ETİBAR HƏSƏNZADƏNİN ŞEİRLƏRİ KÖNÜLLƏRİ FƏTH EDİR, SƏRHƏDLƏRİ AŞIR…

 

25507916_1238464646253393_4331347164814641892_n

Sivas Yazarlar və Şairlar Dərnəyinin 671 səhifədən ibarət, 110 şairi əhatə edən “ŞAİRLER SEÇKİSİ / 10 ” şeir antolojisi işıq üzü gördü. Antolojidə Türkiyədən, Azərbaycandan və İrakdan olan şairlərin şeirləri yer almışdır. Kitabda əsərləri yer alan yazarlardan biri də gənc yazar hamımızın sevimlisi Etibar Həsənzadədir.

37824309_2181124525487227_426614961163206656_n

Bu barədə Etibar Həsənzadə qısa olaraq belə məlumat verdi: 

“Mənim də şeirlərimin yer aldığı Sivas Yazarlar və Şairlar Dərnəyinin 671 səhifədən ibarət, 110 şairi əhatə edən “ŞAİRLER SEÇKİSİ / 10 ” şeir antolojisi işıq üzü gördü. Antolojidə Türkiyədən, Azərbaycandan və İrakdan olan şairlərin şeirləri yer almışdır. Kitabda əsərləri yer alan bütün şairləri təbrik edirəm. Kitabda mənim də şeirlərimə yer verdikləri üçün dərnəyin rəhbəri Bekir Alim bəyə və dərnəyin Azərbaycan təmsilçisi Aygün Hüseyn xanıma təşəkkürümü bildirirəm.”

YAZARLAR.AZ
Advertisements

“YAZARLAR”-I OXUYAN ÖLKƏLƏR

WWW.YAZARLAR.AZ  HAQQINDA MARAQLI STATİSTİKA:

devlet

2018 – ci ilin ilk 6 ayının nəticələrinə əsasən belə bir statistika bizim üçün də maraqlı idi. Bizi hansı ölkədə daha çox oxuyurlar. 28.07.2018 saat 11:00 – a olan məlumata əsasən statistik cədvəl yuxarıda verilmişdir. Çox maraqlı ilk doqquzluq formalaşıb. İlk üçlük Azərbaycan, ABŞ və Türkiyədən ibarətdir. Düşünürük ki, ABŞ – ın  sırada dördüncü olan Rusiyanı və hətta Türkiyəni qabaqlayıb ikinci olması Amerikada yaşayan türkdilli həm vətənlərin Azərbaycan həsrətindən və təəssübkeşliyindən qaynaqlanır. İlk doqquzluq belədir:

  1. Azərbaycan
  2. ABŞ
  3. Türkiyə
  4. Rusiya
  5. Hindistan
  6. İrlandiya
  7. Almaniya
  8. Gürcüstan
  9. Ukrayna.
  10. ……. Ölkələr kateqoriyasında ən maraqlı məqam demək olar ki, həmən-həmən Afrikanın bütün ölkələrindən bir dəfə olmuş olsa belə ziyarət var.

Statistikanın ikinci maraq obyekti  haradan daha çox keçid olması idi.  Təbii ki, bütün digər saytlarda olduğu kimi burada da  liderlik Facebooka məxsusdur:

dev

Çox maraqlı halla qarşılaşdıq, cədvəldən də göründüyü kimi Facebook hətta ümumilikdə digər bütün axtış sistemlərindən gələn keçidlərin cəmini də əhəmiyyətli dərəcə də qabaqlayır. Bu onu göstərir ki, Facebook  elektron kütləvi informasiya vasitələrinin əsl  hamisi, onları ayaqda saxlayan dayaqdır. Onu da əlavə etsək ki, bu statistik məlumat, heç bir reklam və maddi marağı olmayan ədəbiyyat saytına aiddir. Bu halda daha maraqlı təəssüratlar oyanır. İndi gələk statistikanın üçüncü sualına ən çox hansı söz axtarılıb. Bu cavab insanı daha çox duyğulandırır. “ANA” sözü, “ANA” şeiri axtarışı ən çox axtarılan  kəlmə olub.

YAZARLAR.AZ

 

23 İYUL – “BİZ NİYƏ ÖLMÜRÜK???”

13709828_868281526638321_2286484615479056850_n — копия

… SADƏCƏ  OLARAQ  DEMƏYƏ,  YAZMAĞA  SÖZ  YOXDUR….

Dədə Ələsgərdən  bir misra xatırlatmaq istəyirəm:

 

“Arsız aşıq elsiz necə yaşadı,

Ölsün Ələsgər tək qulların, dağlar…”

 

O vax çərxi-fələk elə dövran etdi ki, Ustada yurda dönüb, torpağa qovuşmaq nəsib oldu. Bizim nəsibimizdə bu xöşbəxtlik varmı görəsən ??? Mənim evimin bugünkü vəziyyəti:

 

23 İYUL 2018.  Bakı. (Xəzərin sahilinə çatmışıq…)

Müəllif: Zaur Ustac

Etibar Həsənzadənin  “NURLA GƏLDİ, NURLA YAŞADI, NURLA GETDİ” adlı yeni kitabının təqdimat mərasimi keçrilib. 

Xəbər verdiyimiz kimi 14 iyul 2018 – cil tarixində Bakı şəhəri, Azadlıq 176 ünvanında,  “Agora” şadlıq evində gənc yazar Etibar Həsənzadənin  “NURLA GƏLDİ, NURLA YAŞADI, NURLA GETDİ” adlı yeni kitabının təqdimat mərasimi keçrilib.  Etibarın bu məclisini fotoların dili ilə Sizlərə təqdim edirik: 

37193413_1431596026940253_551361723634810880_n

37116402_1828035707292226_6959080929264402432_n — копия

37224592_1828035110625619_1888404151189110784_n — копия

37167382_1828036013958862_4285477247931908096_n — копия

37192340_1431595620273627_5394687757970833408_n

37131084_1431595993606923_5679735782399541248_n

37093722_1431596210273568_1500157172263157760_n

37201606_1431596150273574_2401331518162075648_n

37173717_1828035420625588_4601720380040675328_n — копия

37193443_1432952920137897_274332416032636928_n

37304853_1432952700137919_7054215850735173632_n

37249031_1431596440273545_4160875191498440704_n

37147487_1431596840273505_3308504601933643776_n

37223513_1431596410273548_7687827860240728064_n

37161450_1431596380273551_6416967189340880896_n

bbbbbbbbbbbbbbbbbbbbbbb

37192329_1432952736804582_2584981369096503296_n

37253660_1431595786940277_2951657287095156736_n

aaaaaaaaaaaaa

37219238_1431595296940326_7455156137353019392_n

37228328_1431595636940292_563118191585263616_n

37271094_1431595236940332_8700598169592922112_n

37241366_1431595926940263_1564540072059994112_n

37211712_1431595133607009_1650983229559144448_n

 

37183275_1431595403606982_8074651336680931328_n

37123975_1431596760273513_6446946881405714432_n.jpg

37113457_1431596706940185_5738578728435318784_n.jpg

Sonda Etibar Həsənzadə ilə qısa müsahibəni təqdim edirik. Etibar müəllim tədbir haqqında düşüncələrini belə ifadə etdi:

“Dünən 14.07.2018-ci il tarixində böyük ustad dayım Əli Əkbər Həsənzadənin həyat və fəaliyyəti haqqında yazdığım “Nurla gəldi, nurla yaşadı, nurla getdi” kitabımın “Agora” restoranında təqdimatı keçirildi. Kitabın tərtibatını gənc rəssam Hikmət Əliyev vermişdir. Tədbirdə Əli Əkbər Həsənzadənin yaxın dostları, tələbəlləri və qohumları iştirak edirdilər. Tədbirin aparıcısı hacı Ramin Həsənzadə idi. Tədbirdə dayımın yaxın dostlarından olan, uzun müddət Azərenerjidə müxtəlif vəzifələrdə işləmiş, “Çərəkə”, “Quran oxumağı öyrənək” və “Namaz” kitablarının müəllifi hacı Üzeyir Məmmədli, uzun müddət San-Marino Beynəlxalq Elmlər Akademiyasında prorektor işləmiş, hazırda Turizm kollecində fəaliyyət göstərən hacı seyyid İbrahim Eyyubov, “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq eksperti, tanınmış hüquqşünas, təcrübəli vəkil Səməd Vəkilov, Əli Əkbər müəllimin müalicə həkimi ATU-nin dosenti, Tibb üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanov, hacı Əhmədağa Bağırov, AMEA-nın Kataliz və Qeyri üzvi kimya institutunda aparıcı mühəndis işləyən Əbdüləhəd Tağıyev, hacı Yaşar Əkbərov, Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinin Memarlıq fakultəsinin Baş müəllimi Cavid Əliyev, “Qafqaz-Media”İB-nin sədri hacı Azadə-Taleh Abbasqızı, “Məhsəti Şairlər Məclisi”İB-nin sədri, şairə Cəvahir Qaraqızı, Vision TV, Qafqazmedia.az saytında Türkiyede Gazeteci, İngilizce Filoloji, Siyaset bilimi, Yazar.Ülkər Piriyeva, Yazarlar.az saytının rəhbəri, şair-yazar Zaur Ustac, ADPU-da Elmi işçi və müəllim Elvan Cəfərov, ilahiyyatçı, yazar, araşdırmaçı Mahir Şəkərov və digər qonaqlar çıxış etdilər. Tədbir boyu, çıxışlar arasında Əli Əkbər Həsənzadənin səsləndirdiyi, sözləri mənə aid olan şeirlərin video çarxları nümayiş etdirildi. Bütün tədbir iştirakçılarına kitablarım hədiyyə olundu. Dəvətimi qəbul edib tədbirə gələn bütün dostlara təşəkkürümü bildirirəm.”

