HÜRRİYYƏT – ZAUR USTAC

hurriyyet

 

HÜRRİYYƏT

==poemadan bir parça==

Min şükür hürriyyət ocağımız var,
Kölgəlik bir fidan ağacımız var…
Ey uca Yaradan Sən qoru bizi,
Daim, qaim eylə hürr elimizi.
Binə çadırları daş otaq eylə,
Özün bu ulusu min budaq eylə…
Nə qədər xalqlar var yox bir mətəsi,
Çoxunun dili yox kəlmə ötəsi…
Bizim söykənəcək dayağımız var,
Hələ yol alacaq oylağımız var…

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Advertisements

شوکرانلیق – زائـــور اوستاج – ZAUR USTAC – ŞÜKRANLIQ

 

13187895_209168449468957_190028440_n (1)

 

ŞÜKRANLIQ

== poemadan bir parça==

Salam olsun Sənə, ey gözəl insan,
Min şükür Haqqa ki, haqqa çatmısan.
Hələ görünməyib, olsun belə hal,
Bir kitab oxuyan görə qeylü-qal.
Bütün ürfan əhli bu rəydə yekdil,
Kitab sayəsində zənginləşir dil.
Şükür Yaradana qılıbdır imkan,
Belə bir görüşü edib ərmağan.
Hər yeni fürsəti mənə verəndə,
İlkin şükrü-səna bitir dilimdə.
Əlində tutduğun bir yığın kağız,
Kitab olacaqdır dindikcə ağız.
Qutlu yaranışın əşrəfi insan,
Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,
Qafillər oyana, bəlkə utana.
Oxumaq öyrətdi, yazmaq öyrətdi,
Quruca taxtadan bir dil ürətdi.
Kağızı müqəddəs bilmişik hər vaxt,
Üstündə canlı söz yaşayır həyat.
Şükür bu nemətə, şükür qismətə,
İstərəm bu paydan hamıya yetə.
Şükür Yaradana, neçəki sağam,
Onun sarayında Sizə qonğam.
Mən yazım, bulaqlar süzülsün gölə,
Mirvari kəlmələr düzülsün dilə.
Min şükür Haqqa ki, dil verib bizə,
Sizinlə görüşə yol verib bizə…
=============
==============================================
=============

شوکرانلیق

سلام اولسون سه نه ای گؤزه ل اینسان؛
مین شوکور حاققاکی؛حاققا چاتمیسان
حه له گؤرونمه ییب؛اولسون بئله حال؛
بیر کیتاب اوخویان گؤره قئیل وقال.
بوتون عورفان اهلی بو رای ده یئک دیل؛
کیتاب سایه سینده؛زه ن گین له شیر دیل.
شوکور یارالدانا قیلیبدیر ایمکان؛
بئله بیر گؤروشو ائدیپ آرماغان
هر یئنی فورصه تی مه نه وئره ن ده
ایلکین شوکرو ثنابیتیر دیلیمده

لینده ن توتدوغون بیر ییغین کاغیذ؛
کیتاب اولاجاقدیر دیندیکجه آغیز
قوتلو یارانیشین اشرفی اینسان؛
عالی اولدوغونو خاطیرلا هر آن
آند گه ل دی قه له مه؛قه له م توتانا؛
قه فیل له ر اویانا بلکه اوتانا.
وخوماق اؤیره تدی ؛یازماق اؤیره تدی؛
قوروجا تاختادان بیر دیل اوره تدی
کاغیذی موقه دده س بیلمیشیک هر واخت.
اوستونده جانلی سؤزیاشاییر حیات
شوکور بو نعمه ته شوکورقیسمه ته.
ایسده ره م بوپایدان هامییا یئته
شوکوریارالدانا نئچه کی ساغام؛
اونون ساراییندا سیزه قوناغام

مه ن یازیم بولاقلارسوزولسون گؤله
میرواری کلمه له ر دوزولسون دیله
مین شوکورحاققا کی دیل وئریب بیزه؛
سیزین له گؤروشه یول وئریب بیزه..
.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

İntiqam Yaşar “Evdə yoxam” şeirlər kitabını təqdim edir.

 

as46425030.jpg

İyunun 10-u saat 13:40-da Azərbaycan Milli Kitabxanasının nəzdindəki  “Açıq kitabxana”da gənc şair İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimatı olacaq.

YAZARLAR.AZ

 

DAĞLAR – ZAUR USTAC.

KC

DAĞLAR
(Ruhuna min rəhmət dədə Ələsgər…)

Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
* * *
De, çoxmu çəkərik zülüm-zilləti????
Mövcud hal -vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
* * *
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995. Marağa.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“MUM KİMİ YUMŞALANDA” kitabından.

HƏLƏ MƏN VƏ HƏLƏ SƏN – ZAUR USTAC

 

 

KB

 

HƏLƏ  MƏN

 

Dedilər, eşitdim sevmirsən məni,

Dedilər ki, unut məhəbbətini,

Demək tapdamısan eşq çəmənini,

Bizi qınamazmı o gül, o çəmən

O, çəməndən doymamışdım hələ mən.

