Ötən günlərdə olduqca qısa zaman kəsiyində və gərgin əmək nəticəsində oxuculara təqdim olunmuş bir kitabdan söhbət açmaq istəyirəm.
İdeya rəhbəri: Sabir ZAMANLI, redaktoru: Balayar SADİQ olan və Mehman Göytəpəlinin, Eldar Səfa Şahvələdlinin, Hikmət Məlikzadənin çalışmaları sayəsində ərsəyə gələn “RUHUMUZUN TURAN ƏTRİ” adlı bu kitabı azərbaycançılığa, türkçülüyə, vətənsevərliyə ən gözəl hədiyyə adlandırmaq olar. Heç təsadüfi deyil ki, ilk səhifədəcə yer alan böyük şairimiz Əhməd Cavadın “ÇIRPINIRDI QARA DƏNİZ” şeirinin ardınca sıralanan vətənpərvərlik ruhunda olan bir-birindən gözəl şeirlər həqiqətən də sözün əsl mənasında TURAN ruhundan xəbər verir….
Azərbaycançılığın, tükçülüyün belə gözəl bir sonucla Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başa çatdığı bir günü bayram kimi qeyd etdiyimiz günlərdə belə gözəl bir kitabı ərsəyə gətirib, təqdim etdiklərinə görə başda İdeya rəhbəri Sabir ZAMANLI və redaktor Balayar SADİQ olmaqla bütün yaradıcı heyyətə öz dərin təşəkkürümüzü bildirir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. BAYRAMINIZ MÜBARƏK !!!
Müəllif: Zaur Ustac