UŞAQ ƏDƏBİYYATININ BİLİCİLƏRİ – FOTO

WWW.YAZARLAR.AZ

Füzuli Əsgərli, Ayətxan Ziyad (İsgəndərov), Zahid Xəlil.

Uşaq ədəbiyyatı biliciləri: Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ “ZIYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

WWW.YAZARLAR.AZ

Səlim Abbaszadə – Norveç, Oslo.

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri olan Səlim Abbaszadənin Norveçdə norveç dilində “NAGORNO-KARABAKH” adlı Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük müharibəsi haqqında yığcam şəkildə rəngli fotoların müşayəti ilə tam məlumatı özündə əks etdirən yeni kitabı işıq üzü görmüşdür. Kitabın norveç dilində olması yerli əhalinin və bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsəndə məlumatlandırılmasını hədəfləyir. Səlim kimi yeniyetmə bir gəncin bu addımı gələcəyin etibarlı əllərdə olduğunu bir daha sübut edir və Vətənini (doğma Azərbaycanı) sevən hər bir vətəndaşın, milliyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq, həmişə qürurla “MƏN AZƏRBAYCANLIYAM” deyəcəyinin bariz nümunəsidir. Məncə, çoxları Səlimdən örnək götürməlidir. Biz də “Yazarlar” jurnalı olaraq, ənənəmizə sadiq qalır və Səlimi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə! Bir daha təbriklər və vətəndə yaşayan vətənsevər vətəndaşlar adından belə nəcib əməlinizə görə təşəkkürlər!!!

Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Səlimin kitabı – Norveçdə belə də yaşamaq olar.
“NAGORNO-KARABAKH” Səlim Abbaszadənin kitabı.
“Ziyadar” diplom N: 060 – 06.02.2021. Bakı – Oslo.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QEYD:

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ:

  1.  YAZARLAR.AZ Arxiv:archive.vn 
  2. 2.yazyarat.com Arxiv:archive.vn 
  3. 3. ilkxeber.orgArxiv:archive.vn 
  4. 4. 525.azArxiv:archive.vn 
  5. 5. MUSTAQİL.AZ Arxiv: archive.vn 
  6. 6.asasmedya.info Arxiv.archive.vn 
  7. 7. Arxiv: 8. Arxiv:

“YAZARLAR.AZ” SAYTI HAQQINDA

yazarlar.az -30.11.2010-05.02.2021-cu illər mövcud olmuş format

Azərbaycan Respublikası, Bakı şəhəri. 2319 – 16/08/2007  dövlət  qeydiyyatlı «Yazarlar» jurnalının rəsmi saytı. ©«Yazarlar» jurnalı / WWW.YAZARLAR.AZ saytı 30.11.2010-05.02.2021-ci illər formatı belə olmuşdur.

ARXİV: archive.vn

================================================

Azərbaycan Respublikası, Bakı şəhəri. 2319 – 16/08/2007  dövlət  qeydiyyatlı «Yazarlar» jurnalının rəsmi saytı. ©«Yazarlar» jurnalı / WWW.YAZARLAR.AZ saytı 06.02.2021-ci ildən yeni formata keçib:

yazarlar.az saytı 06.02.2021-ci ildən yeni format

ARXİV:archive.vn

================================================


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA ŞAİQ-140 (DİPLOM)

WWW.YAZARLAR.AZ

Abdulla ŞAİQ – Azərbaycanlı yazar.

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə  uşaq ədəbiyyatının banisi, görkəmli ədibimiz  Abdulla Şaiqin  yubileyi ilə əlaqədar “Abdulla Şaiq – 140” adlı zoom görüş təşkil edilmişdir.

Görüşdə  “Güllünün şeirləri”  ilə uşaqların qəlbinə yol tapan, istedadlı və sevmli yazıçımız Zaur Ustac  və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsin müdiri Əsli İbrahimova iştirak etmişdir. 

“Abdulla Şaiq -140”

Görüşdə ilk olaraq uşaqlara  Ə.İbrahimova tərəfindən hazırlanmış “Abdulla Şaiq -140” video-çarxı təqdim edilmiş, görkəmli şairimizin həyat və  yaradıcılığı haqqında məlumat verilmişdir. İstedadlı şairimiz  Z. Ustac  A.Şaiqin ilk uşaq yazıçısı olduğunu, bir-birində fərqli axıcı və uşaqlar üçün maraqlı mövzularda povest , hekayə və şeirlər yazdığını bildirmişdir.  A.Şaiqin  uşaq ədəbiyyatına gəlməsindən danışan Z.Ustac  bildirmişdi ki, ədibimiz uşaqlar üçün ədəbi materialların az olduğunu gördükdə belə maraqlı, sevilən və tərbiyəvi əhəmiyyəti olan əsərlər yazıb yaratmağa başlamışdır.  A.Şaiq yaradıcılığından müxtəlif əsərlər səsləndirən Z.Ustac  Ana dilini öyrənmək üçün, şairin  yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu qeyd etmişdir.

 Əsli İbrahimovada bir kitabxanaçı kimi A.Şaiq  yaradıcılığının müasir gənclərimizə çatdırmağın vacib olduğunu  bildirmiş və çalışdığı kitabxanada bu istiqamətdə işlərin görüldüyünü qeyd etmişdir. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dövrdə  Ə.İbrahimova  görkəmli yazıçı, şairlərimiz haqqında müxtəlif video-çarx hazırlayaraq sosial şəbəkədə gənclərimiz və uşaqlarımız ilə  bölüşür və onların ədəbi cəhətdən zənginləşməsinə kömək edir.

Ə.İbrahimova tədbirin davamında A.Şaiqin ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri  ilə uşaqlarımızı tanış etmiş,Ana dilimizi öyrənməyin vacibliyini vurğulamışdır.

Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın  şagirdi  Aylan Süleymanlı görüşümüzə qoşulmuşdur. Aylanın söylədiyi “Xoruz” şeir uşaqlarımız tərəfindən maraqla qarşılanmış və aralarında fikir mübadiləsi olmuşdur:

Zaur Ustac – Abdulla Şaiqin yaradıcılığından söhbət edir.
Zaur Ustac məktəbimizin şagirdləri ilə sual-cavab edir.

Uşaqlarımız həmişə olduğu kimi görüşümüzdə fəallıq göstərmiş, mahnı,şeir söyləmiş və qonaqlarımıza maraqlı suallar vermişdilər.

Tədbirdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri:

Aida xanım Ramberg(N:01)

Ənvər Ramberg(N:02)

Həmid Əli(N:03)

Elsay Şekari(N:04)

Fərid Muradov(N:05)

Altay Bagheri(N:06)

Sabina Ramberg(N:07)

Şanay Şekari(N:08)

Sabina Luisa Hidayati(N:09)

Selina Alvand Vahed(N:010) , Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin şagirdi Aylan Süleymanlı(N:011) və Bakı şəhəri Arif Hüseynzadə adına tam orta məktəb-liseyin şagirdi Tuncay Şəhrili (N:012) “Abdulla Şaiq – 140” yubiley DİPLOMları ilə təltif olunmuşlar.

“Abdulla Şaiq – 140” yubiley DİPLOMu.

Arzu Rzayevanın rəhbərliyi ilə Ana dili dərsimizdə çox maraqlı keçmiş, uşaqlarımız yeni,hərf,söz, rənglər , güllər və rəqəmlər öyrənmişdilər.Onlar fikirlərini Ana dilində müxtəlif cümlələrlə ifadə etmişdilər.

Müəllif: Günay ƏLİYEVA

Qeyd:

Əvvəlki görüş barədə məlumat: 03.01.2021. Oslo görüşü


QEYD

YAZI DİGƏR SAYTLARDA:

ABDULLA ŞAİQ-140 (DİPLOM)

ARXİV: archive.vn

publika.az

ARXİV: archive.vn

1news.az

ARXİV: archive.vn

diaspor.gov.az

ARXİV: archive.vn


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALI – MART – 2021 SAYI PDF

WWW.YAZARLAR.AZ

“YAZARLAR” JURNALI – MART – 2021 – PDF.

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

“YAZARLAR” JURNALININ MART – 2021 SAYI PDF:

YAZARLAR MART-elekDOWNLOAD

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR GÜNÜNƏ ÖZƏL

WWW.YAZARLAR.AZ

Zaur Ustac – şair-publisist.

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

“Əliş və Anna” poemasından bir parça.

QƏLƏM
Şükür Yaradana, bəxş etdi səni,
Xəstə könüllərə şəfasan, Qələm…
And gəldi adına ucadan uca,
Neçə acı dərdə davasan, Qələm…
* * *
Həsrətlilər intizardan qurtarar,
Kimi özün bu dünyadan qoparar,
Əlacsızlar sənə pənah aparar,
Qəmədən, qılıncdan yavasan, Qələm…
* * *
Ustac körpəlikdən tapınıb sənə,
Qəmli də, xoşbəxt də sığınıb sənə,
İllahi bir qüvvət verilib sənə,
Göydən Yer üzünə töhfəsən, Qələm.
02. 10.2016.  Bakı.

SÖZ MÜQƏDDƏSDİR
Dostum, kəmənd ilə tutmazlar sözü,
Cələ qur, dilinə qoy özü düşsün…
Oynama, qələmlə huydurma – ağac,
Elə tut, əlinə qoy izi düşsün…
* * *
Qələm müqəddəsdir, müqəddəsdi söz,
Onların nazın çək, möhnətlərə döz,
Gör, sənin ağzına baxır neçə göz,
Qələmlə uslu ol, qoy üzə düşsün…
* * *
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün…
01.05.2017. Şamaxı.

OLACAQ… 

(…sözünüz ağzınızda qalmasın…)
Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı.

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən  görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun…

20.05.2019. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru