətinə, şəxsiyyətinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli sərəncamı ilə Xalq rəssamının yubileyi qeyd olunub. Yubiley tədbirləri müxtəlif ölkələrdə də baş tutub.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Bundan başqa, hələ sovet dönəmində Azərbaycan təsviri sənət ustalarından SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan – Mikayıl Abdullayev, Tahir Salahovla bərabər – biri də o olub.

T.Nərimanbəyov yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar. Əsərlərin mövzu dairəsinin zənginliyindən göründüyü kimi rəssam axtarışda olub.

Bu axtarış rəssamı bütün həyatı boyu müşahidə edəcəkdi. “Şair Fikrət Qoca”, “Rəssamın ailəsi”, “Yazıçı Anar”, “Səttar Bəhlulzadə”, “Ana” kimi portretlərində sənət dostlarının, kolleqalarının obrazlarını canlandırıb. S.Bəhlulzadə ilə yaxın dost olan T.Nərimanbəyov rəssamın bir neçə yaddaqalan obrazını yaratmağa nail olub.

Litvada təhsil alarkən Qərbə məxsus barokko üslubunun təmtəraq və qotika arxitekturasının sərtliyi ilə qarşılaşıb. Vilnüsdə Rəssamlıq İnstitutunda oxuyarkən Delakrua sənətinə xas olan romantik gözəllik, Cotto əsərlərindən süzülüb gələn səmimiyyət, Rembrantda tragik vüsət, Sezanda rəssam fikrinin ifadə dəqiqliyi onu valeh edib. Toğrul Nərimanbəyov Van Qoqu həmişə özünə ruhən yaxın sənətkar hesab edib. Təbii ki, klassik rəssamların yaradıcılığı ilə yaxından tanışlıq dünya miqyaslı rəssam kimi formalaşmasında mühüm rol oynayıb.

Görkəmli rəssam narı özünə imza kimi seçmişdi. Az qala bütün əsərlərində bu simvoldan istifadə edir, bu barədə isə belə deyirdi: “Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Böyük şair Rəsul Rza ilə o rayona ova gedirdik. Ənvər Məmmədxanlı da bizimləydi. Göyçayda böyük nar bağlarını görəndə sarsıldım. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar aludə olub nar mövzusunda bir sıra rəsmlər çəkdim. İlk işlərimdən birinin adı elə “Göyçay bağlarında” idi. Onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar.

Xaricdə də bazara gedirəm, nar görürəm, almaq istəyirəm. Amma oranın narı Orta Şərqdən, İsraildən olur. Onların da narı gözəldir, bizimkinə oxşayır, ağ və sarı narlar. Göyçay narları da açıq rəngli olur. Amma o narlarda bizimki qədər şirə və bərəkət yoxdur. Bakı narları da pis deyil. Balaca, amma tutumlu, dənələri iri olur. Bir sözlə, həqiqətən, narı sevirəm. Onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm. Məsələn, şəhər çəkirəmsə, bilməliyəm ki, bu evdə kim yaşayır. Bu evin içindəki nədir, bərbərxana, yoxsa nə? Şəhəri daxili məzmunundan keçməklə açıram. Eləcə də narı. Onun təkrarolunmaz şirəsindən, şərbətindən bəhs edirəm”.

Fransada vəfat edən Toğrul Nərimanbəyovun dəfni düz bir ay ləngidilir. Buna səbəb rəssamın ikinci həyat yoldaşı Sevil Nərimanbəyovayla birinci evlilikdən olan qızı Əsmər Nərimanbəyova arasındakı mübahisə idi. Sevil xanım rəssamın Fransada dəfn edilməsini istəyirdi, Əsmər Nərimanbəyovasa atasının Bakıda torpağa tapşırılmasına çalışırdı. Ə.Nərimanbəyova hətta Fransa məhkəməsində bununla bağlı iddia qaldırmışdı. Lakin məhkəmə mərhumun Fransada dəfni barədə qərar çıxardı. Qərardan verilən apellyasiya şikayəti təmin olunmadı.

Məlumata görə, Parisdəki Passi qəbiristanlığında dəfn olunan Toğrul Nərimanbəyov müsəlman qaydalarına uyğun torpağa tapşırılmayıb. Rəssamın cənazəsi tabutla qəbiristanlığa gətirilib, elə tabutda da məzara qoyulub. Müsəlman qaydalarına görə, mərhum torpağa tabutsuz, kəfənə bükülmüş halda basdırılmalıdır. Adətən, xristianlar dünyadan köçənlərin cənazəsini tabutla birgə dəfn edirlər.

Buna səbəb nə idi? Nərimanbəyov xristianlığı qəbul etmişdi, ya necə?

Sevil Nərimanbəyova həyat yoldaşının ölümündən bir müddət öncə demişdi ki, T.Nərimanbəyov katolikliyi qəbul edib və vəsiyyətində Parisdəki Passi qəbiristanlığında dəfn olunmasını istəyib.

