ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR

 

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

 

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN

2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

 

YAZARLAR.AZ

Advertisements

ZAUR USTAC HAQQINDA İKİNCİ KİTAB

QTFS

Redaktor və rəssam: Şəhin Senayi Fərd.

رئداکتـــور و رســـام :  شهین ثنایی فرد

 

Hacıxanım AİDA

“OTUZ ŞEİR, OTUZ FİKİR(Zaur Ustac və şeirləri haqqında)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-004-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının   30   illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-04-ZU) – Şairin   tərtibçilər  tərəfindən  əsasən “OTUZ  İLDİR, ƏLDƏ QƏLƏM” adlı  kitabından təsadüfi  qaydada  simvolik  olaraq  seçilmiş  otuz  şeiri  və tanınmış  ziyalılarımızın; şairlərin, yazıçıların, müəllimlərin, filoloqların, psixoloqların,  həkimlərin, daimi  oxucuların  fikirləri  yer almışdır.

KİTAB PDF FORMATDA BURADA:  HXA-OTUZFİKİR

 

Hacıxanım AİDA

AĞ ÇİÇƏYİM – ZAUR USTAC.

 

KA

 

AĞ ÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!

06 may 2010

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“GÜNAYDIN” (AĞÇİÇƏYİM) kitabından.

ZAUR USTAC HAQQINDA KİTAB

omuran k

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-20-ZU) – Şairin  icazəsi  ilə   tərtibçilər  tərəfindən  ümumi  istifadədə  olan,  əsasən  müxtəlif internet  mənbələrindən  toplanaraq  seçilmiş  fotolarından istifadə olunmuşdur. Bundan  əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir.  PDF: HXA-OMURAN

Hacıxanım AİDA

 

Hacıxanım AİDA “ÖMRÜN ANLARI” kitabı – Zaur  Ustac haqqında.

omuran k

Kitab dörd hissədən ibarətdir:

  • Birinci hissə
  • İkinci hissə
  • Üçüncü hissə
  • Dördüncü hissə

 

Birinci hissədə  .  redaktor Şəhin Senayi Fərd  xanım  tərəfindən tərtib və tərcümə olunmuş qısa məlumat  iki qrafika və dörd dildə verilmişdir.

 

İkinci hissədə isə yazarın 1988 – 2018 ci illər arasında müxtəlif yerlərdə və məqamlarda çəkilmiş fotoları yer almışdır. Fotolar elə seçilib ki, şairin qeyd olunan zaman aralığındakı həyat və fəaliyyətini mümkün qədər əhatə etsin.

 

Üçüncü hissədə müəllifin kitabları – fotosu və pdf yer alıb.

 

Dördüncü hissədə otuz illik yubiley tədbirləri haqqında.

 

Redaktor və tərcüməçi: Şəhin Senayi Fərd.

:  شهین ثنایی فرد رئداکتور و ته رجومه چی

Hacıxanım AİDA

“ÖMRÜN ANLARI(Zaur Ustac haqqında  fotolar danışır)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-020-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-20-ZU) – Şairin  icazəsi  ilə   tərtibçilər  tərəfindən  ümumi  istifadədə  olan,  əsasən  müxtəlif internet  mənbələrindən  toplanaraq  seçilmiş  fotolarından istifadə olunmuşdur. Bundan  əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir. Buyurun, ardını Sizə fotolar danışacaq. Kitab  PDF  formatda: HXA-OMURAN

 

Vahid ÇƏMƏNLİ – Kövrək misralar ustası Zaur Ustac.

otuzfscild

Kövrək misralar ustası Zaur Ustac!

Bəzən söz ovuna çıxırsan, bəzən də söz sənin ovuna çıxır. Zaur Ustacda hər ikisi var. O həm gözəl söz deyə bilən, həm də gözəl sözə dəyər verən şairdi. Zaur Ustacın söz dünyası çox rəngbərəngdir. Çünki misralarına canı qədər sevdiyi Azərbaycanın hər bir guşəsinin min bir rəngi hopub:

“Gəzdim, bu torpağı, mən oymaq-oymaq,

Ən adi daşa da olmuşam qonaq,

Hər otun, çiçəyin halın soraraq,

Sinəmə yığdığım, sözüm var mənim…”

Zaur Ustac gələcəyə nikbin baxan şairdi. Bu nikbinlik el aşığı dədə Ələsgərə həsr elədiyi şerdə öz gözəl əksini tapıb:

“Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!..”

