“Quyruqdoğdu” – Quyruq dondu…

13872386_1165698396823309_2073438886_n

Xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü “quyruqdoğdu” adlanır. “Quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılmışdır. Təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq, müəyyən işlər görülərdi. Ancaq onu da qeyd edək ki, maldarlıq təsərrüfatında yayın ikinci dövrü “quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruqdondu” adlandırılmasının səbəbi aşağıdakı kimi izah edilir. Deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. Demək, ad da buna görə verilib. Onu da deyə bilərik ki, Naxçıvanın bəzi bölgələrində bu dövr “quyruqdoldu” adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin toplanmış materiallardan məlum olur ki, bu nə quyruğun donması, nə də quyruğun dolması ilə bağlı deyil. Çünki bu vaxtdan təsərrüfatın digər sahələrində, atmosferdə də dəyişiklik əmələ gəldiyi müşahidə edilir. Beləliklə, “quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda (avqustun 5-i) quzu qırxımına başlayırdılar.

Nənələrimiz danışırlar ki, yaxşı pendir tutmaq üçün “quyruqdoğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutular. El arasında bu cür pendirlərə “payız pendiri” deyərlər. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.
Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olardı. Əkinçilərin dediyinə görə, “quyruq doğana” qədər ot-küləş yığılmazdı. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq “quyruq doğandan” sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar.
Mövsümi müşahidələrə görə, “quyruq doğanda” sular yerin altına batar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.
Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Bu durum xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Babək rayonunun Nehrəm kəndindən toplanmış materiallara görə, “quyruqdoğdu”dan sonra əqrəblər çoxalmağa başlayar. Bu da çox güman ki, havaların sərinləşməsi ilə əlaqədardır.
İllik turpu isə xalq təqviminə görə, “quyruqdoğdu”dan sonra, arpa-buğdanın yerinə əkərlər.
Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyar.
Son olaraq qeyd edək ki, xalqın min illərlə yaddaşına hopmuş, sınaqlardan çıxmış inamlar sistemini, məişət münasibətlərini, uzun inkişaf yolu keçmiş empirik bilikləri, xalq meteorologiyasını, feneologiyasını hərtərəfli araşdırmaq, xalqın yaddaşına yenidən qaytarmaq lazımdır. Çünki bu təqvim həm də ənənəvi təsərrüfatla məşğul olan hər bir insanın iqtisadi həyatının əsasını təşkil edir.

Müəllif: Kirman Rustemli

 

Advertisements

ZAUR USTAC – SƏHVLƏRİMİZ.

26838f2db0

SƏHVLƏRİMİZ

 

Adəmlə başladıq səhv eyləməyə,

Bir alma dəyişdi qədərimizi…

Sevinci bölməyə dost axtarmadıq,

Paylaşmaq istədik kədərimizi…

*     *     *

Səhv bir mi, iki mi,  sayasan bir-bir…

Səhvi səhv üstünə yığdıq hər zaman…

Zaman çox dəyişdi, dəyişdi nə var,

Ancaq, xasiyyətin dəyişmir insan…

*     *     *

Kağız bəxş eylədi, yazaq, oxuyaq,

Öpüb göz üstünə qoyurduq onu…

Ayaq uzatmağı günah bilirdik,

(Ağız, burun sildik, bəs eyləmədi…)

İndi haralara vurmuruq onu???

*     *     *

Dəyərlər aradan çıxır birbəbir,

Çörək də müqəddəs sayılmır daha…

Səhvlər qalaq-qalaq yığılır, artır,

Bədəllər ödənir ömürdən baha…

*     *     *

Bakir yox, bəkarət axtara indi,

Xeyir – bərəkət də çəkilib ərşə…

Dədədən, babadan qalma inanclar,

Ucqar bir  komada  bükülüb fərşə…

*     *     *

Ulaqla yabıdan döl tutan insan,

Heyvanı bitkiyə calaq eylədi…

Siçanla, pişiklə izdivac edib,

Gül kimi övrətin talaq eylədi…

*     *     *

Olub keçənlərin yazsaq hamısın,

Nə qələm tab eylər, nə kağız çatar…

Arif ilk kəlmədən duyar mətləbi,

Boşboğaz boşuna boğazın yırtar…

*     *     *

Yol-iriz doludu, biz tökən mıxla,

İndi addımbaşı ayağa batır…

Qazana bişməyə nə atmışıqsa,

Bişəndə özünü qaşığa atır…

*     *     *

Haqqın nizamını heçə sayanlar,

Çox dəqiq nizamın zərrəsiyik biz…

Bu  gün  qarşımıza çıxar həmişə,

Dünəndən aynaya düşən əksimiz…

 

