Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir… – İldırım Əkbəroğlu.

35082891_139802596890004_6003989324868091904_n

Şerin, poeziyanın məskəni, şer kimi formalaşdığı yer, əlbəttə ki, ürəkdir. Ona görə də şeri oxuyarkən o, oxucunun qəlbini çırpındırmalıdır, ürəyini şirin-şirin döyündürməlidir. Bununla bərabər, şerin sevilə-sevilə oxunması üçün, bu şerdə yeni fikir olmalıdır, oxucunun başqa şerlərdə oxumadığı yeni mənalar olmalalıdır. Son zamanlar oxuduğum şerlərin içərisində, yuxarıda dediyim fikirlərə, yüksək dəyərli mənalara Zaur müəllimin poeziyasında tez-tez rast gəlmək olur ki, bu da, tanınmış şairimiz Zaur Ustacı öz oxucularına sevdirir. Zaur müəllimin “Dünya” şeri onun oxucuları tərəfindən bəyənilmiş yeni fikirli şerlərindən biridir. Belə ki, dünya adına yazılmış bir çox şerlərdə günahkar kimi dünya tanınır, qınaq yeri dünyadır. Lakin, Zaur müəllimin bu şerində, haqlı olaraq günahgar dünyanın deyil, özünü apara bilməyən insanlarda olduğunu poetik şəkildə oxucunun diqqətinə çatdırır. Doğurdan da,  axı dünya neyləsin? – imkan verir ki, insan yaradıb qursun, təbii sərvət verir ki, dolansın.İnsanın da, mini yaradıb qurur biri yandan çıxıb, illərlə yaradılanları məhv edir, dağıdır. Dünya neyləsin axı, gözləri dünyanın ona verdiyi tükənməz maldan doymur,gedib özgəsinin də əlində olanını tutub alır. Ancaq, sonunda insan özü ilə heç nə aparmır və əli boş dünyadan köçüb gedir. Yenə də dünyanın malı dünyanın özünə qalır. Bütün bu dediklərim Zaur müəllimin üç bəndlik şerindən çıxan mənalardır ki, bu möhtəşəm fikirləri , bu böyük mənaları kiçik bir şerdə ifadə etmək Zaur Ustac kimi böyük şair bacarar. Bu gözəl şerə görə Zaur müəllimə oxucular adından təşəkkür edirəm və həmişə olduğu kimi, yenə də, onun gözəl şerlərini oxumaq üçün səbirsizliklə gözləyirəm!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Advertisements

İldırım Əkbəroğlu Zaur Ustacın “DOSTUM” şeiri haqqında.

28577750_212270522847643_3044543277715058320_n

Mənəvi dünyamıza çağırış,saflığa, mənəvi təmizliyə çağırış… Nə gözəl olar insan bu çağrışa qoşulub yaşadığımız bu dünyada addımlarını həyat yolunda düz ata, ətrafına boylanıb yaxşını, pisi seçib, yaxşını qoruya, pisi təmizləyə, vətənini, elini , obasını ürəkdən sevə, vətəninə ürəkdən vətəndaşlıq edə… Zaur Ustacın bu şerində bütün bunlar ətrafına, dostuna, yaxın bildiyinə və canından çox sevdiyi vətəninin vətəndaşlarına töfsiyəsidir, məsləhətidir. Hər insanın əməlləri öz hərəkətinə uyğun, davranışına uyğun öz layiqli cavabını alacaq bir gün, çünki, hər insanın əməlləri görünür, bilinir, hiss olunur, pisin cəzası, yaxşının hədiyyəsi-Ulu Tanrının əlindədir. Bütün bu dediklərim Zaur müəllimin şerini oxuyub gəldiyim fikirdir və Zaur müəllim bu şeridə də öz poetik fikirləri ilə mənəvi aləmimizi oxucularına açır və öz müdrik tövsiyələri ilə, hər bir vətəndaşın, hər bir kəsin düz addımları ilə vətəninə, elinə-obasına gərəkli bir vətəndaş olmasına çağrış edir. Çox gözəl şerdir, Zaur, əzizim! Bu təbi, bu istedadı sizə verənə şükürlər olsun, Yazan əlləriniz var olsun!