Sözünə, qələminə qüvvət ey söz ovçusu!

Mənbə: Vahid Vahid

Qəlbimin nəğməsi – Sona Abbasəliqızı.

33709773_592629094442565_7091358642011635712_n

 

Qəlbimin nəğməsi.

(28 may günü münasibetile)

Vüsal nəğməsidir amalım mənim,
Yox özgə istəyim,gümanım mənim.
Bütövlük eşqidir ünvanım mənim,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Ürəyə işıqdır,ruha qidadır,
İçimdə hər misra doğmalıq dadır.
Milyon -milyon qəlbdə coşan nidadır,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Tozludur tarixin döyüş yolları,
Talanıb yurdumun sərvəti, varı,
Mən uca sanmışam namusu, arı,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Hikmət dastanının əlifbasıyam,
Cahanı dolaşan saz havasıyam.
Xətai ruhunun pak aynasıysm,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.

Vətən intizarı yollara yağır,
Ruhum qərib-qərib boylanır, baxır.
Çoxdan ürəyimdə bir Araz axır,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş AZƏRBAYCANAM.
28.05.2017

Müəllif:  Sona İsmayılova

Yandırma Aşıq – Lilpar Cəmşidqızı.

26838f2db0

Yandırma Aşıq

Yenə sıralanıb dərdin dağları,
Gözümdə yaş olub, ömrün çağları.
Sızlayır dilimdə sevda bağları,
Məni “Sarıtellə” yandırma, Aşıq.

Ürək məskən etdi özgə diyarı,
Düşmüşən obamdan, elimdən ayrı.
Görmürəm vəfasız dostumu, yarı,
Məni “Sarıtellə” yandırma, Aşıq.

Bir göl sonasıydım, teli şanalı,
Bir nazlı gözəldim, əli xınalı.
Yaşayırdım, mən Atalı, Analı,
Məni “Sarıtellə” yandırma, Aşıq.

Deyərdilər, mənə dağlar maralı,
Dolaşardım dərddən, qəmdən aralı.
İndi olub dilim, könlüm yaralı,
Məni “Sarıtellə” yandırma, Aşıq.

Şehli çəmənlərin gözləri dolub,
Uca dağlarımın lalası solub.
Yaman kövrəlmişəm, bilmirəm nolub,
Məni “Sarıtellə” yandırma, Aşıq.

Ömür karvanında çəkilir köçüm,
Yaman darıxram o yerlər üçün.
Bu Dünya gülmədi üzümə neyçün?
Məni “Sarıtellə” yandırma, Aşıq.

Gələydi görüşə yenı gəncliyim,
Bitəydi qoynunda ömrüm, dincliyim.
O həsrət günləri çözülməz düyün,
Məni “Satıtellə” yandırma, Aşıq.

Deyilən hər kəlmə xətrimə dəyir,
Zaman gecə-gündüz qəddimi əyir.
Lilparam, yenə də səsim titrəyir,
Məni “Sarıtellə” yandırma, Aşıq.

Müəllif: Lilpar Cəmşidqızı

Zaur Ustac – YUBİLEY TƏDBİRLƏRİ.

Zaur Ustacın ədəbi yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində xaqtirə markası buraxılıb. İki nümunədə olan poçt markaları Zaur Ustacın portiret təsviri və “Otuz ildir əldə qələm” adlı kitabının cildindən istifadə olunmaqla hazırlanıb:

marka h.jpg

Birinci nümumnə: marka zu

İkinci nümunə:   marka k

QISA ARAYIŞ:

24 May 1988 – ci il  Zaur ustacın “Əməyə məhəbbət” adlı  ilk məqaləsi  Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) YAZI OLAN ORİJİNAL SƏHİFƏNİN FOTO SURƏTİ :

a

YAZARLAR.AZ

 

Zaur Ustac – Poçt Markası.

Zaur Ustacın ədəbi yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində xatirə markası:

marka zu

YAZARLAR.AZ