07.08.2018. Bakı.

Müəllif: Zaur Ustac

.© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

Zaur Ustac – “Bu yay da belə keçdi” -Allah bilir daha neçə belə yaylar keçəcək…

36675542_1812988142130316_59716760

“Bu yay da belə keçdi” -Allah bilir daha neçə belə yaylar keçəcək…

(Vahid Çəmənlinin “Bu yay da belə keçdi” kitabına yazılan ön söz.)
«Bu yay da belə keçdi» -yə keçməzdən əvvəl Vahid Çəmənli adının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Vahid Çəmənli — bu imzadakı Vahid elə Vahiddir bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki, qaldı Çəmənliyə bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları ilə məşhurdur. Bu gün belə oğullardan biri Vahid Çəmənlinin sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Vahid poeziyası elə zəngin və rəngarəngdir ki, onun bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapıb, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya, digərində zəmanənin çirkin insanlarının eybəcər əməllərinə için-içindən gedənə qədər acı-acı gülə, bir budağında tənhalıqdan üşüyən zaman isinə, digərində isə üz qızardan əmməlləri görməmək üçün qaçıb, gizlənmək, necə deyərlər sərinləmək olar… Söz istidən düşmüşkən gələk «Bu yay da belə keçdi» məsələsinin üstünə… Vahid qardaşım bu işə Sənin əsrin dördə birindən çox vaxt ərzində gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyün bu qollu-budaqlı söz ağacının (lap həyətimizdəki, Ağdamın dörd bir tərəfi görünən hündür qoz ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxdıqda belə görünür ki, «bu xəmir hələ çox su aparacaq…»

«Qardaşım, bu söhbəti hər gecə təkrarlanan bir yuxu ilə yekunlaşdırmaq istəyirəm. Ancaq, yuxuya keçməzdən də əvvəl onu qeyd edim ki, mən yuxu məsələləri üzrə mütəxəsisəm və bu barədə də köklü-köməcli bir yazım var. Hər bir yuxunun istər iradi, istərsə də qeyri — iradi bir əsası olmalıdır. Yəni mən yuxumun iki iradi əsasını reallıqda görmüşəm. Bunun birincisi Biçənək aşırımında Naxçıvanın dövlət sərhəddində əsas magistral asfalt yolun üzərinə tökülmüş, lap Qarqadan yığılan qrabilə oxşayan bir-neçə «samasvalt» şeben, bir də Dördyoldan üzü Ağdama tərəf gedəndə yolun üzərindəki topalar (Aqil Abbasın filmində) …
Hə indi gələk yuxuya — hər gecə yuxumda görürəm ki, reallıqda gördüyüm bu topalar kimi topanın üstündən keçib Tək Söyüdün yanından sevinə-sevinə kəndimizə tərəf gedirəm, qəflətən üzümlükdən çıxan öz əsgərlərimiz məni tutub saxlayırlar ki, bəs, sən qayda-qanunu pozmusan belə olmaz. Kor-peşiman yuxudan oyanıram. Səhərə qədər də yuxunun təsirindən çıxa bilmirəm, deyirəm, elə bu saat gəlib məni aparacaqlar. Indi mənim qardaşım, bizimki qalıb ancaq, Allaha. Uca Yaradan özü bizə kömək olsun.

Bu işlər düzəlsin, Sənin bu söz ağacın da ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşaallah…

Var ol, qardaşım, Allah uzun ömür, can sağlığı versin, yaz, yarat…

02.08.2018.

Bakı.

Hörmətlə: Zaur Ustac.

MÖVLUD AĞAMMƏD YENİ KİTABINI TƏQDİM EDİB.

 

37881318_1844716375584703_8841613039821127680_n

Bu günlərdə daha bir şairimiz yeni – ilk kitabı ilə oxucuların görüşünə gəlib. İlk kitabı olsa da Mövlud Ağamməd imzası oxuculara yaxşı tanışdır.  Şairin təqdim etdiyi “SƏN ÖMRÜMÜN BƏNÖVŞƏSİ” adlı kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Şair Mövlud Ağəmməd yeni kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layiq görülüb.

37600737_2186180478260917_2693256257678082048_n

 

Şair öz hislərini belə ifadə edib: “Anamla bölüşdüm ilk kitabımın sevincini.Evə çatar-çatmaz bağlamadan bir kitab götürüb birnəfəsə qaçdım anamgilə.Həyətdə idi anam…Əı ağacına söykənib dayanmışdı.
Yaxınlaşdım…Həyəcanlı idim.Titrəyən əllərimlə kitabı uzatdım:
-İlk kitabımın sevincini ilk olaraq səninlə bölüşürəm,ana,-dedim.
Kitabı aldı,o üzünə, bu üzünə baxdı.Kitabqarışıq bağrına basdı məni,üzümdən öpüb titrək səslə dedi:
-Heyif ki,oxuya bilmirəm,balam.
Sol əlinin arxası ilə göz yaşlarını sildi:
-Ancaq sənin taleyini əzbər biıirəm…Allah həmişə səni sevindirsin..
Bu,anamın sevinc hisləri idi,kədərqarışıq sevinc…Anam mənim üçün sevinirdi.Həmişə qüssəli görünən oğlu üçün…”

13230248_1767723440106625_6601448581445216433_n

Uğurlarınız bol olsun, Mövlud müəllim. Bir daha təbriklər, xeyirli-uğurlu olsun!!!