İLKİN  MƏNBƏ:

 

YAZARLAR.AZ

15 SENTYABR – ZƏFƏR GÜNÜMÜZ QUTLU OLSUN !!!!

29214882_349674608877576_4922587190472474624_n

BAYARMIMIZ MÜBARƏK – ZƏFƏR GÜNÜMÜZ QUTLU OLSUN !!!! GÜN, O GÜN OLSUN Kİ, QARABAĞIMIZI AZD EDƏK…. BUNUN BAŞQA YOLU YOXDUR : GEC-TEZ İKİ QARDAŞ OrDU LAÇIN DƏHLİZİNDƏ GÖRÜŞƏCƏK…

10615521_609036789229464_6259883448738916348_n

YERİ GƏLMİŞKƏN, 90-CI İLLƏRİN ƏVVƏLLƏRİNDƏ DƏ BİZİM YANIMIZDA OLUB, ORDU QURUCULUĞUNDA DƏSTƏKLƏYƏN TC ZABİTLƏRİNİ (1993 – Yüzbaşı Serdar BİLGE, Minbaşı Levent bey timsalında) SALAMLAYIRAM…(dünyasın dəyişənlərə Allahdan rəhmət diləyirəm…)

41755243_1170685179748796_3224470659094544384_n

MÖHTƏŞƏM YÜZ İL – BAKI O GÜNLƏRİ BELƏ XATIRLADI….

Müəllif:   Zaur Ustac

Zaur Ustac: Bir budaqdan üç yarpaq…

zaur ustac dostum

DOSTUM

 

Dostum, haqq yoluna qayıt indidən,

Sonra əməlindən olma peşiman.

Gördüyün işlərə, dediyin sözə

Bir gün, sorğu-sual olacaq inan!

* * *

Yaşama, dünyanı hədər yerə, sən!

Sabahkı gün üçün yaşa bu gündən,

Nəfsin güdazına vermə ömrünü,

Sabahkı yaşayış doğur bu gündən!

* * *

Xülyalar yolunda olma canfəşan,

Arzu, istəyini inam üstə qur!

Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “sur”!

 

06.10.1996. Bakı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HƏQİQƏT

Nə qədər Günəş var, yaşayar insan,
İnsan öz ömrünü son edə bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
* * *
Heçdən heç yaranmır, hrç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!
* * *
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!
* * *
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!

* * *
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstü də,
Heçdən yaranmayıb, heç ola bilməz!

* * *

Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!!!

18.10.1996. Bakı.

 

 

 

 

DÜŞÜNCƏLƏR

 

Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan…
* * *
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu yaradan,
Mayanı tutmuşdu, “sabit” torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!
* * *
Şükür bəzək olsun şirin dillərə,
Ağıl çəpər olsun əsən yellərə,
Düzlük mayak olsun, tüm əməllərə,
Bir gün, bu işlərə hesabatçısan!
* * *
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
“Həsədi”, “həvəsi” qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
* * *
İnam et həmişə axirətinə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!

20.10.1996. Bakı.

 

 Müəllif:  Zaur Ustac

 

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında

35082891_139802596890004_6003989324868091904_n

İldırım Əkbəroğlu Zaur Ustacın “Yarım bardaq” şeiri haqqında:

Təzə şer oxuyanda orada yeni poetik fikir olarsa, o şer oxucu tərəfindən çox sevilir. Sizin şerilərinizdə həmişə həm yeni poetik fikir olur, həm də, axıcılığı, lirik duyğuları ilə fərqlənir. Bu şerinizdə də olan poetik fikiriniz oxucunun qəlbindən xəbər verir. Belə ki,sevdiyin kəsin əli dəyən bardaqda sevdiyinin əl izinin qalması, sevən üçün nə qədər əziz olması fikri heç bir şerdə ifadə edilməyib və bu fikri oxuyanda , doğrudan da, oxucu şerə vurulur və bu şer oxucunun yaddaşında həkk olunur. Zaur, əzizim, şeriniz çox gözəl və mənalı şeridir. Mənə , doğrudan da, çox-çox bədii ləzzət verdi. Bunun üçün sizi təbrik edirəm və sizin gözəl şerilərinizi oxumaq üçün səbirsizliklə gözləyirəm! Allah köməyiniz olsun! Sağ olun, var olun!