Sağ olun, Etibar müəllim. Bir daha Sizi təbrik edir, uğurlarınızın davamlı olmasını uca Yaradandan arzu edirik.

 

 

YAZARLAR.AZ

ETİBAR HƏSƏNZADƏ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

25507916_1238464646253393_4331347164814641892_n

Bu gün  “Agora” şadlıq evində gənc yazar Etibar Həsənzadə  “NURLA GƏLDİ, NURLA YAŞADI, NURLA GETDİ” adlı yeni kitabının  işıq üzü görməsi münasibəti ilə  “YAZARLAR”-IN  YAZARI  “ZİYADAR”  MÜKAFATINA layiq görülüb. Mükafatı Yazarlar adına Zaur Ustac təqdim edib.

37223513_1431596410273548_7687827860240728064_n

37161450_1431596380273551_6416967189340880896_n

 

YAZARLAR.AZ

 

ETİBAR HƏSƏNZADƏ YENİ KİTABINI TƏQDİM ETDİ

GƏNC OLMASINA BAXMAYARAQ, KİFAYƏT QƏDƏR TANINIMIŞ – ONU ÖLKƏMİZİN HÜDUDLARINDAN KƏNARDA DA YAXŞI TANIYIRLAR… – YAZAR ETİBAR HƏSƏNZADƏ ÖZÜNÜN ALTINCI KİTABINI OXUCULARINA TƏQDİM ETDİ. MÜƏLLİFİN  “NURLA GƏLDİ, NURLA YAŞADI, NURLA GETDİ” ADLANDIRDIĞI, 600 SƏHİFƏLİK KİTABI ELƏ İLK GÖRÜŞDƏCƏ  ƏTRAFINA OLDUQCA MÜXTƏLİF KATEQORİYADAN VƏ YAŞDAN OLAN OXUCU KÜTLƏSİ TOPLAYA BİLMİŞDİ. BAKI ŞƏHƏRİ, AZADLIQ 176 ÜNVANINDA, “AGORA” ŞADLIQ SARAYINDA  BAŞ TUTAN TƏQDİMAT MƏRASİMİ ƏSL ƏDƏBİYYAT HADİSƏSİ OLUB, ƏDƏBİ MƏCLİSLƏRƏ XAS BÜTÜN XÜSUSİYYƏTLƏRİ ÖZÜNDƏ ƏKS ETDİRMİŞDİR.

37015874_1429059453860577_7480058937555812352_n

TƏDBİRDƏN  FOTOLAR:

37193413_1431596026940253_551361723634810880_n

37241366_1431595926940263_1564540072059994112_n

37219238_1431595296940326_7455156137353019392_n

37131084_1431595993606923_5679735782399541248_n

37228328_1431595636940292_563118191585263616_n

37193443_1432952920137897_274332416032636928_n

aaaaaaaaaaaaa

37105297_1431595846940271_5635984788801191936_n

37223513_1431596410273548_7687827860240728064_n

37271094_1431595236940332_8700598169592922112_n

37173717_1828035420625588_4601720380040675328_n — копия

 

YAZARLAR.AZ OLARAQ, ERİBAR HƏSƏNZADƏNİ BİR DAHA TƏBRİK EDİR, YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. UĞURLARIN BOL OLSUN ETİBAR!!!

YAZARLAR.AZ

SADİQ QARAYEV RUSİYA YAZIÇILAR İTTİFAQINA ÜZV QƏBUL OLUNDU.

