Aqil ABBAS

aqil_ab3

Kimin nə deməyindən asılı olmayaraq, Aqil Abbas, Aqil Abbasdır – “BATMAN  QILINC” – IN sahıbıdir. Ancaq, bu yazı çox maraqlı olduğundan mənbəyə istinadaən və göstərməklə yayımladıq. Qılıncın kəsərdən düşməsin, Aqil müəllim. Arzu edirəm ki, yeni ildən belə söz-söhbətlərə ehtiyac qalmasın…. Qilıncınızın dalı da kəssin, qabağı da … Bunun bir yolu var nə edib, etməyib Ağdama qayıtmalıyıq – BİR SÖZ VAR İDİ – AĞDAMDA OLANLAR, AĞDAMSIZ OLMAYACAQ… FLİMLƏRİN BİRİNDƏ SİMVOLİK AŞIB KEÇDİYİNİZ MANİƏNİ DOĞRUDAN-DOĞRUYA KEÇMƏLİYİK, AĞDAMA MÜTLƏQ GETMƏLİYİK, AQİL MÜƏLLİM…. Düzdü mən bir seçici kimi həmişə Bəxtiyar müəllimə səs verirəm, ancaq Sizə bir yazar kimi hörmətim böyükdür. Nə edək ki, indiki gənclər “ƏN XOŞBƏXT ADAM” – I tapıb oxumaqdansa, mənasını anladı, anlamadı   FQC kimi sözü qapıb əldə bayraq etməyi xoşlayırlar….

10463893_514250342041443_6161962902546205562_n

Aqil Abbasın xanımı ona danışmağı niyə qadağan edib? – İradə Tuncaydan AÇIQLAMA

Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas mətbuata danışmağına embarqo qoyulduğunu deyib. Deputat ailəsi tərəfindən danışmasına qadağa qoyulduğunu bildirərək, deyib ki, hər müsahibəsindən sonra “it yiyəsini tanımır.

Turkustan.info bildirir ki, modern.az məsələ ilə bağlı Aqil Abbasın həyat yoldaşı, tanınmış jurnalist, yazıçı-publisist, İradə Tuncayla əlaqə saxlayıb.
İradə xanım bildirib ki, Aqil Abbasın danışması ilə bağlı ailəsi tərəfindən qoyulan qadağa  zarafatdır.
“Aqil müəllimin dedikləri çox vaxt düzgün anlaşılmır. Qıcıqla qarşılanır. Aqil müəllim yazıçıdır. Uzun illərdir ki, Milli Məclisdə təmsil olunur. Aqil müəllim evdəki adamların sözü ilə oturub-durarmı?! Təbii ki, zarafatdır”.

Xatırladaq ki, A.Abbas ona qoyulan qadağa barədə ölkə.az-a açıqlamasında məlumat vermişdi.

Mənbə:Turkustan.info

http://turkustan.info/2016/12/30/aqil-abbasin-xanimi-ona-danismagi-niy%C9%99-qadagan-edib-irad%C9%99-tuncaydan-aciqlama/

A -hərfi şeiri Zaur USTAC

 

ibtidai sinif

 

“ A “   A ilə Ana deyə,

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.

Müəllif: Zaur Ustac

BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

VACİB MƏLUMATLAR SİZİN ÜÇÜN:

İNGİLİS DİLİ

ANALAR ÜÇÜN

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustacdan yeni nəşrlər

Rəssam və redaktoru  Şehin Senayi Fərd  və kompüter  tərtibatçısı  Gülü – Gülüzə Mustafayeva olan artıq üçüncü dəfə nəşr olunmuş Zaur USTAC-ın müxtəlif illərdə yazmış olduğu bayatıların toplandığı bu kitabın özəlliyi ondan ibarətdir ki, iki qrafikada tərtib olunmuşdur. Bakı ilə yanaşı Təbrizdə də rəğbətlə qarşılanmışdır. Aşağıda bir-neçə nümünə hər iki qrafika ilə veririk:

Mənbə Zaur Ustacdan yeni nəşrlər

Zaur Ustacdan yeni nəşrlər

Rəssam və redaktoru  Şehin Senayi Fərd  və kompüter  tərtibatçısı  Gülü – Gülüzə Mustafayeva olan artıq üçüncü dəfə nəşr olunmuş Zaur USTAC-ın müxtəlif illərdə yazmış olduğu bayatıların toplandığı bu kitabın özəlliyi ondan ibarətdir ki, iki qrafikada tərtib olunmuşdur. Bakı ilə yanaşı Təbrizdə də rəğbətlə qarşılanmışdır. Aşağıda bir-neçə nümünə hər iki qrafika ilə veririk:

Mənbə Zaur Ustacdan yeni nəşrlər

DÜNYANI GÖZƏLLƏŞDİRƏN İNSANLAR – ADİL CƏFAKEŞ ANLADIR….

DÜNYANI GÖZƏLLƏŞDİRƏN İNSANLAR – ADİL CƏFAKEŞ ANLADIR….

Kim nə qədər pis desə də, dünyadan narazı, zamandan şikayətçi olsa da dünyanı  məhz sözün əsl mənasında  gözəlləşdirən  geniş ürəkli, bütün ehtiyac və təmannaların fövqündə dayanan şəxslər həmişə olmuş yəqin ki,  olacaqdır…. Belə insanlarla həyatımız boyu ən azı bir neçə dəfə mühüm məqamlarda rastlaşırıq…. Əlbətdə, bəlkə bu şans da ancaq layiqolanlara verilir… Ancaq, fakt, fakt olaraq qalır…. Belə adamlar var və biz onlarla rastlaşırıq… Aşağıdakı hekayət bəlkə də çoxlarına adi görsənə bilər… Buna baxmayaraq onu siznlə bölüşmək qərarına gəldik… Bu sözlər özünəməxsus dəstixətti ilə seçilən, tanınmış  saz-söz ustası  Adil Cəfakeşə məxsusdur:

 

publika-az1429684899539910

“1989 – cu ildə yazdığım şeirlərimi qoltuğuma vurub, yola düşüb Laçından Bakıya gəldim. Şəhər mühitinə və şəhərə bələd olmayan sadə bir kənd uşağıydım.
Soraqlaya – soraqlaya o vaxtkı “yazıçı nəşriyyatına getdim. Bəzi şair və yazıçılar şeirlərimə baxıb üzlərini turşutdular. Hətta mənim şeir yazmamağımı məsləhət gördülər. Üstəlik hədə-qorxu gələnlər də oldu. Bu vaxt tanımadığım bir orta yaşlı kişi içəri girdi. Mənə olan təzyiqləri görüb mənə yaxınlaşdı. Kimliyimi və hardan soruşdu. Bir nəfərin qabağındakl əl yazmalarımı götürüb xeyir baxdıqdan sonra bir şeirimi ucadan oxudu və üzünü orda oturanlara tutub əsəbi halda və çox sərt şəkildə dedi: bu uşaq sizin hamınızdan yaxşi şairdi. Bəsdir isdedadlı gənclərin paxıllığın çəkməyiniz. Sonra da mənimlə bərabər aparıb bir neçə şeirimi ULDUZ jurnalının redaktoru gözəl şairimiz rəhmətlik Ələkbər Salahzadəyə təqdim edib nəşr etdirdi. Demək olar ki, bu mənim şair kimi püxtələşməyimə güclü bir təkan oldu. Həmin kişi dünən dünyasını dəyişən gözəl şairimiz İlyas Tapdıq idi. Allah şairimizə rəhmət eləsin.”

YAZARLAR.AZ olaraq, böyük şairmizin yaxınlarına və onu sevənlərə səbir diləyir, Söz qədri bilən bütün insanlara başınız sağ olsun deyirik. Söz sahibləri Söz durduqca yaşayırlar buna heç şübhəniz olmasın….

Hikmət NİKBİN : Pəri dünya şeiri

79299b6cd998-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f
Hikmət NİKBİN : Pəri dünya şeiri
 Salam göz açıb gördüyüm
Şadam tanişlığıma.
Adam olmaya bilərdim,
Çox raziyam səninlə
Adam tanışlığıma,
Pəri dünya.

Sənə sevindim, ömrümün
İlahəsi, göy pərisi.
Soruş, sən allah, bir Ondan
Görəsən ayrılıqların
Nə rəngdədi dərisi,
Pəri dünya.

Məni Tanrısız öldürmə!
Bəs Tanrıya de öldür.
İçimdəki O qızı gör,
Rəsmini gey öldür,
Pəri dünya!

Müəllif:Hikmət NİKBİN
Göndərən:Cavid Fərzəli