YAZARLAR.AZ

 

“YAZARLAR”-I OXUYAN ÖLKƏLƏR

WWW.YAZARLAR.AZ  HAQQINDA MARAQLI STATİSTİKA:

devlet

2018 – ci ilin ilk 6 ayının nəticələrinə əsasən belə bir statistika bizim üçün də maraqlı idi. Bizi hansı ölkədə daha çox oxuyurlar. 28.07.2018 saat 11:00 – a olan məlumata əsasən statistik cədvəl yuxarıda verilmişdir. Çox maraqlı ilk doqquzluq formalaşıb. İlk üçlük Azərbaycan, ABŞ və Türkiyədən ibarətdir. Düşünürük ki, ABŞ – ın  sırada dördüncü olan Rusiyanı və hətta Türkiyəni qabaqlayıb ikinci olması Amerikada yaşayan türkdilli həm vətənlərin Azərbaycan həsrətindən və təəssübkeşliyindən qaynaqlanır. İlk doqquzluq belədir:

  1. Azərbaycan
  2. ABŞ
  3. Türkiyə
  4. Rusiya
  5. Hindistan
  6. İrlandiya
  7. Almaniya
  8. Gürcüstan
  9. Ukrayna.
  10. ……. Ölkələr kateqoriyasında ən maraqlı məqam demək olar ki, həmən-həmən Afrikanın bütün ölkələrindən bir dəfə olmuş olsa belə ziyarət var.

Statistikanın ikinci maraq obyekti  haradan daha çox keçid olması idi.  Təbii ki, bütün digər saytlarda olduğu kimi burada da  liderlik Facebooka məxsusdur:

dev

Çox maraqlı halla qarşılaşdıq, cədvəldən də göründüyü kimi Facebook hətta ümumilikdə digər bütün axtış sistemlərindən gələn keçidlərin cəmini də əhəmiyyətli dərəcə də qabaqlayır. Bu onu göstərir ki, Facebook  elektron kütləvi informasiya vasitələrinin əsl  hamisi, onları ayaqda saxlayan dayaqdır. Onu da əlavə etsək ki, bu statistik məlumat, heç bir reklam və maddi marağı olmayan ədəbiyyat saytına aiddir. Bu halda daha maraqlı təəssüratlar oyanır. İndi gələk statistikanın üçüncü sualına ən çox hansı söz axtarılıb. Bu cavab insanı daha çox duyğulandırır. “ANA” sözü, “ANA” şeiri axtarışı ən çox axtarılan  kəlmə olub.

YAZARLAR.AZ

 

Zaur Ustac QARABAĞ ATI şeiri

qat

QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!!
Tanrı ərmağanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!
* * *
Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, ola xatası,
Telinin əksikdi, şana, fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!
* * *
Cahanı edibdi, özünə heyran,
Utanar baxmağa üzünə ceyran,
Tüm aləm səkməyən gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!
* * *
Qumralı, səkili, məxsus qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir oylağında donuz çoşqası,
Küskündü, incikdi, Qarabağ Atı!!!!
* * *
Bir dünya incisi çəkir əziyyət,
Əriyir, yox olur, itir məziyyət,
Ustaca tanışdır təbir, vəziyyət,
Köçkündü, qəribdi Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15′) . Bakı.

Müəllif: Zaur Ustac

.© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #azərbaycan #qarabağ #ağdam #yusifcanlı #qarabağatı #qaçqın#köçkün #incik #qaşqa #səkil

23 İYUL – “BİZ NİYƏ ÖLMÜRÜK???”

13709828_868281526638321_2286484615479056850_n — копия

… SADƏCƏ  OLARAQ  DEMƏYƏ,  YAZMAĞA  SÖZ  YOXDUR….

Dədə Ələsgərdən  bir misra xatırlatmaq istəyirəm:

 

“Arsız aşıq elsiz necə yaşadı,

Ölsün Ələsgər tək qulların, dağlar…”

 

O vax çərxi-fələk elə dövran etdi ki, Ustada yurda dönüb, torpağa qovuşmaq nəsib oldu. Bizim nəsibimizdə bu xöşbəxtlik varmı görəsən ??? Mənim evimin bugünkü vəziyyəti:

 

23 İYUL 2018.  Bakı. (Xəzərin sahilinə çatmışıq…)

Müəllif: Zaur Ustac