İLKİN MƏNBƏ:

YAZARLAR.AZ

Müddətli müqavilə əsasında işə qəbul prosesinin I turu başa çatdı

20170525_091010

 

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu zamanı 1178 namizəd uğur qazanaraq işə qəbul olub. Həmin müəllimlərlə əmək müqaviləsi bir tədris ili müddətinə – cari ilin sentyabr ayının 15-dən növbəti il iyun ayının 14-dək – bağlanılacaq. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar. Həmin müəllimlərə verilən əmək haqqı bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etmiş müəllimlərdə olduğu kimi yeni qaydada artımla ödəniləcək. Nəzərinizə çatdırırıq ki, həvəsləndirmə tədbirlərinin birinci və ikinci istiqaməti tətbiq edilən ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərə sözügedən tədbirlər tətbiq edilməyəcək. Sosial məzuniyyətlə əlaqədar yaranan vakant yerlərdə işləyən müəllimlər istisna olmaqla, tədris ili ərzində müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi ilə bağlı müsahibələr keçiriləcək, uğur qazanmış müəllimlərin daimiləşməsi həyata keçiriləcək.

İLKİN  MƏNBƏ:

Posted by İnsan Resursları Mərkəzi on Tuesday, September 11, 2018

 

YAZARLAR.AZ

İLDIRIM ƏKBƏROĞLU ZAUR USTACIN “GƏL” ŞEİRİ HAQQINDA

28577750_212270522847643_3044543277715058320_n

İLDIRIM ƏKBƏROĞLU ZAUR USTACIN “GƏL” ŞEİRİ HAQQINDA:

Həmişəki kimi, öz gözəl, heyranedici, qəlbləri duyğulandıran şerinizlə oxucu qəlbini fəth etmisiniz, Zaur, əzizim! Bu şerinizin könülləri oxşamasının bir səbəbi , məhəbbətin tərənnümündə arxaik sözlərimizizdən istifadə etməyinizdir. Taxça, boxça, axça… və bu kimi sözlər oxucu qəlbində, zəngin olan dilimizin zəngin ifadələri ilə məhəbbəti, sevgini daha da ülviləşdirir, daha da müqəddəsləşdirir. Məhəbbət haqqında o qədər eyni ifadələrlə, eyni işlədilmiş sözlərlə şerlər oxuyuruq ki, nə sevgini sevgi kimi görə bilirik,görsək də, qəlbimizi onun misraları duyğulandıra bilmir. Siz isə, geniş yaradıcılıq sferasında, hər gələn şerinizdə bir yeni fikirlə, bir yeni qəlbi duyğulandıran mənalarla gəlirsiniz ki, bu da sizi oxucuya sevdirir. Zaur, əzizim, sizi bu gözəl məhəbbət şerinizə görə ürəkdən təbrik edirəm və həmişə olduğu kimi, yenə də sizin yeni-yeni, qəlbləri duyğulandıran şerilərinizi gözləyirəm. Azərbaycan poeziyası öz gözəl şeriləri ilə zəngindir və bu gözəl şerləri, gözəl təbi , gözəl istedadı olan şairlərimiz var ki, onların biri də sizsiniz. Azərbaycan şairləri içərisində , artıq, tanınmış, oxucu məhəbbəti qazanmış bir şairsiniz. Var olun, sağ olun!