=   =   =

Çox da ki, desinlər, sevməyirsən sən,

Mənim saf eşqimi rədd eləyirsən,

Bu ilk məhəbbəti unutmaram mən.

Bəs bizə nə deyər, eşidən, bilən

İstəmirəm, dilə düşüm, hələ mən.

=   =   =

Sən məni sevmirsən, mən ki, sevirəm,

Sən həsrət çəkmirsən, mən ki, çəkirəm,

Sənin həsrətini nəzmə çəkirəm,

Ürəyimi boşaldıram qələmnən,

İstəməzdim, şair olum hələ mən…

 

06 noyabr 1990 Yusifcanlı

 

 

============================================================================

 

 

 

HƏLƏ  SƏN

 

Bəs mənə nə deyər, dostlar, tanışlar?

Söylə görüm, bu işi kim bağışlar?

Dost qəmlənər, düşmən bunu alqışlar,

Məhəbbətin nə olduğun get öyrən,

Nabələdsən, böyük yolda hələ sən!

=   =    =

Həvəs nədi, məhəbbət nə get öyrən,

Səadət nə, hərislik nə get öyrən,

Səxavət nə, xəbislik nə get öyrən,

Bütün bunlar lazımdıki biləsən,

Nabələdsən, böyük yolda hələ sən!

=   =   =

Gözəl sima, heç gözəllik deyildir.

İncə bədən, heç incəlik deyildir.

Zərif tellər, heç zəriflik deyildir.

Gözəl insan, sən daxilən gözəlsən,

Nabələdsən, böyük yolda hələ sən!

 

06 noyabr 1990 Yusifcanlı

 

 

 

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN” kitabından.

AĞ ÇİÇƏYİM – ZAUR USTAC.

 

KA

 

AĞ ÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!
= = =
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!

06 may 2010

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“GÜNAYDIN” (AĞÇİÇƏYİM) kitabından.

ZAUR USTACIN KİTABLARI AZƏRBAYCAN ƏDƏBİYYATININ VİRTUAL KİTABXANASINDA

34419158_1765197656909365_6299721269424160768_n

 

ZAUR  USTACIN  KİTABLARI:

http://ebooks.azlibnet.az/index.php?q=zaur+ustac

 

BAYATILAR:

http://ebooks.azlibnet.az/book-22sef170218.html

QƏLBİMİN AÇIQCASI:

http://ebooks.azlibnet.az/book-23sef170218.html

ÇƏHRAYI  KİTAB:

http://ebooks.azlibnet.az/book-20saf020318.html

USTADNAMƏ:

http://ebooks.azlibnet.az/book-15saf030418.html

 

İLKİN  MƏNBƏ:

http://ebooks.azlibnet.az/index.php?q=zaur+ustac

 

 

ZAUR USTAC HAQQINDA KİTAB

omuran k

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-20-ZU) – Şairin  icazəsi  ilə   tərtibçilər  tərəfindən  ümumi  istifadədə  olan,  əsasən  müxtəlif internet  mənbələrindən  toplanaraq  seçilmiş  fotolarından istifadə olunmuşdur. Bundan  əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir.  PDF: HXA-OMURAN

Hacıxanım AİDA

 

Hacıxanım AİDA “ÖMRÜN ANLARI” kitabı – Zaur  Ustac haqqında.

omuran k

Kitab dörd hissədən ibarətdir:

  • Birinci hissə
  • İkinci hissə
  • Üçüncü hissə
  • Dördüncü hissə

 

Birinci hissədə  .  redaktor Şəhin Senayi Fərd  xanım  tərəfindən tərtib və tərcümə olunmuş qısa məlumat  iki qrafika və dörd dildə verilmişdir.

 

İkinci hissədə isə yazarın 1988 – 2018 ci illər arasında müxtəlif yerlərdə və məqamlarda çəkilmiş fotoları yer almışdır. Fotolar elə seçilib ki, şairin qeyd olunan zaman aralığındakı həyat və fəaliyyətini mümkün qədər əhatə etsin.

 

Üçüncü hissədə müəllifin kitabları – fotosu və pdf yer alıb.

 

Dördüncü hissədə otuz illik yubiley tədbirləri haqqında.

 

Redaktor və tərcüməçi: Şəhin Senayi Fərd.

:  شهین ثنایی فرد رئداکتور و ته رجومه چی

Hacıxanım AİDA

“ÖMRÜN ANLARI(Zaur Ustac haqqında  fotolar danışır)EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 106 səh.

Kod: EK-020-04- MZM-14 -20-18

 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur. Bu kitabda –  (Y-30-EK-20-ZU) – Şairin  icazəsi  ilə   tərtibçilər  tərəfindən  ümumi  istifadədə  olan,  əsasən  müxtəlif internet  mənbələrindən  toplanaraq  seçilmiş  fotolarından istifadə olunmuşdur. Bundan  əlavə iki qrafikada, dörd dildə yazar haqqında qısa məlumat verilmişdir. Buyurun, ardını Sizə fotolar danışacaq. Kitab  PDF  formatda: HXA-OMURAN