Qızı Əsmər Nərimanbəyova isə bunu təkzib edərək atasının xristianlığı qəbul etmədiyini, müsəlman olduğunu söyləmişdi. Mərhumun qızı əlavə etmişdi ki, atası hər hansı dini adətə uyğun olmadan, dini ayinsiz dəfn edilib: “Atam tabutda torpağa tapşırıldı, ümumi qaydada, dini ayin icra olunmadan dəfn olundu. Yəni bu, dinlərdən asılı dəfn olmadı. Mərasimə nə molla, nə də keşiş çağırıldı. Mərasimdə heç deyilmədi ki, Toğrul Nərimanbəyov xristiandır. Bir sözlə, atam nə müsəlman, nə də xristian adəti ilə dəfn olundu”.

Görkəmli rəssamın ölüm barəsində də maraqlı fikirləri vardı. Hətta belə demək mümkünsə, o, ölümə meydan oxuyurdu: “Həyatda heç nədən qorxmuram. Bircə işləmək imkanı versinlər ki, ideyalarını həyata keçirə biləsən. Həyata keçirmək istədiyim fikirlər çoxdur, bəlkə də hamısını çatdıra bilmədim. Sağlam olmaq lazımdır. Sağlam olmaq üçün düzgün həyat tərzi keçirmək lazımdır. Ölüm mənim üçün qorxulu deyil. Əgər həyat qarşısında bütün öhdəliklərimi yerinə yetirmişəmsə, onda ölüm mənim üçün qorxusuzdur. Ancaq öhdəlikləri tam yerinə yetirməmişəm. Əgər yerinə yetirə bilsəm, həyat davam edəcək. Həmişə yenilik, axtarış etmək lazımdır. Əgər işləmək həvəsin yoxdursa, ondansa ölmək yaxşıdır”.

Toğrul Nərimanbəyov həmişə bu qayəyə sadiq qaldı. Fırçanı yerə qoymadı: hər keçən gün ilk dəfəymiş kimi yenidən başladı, axtarışda oldu, yaradıcı eksperimentlər apardı, yeniliklər aradı. Ömrünün sonuna qədər!..

İlkin mənbə: 

https://525.az/site/?name=xeber&duzelis=0&news_id=104567#gsc.tab=0

 

 

İlham Qazaxlı – OX KİMİDİ.

ilhamqazaxli
 

OX KİMİDİ….

Kasadlaşıb söz bazarı,
Müştərisi yox kimidi.
Xalqı tutub “döz” azarı,
Möhtacı da tox kimidi.

Ümid azıb dumanlarda,
Xəstə ruhlar amanlarda,,
Xəyal dolu gümanlar da,-
Susuz qalan arx kimidi.

Çax-çax çarxı öz işində,
Sıxır ömrü qəm dişində,
Dövranın bəd gərdişində,
Zərrə sevinc çox kimidi.

Udur suyu xəmir hələ,
Millət vədlər əmir hələ,
“Qarabağ”-adlı dərd, çilə,
Köksü dələn ox kimidi.

Çıxış yolu- milli birlik,
Harda birlik- orda dirlik.
Qazaxlı, bu müstəqillik,
Öz kölgəndən- “qorx” kimidi..

Müəllif: Ilham Qazaxli

13.08.2018.

SARI GƏLİN – ADİL CƏFAKEŞ

ab

SARI GƏLİN SİLSİLƏSİNDƏN

Şairini şam kimi sən,
Əritdin ay sarı gəlin,
Həsrətini qoşun kimi, 
Yeritdin ay sarı gəlin.

Dəm tuturam ahda hərdən,
Kəm taleyə, baxta hərdən.
Gah ağlatdın, gah da hərdən,
Kiritdin ay sarı gəlin.

Ac qalmışam ac arıtək,
Yoxdu sarı sən sarıtək.
Arzuları qış qarıtək,
Kürütdün ay sarı gəlin.

Külə dondü köz içimdə,
Susqun qaldı söz içimdə.
Saf eşqimi öz içimdə,
Çürütdün ay sarı gəlin.

Müəllif:  Adil Cefakes

ETİBAR HƏSƏNZADƏ MÜKAFATLANDIRILDI

HAMIMIZIN  SEVİMLİSİ,  GƏNC  YAZAR  ETİBAR  HƏSƏNZADƏ  TƏBRİKLƏRİ  VƏ  MÜKAFATLARI  QƏBUL  EDİR: 

 

YAZARLAR.AZ

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ – İLDIRIM ƏKBƏROĞLU.

13754220_573656716127240_6950948114086678956_n

 

BİR PƏRİ YAŞAYIR BU YER ÜZÜNDƏ
(Nəğmə)
Gözümü dünyaya açandan bəri,
Görmədim sevincdən pay verə biri.
Yayıb düz-dünyaya Lalə ətiri,
Tanrının şəfəqi,nuru üzündə,
Bir pəri yaşayır bu yer üzündə.

Kəlamı şirindir,çağır hay verər,
Sən ulduz istəsən o,lap Ay verər.
Qəlbi şadlandırar,sevinc pay verər,
Könlünü oxşayar adi sözun də,
Bir pəri yaşayar bu yer üzündə.

İldırım,saçları gur şəlalədi,
Üzü Günəş kimi nurdu,halədi.
Tərdi,gözəllikdə,elə,Lalədi,
Xoş arzu dilində,gülüş gözündə,
Bir pəri yaşayır bu yer üzündə.

Müəllif: Ildırım Akberoğlu