YAZRLAR.AZ – FEVRAL AYI SUSUR….

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

Hər  il  olduğu  kimi,  yenə  də  YAZARLAR.AZ   Fevral  ayı  ərzində  susacaq…

Biz düşünürük ki, nə qədər BU  LƏKƏNİ  ÜSTÜMÜZDƏN TƏMİZLƏMƏMİŞİK  SÖZ DEMƏYƏ HAQQIMIZ YOXDUR…. Bu ay gələndə adamın nitqi quruyur… Qələmi tutulur….

 

justice-for-khojaly

Ümid edirik ki, gələn Fevral, yazmağa sözümüz olar…. Başın sağ olsun Vətən…  İgid oğulların var olsun. Vətən… Allah səbr verməsin, Vətən…. Səbr tükətdi bizi, Vətən….

YAZARLAR.AZ

XOCALI : GÜLÜ – Gülüzə MUSTAFAYEVA

xocali-3-728

 GÜLÜ – Gülüzə MUSTAFAYEVA

XOCALI 

Xocalı şəhəri  Ağdam ilə Xankəndinin arasında, dağlar qoynunda yerləşir….

Xocalı şəhəri  Ağdam ilə Xankəndinin arasında, dağlar qoynunda yerləşir. Xocalı adlı yaşayış məskəni haqqında məlumatlar lap qədimlərə gedib çıxır. Uzun illər ərzində Xocalı kənd, qəsəbə, şəhər olmaqla vəhşi ermənilərin havadarları ruslarla birlikdə dağıtdıqları günə qədər daim inkişaf etmiş, çiçəklənmişdir. Xocalı faciəsi gününə qədər Xocalı çoxlu gözəl və müasir yaşayış binaları, uşaq bağçaları, məktəbləri, xəstəxanaları, mədəniyyət evləri, hava limanı, müxtəlif obyektləri olan təbiətin ən gözəl guşələrindən biri olan Qarabağın incisi, dünyanın ən gözəl şəhərlərindən biri idi. O, qanlı gecədə vəhşi erməni quldurları rus əsgərlərinin köməkliyi ilə hər tərəfdən köməksiz qalmış Xocalıya hücuma keçdilər.Şəhər alışıb yamağa başladı.Xocalılar son ana qədər bacardıqları kimi müdafiə olundular.Ancaq azğın düşmən həm sayca çox, həm də yaxşı silahlanmışdı.Soyuq fevral gecəsində gözlərini qan örtmüş vəhşilər qabaqlarına çıxan qadını, uşağı, qocanı öldürür olmazın işgəncələrin verirdilər.Hər tərəfdən sıxışdırılan Xocalılar ətraf meşələrə, dağlara səpələndilər.Əvvəlcədən yolları, keçidləri bağlamış ermənilər burada da onlara aman vermədi.Qaçıb gizlənənlər isə soyuqdan donub öldülər. Bu gün də Çingiz Mustafayevin çəkdiyi kadrlarl baxanda, onun kamera arxasındakı hıçqırtılarını eşidəndə elə his edirsən ki, sanki bu qanlı hadisə, elə bu gecə baş verib. Bizim borcumuzdu ki, bu hadisəni həmişə dünən olmuş kimi yadda saxlayaq. Erməni kimi vəhşilərlə qonşu olduğumuzu heç vaxt unutmayaq!!!

Müəllif:Guluza Mustafayeva

Mənbə:

http://yazar.in/yazi_xocali_3340.html

YUSİFCANLI KƏNDİ – Zaur USTAC

agdam_ay

Bizim sakini olduğuuz Yer kürəsində bir kənd var, nə dağdadır, nə aranda, nə düzdədir, nə yamacda… Bu kəndin, nə dağı var, nə dənizi, nə çayı var, nə gölü,  heç meşəsi də yoxdur… Fəqət, bu sadaladıqlarımız və sadalamadıqlarımız digər gözəlliklərin, təbii sərvətlərin  birini ayrıca,  tək verməsə də, Uca Yaradan bildiyimiz bütün nemətlərdən bəxş etmişdi bu kəndə…

14656413_245641719183854_122288930104648622_n

Bəs indi, hardadır bu kənd? –   İndi halı necədir, Yusifcanlının?

http://wikimapia.org/#lang=en&lat=39.972483&lon=47.051868&z=15&m=b&v=2

Bu kənddə nə isti olardı, nə soyuq…. Mülayim idi bu kənd, özü də, camaatı da…

Müəllif: Zaur Ustac

Nicat Kamaloglu: Çingizi Qaytar

16266036_1626019694373007_2039132039200768573_n

 

Nicat Kamaloglu

Çingizi Qaytar

Ey səni, Hay gəlib, Hay gedən alçaq,
Yaxşı bilirsən ki, Türk kim, sən kimsən…
Qorxaq yaranmısan, qorxaq qalmısan,
Əsrlər keçsə də,  dəyişməmisən…

Burax uşaqlığın  gəl, ətəyindən
Hay eli, bu  elə qarışan deyil,
Qaytar, Çingizimin nəşini  qaytar
O, Hayın elinə yaraşan deyil…

İncitmə, igidin gəl, ər ruhunu
Üçrəngli bayrağa bürünsün gərək,
O, Bozqurd südündən əmib, ər olub
Öz doğma yurduna qovuşsun gərək…

Qorxursan bilirem Türk igidindən,
Ölüsün, dirisin görsən qaç gizlən.
Qoçuluq etdiyin yerlər  mənimdi
Yaxın gələcəkdə sən, gedəcəksən…

Səni, Türk dediyin, ərlər  qovacaq,
Yad eldən özünə düzəltmə vətən,
Qaytar, şəhidini Vətənə qaytar,
Ana göz yaşı nə? –  bilirsənmi sən…

Çingizimi  qaytar, qaytar bu elə,
Ruhu yad millətə uyuşan deyil,
Əvvəldə – axırda qaytarcaqsan,
Ruhu oralara yovuşan deyil,

Hay, dedim sözümü yadında saxla,
İrəvan  Türk  yurdu, Xan izin qaytar,
Tərk et Qarabağı, Göyçəni qaytar,
Qaytar Şəhidimi, Çingizi qaytar…

Müəllif: Nicat Kamaloglu

Şəmsi SƏFƏROV: ÖLÜ YOL

11737810_865499923533965_3026529918229952081_n-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

Şəmsi SƏFƏROV: ÖLÜ YOL – bu yol Yusifcanlıya gedən yoldu…..

 

Ölü yol
(Müqəddəs yurd yerlərimizin xarabalıqlarını uzaqdan seyr edərkən ruhumun göynərtisindən çixan səslərdir bu sətirlər)

O kənd bizim kəndimiz,
Bəs onun yolu hanı?!
Kənd yoluyla tanınar,
Birinci, yolu tanı…

Müqəddəsdi bir zaman,
And içərdik :“Yol haqqı”.
İtdi mizan-tərəzi,
İtirildi yol haqqı.

Yuxularımdan keçər,
Bərənin-bəndin yolu.
Yoxsa gedib-gələni,
Ölər o kəndin yolu.

Yolu ölmüş kəndlərin,
Özü də ölər, Allah.
Dağı uçub, tökülər,
Düzü də ölər, Allah.

Bu yolun başı kəsik,
Qolları didim-didim.
Yol kəsəni yol kəsər,
Yol verin, kəndə gedim.

…Haqqdan ümid üzülməz,
Dirənsə daşa yolun.
…Durun, təzə yol çəkək,
Yolumuz Şuşa yolu.

Müəllif: Shemsi Seferov

ÖLÜ YOL – bu yol Yusifcanlıya gedən yoldu….. Bu yolun kosmosdan görüntüsü….

http://wikimapia.org/#lang=en&lat=39.972483&lon=47.051868&z=15&m=b&v=2

Nicat KAMALOĞLU: MƏN TANRI ŞAMANIYAM

12144947_1478409789133999_1414167688564240701_n

Nicat KAMALOĞLU: MƏN TANRI ŞAMANIYAM

 

Mən Tanrının Şamanıyam

Mən 40 əsrdən çoxdur,

Türk ruhlu şamanam.

Dualarım Tanrı dağlarında səslənir,

Altayların Bozqurdları gecə mənlə ulayır,

Sibiryanın buz küləkləri şerlərimdir mənim.

Mən Tanrını özlüyümdə tapmışam, hər an Tanrıylayam,

Tanrı mənim şerlərimdə, sətirlərimdə yaşayır.

Mən Tıva, Altay, Yakut, mən Türküstan Şamanıyam.

Göy Tanrının şaman ruhlu şairi.

Tanrının qol – qanadıyam

Mən yerdə ağac olmuşam

Əvvəlcə çarmıxda İsa,

Sonra isə xaç olmuşam

Bəşər mənim sətirlərim,

Ruhumda imana gəlim,

Şaman ruhu dediklərim,

Dualara ac olmuşam

Şaman mənəm Altaylarda,

O taylarda, bu taylarda,

Ruhum birləşib Hunlarda ,

Mən bir Yalquzaq olmuşam

Gecənin nurlu ayıyam, İrtışam, Ural çayıyam,

Mən bir Şaman duasıyam,

Tanrıya əlac olmuşam

Dua olub qəlbə dolan,

Tanrını eşidən duyan,

İbrahimdən incik olan,

Qoca Canavar olmuşam

Leylinin derdi Məcnun mən,

Göytürk, Qaraxani, Hun mən,

Ayələrdə Məhəmmədəm,

Mən bir Yalavac olmuşam

Mənə elə gəlir ki, insanlar din üstündə bir – birin ittiham etməkdənsə, hərə öz dinində və düşüncəsində Tanrıya çatsa, Tanrını bulsa yaxşı olar. Tanrı mənim ruhumdadır. Göy Tanrı məni duyur, məni anlayır, o məni eşidir. Sən Altay küləyisən, Saçlarımın ətrini, Türküstana yayırsan Sən Bilalın verdiyi, İlk əzan səsisənmiş, Bəlkə də, məni sorağlayırsan amma sən mənim üçün, bir ulu türk Şamanı, Bir ruh bilicisisən,.. Sən o Tanrı dediyim, Gözümlə görmədiyim, O ilahi bir üzün, məndəki cismisən sən  bir şaman, mən ocaq əsrlər keçsə belə, Turan adlanan yurdda, Bu ocaq susmayacaq Ocağın özü sönsə, hənirtisi qalacaq, Bu dünya daşa dönsə, qorxma ay oğul hələ, Türkü yox olan deyil, Tenqrisi qalacaq Sən ey mənim, yuxumun, Şahı, sultanı şaman, sən tanrının əlindən, doğdun, doğulmamışdan ey ulu Bozqurd, Böri, 600 ildir bu belə sən Bozqurdumsan mənim, ölsəm göylər gedən, Şaman Ruhumsan Mənim Tanrın özü şairleri, ozanları, yazarları haqq carçısı etdiki, məhz onlar bu dünyada Tanrının sözcüsü olsun. qopuz nərdə, xaqan hanı, ? Gün gələr, quraq Turanı, Göz yaşlarıyam Tanrının, göydən yerə yağıram mən…

Müəllif: Nicat Kamaloglu

 

 

 

 

 

 

Zaur USTAC: DAĞLAR

10492474_515384861927991_1935368515370670425_n

Zaur USTAC

 

DAĞLAR

                                          Ruhuna min rəhmət dədə Ələsgər…

 

Nədəndi, ürəyim çırpınır yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?!

Yağı cövlan edir, dağıdır yenə,

Qoynunda büsatı, cəlalı, dağlar!

*      *      *

De, çoxmu çəkərik zülüm-zilləti????

Movcud hal -vəziyyət üzür milləti,

Onsuz da  düşmənin puçdu niyyəti,

Ordumun beşiyi, vüsalı, dağlar!

*      *      *

Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!

*      *      *

Ustac bulud kimi dolub, ağlamır,

Köksünün yarası qaysaq bağlamır,

Bir bilsən ruhumu nələr çuğlamır,

Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995.  Marağa.

Müəllif: Zaur Ustac

 

Nuranə NİHAN: ÇIXAQ GEDƏK

11666289_1451490621841090_8941539658902837189_n

Çıxaq gedek

Bulud kimi dolan ruhum,
Yağ biryolluq axaq gedək.
Həyat adlı pəncəredən,
Biz də bir az baxaq gedək.

Ipin atdı çərxi-fələk,
O yana çək, bu yana çək.
Dərdimizi bir bala tək,
Bağrımıza sıxaq gedək.

Kökdən düşüb ömrün simi,
Nə zili var, nə də bəmi.
Gül tək üzək bu aləmi,
Yaxamıza taxaq gedək.

Istər alış, istərsə yan,
Bizlik deyil belə dövran.
Qələmini götür, Nihan,
Bu dünyadan çıxaq gedək.

Müəllif:Nuranə Nihan

Əbülfəz ÜLVİ: QORUYUN QIRMIZI RƏNGİ

14671221_1657388607924751_3465088171600080406_n-1

ƏBÜLFƏZ ÜLVİ

QORUYUN QIRMIZI RƏNGİ

İnsanlar, qoruyun qırmızı rəngi,
Şəhid qanlarının rəmzidir, bu rəng.
İnsanlar, qoruyun qırmızı rəngi,
Qələbə, azadlıq əzmidir bu rəng.

El anır sükutla, şəhid hər kəsi,
Sükutla şəhidə sevgi toxunur.
Baxma eşidilmir sükutun səsi,
Şəhid nəğmələri belə oxunur.

Bu rəng, cansızı da gətirir cana,
Elə, bu rənglə də vurur könüllər.
Boş deyil, şəhidə hörmətdən yana,
Qırmızı açılır, qırmızı güllər.

Onlar əziz tutdu şanı, şərəfi,
Qoymadı arzumuz sına, çat verə.
Günəş qürub etmir, axşam tərəfi,
Gedir şəhidlərə salavat verə.

Məni sevin deyir qırmızı, özü,
Bu rəng başqa cürə daha yozulmaz.
Bu rənglə yazılıb istiqlal sözü,
Bu rənglə yazılan yazı pozulmaz.

Gözlərin suyunda sirr yaşayır, sirr,
Hər şey gözəl olur öz normasında,
Bu yaş, yaş deyildir nisgilimizdir,
Çıxır canımızdan su formasında.

Şəhidin qanından haqq yaranır, haqq,
Buna nail olur nahaqla cənglə.
Sən hələ hikmətə, möcüzəyə bax.
Ağ gün qazanılır qırmızı rənglə.
19.01.2017.

Müəllif: Ebulfez Eliev

Nicat KAMALOĞLU: Olmuşam

 

 

13254144_246285535736793_6052887866823453572_n

Olmuşam

Tanrının qol – qanadıyam,
Mən yerdə ağac olmuşam
Əvvəlcə çarmıxda İsa,
Sonra isə xaç olmuşam

Bəşər mənim sətirlərim,
Ruhumda imana gəlim,
Şaman ruhu dediklərim,
Dualara ac olmuşam

Şaman mənəm Altaylarda,
O taylarda, bu taylarda,
Ruhum birləşin hunlarda,
Mən bir Yalquzaq olmuşam

Gecenin nurlu ayıyam,
İrtışam, Ural çayıyam,
Mən bir şaman duasıyam,
Tanrıya əlac olmuşam

Dua olub qəlbə dolan,
Tanrını eşidən duyan,
İbrahimdən incik olan,
Qoca Canavar olmuşam

Leylinin dərdi Məcnun mən,
Göytürk, Qaraxani, Hun mən,
Ayələrdə Məhəmmədəm,
Mən bir Yalavac olmuşam

Müəllif: Nicat Kamaloglu