ÜST QURUMLAR

kitab

Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-dəBakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında (indiki “Azərbaycan” jurnalında), “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.

1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.

Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsi

NİZAMNAMƏ PDF FORMATDA: AYB

 

============================================================================

 

Azərbaycan Jurnalistlər Birliyi

Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai – yaradıcı təşkilatdır. O 1000–dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.

AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, Kütləvi İnformasiya Vasitələrin (KİV), azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 İyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəlirinə baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir.

Azərbaycan Jurnalistlər Birliyi ilk olaraq 1955–ci ildə, Azərbaycan KP MK–nın qərarı ilə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtazadına Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədlərdə, 1955-1959-cu illər arasında, Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədilə təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var.

Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar, Təşkilat Bürosunun sədri, həmin illərdə AKP MK–nın Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış Şıxəli Qurbanovun Azərbaycan KP MK–nın Bürosuna göndərdiyi fevral 1959–cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov.İKP–nin növbədənkənar XXI–ci qurultayından sonra keçirilməsi xahiş olunur, həmçinin SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosunun Sov.İKP MK ilə razılaşdırdığı aşağıdakı məsələlərin gündəliyə salınmasını tövsiyə etdiyi vurğulanır.

  1. Sov.İKP – nin XXI Qurultayının qərarlarının həyata keçirilməsində respublika jurnalistlərinin vəzifələri;
  2. Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosunun hesabatı.

Təşkilat Bürosunun sədri Şıxəli Qurbanovun SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosuna göndərdiyi 19 mart 1959–cu il tarixli məktubunda isə Azərbaycan jurnalistlərinin ilk təsis qurultayının 28 mart 1959–cu ildə keçiriləcəyi bildirilir. Azərbaycan Jurnalistlər İttifaqının (AJB) yaranışı rəsmən bu tarixlə başlayır.

Ötən 50 il ərzində Azərbaycan Jurnalistlər İttifaqı (AJB) şərəfli yol keçərək, respublikada peşəkar jurnalistikanının yaranmasında müstəsna xidmətlər göstərmiş, azad sözün, çoxfikirliliyin keşiyində dayanmış, ölkənin ictimai–siyasi həyatında baş verən hadisələrə çevik münasibət bildirmiş, jurnalistlərin sosial problemlərinin həllində yaxından iştirak etmişdir.

1990-cı ilin 20 Yanvar hadisələrindən sonra, Bakıda kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün, Azərbaycan Jurnalistlər İttifaqının (AJB) katibliyi yanvarın 30–da, Gəncəşəhərində, İdarə Heyətinin plenumunun keçirilməsi haqda qərar qəbul edir. Plenumda mövcud şəraitlə bağlı jurnalistlərin qarşısında duran vəzifədər geniş müzakirə olunur, Bakıda və ölkənin digər bölgələrində baş verən qanlı hadisələrin səbəbkarları kəskin tənqid edilir, müttəfiq respublikaların parlamentlərinə, Jurnalistlər İttifaqlarına, o cümlədən, BMT və BJF–na müraciət qəbul olunur. Həmin vaxtlarda respublikada poçt və teleqraf nəzarətdə olduğundan, AJİ (AJB)–nin əməkdaşları bu müraciəti faciəni əks etdtrən fotolarla birlikdə Dağıstanaapararaq, oradan lazımi ünvanlara göndərirlər.

Bunun davamı kimi, plenumda AJİ–nın SSRİ Jurnalistlər İttifaqının tabeliyindən çıxması haqda böyük səs çoxluğu ilə qərar qəbul edilir. İndiyə qədər Azərbaycan Jurnalistlər İttifaqının (AJB) 9 qurultayı keçirilib.

1992–ci ildə keçirilən 8–ci qurultayda təşkilatın adındakı İttifaq sözü Birlik sözü ilə əvəzlənərək Azərbaycan Jurnalistlər Birliyi adlandırılıb.

Ayrı–ayrı vaxtlarda İsrafil NəzərovKamran RəhimovAğababa RzayevRəşid MahmudovRafiq ZeynalovHacı Hacıyev kimi görkəmli jurnalistlər təşkilata sədrlik etmişlər. 2006–cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN NİZAMNAMƏSİ

NİZAMNAMƏ PDF FORMATDA: AJB

Qeyd:

İlkin mənbə və keçidlər:

-Birliklərin saytları.

-Vikipediya.

 

YAZARLAR.AZ

Advertisements