TANINMIŞ YAZIÇI, ALİM SADİQ QARAYEV RUSİYA YAZIÇILAR İTTİFAQINA ÜZV QƏBUL OLUNUB. BU MÜNASİBƏTLƏ YAZARIMIZI TƏBRİK EDİR, UĞURLARININ BOL OLMASINI DİLƏYİRİK. GÜN O GÜN OLSUN Kİ, “AZƏRBAYCANLI  ALİM  SADİQ QARAYEV  NOBEL  MÜKAFATI  ALDI”  – XƏBƏRİNİ  YAYIMLAYAQ. UĞURUNUZ UĞURUMUZDUR…32350142_121024032101235_488715987785351168_n

YAZARLAR.AZ

Mənbə:Sadıq Qarayev

 

 

 

QA(E)QB -in Ali Məclisinin iclası keçirilib

aaac

Bu gün Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin Ali Məclisinin qurumun nizamnaməsinə uyğun planlaşdırılmış növbəti iclası keçrilib. İcası giriş sözü ilə birliyin sədri Rizvan Talıbov  açıb. Yetərsay yoxlandıqdan sonra gündəlikdə duran məsələlərin həllinə başlanılıb. Əli Vəliyev yekdilliklə QA(E)QB -in Ali Məclisinin sədri seçilib. Sonra növbə ilə Ali Məclis sədrinin müavinləri, idarə heyyəti və digər daxili komitə sədirləri, onların müavinləri səs vermə yolu ilə seçilib təsdiqləniblər. İclas zamanı Ali Məclis üzvüləri, qonaqlar maraqlı təkliflərlə çıxşılar edib, qarşıda duran ən ümdə  vəzifə və tapşırıqları  bir daha dəqiqləşdiriblər.

YAZARLAR.AZ

KİTABI BAĞLANAN YOL – BALAYAR SADİQ.

35332504_1306899926109810_2671989005557432320_n

KİTABI BAĞLANAN YOL

Kəndimizə gedən yolların
kitabı bağlanıb,
oxumağa kimsə yox,
yollar kəndimizi oxuyur indi.

Kəndimizin oxumaq həvəsini
biz öldürdük
oxuduğumuz kitablarla…
hər gün bir kitab ayrıldıq
kənddən
kəndi kitabsız qoyduq…

Kitabla kənd arasında
göydələn meşələr,
dənizlər, limanlar,
Qibləyə gülümsəyən
səhra yolları,
Qoca Şərqin göz yaşlarında
yuyunan şeytan təbəssümü,
Hökmdarların hakimiyyət qorxusu
bir ovuc adam,
bir qurtum it,
çidarlanmış zaman,
alnını ovuşduran Şuşa,
Allaha yetməyən məktublar
və mən
və mənim gözlərimdən
tökülən bu şeir
və bir də
önümdə kitabı bağlanan yol….

Müəllif:  Balayar Sadiq

QA(E)QB -nin II Qurultayı Mehriban Sadiqovanın təqdimatında:

Minlərlə azərbaycanlının öz doğma torpaqlarından-qərbi Azərbaycandan qaçqın düşməsi və hələ də bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmaması Azərbaycanın haqq səsinin eşidilməməsi amillərindəndir.Tarixi ərazilərimizə qayıdış adlı böyük missiyanı boynuna götürmüş Qərbi Azərbaycana Qayıdış birliyinin 30.06.2018-ci il tarixdə ll qurultayı keçirildi.Qurultay Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımız uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinin anılması ilə başlandı.Qurultayın sədri və katibləri seçildikdən sonra,Irəvan,Göyçə ,Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz hökmən tarixi torpaqlarımıza qayıdacayıq fikirləri yer almış ,eyni zamanda Qərbi Azərbaycan mahalları haqqında məlumatlar əks olunmuş vidio-rolikin nümayişi oldu.Sonda açıq səsvermə ilə Rizvan Talıbov yenidən Qərbi Azərbaycana Qayıdış birliyinin sədri seçildi.Qurultayın Respublika Prezidentinə müraciəti qəbul olundu. Tədbirdən fotolar:

36478201_2081357278787879_1742240800583974912_n

36428332_2081357832121157_5106360891083849728_n.jpg

36417479_2081357745454499_8801700071948156928_n

36527952_2081357475454526_5684966279471955968_n

36398963_2081357675454506_222638760888631296_n

 

36444361_2081357975454476_5615450004698169344_n.jpg

36471647_2081357352121205_2729826048777650176_n

36476715_2081358085454465_4980698548958920704_n

Mənbə: Mehriban Sadiqova