İLKİN MƏNBƏ:

 

YAZARLAR.AZ

Gəzdirib, göz-gözə gətirən gözəl… -Zaur Ustac.

ac

 

Gəzdirib, göz-gözə gətirən gözəl…

(Bu gün – 03.09.2018.- 20:00)

 

Bu gün  gördüm onu, otuz il sonra,

Gəzdirib, göz-gözə gətirən gözəl…

Neçə milyon gözün, qaşın içində,

Sezdirib, üz-üzə götürən gözəl…

*        *        *

Qəfil qarşılaşdı baxışlarımız,

Qəbulmu görmüşdü alqışlarımız,

Damla-damla yağdı yağışlarımız,

Süzdürüb, iz-izə itirən gözəl…

*        *        *

Bir xeyli mən baxdım, o sa baxmadı,

Nə Billah eylədim kirpik qalxmadı:

-Allahım, pünhan ox, həmin oxmudu???

Azdırıb, biz-bizə bitirən gözəl…

*        *        *

Qəfil bir baxış da oldu ərmağan,

Gördüm, gözü dolmuş, bağrım oldu qan,

Köksümdə ürəyim qopardı fəğan,

Sızdırıb, döz-dözə ötürən gözəl…

*        *        *

Baxış o baxışdı, qaçış o qaçış,

İllər gözlərindən heç nə almamış,

Giryan görünürdü, bir az təntimiş,

Sazlayıb, naz-naza yetirən gözəl…

*        *        *

Ustac mükafatın alıb həmişə,

Bir daha mat qaldım, bu gün gərdişə:

-Deməli, yol verməz boşa səyrişə,

Gəzdirib, göz-gözə gətirən gözəl…

04.09.2018. (08:00 – 19’) Bakı.

 

 

Müəllif:  Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

 

ZAUR USTAC : ÇAĞDAŞ QARDAŞIM…

 

11992670_541549615996054_127419619_n — копия

ÇAĞDAŞ QARDAŞIM…

(Əsəd Cahangirə)

Müsahib hər zaman olmur mütalib,

Habili qardaşı öldüdü, qardaş…

Mümkünmü,  çağınla olasan çağdaş,

Həzrəti İsanı kim satdı, qardaş???

*        *        *

Qərbdə yandırıblar, Şərqdə asıblar,

Cənubda, Şimalda  dilin kəsiblər,

Yeni söz deyənlər, həp qan qusublar,

Pərvanə yananda xoşbəxtdi, qardaş…

*        *        *

Vüsalı şam olan  pərvanələrin,

Zamanı səhv düşən dürdanələrin,

Ağıldan tac geyən divanələrin,

Zamanı, məkanı bəllidi, qardaş…

*        *        *

Yusifi quyuya saldı  qardaşlar,

Rəsuli – Əkrəmə (s.o.) atıldı  daşlar,

Biləsən, nə qarın, nə zaman, nə də nə “daşlar”,

Heç zaman yandaşı sevmədi, qardaş…

*        *        *

Nəimi namını söküb aldılar,

Nəsimi Haqqını soyub aldılar,

Dahilər hər zaman tənha qaldılar,

Söylə, bunun hansı yalandı, qardaş???

*        *        *

Fərqli düşündülər, geydilər onlar,

Ancaq yaşamaqçün yedilər onlar,

“Zəmanə adamı” olmadı onlar,

Çoxunun taleyi eynidi, qardaş…

*        *        *

Müasir dediyin, sirdi, kələfdi,

Fərqli düşünənin sonu tələfdi,

Ustacın diləyi, Tanrıdan əfvdi:

– Özü bağışlasın çağdaşı, qardaş…

02.09.2018.(09:39-39’) Bakı.

 

 

Müəllif : Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

 

 

 

 

ZAUR USTAC: – “MƏN”-Ə GƏL ŞEİRİ.

13187895_209168449468957_190028440_n (1)

“MƏN”-Ə GƏL

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,
Diri-diri tən üzülmüş, Sultanadır biətim,
Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,
Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Təkər dönər,  mil  tutanı, döndərəni dən-dənə,
Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,
“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,
“Mən” axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…
* * *
Ustac tutub söz mayasaın, Tanrı verən payından,
Taylı gərək, əzəl gündən, yarımalı tayından,
“Toydan sonra nağara” tək, fayda görməz hayından,
Yön axtaran, yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,
Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl…

24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz