AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI PDF:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM ŞƏHƏR VƏ KƏND TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM ŞƏHƏR VƏ KƏND TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI PDF:


Bərpa etdi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLQAR MİRZƏYEV HAQQINDA KİTAB TƏQDİM OLUNDU

WWW.YAZARLAR.AZ

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev haqqında kitab

Ermənistanla sərhəddə, Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev haqqında “Qanun” Nəşrlər Evində dərc olunmuş kitab bu gün 2 saylı Fəxri və Şəhidlər Xiyabanında qəhrəman şəhidimizin məzarı başında təqdim olunub.

YAZARLAR.AZ xəbər verir ki, tədbir 21 fevral 2021 – ci ildə 12:30 da “2 saylı Fəxri və Şəhidlər Xiyabanı”nda baş tutub. QHT və İB – in də dəstəyi ilə İlqar Mirzəyevin əvvəl kursant yaldaşı olmuş, sonralar isə zabit kimi çiyin – çiyinə xidmət etmiş Azərbaycan Ordusunun zabiti Babayev Mürşüd tərəfindən təşkil olunmuş tədbirdə QHT və İB sədrləri, şəhidimizin yaxınları, zabit yaldaşları, kursantları, dəyərli qazilərimiz iştirak etmişlər. Ermənistanla sərhəddə, Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev haqqında “Qanun” Nəşrlər Evində dərc olunmuş kitab elə şəhidimizin məzarı başında təqdim olunub. “İlqar Mirzəyev” adlandırılan kitab tədbirin və kitabın nəşrinin təşkilatçısı Mürşüd Babayev tərəfindən iştirakçılara təqdim olunub. Tədbiri iştirakçılardan əlavə bu gün fəxri xiyabanda olan digər ziyarətçilər də maraqla izləyiblər. Təqdimatdan sonra digər şəhidlərimiz Polad Həşimovun, Şükür Həmidovun, Həmdəm Ağayevin və Qərib Baxşəliyevin də məzarları ziyarət olunub, dualar oxunub, qəbirləri üstünə qərənfillər düzülüb.


TƏDBİRDƏN FOTOLAR:

Polad Həşiovla İlqar Mirzəyevin məzarı ziyarət olunub.
Babazadə Büsat, Zaur Ustac, Maqsudov Fərhad, Baxşəliyev Qərib, İsrafilov Zaur, Hüseynov Elmar, Nəsirov İlham, Cəfərov Xaqani …

Tədbir daha sonra Bibiheybət Məscidində davam etdirilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Müəllif: Tuncay Şəhrili

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHİN MUSAOĞLU MÜKAFATLANDIRILDI

WWW.YAZARLAR.AZ

Шахин Мусаоглу “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”

Dəyərli dostumuz həkim, yazar, şair, bəstəkar “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNƏB LEYTENANT” kimi məşhur mahnı və marşları ilə qəlbimizdə taxt qurmuş Şahin Musaoğlunun Azərbaycan sevdalısı Dünya şöhrətli alim Mehmet Haberal haqqında çox vacib əsər olan “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!” adlı sənədli povesti işıq qzü görmüşdür. Bu münasibətlə Şahin Musaoğlunu (Шахин Мусаоглу) təbrik edir və yeni – yeni yaradıcılıq uğurları arzu edirik!

Шахин Мусаоглу “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”-Mehmet Haberal haqqında kitab.

YAZARLAR.AZ həmişəki kimi adət-ənənəyə sadiq qalaraq Şahin Musaoğlunu (Шахин Мусаоглу) “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!” adlı yeni kitabını işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı ilə təltif edilib.

“Ziyadar” Mükafatı – ŞAHİN MUSAOĞLU N: 058 21.02.2021. – BAKI.

Biz də Şahin müəllimi həm yeni kitabının nəşr olunması, həm də “Ziyadar”la mükafatlandırılması münasibəti ilə təbrik edirik! Uğurlarınız bol olsun, Şahin müəllim!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALI – FEVRAL 2021 SAYI – PDF


“YAZARLAR” JURNALININ FEVRAL – 2021 SAYI
BU  SAYDA YER  ALAN  YAZARLAR:
Zaur Ustac -4.                        Ayətxan Ziyad – 6.
Aydın Xan  -22                     Faruk Habiboğlu – 40
Kamal Camalov –  43             Araz Şəhrili  – 52
 İmran Nuri -56                        Aysel Nazim – 67
Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz
 ∑ = 72 səh.                Çapa imzalanıb: 05.02.2021.
“YAZARLAR” JURNALININ FEVRAL – 2021 SAYI PDF:


YAZARLAR.AZ

===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM VƏLİYEV – STEREOTİPLƏRİ YOX EDƏN ADAM

Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosentdir.

STEREOTİPLƏRİ YOX EDƏN ADAM

(Vəliyev İlham Əli oğlu haqqında)

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham Vəliyev və Zaur Ustac.

Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.


QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “TƏZADLAR” qəzetinin N: 23 (2119) 4 iyul 2017 – ci il sayında dərc olunmuşdur.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCANIN TƏBİƏTİNƏ ERMƏNİLƏRİN EKOLOJİ GENOSİD SİYASƏTİ – İMRAN NURİ

WWW.YAZARLAR.AZ

İmran NURİ

SABAHIN ALİMLƏRİ

GƏNCLƏRİMİZİ TANIYAQ

================================================

Elmi rəhbər:

Sultanov Rauf Lütfəli oğlu.

ADPU, biologiya elmləri doktoru, professor 

Öncə nəzərə çatdırım ki, məqalə tarixçi və ekoloq mütəxəssislərin araşdırmalarının nəticələri əsasında hazırlanmışdır.

İradəmizdən asılı olmayaraq, çox zaman “ana təbiət” ifadəsi işlədirik. Bu kəlmənin özü bir daha təsdiq edir ki, insanı təbiətdən ayrı dərk etmək olmaz, insan da təbiətin bir hissəsidir. Övlad anasını necə sevir, əzizləyir, qulluğunda durmağı özünə borc bilir, təbiəti də o qədərdə sevməyə, əzizləməyə, qulluğunda durmağa, onu qorumağa özünü borclu bilməlidir.

Ümumiyyətlə, türk dünyasında belədir, Türk övladı yaşamı boyunca bu müqəddəsliyin keşiyində durub: “Ana vətən” deyib, əsrlər boyu ona məxsus torpaq, ərazi uğrunda cihada qalxıb; “ana təbiət” deyib, onu göz bəbəyi kimi qoruyub; “ana” deyib, onu dünyaya gətirən qadına sarılıb qabağında diz çöküb, ruhunun hökmdarı bilib.

Araşdırmalara görə, dünya müharibələrinə qədər bu, belə olub. Dünya müharibələri çox müqəddəsliklərə qənim kəsildiyi kimi, bu müqəddəsliyn də başına ip atıb qədirdən-qiymətdən salıb. Müharibə amili elmin sürətli inkişafı ilə birləşəndə isə hər çərçivəni aşdığından həyəcan təbili çalınmağa başlayıb. Bu anda insanlar iki təbəqəyə bölünüblər: 1 – Təbiəti sevib onun qədrini bilən, onu hər qəsddən mühafizə edənlər; 2 – təbiətə qəsdin insanlığın özünə qəsd olduğunu dərk etməyib əməlindən dönməyənlər.

Əsasən üzvü aləmdən bəhs edən ekologiya elmi bu zərurətdən yaranıb və “zaman-zaman həyatın zərurətindən doğan problemlərin məhsulu kimi daim inkişaf edib bir çox qollara şaxələnərək təkmilləşib, müxtəlif istiqamətlərə ayrılmışdır” [Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr. Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr. Bakı – 2009, 55 səh. s.5].

İnsanların təbiətdən vəhşicəsinə istifadəsinin nəticəsi olaraq atmosferdə ozon dəliyinin əmələ gəlməsi, meşələrin qırılması, çirkab tullantılarının insanların yaşayışını və təbii tələbatını ödəmək üçün istifadə etdiyi axar sulara, çaylara və dənizlərə axıdılması, kimya zavodlarının zərərli qazlarının havaya buraxılması və bir çox digər səbəblər nəticəsində ətraf aləm, canlı və cansız təbiət güclü dəyişikliyə məruz qalmış, bir çox heyvan və bitki növlərinin kökü kəsilmiş, yaxud bu təhlükənin astanasındadır. Bəziləri isə hətta tamamilə məhv olmaq ərəfəsində olduğundan “Qırmızı kitab”a düşmüşdür. “Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ gəlib. Ona görə də insanlar təbiəti qoruyub saxlamaq üçün qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə məcburdurlar [Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr. Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr. Bakı – 2009, 55 səh. s.5].

Bu gün Azərbaycan belə bir terror aktı ilə üz-üzədir. 28 il Ernənistanın işğalı altında qalan ərazilərimiz hazırda elə bir durumdadır ki, Azərbaycan bunun qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciət etmək məcburyyətindədir.

Tarixi həqiqət budur ki, bu ərazilər XVIII əsrin ortalarında yaranan Qarabağ xanlığı zamanından da qabaq Azərbaycanın olmuşdur. Qarabağın dünyanın ən qədim insan məskənlərindən olduğunu Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından əldə olunan tapıntılar da təsdiq edir. Məhz Azıx mağarasının öyrənilməsindən əldə olunan qənaətlərə görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. Ermənilər isə bu torpaqlara İrandan və Osmanlı ərazilərindən deportasiya olunublar. Həm də yaxın macalda yox, XIX əsrin əvvəllərində. Rusiya imperiyasının Azərbaycan torpaqlarını işğalından sonrakı müddətdə. Ötən 2 əsr ərzində bu gün bizim “Qərbi Azərbaycan” adlandırdığımız bir sıra tarixi mahallar, 1988-1994-cü illərdə isə daha 20 faiz Azərbaycan ərazisi Ermənistanın tərəfindən işğal edilmişdir. Başqa sözlə, Azərbaycanın 1.213,7 min hektar ümumi meşə sahəsinin 264 min hektarı 28 il erməni işğalı altında olmuş, bu müddətdə sözün həqiqi mənasında Azərbaycan təbiətinə qarşı genosid siyasəti aparılmışdır.

İlkin qiymətləndirməyə görə, təkcə işğal dövrü ərzində (may 1994-cü ildən 10 noyabr 2020-ci ildə torpaqlarımız erməni işğalından azad edilənə qədərki müddətdə) Azərbaycana 244,4 milyard ABŞ dollarından çox ziyan dəydiyini hesablanmışlar.

Məqalədə bu məsələlərdən bəhs olunur.

Tarix təsdiq edir ki, ermənilər İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə XIX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycan torpaqlarını işğalından sonrakı müddətdə İrandan və Osmanlı torpaqlarından köçürülüblər. Azərbaycanın yaşının isə iki əsr deyil, çox-çox qədim tarixə malik olduğu qənaətini Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından əldə olunan tapıntılar da təsdiq edir. Məhz Azıx mağarasının öyrənilməsindən əldə olunan qənaətlərə görə, Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Bir diqqətçəkən cəhət də budur ki, bu ərazilərin azərbaycanlılara məxsus olduğunu erməni mənbələri də təsdiq edir. Belə ki, X əsrə aid erməni mənbələrində etiraf edilir ki, “Qarabağ” istilahı türk dillərində rəng bildirən “sevayçi”, yəni “qara” və “bağ” söz birləşmələrindən əmələ gəlmişdir. Vikipediyada bu anlayışın  “qara rəng” anlamından savayı “sıx”, “qalın”, “böyük” və “tünd” anlamlarının da olduğu qeyd edilir. “Qarabağ” istilahının bu ərazilərə xas məxsusi özəllikləri əks etdirməsi (“böyük bağ”, “sıx bağ”, “qalın bağ” anlamlarını ifadə etməsi) faktı da bu ərazilərin Azərbaycana məxsus olduğunu təsdiq edən minlərlə göstəricidən biridir. Filologiya üzrə elmlər doktoru Mirəli Seyidov da “Qarabağ” istılahının “qara” və “bağ” kəlmələrinin birləşməsindən əmələ gəldiyini qeyd edir, ancaq “qara” sözünün “başçı” və “böyük”, “bağ” hissəsinin isə “xalqın bir hissəsi” sözlərindən ibarət olduğunu yazır [vikipedia.orq]. Yəni, Qarabağ Azərbaycan torpaqlarının bir hissəsidir. 

Birinci Pyotrun vəsiyyətləri sırasında önəmli yer tutan Xəzəryanı dövlətlərin Rusiyanın himayəsi altına alınması siyasəti Sovet hökuməti zamanında xalqımıza qarşı daha qəddar şəkildə icra olunmuşdur: xalqın hiddətli etirazlarına baxmayaraq Sovet hökuməti 1923-cü ildə Azərbaycan ərazisində DQMV-ni formalaşdıraraq ermənilərə muxtariyyət hüququ verməklə zaman-zaman davam edən münaqişəni tarix səhnəsindən heç vaxt səngiməyəcək hala gətirmişdir.

Hələ bu hamısı deyil. İllərlə davam etdirilən işğalçılıq siyasəti nəticəsində 1994-cü ilin mayında (Bişkek protokolu) Atəşkəs elan olunanda artıq bu gün bizim “Qərbi Azərbaycan” adlandırdığımız tarixi Ağbaba, Şörəyel, Loru (əksər hissəsi Dağlıq Borçalı ərazisinə düşür) Abaran, Dərəçiçək, Göyçə, Gərnibasar, Zəngəzur, Qırxbulaq, Karbi, Pəmbək, Talin, Zəngibasar, Vedibasar, Dərələyəz, Sərdarabad mahalları (Sərdarabad mahalının Türkiyə və Azərbaycana daxil edilən az bir hissəsi istisna olmaqla) əsasən Ermənistan Respublikası ərazisinə qatılmış, bu azmış kimi, Sovet Sosialist Respublikaları İttifaqının özünün təsdiq etdiyi Azərbaycan torpaqlarının daha 20 faizi, başqa sözlə, Dağlıq Qarabağ Muxtar Vilayəti də (Əsgəran, Ağdərə, Xocavənd, Şuşa rayonları və Xankəndi şəhəri) daxil olmaqla ona bitişik 7 rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər), o cümlədən Qazax rayonunun 7 kəndi Ermənistanın işğalı altına düşmüşdü.

Tanrı Azərbaycanımıza hər özəlliyi bəxş edib. Ölkəmiz Yer kürəsinin elə bir qurşağında qərar tutub ki, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər iqlimindən ta dağ tundra iqliminə qədər) Azərbaycan ərazisindədir. Əslində planetimizdəki 11 iqlimdən 9-nun Azərbaycanın qismətinə düşməsini şərtləndirən də elə dağlardır. Ölkəmizin şimalında Böyük Qafqaz, qərbində və cənub-qərbində Kiçik Qafqaz, cənub-şərqində Talış dağları uzanır.

– Böyük Qafqaz dağ sistemində Bazardüzü (4466 m.), Şahdağ (4243 m,), Tufandağ (4206 m.), Bzaryurd (4126 m.), Yarıdağ (4116 m.), Çarındağ (4079 m.), İlham zirvəsi (4042 m.), Raqdan (4020 m.) yüksəklikləri yerləşir [Jump up to: Azərbaycan Dağ zirvələri Tourism. Az];

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan ərazisindəki hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələrindən, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsindən, vulkanik Qarabağ yaylasının çox hissəsindən, Başkənd-Dəstəfur çökəkliyindən və s. ibarətdir [Jump up: Azərbaycan  – Relyef Azerbaijan.az]. Kiçik Qafqaz dağ sistemindəən yüksək zirvə Qapıcıq dağıdır (3906 metr). Alagöz dağı 3865 m, Yağlıdərə dağı 3827 m, Qazangöldağ 3814 m, Sarıdərə dağı 3754 m, Gamışdağ 3724 m, Dəlidağ 3613 m, Dəvəboynu dağı 3560 m, Qoşabulaq dağı 3549 m, Kəti dağı 3437 m, Hinaldağ 3367 m, Əlincə dağı 3364 m. hündürlükdədir [Jump up to: Azərbaycan Dağ zirvələri Tourism. Az]; 

– Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır [Jump up to: Azərbaycan Dağ zirvələri Tourism. Az]; Bu dağlar öz ecazkar örtüyü – meşələri, təmiz və quru havası, bənzərsiz bulaqları, təbi­­ətin “öz əlləri ilə yaratdığı” gölləri ilə tanınır. Respublikamız­da meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bunun 11,8 faizi, başqa sözlə, 1021,88 min hektarı meşə ilə örtülü sahədir [https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_me%C5%9F%C9%99l%C9%99ri].

Təəssüf ki, qeyd olunan 1213,7 min hektar ümumi meşə sahəsinin 264 min hektarı 28 il – 2020-ci il noyabrin 10-na qədər erməni işğalı altında olmuşdur. Bu illər ərzində Ağdə­rə və Xankəndi meşə təsərrüfatlarını əhatə edən məhsul­dar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı, deko­­ra­­tiv oduncaqlı mebel, parket üçün istifadə olunan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındı­ğı ağacları ermənilər tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılır [İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son. https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_me%C5%9F%C9%99l%C9%99ri.].

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 27 fevral məlumatında xüsusi mühafizə olunan təbiət ərazisindən bəhs olunur. Nazirliyin məlumatına görə, respublikamızda 890 min hektar xüsusi mühafizə olunan təbiət ərazisi var ki, bunun da 42.997 hektarı erməni işğalçılarının tapdağı altında qalmışdır. Bu ərazilərdə bitən 460 növdən çox yabanı ağac və kol bitkilərindən 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaraçöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşad, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar erməni vandalları tərəfindən məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Məlumatda həmçinin, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növünün qorunduğu da qeyd olunur. Eynu zamanda, Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazisində olan qiymətli ağac və biomüxtəlifliyinin də talan edildiyi diqqətə çatdırılır. Nazirliyin məlumatındaermənilərin ölkəmizə vurduğu ekoloji ziyanın miqdarının təxminən 31.72 milyard manat olduğu göstərilir [Erməni işğalının vurduğu ekoloji ziyan. https://novator.az/2017/02/27/erm-ni-isgalinin-vurdugu-ekoloji-ziyan/].

Biosferin bir hissəsini təşkil edən meşələrimizdə müxtəlif  bitki, heyvan növləri yaşayır. Unudulmamalıdır ki, bu bitki və heyvan növləri canlıların qida rasionunu təşkil edir. İşğal altında olan ərazilərimizdə çox acınacaqlı vəziyyət varanmışdır, – yazır Habil Hüseynov, – ötən 28 il Dağlıq Qarabağ və ətraf rayonlarda nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda, ərazidə bitki və heyvanlar aləminin məhvinə, bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olub. Bu illər ərzində Ermənistanın həyata keçirdiyi işğalçı siyasət Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurmuş, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Məqsədyönlü aparılan siyasət nəticəsində təbii sərvətlərə, xüsusi qorunan ərazilərdəki meşələrə və bitki örtüyünə amansız divan tutulmuşdur. Respublikamızın təbiəti üçün xarak­­terik olan landşaftlar, yüzillik ağaclar, şəlalələr, təbii mağaralar, mədəni park nümunələri, unikal geoloji çıxıntılar, paleontoloji laylar məhv edilmişdir.

İşğal olunmuş ərazilərdə meşələrin qırılmasının bünövrəsi 1988-ci ildə Qarabağın Topxana meşəsində qiymətli ağacların vəhşicəsinə qırılması ilə qoyulub. Məsələ belə olub: Ermənistanın «Kanaker» Alüminium zavodunun rəhbərliyi Azərbaycan rəhbərliyinin rəyi ilə hesablaşmadan Topxana meşəsində qiymətli ağacları doğrayıb işçilərinə pansionat tikdirib [Hüseynov Habil. Qarabağın ekoloji harayı. “Xalq cəbhəsi” qəzeti, 1 iyul 2019-cu il].

Məqalədən məlum olur ki, meşələr yalnız hərbi məqsədlər üçün qırılmamışdır. Hərbçilərin köməyilə doğranan ağaclar hərbi texnika vasitəsilə daşınaraq tikinti materialı, mebel sənayesi və digər məqsədlərdə istifadə üçün yönləndirilmişdir.

Qazax rayonu istiqamətində, Murovdağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində, Talış, Gülüstan, Baranbart meşələrində, Qubadlının Əyin, Hərtiz, Zor, Fərcan meşələrində 100 hektarlarla sahədə fıstıq, saqqız, şam, palıd, qoz və s. çoxillik ağaclar kəsilmişdir. 

Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazisini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki dekorativ oduncaqlı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı ayı fındığı ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılmışdır.

Bəsitçay Dövlət Təbiət Qoruğundakı şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar işğalçılar tərəfindən qəddarlıqla məhv edilmişdir. Araz palıdını orada müvəqqəti məskunlaşmış ermənilər ilboyu yanacaq kimi istifadə etmişlər. Nəzarətdən kənarda qalmış, dünyada yalnız bu ərazidə bitən endemik bir növün kütləvi şəkildə doğranmasını ekoloji genosid kimi qiymətləndirmək olar.

Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsinin cənub kənarı (Ağdam rayonu təmas xətti) meşəlik və yaşıllıq, bağ sahələri tamamilə qırılıb və məhv edilib. Novruzlu yaşayış məntəqəsinin şimal-şərq kənarındakı meşələr qırılaraq (Ağdam rayonu) Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın vasitəsilə daşınıb.

Dünya terror və korrupsiyaya qarşı “Bank-İnformasiya” Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatına əsaslanaraq deyə bilərik ki

“- Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satılıb;

– Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sahəsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilib;

– 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılıb;

– 110 çinar ağacı kökündən çıxarılaraq Göyçə (Sevan) gölünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülüb;

– Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunub.

“Qarabağın ekoloji harayı” məqaləsindən məlum olur ki, 28 il ərzində inşa edilən qanunsuz yol tikintiləri, meşələrin kütləvi surətdə qırılması, bombardmanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Zəngilan, Gədəbəy, Kəlbəcər, Xanlar, Qubadlı rayonlarının və DQMV-nin meşələrindən 0,5 mln-dan artıq ağac və kollar, 152 ədəd relikt ağac növləri, 13197,5 hektar qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşəsalma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılmış, kommersiya məqsədləri üçün istifadə edilmişdir. Üzümlüklərin beton dirəklərindən mühəndis istehkam məqsədləri üçün istifadə edildiyindən üzümlük sahələri məhv edilmişdir [Hüseynov Habil. Qarabağın ekoloji harayı. “Xalq cəbhəsi” qəzeti, 1 iyul 2019-cu il].

İşğal altında qalan torpaqlarımızda, xüsusilə Ağdam rayonu ərazisində Ermənistandan gətirilən radioaktiv tullantıların yerləşdirilməsi 250 min hektar meşə sahəsinin nüvə tullantıları ilə çirklənməsinə, nəticədə istifadə üçün yararsız hala düşməsinə səbəb olmuşdur.

Kəlbəcər rayonu ərazisindəki ucsuz-bucaqsız yüksək alp çəmənliklərinin tanınmaz hala salınmasını, öz mənbəyini işğal altında olan ərazilərdən götürən Xonaşen, Qar-Qar, Xaçınçay, Tərtər və Araz çaylarının ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsini də bura əlavə etsək, erməni xislətinin torpaqlarımıza hansı dərəcədə təcavüz etdiyi qismən aydın olar.

Naxçıvan Muxtar Respublikasının təbii mühitində mühüm rol oynayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır. Belə ki, Araz çayının uzun illər Ermənistan tərəfindən çirkləndirilməsi, ən dəhşətlisi isə Zod yatağından qızılın təmizlənməsi məqsədilə istifadə olunan sağlamlıq üçün təhlükəli sian qarışığının, başqa sözlə, zəhərlənmiş suyun Araz çayına axıdılması çayda yetişən 21 balıq növündən 5-nin kökünün kəsilməsinə səbəb olmuşdur.

Erməni həyasızlığı o həddə çatıb ki, Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağından doldurulub qablaşdırılan sular, guya Ermənistanın Cermuk yaşayış məntəqəsi ərazisindəki bulaqlardan doldurulduğunu əks etdirən fars dilində yazılmış etiketlərlə satışa çıxarılır.

Ermənilərin Seyidmahmudlu və Qaraxanbəyli kəndləri arasındakı yoluxucu xəstəliklərin tədqiqi ilə məşğul olan xüsusi laboratoriyadan Köndələnçay və Quruçay çaylarına tullantı şəklində axıdılan su, həmin çayların suyundan istifadə edən azərbaycanlı əhalidə dəri xəstəlikləri yaranmasına səbəb olmuşdur. 

28 il işğal altında qalan torpaqlarımızdakı ümumi həcmi 631 milyon kub m tutumu olan 10 su anbarının ermənilər tərəfindən sıradan çıxarılması səbəbindən dağətəyi və aran hissədə yaşayan 400 min əhalinin həyatı və təsərrüfatı illərlə təhlükə altında olmuşdur.

Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılıb. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaq məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub. Həm də yanğınlar yalnız ermənilərin nəzarətində olan ərazilərlə məhdudlaşmayıb, bu kimi hallar Azərbaycanın nəzarəti altında olan ərazilərdə də baş verib.

Mütəxəssislərin qənaətinə görə, tez bir zamanda qarşısı alınmasa, sağlamlıq üçün təhlükəli olan sian qarışıqlı zəhərlənmiş suyun Ermənistan tərəfindən Araz çayına axıdılması Cənubi Qafqaz Regionunda torpağın, atmosferin və ekoloji tarazlığın pozulmasına zəmin yarada, meşələrin qırılması isə həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər.

***

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəyinə əsaslanaraq deyə bilərik ki, ilkin qiymətləndirməyə görə, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların istifadə üçün yararsız hala salınması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi və faydalı qazıntı yataqlarının talanı nəticəsində Azərbaycanın təbiətinə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir [Hüseynov Habil. Qarabağın ekoloji harayı. “Xalq cəbhəsi” qəzeti, 1 iyul 2019-cu il].

***

Sonda təbiətə düşmən kəsilən ermənilərə və erməni xislətdə olan təbiət düşmənlərinə üz tutub Amerika ekoloqu A.Leordun sözləri ilə demək istəyirik ki, Yer kürəsi əvvəli və sonu olmayan bir çaydır (Round river). İnsanlar bu axına çox ehtiyatla yanaşmalıdırlar. Unudulmamalıdır ki, yaşadığımız “Round river” məhz biz insanların əli ilə təhlükə ilə üzləşir. Bu təhlükənin sonuncu qurbanı isə bütün canlı aləm, o cümlədən insanın özü olacaq. Odur ki, təbiətə, onun sərvətlərinə münasibətimizi dəyişməliyik. Fridrix Engelsin sözləri ilə desək, təbiətdə heç nə şərti olaraq baş vermir, hər bir hadisə digərlərinə təsir göstərir və əksinə.

Unutmamalıyıq ki, Allah insanı təbiəti sevmək üçün yaratmışdır (“Avesta”dan).

Mən istəyirəm ki, – yazırdı ümummilli lider Heydər Əliyev, – hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

İmran Nuri,

UNEC, İqtisadiyyat fakültəsinin tələbəsi.https://orcid.org/0000-0002-7624-2693

E-mail: qurd02@mail.ru

+994-50-501-04-03; (+994-55-945-13-85 (wp))



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

“YAZARLAR” JURNALI – YANVAR -2021 SAYI

YAZARLAR JURNALI – YANVAR – 2021.

“YAZARLAR” JURNALININ YANVAR – 2021. SAYI
BU  SAYDA YER  ALAN  YAZARLAR:
Zaur Ustac – 3.                          Ayətxan Ziyad– 6
Təranə Məmməd -32                 Şahnaz Şahin – 35
Adilə Nəzər -40                         Araz Şəhrili  – 50
Adil Cəfakeş -56                    Təvəkkül Goruslu – 59
“YAZARLAR” JURNALININ YANVAR – 2021. SAYI. PDF:

“Yazarlar” jurnalının YANVAR – 2021 sayında yer alan bütün yazarlarımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!


Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“GÜLÜNÜN ŞEİRLƏRİ”, “GÜLLÜNÜN ŞEİRLƏRİ”) KİTABI

Zaur Ustac “Gülüzənin şeirləri” kitabı

MƏKTƏBƏHAZIRLIQ QRUPLARI ÜÇÜN

Şair-publisist Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə birlikdə “Məzəli Hərflər” müsabiqəsindən sonra.

“MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” METODİK VƏSAİT, (I HİSSƏ) Bakı – 2019. Azərbaycan Respublikası Təhsil Nazirliyi :  METODİK VƏSAİT – I – HİSSƏ

“MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” METODİK VƏSAİT, (II HİSSƏ) Bakı – 2019. Azərbaycan Respublikası Təhsil Nazirliyi :METODİK VƏSAİT – II – HİSSƏ

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:

Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdləri  Zaur Ustacın şeirlərindən ibarət  “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində iştirak ediblər. Şair birinciləri sevindirib. Şamaxı – 2017.

Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdi, Leyla EYVAZOVA (müsabiqənin qalibi) “L” hərfinin şeiri, “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində, müəllif: Zaur USTAC “GÜLÜNÜN ŞEİRLƏRİ” kitabından.

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏKTƏBƏ HAZIRLAŞIRIQ – METODİK VƏSAİT -II-hissə

Azərbaycan Respublikası Təhsil Nazirliyi

İbtidai  sinif  müəllimləri üçün metodik vəsait

Uşaq bağçalarında, məktəblərdə və məktəb-liseylərdə məktəbəqədər – məktəbəhazırlıq

Məktəbəhazırlıq qrupları üzrə  dərsliyin III və IV hissələri üçün  metodik vəsait ( I I hissə)

MƏKTƏBƏ HAZIRLAŞIRIQ – METODİK VƏSAİT III və IV KİTABLAR ÜZRƏ ( I I HİSSƏ) KİTAB (PDF):


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru